Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   58   59   60   61   62   63   64   65   ...   94

 
 
225
– Əə, mənim ayiləmin sağlığına yüzcə qram. 
Eşşəh “puf” eliyif geri qayıdey. 
Deey: 
– Eşşəh, atamın, anamın goru hakqı, sən mənnən qeyrət-
di kişisən
ı
. “Mən ölöm” məni  yıxıf belinə sarıtdırer, əmə sən 
“mən ölöm”ü heş vejin
ı
ə də almadın
ı

 
3. MƏNİM QIZIMA YARAŞIR 
 
Molla kışqırer: 
– Ay camahat, qızdarın
ı
ıza ağıl  verin, gödəh geyinellər, 
avır-haya gözdəmellər. 
Adamlardan biri deer: 
– A molla, sənin
ı
 də qızın
ı
 elə gödəh geyiner. 
Molla deer: 
– Başımızın üsdə Allah var, mənim qızıma yaraşer da. 
 
4. ONDAN BƏRK QAÇAR 
 
Molla  Nəsrəddinin  iki  dənə  danası  oloy.  Birini  bağleef, 
örühdədi,  biri  buraxmadı.  Molla  gedif  o  buraxmeyi  tutuf 
gətirməyə. Nə qədər teyleyif
161
, onu tuta bilmeyif. Gəlif ağacı 
çəkif o mıxdakını döyüf. 
Deeflər: 
– A molla, niyə döyöysün
ı
, bax o mıxdadı? 
Deef: 
– Siz onu bilin ki, bu açıxda olsa, onnan bərh qaçar. 
 
5. MOLLA NƏSRƏDDİN VƏ QƏSSAB 
 
Molla  Nəsrəddinlə  bir  qəssaf  qon
ı
şuymuş.  Bir  gün  qəs-
saf Mollaya ət verer ki, apar bunu ver bizə. Qəbirstannıx yaxı-
                                                             
161
 Teyləmək – qovmaq 


 
 
226
nımış.  Molla  Nəsrəddin  əti  gətirer  də,  yeri  qazer,  əti  qoyur 
ora, daş gətirer üsdünə qoyur, əti basdırer. Qəssaf gəler arva-
da deer ki, man
ı
a yiməh gəti. 
Arvat deer:  
– A kişi, ət yoxdu axı?  
Deer: 
– Nətəri yoxdu? Molla Nəsrəddinnən yollamışam axı.  
Molla Nəsrəddini çağırer:  
– A molla, san
ı
a ət verdimmi? 
Deer: 
– Verdin
ı

Deer: 
– Bə dedim axı, apar mənim evimə ver. 
Deer: 
– Bu and, bu Quran, apardım verdim sənin
ı
 evin
ı
ə. 
Deer: 
– Axı bizim evə vermiyifsən. 
Deer: 
– A kül başın
ı
a olsun, bu dünyada gəzdiyimiz hax döyül 
ha, hax öyümüz torpaxdı, gəl gedəh gösdərim. 
Gedəndə görür ki, Molla Nəsrəddin əti başdaşının  yanı-
na qoyuf, üsdünü basdırıf. İndi bu dünyada biz izdaniya quru-
rux, hamısı müvəqqətidi. 
 
AYRIM LƏTİFƏLƏRİ 
 
6. İNDİCƏ ÖLDÜRMƏDİMMİ? 
Bir gün ayrımın biri  tilvizerdə görör kü, munun zəhləsi 
gedən bir kişi tilvizerdə danışer. Tüəngi əlinə aler da, tilvizer-
də buna tuşduyur da, vuror. Elə biler ki, tilvizerdəki kişiyi öl-
dürdü. Qan-tər içində qon
ı
şuya geder ki, bə belə-belə, tilvizer-
də  zəhləmgetmiş  kişi  danışerdı,  vurdum  onu,  öldürdüm.  Bir-


 
 
227
dən görör kü, həmin öldürdüyü kişi buların tilvizerində də da-
nışer. Deer: 
– Ayə, mən indijə bunu vuruf öldürmədimmi?! 
 
7. QARPIZ AĞACI NƏ BOYDA İMİŞ? 
 
Bir gün bir ayrım gəler fısdıx ağacının altında oturor da, 
yiməh  yiirmiş.  Bunun  yiməyinin  içində  qarpız  da  varıymış. 
Bu  yiməyini  yiir, üsdünnən də qarpızını  yiif uzaner kı, bir az 
dincini  alsın.  Birdən  gözü  fısdığa  sataşer.  Deer  kin,  ayə,  gör 
bu boyda fısdığ ağacının belə balaja bir meyvası olor. İndi bu 
qarpızın ağacı gör nə boyda olormuş. 
 
8. AYRIM VƏ RUS 
 
Bir  gün  bir  ayrım  Bakıda  qartof  satdığı  yerdə  bir  urus 
gəler munnan qartof almağa. 
Deer: 
– Paçyom kartoşka? 
O da qayıder: 
– Paçamı da yi, kıçamı da. 
Bu da qayıder soruşor: 
– Zaçem tak qavariş? 
Deer: 
– Ağzına da s…m, üzünə də.  
 
9. ADİN ARI VIZ, DRUQOY ARI DIZ 
 
Bir ayrım olor. Bu arı  saxleer. İndi buna  yeşih  lazımdı. 
Deer, gedim göröm yeşiyi nağayrım, hardan alım? 
Bir  rus  sənətkar  oluf,  onun  yanına  gəlif.  İndi  başa  sala 
bilmer  ki,  mənim arım  var,  ona  yeşih  düzəltdirməh  isdiyirəm. 
Deer, indi nətəər deyim. Ha başa saler, görür, rus başa tüşmör. 


 
 
228
Deer: 
− Adin yeşih, dıva deşih. Adin arı vız, druqoy arı dız. 
Yanı rusu başa salır ki, man
ı
a bir  yeşih lazımdı, yeşiyin 
iki deşiyi olsun, arı birinnən çıxsın, birinə də girsin.  
 
10. HÜNƏRİN VAR, ÇƏK 
 
Bir  ayrım  olur.  Bunun  dişi  bərk  ağrıyır.  Geder  həkimə. 
Həkim  buna  baxer,  deer  ki,  a  qardaş,  dişin  çürühdü,  çəhməh 
lazımdı.  Ayrım  başdıyır  qorxusunnan  tir-tir  əsməyə.  Həkim 
deer kin, ala, bir qırığ arax verim iç, bəlkə hünərrənəsən
ı
, cə-
sarətə gələsən
ı
. Ayrım içer. 
Həkim deer: 
– Nooldu, indi çəkimmi? 
Deer: 
– Yox, ay doxtor, qorxoram. 
Deer: 
– Ayə, qorxma. 
Nəsə,  belə-belə  həkim  bir-iki  dəfə  də  arax  verer  buna. 
Bu  xəsdə  başdıyır  keflənməyə.  Keflənəndə  həkim  deer  kin, 
hə, indi çəkə bilərəmmi dişin
ı
i? 
Deer: 
– Həə, çəkə bilərsən
ı
 nədi? Hünərin
ı
 var, əlini mənim di-
şimin birinə toxundur. 
 
11. BƏS UŞAQLAR NƏDİR? 
 
İki ayrım söhbət eleer. Biri o birisinnən soruşor: 
–  Ə,  arvatdan  ayrılıfsan,  öydə  ona  heş  bir  şey  qoymu-
yufsan? 
– Nə danışersan, qadan alem, bə uşaxlar nədi? 
 


 
 
229
GƏDƏBƏYİN BAMƏZƏ ADAMLARI 
 
12. SƏNİNKİ PULSUZDUR 
 
Rəhmətdih Muxtar kişi Gəncədə gedey üzünü qırxdırma-
ğa. Salondu, burda şəyirtdər də var. Göröy ki, əə, çıxan bir ma-
nat tulluyur. Bu rəhmətdiyin də üzünü savınnıyıf üzünün bir tə-
rəfini qırxanda qalxey, ağnan üzünü siley, deey: 
– Ağrın alem, mənim əllijə qəpiyim var, al bu əlli qəpi-
yi, bu yarısını da gedif Gədəbəydə qırxdırajam. 
Bu, qapıdan çıxanda bunu baş usda göröy. Deey: 
–  Əə,  öyün
ı
  yıxılsın,  indi  də  bumu  qalıf  dünyəə  yayıla. 
Əə, qaytar, kişinin üzünü qırx. 
Kişiyə  yalvarey,  oturtdurur.  Üzünün  qalan  tərəfini  də 
qırxey, atqalonnuyur, əlli qəpiyi də qaytarıf özünə verey. Deey: 
– Kişi, səninki pulsuzdu. 
Hamı  danışeydı  ki,  Muxtar  kişi  Gəncə  kimi  şəhərdə 
üzünü pulsuz qırxdırdı getdi.  
 
13. XALASTOYA SALMIŞAM 
 
Muxtar kişinin bir qara eşşəyi varıydı. Ajdıx iliydi. Mux-
tar  kişi  eşşəyinnən  gəlif  Polatdının  aşırımını  sallananda  rayıs-
palkom  gəlir  ordan  keçey,  yanında  da  Bakıdan  gəlmiş  nüma-
yəndə  varmış.  Deey  ki,  bu  kişinin  o  qədər  baməzə  söhbətdəri 
var, maşını saxlıyax, bu kişiyə bir söz atax. Maşını bu kişinin 
yanında saxlıyıllar. Rayıspalkomun sədri deey: 
– Salam, ay Muxtar əmi. 
– Əleykümsalam, ağrın
ı
 alem, məni nəyə saxlatdırdın
ı
ız? 
Nə lazımdı? 
Dəəndə deey ki, a Muxtar əmi, maşının benzini kutardı, 
bizə bircə litr benzin ələc  elə. Qavağındakı da  eşşəhdi. Eşşə-
yin deey, quyruğunu qaldırdı, gözünü belə qıydı, dedi: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə