Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   69   70   71   72   73   74   75   76   ...   94

 
 
269
12. 
Bu  əhvalatı  man
ı
a  anam  danışıf.  Ələsgərin  ustadı  Aşıx 
Alı  oluf.  Alı  kişi  Ələsgərə  deey  ki,  Ələsgər,  nə  qədər  İmanı 
imtahana çəkdim, qardaşın
ı
 oğlu İman dəən
ı
 sənnən çox qüv-
vəlidi,  çox  biliklidi.  Dəəndə  rəhmətdih  Ələsgər  deey  ki,  Alı 
əmi,  Allah-taaladan  ona  o  qədər  vergi,  bilik  verilif  ki,  İman 
yaşamayjax. 
Ələsgərin qızı İmanın böyüh qardaşı Qurvandeydı. Qur-
van ölöy. Ölənnən son
ı
ra bu uşax yetim qalmasın deyə, təzdən 
Ələsgər öz qızını zornan İmana kəfin elətdirey. İman da cavan 
oğlan.  Fikirrəşey  ki,  bəs  son
ı
ra?  İmanın  itgin  çüşməyinin  sə-
bəbi  həmən  o  yengəsinin  ona  zornan  verilməsi  oluf  haa. 
Çünki onun belə bir sözü də var: 
Ovsunçuyam bir şahmarın əlinnən, 
Yatıram qoynunda mar əvəzində. 
İman onnan havalaney, gəley çıxey Böyüh Qaramurada. 
Qələndərin dədəsi də − Dəli Məhəmmət deeydilər – beşaçılan 
çiynində,  çöllərdə.  Daa  bunun  da  qavağına  heş  kəs  çıxa  bil-
mey. Bu İman rəhmətdih üzünü-başını tük basmış, gəley düz 
bu Məhəmmədin öyünə. Salatın qarı da buna fikir verey. Gö-
röy, əə, bir cavan oğlandı, üzünü-başını tük basıf. 
– A bajı, məni qonağ eləərsin
ı
izmi? 
Deey: 
− Eləərəm, ama bir yannan bir az çəkinəcəyim var. 
Yəni  Məhəmmətdən  çəkindiyini  deey.  Axşam  şər  qarı-
şey.  Məhəmmət  gəley  öyə.  Göröy,  əə,  bir  cavan  oğlan  var, 
üzünü-başını tük basıf. Məhəmmədin rəngi-başı allaney ki, əə, 
bu  kimdi  ki,  gələ  mənim  ayiləmin  yanına  girə.  Bunun  rəngi 
allanan kimi – gör Allah-taala İmana nə qədər haxdan bilik ve-
rifbiş – deey: 
−  Əə,  Məhəmmət,  nə  rəngin
ı
  allansın
ı
,  nə  başın
ı
.  Mən 
Göyçə mahalınnan çıxanda man
ı
a dedirdən dedirdif ki, Böyüh 


 
 
270
Qaramuratda  Dəli  Məhəmmədə  qonağ  olajaxsın
ı
.  Əə,  mən 
Aşıx Ələsgərin qardaşı oğlu İmanım. 
Dəəndə  Məhəmmət  səngiyey
216
,  bunu  qonağ  eleey.  Bu, 
səhər qalxanda deey: 
–  A  Məhəmmət,  yardan-yasaxdan,  ülgüşdən-filannan 
varmı? Mənim bu üzümü qırxasan
ı

O vaxdı kərəntə ülgücü
217
 oluf. Dəəndə deey ki, var. Bu, 
gətirey ağı dolooy, savınneey, ülgücü gətirif buna yaxınnaşan 
kimi İman qalxey, ağı götüröy, üzünü siley də, deey: 
– A Məhəmmət, mən tələsiyerim, mən getməliyim. 
Dəəndə  Məhəmmət  deey  ki,  ay  İman,  bilirəm  sən  niyə 
eleeysin
ı
. Sən fikirrəşesin
ı
 ki, üzün
ı
ü qırxa-qırxa gələrim, bo-
ğazın
ı
a  çatanda  boğazın
ı
ı  kəsərim.  Əllərimi  kəsərim,  san
ı

qıymarım,  otur.  İmanı  təzdən  oturtduroy,  üzünü  savınneey, 
qırxey. Çaydan-çörəhdən də yiiy. Anam deey, elə bilərdin
ı
 bə-
dəni  quşdu,  bunun  bədənində  sümük  yoxdu.  Gözümüzü  açıf 
yumana  kimi  deey,  ordan  Polatdının  qılıcını
218
  düz  aşdı.  On-
nan  da  İman  gedey  çıxey  Gəncəə,  Gəncədən  gedey  Tiflisə, 
Tiflisdən  harəə.  Həfdəsi  keşməmiş  deey,  Göyçədən  on  beş-
iyirmi  adam  yeridi,  gəldi.  Dedih,  belə  oldu,  bax  bu  öydə  də 
qaldı, burdan da çıxanda Polatdının aşırımını aşdığını gördük. 
Onnan İman getdi. Allah rəhmət eləsin Aşıx İmrana. Aşıx İm-
ran  burda  söhbət  eləəndə  dedi  ki,  mən  getdim İranda  İmanın 
adına qoyulmuş mədəniyyət evini gördüm, onun adına qoyul-
muş küçəni gördüm.  
                                                             
216
 Səngiyey – sakitləşir 
217
 Kərəntə ülgücü – kərəntə tiyəsindən kəsilib hazırlanmış ülgüc 
218
 Polatdının qılıcı – Poladlı kəndinin aşırımı 


 
 
271
ETNOQRAFİK MƏTNLƏR 
 
1-7. XIDIR NƏBİ 
 
1. 
Xıdır  Nəvi  fevralda  olor  −  fevralın  10-u  keçiriler.  Qo-
yut
219
  qayırerıx.  Çıralar
220
  yandırerıx  pambıxdan  o  qoyudun 
üsdündə.  Uşax  vaxdı  söyünüf  qoyuddan  alerdıx,  yiirdih,  on-
nan  son
ı
ra  çırasını  yandıranda  baxerdıx.  Anamız  qoymordu 
onun  yanına getməyə ki, siz toxunman
ı
 ona, Xıdır bavan
ı
 gə-
ləjəh. Qoyut qoyular. Xıdır gələr, o qoyutdan götürər. Baxer-
san
ı
  ki,  bir  belə  ordan  götürüf,  bir  belə  burdan  götürüf.  Ata-
mız,  anamız  da  biler  ki,  o  payını  apardı.  Ən  əziz  bavadı  o. 
Onun  çırasını  həməşə  təmtəraxnan  yandırellar.  Hər  adamın, 
qohumun da adına bir dənə çıra yandırerıx.   
 
2. 
Xıdır Nəvi o vaxdı üş qardaşıymış. Biri Ellaz, biri Nəvi, 
biri  də  Xıdır.  Üçü  də  çıxellar  səfərə.  Gedellər,  orda  onnarı 
çoyğun  tutor.  Çoyğun  tutanda  nəzir  eleellər.  Buğda  gətirer-
mişdər. Deellər ki, biz pişirif nəzir  verəjiyih. Buğdadan nəzir 
eleellər. Sağ-salamat gəlellər. Gələnnən son
ı
ra buğdoyu qoyu-
rollar. Buğdadan da qoyut çəkellər kirkirədə, onnan son
ı
ra da 
camahata payleellar. Onnan son
ı
ra qaler bu Xıdır Nəvinin adı. 
 
3. 
Qoyut Xıdır Nəviynən İlyasın azuqəsi oluf. 
Xıdır Nəviynən İlyas bir qoşunun başçısıdı. Olar gedel-
lər dirilih suyunun dalınnan. Geder içellər həmən suyu, qeybə 
çəkilellər.  Gedənə  kısmat  olmor.  Bular  bilmer  də.  Birdən  elə 
                                                             
219
 Qoyut – qovud 
220
 Çıra – çıraq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə