Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   62   63   64   65   66   67   68   69   ...   94

 
 
241
30. SAMAN DÜŞDÜ, ZAMAN ÖLDÜ 
 
 
O vaxdı arvatdar hər məlumatı  verərmiş. Şah əmr  verer 
də, arvatdarı içəri doldurdor, başdarına qaroulçu qoyur ki, gö-
rəh arvatdar büyün olannarı biləjəhmi?  Aradan  bir az keşmiş 
küləh əsif də, bajadan bir saman çöpü gətirif salır içəri. Salan 
kimi arvadın biri o birinə deer ki: 
– Saman tüşdü. 
O biri deer: 
– Nə zaman tüşdü? 
Onatan o biri deer: 
– Buy, Zamanmı öldü? 
Onatan qoruxçu qaçıf deer ki, şah, arvatdar deer ki, Za-
man xan öldü. Şah tez adam göndərer öyrəner ki, Zaman xan 
ölüf. Tez əmr eliyir ki, arvatdarı buraxın
ı
. Olara taa ölüm yox-
du.  Arvatdar  dəən  söz  yalan  döy.  İndi  o  bir  məsəl  qalıf:  “sa-
man tüşdü, Zaman öldü”.  


 
 
242
AŞIQLAR 
 
1-2. AŞIQ ƏLƏSGƏR VƏ  
ŞƏMKİRLİ AŞIQ HÜSEYN 
 
1. 
Aşıx  Ələsgərnən  Şəmkirri  Aşıx  Söyünnən  danışajam. 
Şəmkirri  Aşıx  Söyün  eşidif  ki,  Göyçədə  bir  Ələsgər  peydah 
olub.  Deef,  ya  mənim  adım  danışılmalıdı,  ya  Ələsgərin.  İki 
qoçun  başı  bir  qazanda  qaynamaz.  Arvadına  deer  ki,  mənim 
heyvəmə  çörəyimi,  şorumu,  pendirimi  qoy,  mən  Göyçəə 
edəjəm.  O  vaxdı  məytuf,  kağız  eldən-elə,  yaylaxlara  köçən 
elata  verilərmiş.  Bu,  çörəyini,  yiməyini  xurcunna  qoyur.  Gü-
nü bir mən
ı
zil Şəmkirdən çıxer gəler. Bir gün Gədəbəydə qa-
lır.  Səhər  orda  bir  dostunun  evində  çayını-çörəyini  yiir,  aşer 
Göyçüyə. Gedir bir gün Göyçənin bir kəndində qaler. Soruşor 
ki, Aşıx Ələsgəri axdarıram, hardadı? 
Deer: 
− Ələsgər Ağkilsə kəndindədi. 
Şəmkirri  Aşıx  Söyün  gedif  Ağkilsə  kəndini  taper.  Əm-
mə  munu  san
ı
a  bəri  başdan  deyim  ki,  Şəmkirri  Aşıx  Söyün 
burdan çıxmamış,  yuxusunda Ələsgərə ayan olor ki, Şəmkirri 
Aşıx  Söyün  sənnən  görüşməyə  gəler.  Haqq  aşığıdı  axı.  Bu 
Şəmkirri Aşıx Söyün yolunu davam eləməhdə olsun. 
Uşaxlar  heyvanı  heyvana  qatıf,  heyvan  da  yaylağa  kö-
çör. Ələsgər gedir qardaşdarına, oğlu Bəşirə deer: 
– Ay uşax, a bala, heyvanın birini damda saxlıyın. Şəm-
kirri Aşıx Söyün üş gündü yol eliir, büyün burda olajax. Hey-
vanın  birini  damda  saxleen
ı
,  son
ı
ra  gedif  o  dağda,  bu  dərədə 
heyvan axdarmeyın
ı

Bular deer ki, elə sən gördüyün
ı
 gerçəhmi olajax, a kişi? 
Gələndə gedif taparıx. 


 
 
243
– Ayə, saxla. 
Axırı  məjbur  eleer,  heyvanın  birini  damda  saxlader. 
Ələsgər  də  evindeymiş.  Soruşa-soruşa  gəler.  (Deer,  Göyçədə 
o  vaxdı  bağ-bağat  az  oluf,  düzdü,  yaxşı  saf  suyu  oluf,  yaxşı 
havası  oluf,  safalı  yerrəri  oluf.  Son  vaxdı  hər  kətdə  bağ  da, 
bağça da, tikinti də inkişaf eləmişdi. Allah bu erməni gavırra-
rın öyünü yıxsın! Amin! Yaxşıja dolanırdı camahat. Camahatı 
oynatdı, didərgin saldı hər yerdən. İndi hərəsi bir yerdə). 
Şəmkirri  Aşıx  Söyün  şoruşur  ki,  Ələsgərin  evi  hasıdı? 
Deellər: 
− Bax bu küçəynən get, tapajan
ı

Geder.  Görür  ki,  Ələsgər  kişi  qapıda  nəysə  məşğuldu, 
işdiyir. Gəler deer: 
– Salamməleyküm, aşıx. 
Aşıx Ələsgər dönüf baxer ki, yuxusunda gördüyü həmən 
Şəmkirri Aşıx Söyündü. Deer: 
– Əleykəssalam, ay Şəmkirri Aşıx Söyün, xoş gəlifsən
ı

Deer, ə, da mən  muna nə təcnis, nə qıfılbənt, nə bağla-
ma  deyim?  Mən  üş  gündü  gəlerəm  soruşa-soruşa.  Dedim,  a 
aşıx,  salamməleyküm.  Dedim,  bəlkə  o  olmaz,  oğlu  olar,  qar-
daşı olar. Bu geri döndü man
ı
a dedi ki, Şəmkirri Aşıx Söyün, 
xoş  gəlifsən
ı
!  Deməh,  bu  deyilən  həqiqətdi,  var  bu  adamda. 
İsdeer geri dönə. 
Deer: 
−  Kişi,  getmə!  Bu  heyvanı  damda  saxlamışam  sənnən 
ötəri. 
Kəsellər,  yiillər,  içellər.  Orda  Aşıx  Ələsgəri  çox  tərifli-
yir. Çox şeyirrəri vardı həmən o Şəmkirri Aşıx Söyünün.  
 
2. 
Bir gün Aşıx Ələsgər yuxuda gördü ki, Aşıx Hüseyn bu-
na qonax gələjəh. Səhər duranda dedi ki, a Bəşir, a bala, o er-


 
 
244
kəyi  əylə
169
,  Aşıx  Hüseyn  qonağımız  olajax.  Yaz  başıydı, 
Aşıx Hüseyn soraxnan getdi çıxdı Ələsgərin kəndinə – Ağkil-
sə kəndinə. Orda soruşdu ki, Ələsgərin evi hasıdı? Buna gös-
tərdilər  ki,  o  evdi,  o  əlində  kürək  qar  təmizdiyən  kişi  də  elə 
Ələsgərdi. Aşıx Hüseyn getdi dedi:  
– Salaməleykim, ay Ələsgər əmi. 
Dedi: 
– Əleykəsalam, ay Aşıx Hüseyn.  
Dedi: 
– Sən hardan bildin
ı
 mənim Hüseyn olduğumu?  
Aşıx Ələsgər dedi:  
– Gejə yuxuda man
ı
a Ağam dedi ki, savax Aşıx Hüseyn 
san
ı
a qonax olajax. Qurvanın
ı 
var, saxlamışam, gəl otu.  
Aşıx Hüseyn məhətdəl qaldı ki, ayə bu nətəhər olan şey-
di.  Bir  az  eninə  baxdı,  bir  az  uzununa  baxdı,  keşdilər  içəri. 
Aşıx  Ələsgər  oğluna  dedi  ki,  a  bala,  gəti,  o  qurvanı  kəs,  qoy 
Hüseyn  əmin
ı
  içəri  keşsin.  Keşdilər  içəri.  Yiməy-işməydən 
son
ı
ra söhbət elədilər. 
Aşıx Hüseyn dedi: 
– Yerrərin
ı
iz  yaman səfalı yerdi, amma qarı-boranı çox-
du, bir az qar-boran məni incitdi.  
Belə deyəndə Ələsgər orda iki-üş bənd şeyir dedi. Qala-
nı yadımnan çıxıf, biri yadımdadı: 
Dedim, könül, işmə eşqin cəmini, 
Gen
ı
 dünya başın
ı
a dar olajaxdı. 
 
 
Ya dosd olma, ya da dosdan incimə, 
Dosd yolunda boran, qar olajaxdı. 
Aşıx  Ələsgər  belə  deyəndə  Aşıx  Hüseyn  fikirrəşdi  ki, 
ayə,  mən  nə  səf  iş  gördüm  ki?  Bu  Ələsgər,  deyəsən
ı
,  yerin 
                                                             
169
 Əylə – saxla 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə