Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   75   76   77   78   79   80   81   82   ...   94

 
 
291
mən  suyun  üsdündə  vurğun  vurmuşdu.  Qarannığıymış,  şər 
vaxdı, əyilif də su içif. Harava da qoşulu. 
 
61. ÇOR XƏSTƏLİYİ 
 
Bitgiyə tüşür çor xəsdəliyi. Məsələn, qartof yetişən vaxdı, 
tam  yetişmiyif,  yenijə  kök  atıf  saçaxlıyanda  baxırsan
ı
  ki,  kar-
tova  çor  tüşdü.  Qartovun  yarpaxlarında,  şaxında  qaralma  eder. 
Uje dava-dərman eleersən, diyandırır. Çor xəsdəliyi deerih mu-
na. Günnən-zaddan olor. Uzun müddət çən, çisəh, yağış, bulud-
du  keçir  hava. Son
ı
ra  da  ardıcıllıxnan hava qızmar keçəndə bu 
yerdən  torpağın  buğu  da  qalxır,  istilih  verir.  Eşihdən  də  şüa 
vurur. Yarpax körpədi də, yanajax. Çor ən çox belə vaxdar olor. 
 
62-65. TOY ADƏTLƏRİ 
 
62. 
Əlli-altmış il əvvəlin toyları indikilərə heç oxşamır. Ta-
mam  başqa  bir  aləmiydi.  Oğlanın  bəyəndiyi  qızı  ad  eləməh-
çün  hörmətli  ağsakqalla  qız  evinə  gedirdilər.  «Hə»  cavabını 
alannan  son
ı
ra  elçi  tüşürdülər.  O  zaman  da  oğlan-qız  çox  ni-
şannı qalmerdılar. Kimin qulfunnan
236
 nə çıxerdısa, qız evinə 
onu  da  aparerdı.  O  zaman  indiki  kimi  ağır  şərtlər  yoxuydu. 
Donnux aparerdılar, kəstum aparerdılar. İndi don da, o dövrün 
kəstumu da ləğv olunuf. 
Toylar  daha  çox  payızda  olurdu.  Əsas  səbəbi  də  oydu 
ki,  əkin-biçin  kutarsın,  camaat  bir  yerə  yığışsın,  arxeyınnığ 
olsun.  Yayda  da  toylar  olurdu.  Toylara  həmişə  aşıx  gəlerdi. 
İndi xanəndə gəler daha çox. O vaxdı toylar günortuya doğru 
başdıyıf  axşamatan  kutarırdı.  Aşıx  çalıf-oxuyurdu;  mağarın 
ortasında ora gederdi, bura gederdi, nağıl deerdi, nəmər yığer-
                                                             
236
 Qulfunnan – qəlbindən 


 
 
292
dı.  Toyun  ən  şirin  vaxdı  yiif-içənnən  son
ı
ra  camahatın  aşığı 
oxutmağı  olurdu.  Çoxlu  sifariş  vererdilər.  Aşığa  nağıl  danış-
dırerdılar. Aşıx sonda bəytərifi eleerdi. Toylarda adamlar bir-
birini  başa  tüşürdü.  Ağlıma  gəlmer,  tək-tük  hallarda  toylarda 
dava tüşürdü. Qavax ağsakqal vardı, qarasakqal vardı. Adam-
lar bir-birin gözdüyürdülər.  
 
63. 
Toylarda aşıx oluf həmişə. Bir cür yiməh verilerdi. Sur-
faya arax qoyulmurdu. Day indiki kimi mer-meyvə, quş südü-
nəcən hər şey olmurdu. Qara zurna çalınerdı. Gəlini atnan gə-
tirerdilər.  Üç  atın  hər  birində  sağdış,  solduş,  ortada  da  gəlin 
olurdu.  Bəy  atnan  qavaxda  gederdi.  Sağdış-solduşun  biri  oğ-
lan,  o  biri  qız  olurdu.  Qız  gəlin  tərəfdə  gederdi.  Toylarda  ən 
çox “Yallı” oynuyurdular. Əlləri çeçələ barmaxla bir-birinnən 
tutmax,  əllərdə  də  yaylıx.  «Vağzalı»,  «Ceyranı»  da  oynuyur-
dular. Toylar gejiyə kimi başa çaterdı. Onnan son
ı
ra aşıx baş-
dıyırdı.  Aşıxlar  Koroğludan  deerdilər,  başqa  dastannarı  danı-
şerdılar. Hamı da maraxnan oturuf qulaq asırdı. 
 
64. 
Toya  yüz əlli adam çağırardın
ı
sa, onnan uzağı beş-altısı 
gəlməzdi.  Gələnnərin  yarısı  qadın,  yarısı  kişi  olordu.  Toy 
yiyəsi  toydan  əvvəl  adamları  çağırmağa  bir  nəfər  tutordu.  O 
da qapı-qapı gəzif adamları çağırerdı. O vaxdı indiki kimi də-
vətnamə yoxuydu. 
Mağar  üçün  lazım  olan  dirəkləri  meşədən  gətirerdilər. 
Mağar dədə-baba qaydasıyla qurulordu. 
Toylarda bozartma, dolma, bir də kartof soyutması olor-
du. İndi toylarda dolmanı ləğv eliyiflər. Toyda yiməh də, mu-
siqi də bir yerdəydi. 


 
 
293
Qavaxlar oğlan tərəfi qız evinə pul vererdi, qız tərəfi də 
balasına  cehiz  vererdi.  Kimin  nəyə  imkanı  çatırdısa,  vererdi. 
Gəlinin başına xam şal atılmalıydı. Atılmasa, qızın anası ver-
merdi balasını. Bir dəfə bir qızı gəlin aparanda başına adi şal 
atıflar,  anası  qoymuyuf  ki,  qızım  ölmüyüf  ha,  başına  kəfən 
atırsın
ı
ız.  Məjbur  oluf  gediflər,  xam  şal  alıf  gətiriflər,  onnan 
son
ı
ra qızın anası balasına xeyir-dua verif. Qırmızı xam şallar 
vardı, gəlinin başına aterdılar, aparerdılar. 
Gəlini  günortaya  kimi  gətirerdilər.  Daa  gəlin  gətirməh 
saat birdən an
ı
arı keşmirdi. Özü də gəlin qırmızı gərdəh arxa-
sında  oturordu.  Yaxın  məsafə  olanda  gəlini  əyaxnan,  uzax 
yerdən isə atnan gətirirdilər. 
Gəlinin  üzünü  göstərməh  olmazdı.  Gətirerdilər,  üzü  ör-
tülü, gərdəyin arxasına keçirerdilər. Gərdəhsiz  gəlin olmazdı. 
Özü  də  bunnan  qavağ  oğlan  qızı  görmördü.  Gedif  alırdılar, 
ancax oğlan gəlini evlərində görə bilerdi. 
Gəlinin əyağının altında ya bir istakan, ya da bir nəlbəki 
qırerdılar, ya da qurvan kəserdilər. İndi bu saatcana altı dənə, 
yeddi  dənə  boşqav  düzöllər.  Bu  boşqavları  gəlinin  əyağının 
altında qırellar. 
Toylarda  mütləq  şax  bəzədilirdi.  Şax  ağaşdan  olurdu. 
Şaxın  üsdünə  kanfet,  şakalad  asırdılar,  təzə  paltar  bağlıyır-
dılar. Şaxı əlində tutana nəmər verirdilər. 
Bəyin  qardaşdığına  lələlik  deerdilər.  Ancağ  indi  «sağ-
dış-solduş»  deellər. Gəlinin də bajılığı olurdu.  O da gəlinçün 
böyüh bir şax bəziyirdi. Xələti bəyin lələliyi verirdi. 
O vaxdı üçaş
237
 vardı, indi yoxdu. Toydan üş gün son
ı
ra 
qız evi bəy üçün beçə pişirif aparırdı. 
 
 
                                                             
237
 Üçaş – üçüncü günün aşı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə