Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   77   78   79   80   81   82   83   84   ...   94

 
 
298
vatdar qəbiristannıxda ağlıyıf vay-şüyən salırdılar. Bu da çox 
vax aparırdı. Ölü öldüyü gün məhlədə  yekə bir çadır qurular. 
Həmin çadır  yeddi gün qalar,  yeddidən son
ı
ra sökülər. Bir də 
qırxında qurular. Ölünün birinci günündə dörd-beş kilo  yağın 
halvası  çalınar.  Yuxa  ilə  bərabər  arvatdara  verilər.  Kişilər  də 
qəbirstannıxdan gələnnən son
ı
ra onnara da  verilir. Halva,  yu-
xa, çay  yiilif içilənnən son
ı
ra Fatihə verilir. Bilən Həmsurə
244
 
verər,  bilmiyən  rəhmət  diləyər.  Qırx  gün  həmin  evdə  ləmpə 
yandırallar. Ölənin ruhu qırx gün evdən getməz. Ölünün bası-
rıldığı gün qəbrin üsdündə, bir də yüyət yerində ağacın başına 
lopa  bağlıyıf  orda  yandırmalısan
ı
.  Qəbiristannıxda  yandırır-
san
ı
  ki,  qavaxca  qəbrin  üsdünü  torpaxlıyırdılar.  Ona  görə  ki, 
çakqal, qəbirqurdu qəbri tez açıf meyidi yiyə bilər. Heyvannar 
həmin gün oddan qorxuf qəbrə yaxın tüşmürdülər. 
Ölü ki, hansı yorğan-döşəkdə, döşəyin altına salınmış gə-
vədə  canını  tafşırmışdı,  həmin  şeylər  onun  üçünə  kimi  çayda 
yüyülüf qüsullanmalıdı. Ölünü yüyətdən çıxardıf hansı gəvənin 
üsdünə  qoyuf  qəbirstannığa  aparmışdılar,  həmin  gəvə  gejə  ul-
duz görməmiş evə gətirilməlidi. Yüyətdə ölünü yüyən adam, su 
tökən adam, hər kim ki ölüyə dəymişdisə, o adamlar çimif qü-
sullanmalıdılar.  Çünki  ölünün  ağırrığı  onnarın  üsdündə  qalır. 
Ölüyə bizim kətdə qırx gün yas saxlıyıllar, öldüyü günnən yed-
disinə qədər evdə ağlaşma olur. Öldüyü gün, üçü, yeddisi, qırxı, 
bir də ilində ehsan verilir. Yeddisinnən qırxına qədər cuma ax-
şamı keçirilir. Hər cuma axşamında onun adına qazan asılıf eh-
san verilir. Bizdə ona adna deellər. Ehsanda əsasən aş-qara, bo-
zartma,  doyğa,  halva,  göy-göyərti,  xurma,  limon  və  s.  veriler. 
Cuma axşamında əsasən yasa gələ bilmiyən adamlar gəlerdilər. 
Ölən  adamın  öldüyü  gün  şəklini  verif  böyütdürərdilər.  O  şəkli 
ipəyə püküf balıncın üsdünə qoyardılar, ağlaşma olanda isə or-
                                                             
244
 Həmsurə – “Qurani-Kərim”də “Fatihə” surəsi 


 
 
299
talığa gətirif üzünü açıf hərə bir ağız dil deef ağlıyardılar. Şəkli 
kim  ki  ortalığa  gətirmişdisə,  o  adam  da  aparmalıydı.  Başqası 
bunu  eliyə  bilməzdi.  Ehsan  günü,  ağlaşmadan  son
ı
ra  arvatdar 
çöldə su ilə əl-üzdərini  yüməli və gülaf suyu almalıdılar. Gülaf 
suyunu  da  cavan  qız  uşaxları  verməlidi.  Arvatdar  yasa  əyax-
yalın, başıaçıx gələ bilməzdər. Deellər, günahdı. Gülaf suyu da 
dirrik suyudu. O su həm ölüyə xeyirdi, həm də ağlayan adama. 
Ölüyə ona görə xeyirdi ki, onun ruhu şad olur. Ağlayan adam-
lara  ona  görə  xeyirdi  ki,  ağlıyannan  son
ı
ra  onun  gözdəri,  başı 
ağrıyır. Gülaf suyu alannan və içənnən son
ı
ra ona xeyir olur. 
Axşamüsdü  ölən  ölünü  günün  dalınnan  basdırmellar. 
Onu səhər dəfn eleellər. Həmin gejə meyidin yanında hər kəs 
ki qalır, o adam üş gün evinə gedə bilməz. O üş gün  yas  ye-
rində  qalmalıdı.  Deellər,  evinə  getsə,  onun  evinə  yas  tüşər. 
Yas evinin qapısı bağlanmaz. Gədəbəyin adəti belədi ki,  yed-
di gün yasa gəlif-gedən olur, ev yiyəsini tək qoymullar. Səhər, 
bir də günortadan son
ı
ra ağlaşma olur. 
Yasa gələn hər kəs, kimin nəyə gücü çatsa, yasa pul sa-
lar. Qoymazdar ki,  yas evi ziyana tüşsün. Yası bir molla apa-
rar, qırxını da o bağlayar. 
Qon
ı
şular qav-qacağa köməh eliyər.  
Üçünə qədər, üçündən yeddisinə qədər ara günləri çadır-
da, evdə təkcə çay verəllər. 
Ağlaşmadan son
ı
ra arvatdara su verilir, əl-üzdərini yümə-
yə. Onnar gözüyaşlı evlərinə getmillər. Əgər ehsan verilən gün 
ehsan yiməyi çox qalarsa, qon
ı
şulara, qohumlara paylanar. 
Yas  yerinə  uzaxdan  gələn  adamlara  yas  evində  yer  ol-
mazsa,  o  adamları  qon
ı
şular,  qohumlar  aparıf  evlərində  yer-
rəşdirəllər. 
Yasdan çıxan adam birbaşa öz evinə gedə bilməz. Gərəh 
birinci əyaxyoluna dəysin, son
ı
ra evinə getsin, yoxsa yası evi-
nə apara bilər. 


 
 
300
Qırxdan  son
ı
ra  qəvrin  üsdünü  götüröllər.  Yəni  başdaşı 
düzəldellər.  Kimin  imkanı  var  ağ  mərmərdən,  qara  mərmər-
dən, kimin də imkanı azdısa, adi daşdan düzəltdirer. 
Gədəbəydə altmışıncı illərdə Noyruz bayramı günü ölüyə 
qara  bayram  keçirerdilər.  Son
ı
ralar  rayonun  katibi  tərəfinnən 
bu adət ləğv edildi. Qara bayramı çərşənbələrin birinə saldırdı 
ki, camahat Noyruz bayramını şad-xürrəm keçirtsin. Həm də o 
vaxdar yas pulu yığılmırdı. Camahat ölüsünü birtəhər basdırır-
dı. Həmin katib yasa pul salmağı adət halına saldı ki, camahat 
öz ölüsünü yerdən götürə bilsin. Kimin güjü nəyə çatır pul sal-
sın.  Allah  o  adama  rəhmət  eləsin.  Cəmi  ölənnərimizə  Allah 
rəhmət eləsin, yerdə qalannara da can sağlığı versin. 
 
69. 
Bayramda – Noyruzda ölünün üsdündə  lopa (şam)  yan-
dırallar, ağlıyallar. Ayın-oyun da aparıllar ölünün üsdünə. Bu 
saat da həmin qayda var. «Qara bayram» deellər ona. Ölünün 
üsdünə səməni də aparıllar, Noyruz şirnisi də.  Hər kəs qavır-
sannıxda öz ölüsünün adına ağleer.  


 
 
301
BAYATILAR 
 
1. Burdan bir maya getdi, 
Sallandı, çaya getdi. 
Cafa çəhdim, ömür sürdüm,  
Əməyim zaya getdi. 
 
2. Bir çızqı
245
 yağış yağerdı, 
Bir qız məni çağırdı. 
Əl atdım sinəsinə, 
“Mama” deyin bağırdı. 
 
3. İrəvanda işdərəm, 
Xançalımı gümüşdərəm. 
Ay qız, öpərəm səni, 
Hərdən də bir tişdərəm. 
 
4. Su gəler arxa, neynim? 
Dəymir putağa, neynim? 
Yarım mənnən küsüfdü, 
Gəlmer otağa neynim?
 
 
5. Apardı çaylar məni, 
Həfdələr, aylar məni, 
Yüküm qurğuşun yükü, 
Yordu bu taylar məni.  
 
6. A bu dərə, uzun dərə, 
Getdihcə uzun dərə. 
Bu dəriyə bir bağ salın
ı

Yar gələ, üzüm dərə. 
                                                             
245
 Çızqı – xırda, narın 
7. A bu dərənin yolları, 
Açılıf qızılgülləri. 
A bu dəriyə yol salın
ı
 
Gəlsin yarın dilləri. 
 
8. Gəlin
ı
 gedəh çay başına, 
Vədə qoyax ay başına. 
Hər kimin yarı çirkindi, 
Külü qoyax onun başına. 
 
9. Çiyin-çiyinə durduğum yar, 
Çiyninə çuxa saldığım yar, 
Əəğının altı göy çəmən, 
Boyuna qurvan olduğum yar. 
 
10. O toyda
246
 yatan oğlan, 
Köynəyi kətən oğlan. 
Yarın
ı
ı apardılar, 
Ay bixavar yatan oğlan. 
 
11. A qara çuxalı oğlan, 
Zifaf yaxalı oğlan. 
Aç yaxan
ı
ı, yel döysün, 
Mən də baxalı oğlan. 
 
12. Bir quş gəldi Ağdaşdan,  
Xəbər verdi qardaşdan.  
Qardaş bajıdan doysa,  
Bajı doyarmı qardaşdan? 
                                                             
246
 O toyda – o tayda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə