Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   63   64   65   66   67   68   69   70   ...   94

 
 
245
altını da, üsdünü də bilir, bunun qavağında nə deməy olar. Bir 
az fikirrəşdi, orda Aşıx Hüseyn götürdü “Mərd” şeyrini dedi: 
Yeddi gündə xəlq eylədi, əlanı-sübhanı mərd 
Yernən göyə qərər qoydu. 
Tutuf saxlar mehmanı mərd. 
Mərdnən gəzən axır bir gün mərd olar. 
Namərdnən gəzən çöl-biyavan gərd olar. 
Namərd iki mehman görsə, iki gözü dörd olar. 
Gedəni yoldan qaytarar, tutuf saxlar mehmanı mərd. 
Mən mərd Aşıx Hüseyn, namərd bədnişan olar. 
Hası məclisdə mərd əyləşsə, o məclis gülşən olar. 
Hər yerdə xanə yapar, gəşt elər dünyanı mərd. 
Bu “Mərd” şeyirini deyəndə Aşıx Ələsgər dedi: 
– Ay Hüseyn, dünyanın  vəfası, mərddik hər adama qis-
mət  dəyil.  Doğrudan  da,  mərdsən
ı
,  Ağam  səni  yuxuda  man
ı

yaxşı göstərif. 
 
3. AŞIQ ƏLƏSGƏRİN NAXÇIVAN SƏFƏRİ 
 
Ələsgər şayir Nağıynan bir məclisə gediflər. O vaxdı da 
bəylih, xannıx dövrü oluf. Bəylər Ələsgərə deellər: 
– Aşıx Ələsgər, bu yanın
ı
dakı kimdi? 
Deey: 
– Bu mənim şəyirdim şayir Nağıdı. 
Dəəndə bu göröy, Nağı burda dəərrəner
170
 ki, man
ı
a şə-
yird  dedi.  Məclisi  yola  verif,  Göyçə  mahalına  qayıdıf  gələn 
kimi Nağı deey ki, Ələsgər kişi, çörəyin
ı
i man
ı
a halal elə, mən 
sənnən işdəmiyjəm. 
– Ayə, a Nağı, dəryadan bir damcı götürmüyüfsən
ı
, dəli 
olmuyufsan
ı
, san
ı
a nooldu? 
                                                             
170
 Dəərrəner – inciyir 


 
 
246
– Sən bəylərin yanında man
ı
a niyə şəyird dedin
ı

Deey: 
− Ay oğul, usdada usdad dəəllər, şəyirdə şəyird dəəllər. 
Hələ heş sən yarımçıx aşıx da döyülsən
ı

Deey: 
– Yox, mən gedəjəm. 
Aşıx Ələsgərin arvadı Anaxanım da  yalvarey ki, ay Na-
ğı, Ələsgərin ətəyini buraxma, vallah, düzdə qalajaxsan
ı

Deey: 
− Yox, mən getdim. 
Gedey. O vaxdı da Göyçə mahalında toy nədi, pul nədi? 
Hamı  bəri  zonada  –  Gədəbəydə,  Gəncədə,  Şəmkirdə,  Toyuz-
da,  Qazaxda,  Naxçıvanda  aşıxlıx  eliyif  pul  aparellarmış.  O 
kasıflıx ilində, ajdıx ilində Göyçə mahalında xeyir iş eliyənmi 
varıydı? 
Nağı fikirrəşey ki, əə, uşax ajınnan qırıley. Fikirrəşey ki, 
Ələsgərin  Naxçıvanda  Məhəmmət  bəy  adında  bir  dosdu  var. 
Sazını  köynəyinə  qoyoy  da,  yön  çöyüröy  Naxçıvana.  Nağı 
çox fiquralı, göyçəh adam oluf. Məhəmmət bəyin gəlini buna 
yaxşı çay-çörəh hazırreey. Məhəmmət bəy gəley: 
– Ay aşıx, xoş-beş, on beş. Bə nəəxşı gəlifsin
ı

Əmə Ələsgər aralananda tafşırmışdı ki, Nağı, olməə-bil-
məə dəəsən
ı
 ki, Ələsgərə şəyird olmuşam. Denən, özüm ana-
dangəlmə  aşığam.  Deey  ki,  uşax  ajdı,  Ələsgər  əmim  məni 
yolladı  ki,  orda  olan  aşıxlara  de,  toxunmasın  san
ı
a,  uşağın
ı

çörəh pulu qazan. Gənə Ələsgərin adını burda çəhdi. 
Deey: 
– Əə, biliyin
ı
-zad varmı? 
Deey  ki,  anadangəlmə  şayirəm.  O  vaxdı  bir  aşıx  birini 
görən kimi deyişməliydi, sazı əlinnən almalıydı. O vax saz ta-
pılmeydı. 
Deey: 


 
 
247
– Əə, səni gətirən Allaha qurvan olom, neçə vaxdıydı bu 
Şərurun  bəyləri  deeydi  ki,  sən  nətəəri  bəysən
ı
,  bir  aşıx  tap-
badın
ı
  ki,  bu  Əsədullaynan,  şəyirdi  Cəfərquluynan  deyişsin. 
Savax pütün şəhərə elan verəjəm. Gedif orda deyişəjəhsin
ı

Savax Məhəmmət bəy elan verey ki, mənim aşığım gəlif 
Göyçə  mahalınnan.  Aşıxlara  deyin
ı
  gəlsin.  Camaat  tökülöy. 
Gedif  məclisə  daxil  olollar.  “Usdaddar  usdadı”  Əsədulla  şə-
yirdi  Cəfərquluyu  qaldırey  ki,  dur,  onnan  deyiş.  Bu  gəley, 
meydana çıxey, deey: 
–  Aşıx,  ikimiz  elə  bir  söz  oxuyajeyıx  ki,  axır  kəlməsi 
“Ay nədən oldu” olajax. 
Ona  kimi  bu  Şərur  aşığı  ‒  şəyird  bir  “Ay  nədən  oldu” 
deməyə başdeey: 
Əzəldən can deef, can eşidən yar
İndi beyvəfalıx ay nədən oldu?! 
Deyirdin
ı
, ölüncə dömmərəm sənnən, 
Yadnan aşınalıx ay nədən oldu ?! 
Nağı  çiynini  çəkey,  bilmey.  Sazını  əlinnən  alellar,  Mə-
həmmət bəy də pisikey. Buna deey ki, əə, sənin
ı
 ki biliyin yo-
xuydu,  məni  bu  camahatın  içində  niyə  xar  elədin
ı
?  Beş  günə 
demirəm, üş günə demirəm, usdadın
ı
 Ələsgəri burəə gətirif bu 
aşıxlarnan  deyişməsən
ı
,  sizin  əəğınızı  bu  zonadan  kəsəjəm. 
Sən  mənim  başıma  nə  oyun  aşdın
ı
?  Sazsız  gedey  Göyçə  ma-
halına. 
Savax  gəley.  Ələsgər  hak  aşığıydı.  Gəley  ki,  rəhmətdih 
qara damın üsdündə hərrəney, qar süpüröy, nağayrey. 
− Salamməleyki, Aşıx Ələsgər. 
− Ayə, Nağı, xoş-beş, on beş. Ayə, nəəxşı gəlifsən
ı

Deey: 
− Vallah, ürəyim isdədi, gəldim. 
Ələsgər onsuz da bileydi ki, bu, hardasa sazını aldırıf. 
– Bə nəəxşı gəlifsən
ı



 
 
248
Dəəndə  deey  ki,  məni  Məhəmmət  bəy  göndərdi  Şərur-
dan ki, əlimdə oğlumun toy işi var, Ələsgər də başını orda is-
datsın,  burda  qırxdırsın,  yoxsa  ona  denən  bu  zonadan  əəğın
ı
ı 
kəsəjəm. 
Deey: 
– A Nağı, vallah, bu allatma olar. 
Nağıya nə var, sazını aldırıf. Ələsgər rəhmətdih getməh 
isdəmey,  gənə  arvadı  Anaxanım  rəhmətdih  deey  ki,  Ələsgər, 
yaqın bu dara çüşüf, səni and  vererim  Allaha, dur, get. Ələs-
gər də bunu yanına aley. 
– Əə, bə sazın
ı
 hanı? 
Deey: 
– Məhəmmət bəyin öyündə qoymuşam.  
Gedellər, Şərura yaxınnaşanda deey: 
–  A  Nağı,  bəəx  yaman  çortum
171
  gedirdin
ı
,  indi  çıdarrı 
at
172
 kimi dala qalırsan
ı
, niyə eleersən
ı

Dəəndə  deey  ki,  Ələsgər  əmi,  Allahdan  gizdin  olməən, 
bəndədən nə gizdin olajax. Burdaja məni bağleyıf sazımı alıflar. 
– Ayə, Allah öyün
ı
ü  yıxsın, bə san
ı
a dedimmi sənin
ı
 sa-
vadın
ı
,  biliyin
ı
  yoxdu,  mənnən  ayrılma.  Bə  məni  nəyşə  gət-
din
ı
? A Nağı, məni orda bircə Məhəmmət bəydən başqa tanı-
yan yoxdu. Sənnən soruşajaxlar bu kimdi? Deynən, bu mənim 
şəyirdimdi. Neçə yaşı var? Altmış. Adı nədi? Solaxqey. Bun-
nan başqa bir söhbət işdətməzsən
ı

Gedellər. Məhəmmət bəy gəley, deey: 
− Əə, bu məni təmiz xəjələt
173
 elədi. 
Savax Məhəmmət bəy elan verey ki, indi Nağının şəyir-
di gəlif. Millət deey: 
                                                             
171
 Çortum – sürətli yeriş (ata və eşşəyə aid yeriş) 
172
 Çidarrı at – çidar vurulmuş at. Çidarranmaq – qaça bilməsin deyə atın 
qabaq ayaqlarının bir-birinə bağlanması 
173
 Xəjələt – xəcalət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə