Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   56   57   58   59   60   61   62   63   ...   94

 
 
217
– Arvat, noolasıdı? Patşah soruşdu, göldən nə çıxajax? De-
dim, iki sağsağan balası. Allahdan iki sağsağan balası da çıxdı. 
Arvat deer: 
– A kişi, sən bilmersən
ı
mi,  mənim ürəyimnən  sağsağan 
balası keçerdi. 
Kişi deer: 
– A kopahqızı, sağsağan əti  də yiilərmi? 
Nəsə, bu da heş. 
Bir  gün  zərgər  patşahın  qızının  üzüyünün  qaşını  düzəl-
dermiş.  Çəkişi  belə  vuranda  üzüy  sıçrıyar  da  itər.  Otağın  da 
işığı-zadı yoxdu. Nə qədər oysunçu-zad çağırellar, üzüyü tapa 
bilmellər. Axırı kişiyi çağırallar. Kişi yazıx təntiyer deer: 
– Patşah sağ olsun, kravatın üsdə qoy qızın uzansın, bir 
düyü  aşı  pişirərsin
ı
iz,  onu  qıza  qaşıx-qaşıx  verərsin
ı
iz.  Üzüy 
öz-özünə gəlif çıxajax. 
Belə  də  eliyillər.  Qız  dalıüsdə  uzanıf  aşı  yiəndə  görör 
kü,  pərdinin  arasında  üzüy  var.  Sən  demə,  zərgər  üzüyü  vu-
randa üzüy sıçrıyıf da pərdinin arasında qalıfmış. Qız deer: 
– Üzüyümü tafdım. 
Atası kişiyə gənə çoxlu qızıl verər. 
Bir gün gənə bu kişi arvadın əlinnən bezer. Deer, nağay-
rem, neylem? Qızıl-zad da kutarer. Deer: 
– Arvat. 
Deer: 
– Ha. 
Deer: 
–  Filan  xarabalıxda  qırx  metr  dərinniyində  quyu  var. 
Gedək,  rəşmiyi
153
  mənim  belimə  bağla,  salla  məni  quyunun 
divinə.  İki  küpə  sənnən  qızıl  oğurruyuf  orda  gizdətmişdim. 
Gəl onu çıxardıf birtəhər dolanax. 
                                                             
153
 Rəşmi – uzun, nazik kəndir 


 
 
218
Arvat deer: 
– Bay, ağrım ürəyin
ı
ə, özüm tüşə bilmerəmmi? 
– Arvat, sən tüşəmməzsən
ı

Bu kişi belə eləməynən arvadı başınnan  eləməy isdiyir. 
Arvat da o qədər tamahgırıymış kı, kişinin niyyətini başa tüş-
mör,  özünü  saler  quyuya.  Kişi  rəşmiyi  buraxıf  gəler.  Aradan 
bir həfdə keçer. Deer, gedem göröm arvat ölüpbü? Birdən qa-
çar. Rəşmiyi gəlif quyunun divinnən çıxardanda görör kəndir 
ağır gəler. Darter görör bir ilan gəldi kəndirdə. Kişi isdiyir ila-
nı  buraxa  quyunun  divinə.  İlan  yalvarar  kı,  ant  vererəm 
Allaha,  məni  Xanpərinin  əlinnən  kutar,  səni  dünya  malınnan 
qanı eliyəjəm. Kişi darter, ilanı çıxarder. İlan deer: 
– Kişi. 
Deer: 
– Ha. 
Deer: 
– Mən gedif patşahın qızının boynuna dolanajam. San
ı

bir dua verəjəm, bunu oxuyarsan
ı
, mən qızın boynunnan açıla-
jam. Ancax son
ı
ra gəlmə ha, gəlsən
ı
 səni tas-tas eliyəjəm. 
Deer: 
– Yaxşı. 
İlan geder, patşahın qızının boyn
ı
una dolaner.  Nə qədər 
oysunçu çağırellar, ilan tüşmör. Kişi gəler ki, mən tüşürörəm 
onu, nə verəjən
ı

Deer: 
– Qızım ağırrığında qızıl verəjəm. 
Duayı  oxuyanda  ilan  durar  qaçar.  İlan  burdan  qaçar  bir 
başqa  vilayətdə  bir  tacirin  qızının  boynuna  dolanar.  Tacir  nə 
qədər  eliyər,  qızının  boynunnan  ilan  tüşmör.  Axır  deellər,  fı-
lan  ölkədə  patşahın  qızının  boynuna  ilan  dolanıpbış,  onu  bir 
kişi tüşürüf. Tacir gəler kişiyə minnətçi tüşör. Deer: 
– Qızım ağırrıxda qızıl verəjəm san
ı
a. 


 
 
219
Kişi duror gəler tacirin qızının yanına. 
İlan deer: 
– Kişi, san
ı
a demədimmi gəlmə. Gəlsən
ı
, səni tas-tas eli-
yəjəm. 
Kişi deer: 
–  Öyün
ı
  yıxsın,  mən  ona  gəlməmişəm.  Mən  gəlmişəm 
deyəm ki, Xanpəri gəldi, qaç. 
İlan bəyaxdan qızın boynunnan  açılıf qaçer. Kişi də qı-
zılını alıf qayıder. 
 
31. SAMANLIQ TOYU 
 
Bir  pinəçinin  arvadı  yaman  paxılıymış.  Görör  zurnaçı 
yaxşı dolaner, bu da dolanammer. Arvat pinəçiyə deer: 
– Allah öyün
ı
ü yıxsın, get sən də zurnaçı ol! 
Deer: 
–  Öyün
ı
  yıxsın
ı
,  mənim  yetmiş  yaşım  var,  innən  belə 
mən  zurnamı  çala  bilərəm?  Mənimki  odu  pinəçiliy  eliyəm, 
pul qazanam, uşağı dolandıram. 
Arvat da Azreyilin biriymiş. Əl çəhmer, kişinin ələci kə-
siler, duror geder bazardan bir zurna aler da, tez qoynuna so-
xor kun, birdən biri görər. Gəler öyə. 
Arvat deer: 
– A kişi, aldın
ı
mı?  
Deer: 
– Hə. 
Deer: 
– Hanı? 
Deer: 
– Putana,
154
 qoynumda. 
                                                             
154
 Putana – budur 


 
 
220
Arvat deer: 
– Öyün
ı
 yıxsın
ı
, kəndə çıx, gör kim toy elleer, kimə zur-
naçı lazımdı, bəlkə dolanax. 
Təzdənnən yazıx kişi an
ı
rı çıxanda bir qavalçı görör. Sö-
yünör, deer, bu qavalçıyı görməyim yaxşı oldu. Elə bunu apar-
ram  toya,  bu  qavalı  möhgəm-möhgəm  vurar,  zurnanın  səsini 
batırar,  mənim  zurna  çalammadığımı  heş  kəs  bilməz.  Sən  de-
mə, bu öyü yıxılmış qavalçı bunnan da naşıymış. Heş nə qam-
mermış. İkisi də bir-birinə qoşulor da, gəler bir köhnə saman-
nıxda gejəliyillər. Sən demə, bu kəndin iki böyüylərinin qızın-
nan  oğlu  sevişermiş. Bu  oğlan  da  qızı  samannığa  verer ki,  bir 
az söhbət eləsinnər. Bular da qaçıf pəyənin arasına gizdənellər. 
Qavalçı deer: 
– Bə havax toy eliyəjiyih? 
Pinəçi deer: 
– Gə elə indi eliyəh. 
Qavalçı  qavalı  vuror,  o  biri  də  zurnuyu  püflüyəndə  qız 
qorxuf kışkırer. Deer: 
– Burda cin-şəyətin yığını var. 
Olar  qaçanda  da  bular  izdiyir  görör  kü,  biri  o  qapıya 
getdi, biri də o biri qapıya. Qayıder gəler,  yerinə girer,  yatel-
lar. Savax gedəndə qapıyı döyör də deellər: 
– Toyun hakqını ver. Axşam sizə toy çalmışıx. 
Qız  barmağını  tişdiyif  deer,  elə  axşamkılar  bularıymış. 
Qız  yalvarer kın, sən Allah, atama-anama demə. Bilsələr, də-
rimi boğazımnan üzəjəhlər. Toyun hakqı nə qədərdi? 
Deer: 
– Yüz tümən. 
Qızın  ələci  kəsiler,  gətirer  verer  pulu.  Bular  burdan  ge-
dellər də oğlanın qapısını döyöllər. Deellər: 
– Hakqımızı ver, axşam sizə toy çalmışıx. Əyər vermə-
sən
ı
, pütün kəndə yayajıyıx sizi samannıxda gördüyümüzü. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə