Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   78   79   80   81   82   83   84   85   ...   94

 
 
302
13. Dağlara çən tüşüfdüana,  
Qəlbimə dən tüşüfdü, ana
Mən sənnən ayrılmaram, ana, 
Ayrılıx sənnən tüşüfdü, ana.  
 
14. Bu gedən el yolu olar,  
ay bajı, 
Getdihcə el yolu olar.  
Sən yadıma tüşdühcə  
Yanaxlarım sel yolu olar.  
 
15. Əzizin
ı
əm, bir-bir tüşər, 
Atdanan bir-bir tüşər. 
Sənnən keçirdiyim günnər,  
ay bajı, 
Yadıma bir-bir tüşər.  
  
16. Otdar var topar-topar
Çəkmə, kökünnən qopar.  
Ana, sən yadıma tüşdühcə,  
səni tapbıyanda
Qiyamət o gün qopar.  
 
17. Əzizinəm, ana yeri
Qurulu xana yeri. 
Yüz min təbib olsa, 
= Yüz dərdimizə şərik olan  
olsa da, 
= Yüz ürəhdən yananın olsa, 
Verməz bir ana yeri. 
= Əzizim, ana yeri, 
Tök zülfün yana, yeri. 
Yüz min aləm yığılsa, 
Verməz bir ana yeri.  
= Ələmi
247
, ana yeri, 
Zilfini sana, yeri. 
Yüz il öyüt versələr, 
Gənə verməz bir ana yeri. 
 
18. Əzizin
ı
əm, unutmaram, 
ay qardaş,  
Gül dərif qurutmaram,  
ay qardaş. 
Neçə ki canımda can var, 
Mən səni unutmaram,  
ay qardaş. 
 
19. Bağa  girmərəm sənsiz,  
ay qardaş, 
Gülünü dərmərəm sənsiz.  
Dağda ahu mələsə, 
Bil ki, o, mənəm sənsiz.  
 
 
20. Baxçanı bardan allam,  
Heyvanı nardan allam.  
Könlüm səni isdiyəndə  
Bəs səni hardan allam? 
 
21. Əzizin
ı
əm, bir Aydı,  
Bir ulduzdu, bir Aydı.  
Gündə gördüyüm qardaşı  
Görmədiyim bir aydı. 
                                                             
247
 Ələmi – eləmi 


 
 
303
22. Əzizin
ı
əm, neynim san
ı
a? 
Qommuşdu meylim san
ı
a.  
Mən dönsəm, üzüm dönsün
ı

Sən döndün, neynim san
ı
a? 
 
23. Yollara yol salaram
Karvanı bol salaram. 
Sən yadıma tüşdühcə 
Məzarın
ı
 üsdünə yol salaram. 
 
24. Əzizin
ı
əm, bu dağnan, 
Bajı, sallan gəl bu dağnan. 
Sinəmnən dağın
ı
ı götür, 
Öldürmə məni bu dağnan.  
 
25. Əzizin
ı
əm, o günöylər, 
O quzoylar, o günöylər. 
Ana, sən yadımıza tüşdühcə 
Dərd ürəyimizdə düyün eylər. 
=  Yar yarnan tapışanda 
Bayramın o gün eylər. 
 
26. Əzizin
ı
əm, ulu dağlar
Çeşməli, sulu dağlar. 
Burda bir qərif (= gözəl ana) 
ölüf 
Göy kişnər, bulud ağlar. 
 
27. Dağlara binə gəlləm,  
Gedərəm, yenə gəlləm. 
Ana (= bacı), bircə dəfə 
boyun
ı
u görüf, səsin
ı
i eşitsəm,  
İmana-dinə gəlləm.  
28. Əzizin
ı
əm, sim bağlar, 
Sim bağçalar, sim bağlar.  
Köhnə yaram qor elər, 
Təzə yaram sim bağlar.  
 
29. Əzizin
ı
əm, Lala dağı, 
Bürüyüfdü lala dağı.  
Hər yara sağalsa da, 
Sağalmaz bala dağı. 
 
30. Xoruz ban verəndə gəl
oğul, 
Yaram qan verəndə gəl. 
Sağlığımda gəlməsən
ı

Ölüf can verəndə gəl. 
 
31. Əzizin
ı
əm, götürün
ı

Dar küçədən ötürün
ı

Burda bir qəriv ölüf, 
Qərivin ölümünü elinə, 
gününə yetirin
ı

 
32. Əzizim, duman gəldi,  
Çən gəldi, duman gəldi.  
Ana, cavan yaşımda,  
Əcəlim yaman gəldi.  
 
33. Əzizin
ı
əm, gün düzünə, 
Şeh tüşdü gül üzünə. 
Qurvan olom balama, 
Can verən gündüzün
ı
ə.  


 
 
304
34. Əzizin
ı
əm, mən dolaydım,  
Kəhliyə kəmənd olaydım. 
Sən, bala, ana, öldüm diyəndə 
Yanın
ı
da mən də olaydım.  
 
35. Analar yanar, ağlar, 
Günnəri sanar, ağlar.  
Dönər göy göyərçinə, 
Yollara qonar, ağlar.  
 
36. Əzizin
ı
əm, ağlamazdım, 
Ağa göy bağlamazdım. 
Bilsəydim, vəfan
ı
 budu, 
Fələh, sənə bel bağlamazdım. 
= Bağa girdim əzəldən, 
Dəstə tutdum xəzəldən.  
Bilsəydim vəfan
ı
 budu, bala, 
Bel bağlamazdım əzəldən.  
 
37. Dağların başınnan, 
Divinin xırdaca daşınnan.  
Səni, ana (= bajı = bala) gəzirəm, 
Sorağnan, gözümün yaşınnan.  
 
38. Narınca bax, narınca,  
Saxlaram saralınca.  
Məndə ürəh qalmadı, 
Sənnən bir kəlmə cavab alınca. 
 
39. Ceyran oluf çölə gələrsən
ı

Ördəh oluf gölə gələrsən
ı
.  
Könlüm səni isdiyəndə, bajı, 
Könlüm ala gələrsən
ı
.  
40. Su axar, yer yaş qalar, 
Daş zindanda daş qalar.  
Oğlu ölən ananın 
Gözdərində yaş qalar. 
 
41. Dağları gəzənə bax, 
Toyuztəh süzənə bax. 
Mən sənnən ayrılmazdım, ata, 
San
ı
a gələn qannı Azreelə bax. 
= Dağları gəzən ölsün, 
Toyuztəh süzən ölsün
Səni mənnən ayıran, ata, 
Qannı Azreelin
ı
 ölsün.  
 
42. San
ı
a quzu qurvan, 
Quzunun yüzü qurvan. 
Buna qayil olmasan
ı

Mən balanın özü qurvan. 
 
43. Əzizin
ı
əm, baxdı kəm, 
Bala, bağbanı kəm, baxdı kəm.  
Neynədim o qannı fələyə? 
O da man
ı
a baxdı kəm.  
 
44. Yaralandım yanımnan, 
Quşdar doyar qanımnan.  
Sonunnan bir dərd tapdım, bala, 
Axırda bezar oldum özüm öz 
canımnan. 
 
45. Əyağım yalın oldu, 
Tikəni qalın oldu.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə