Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   81   82   83   84   85   86   87   88   ...   94

 
 
313
134. Bir bağ saldım, bağmansız, 
Yola çıxdım karvansız. 
Analarım,  bajılarım,  məndə 
taxsır görməyin, 
Zalım fələh apardı məni vaxsız. 
 
135. Eləmi, qalasız, 
Qala olmaz qalasız. 
Qohum-qələvələrim, mən ki  
gedirəm, 
Sizi sağlıxnan qalasız.  
 
136. Dumandı, 
Dağlar başı dumandı. 
Ay qardaş, gəl barışax, 
Axır günüm yamandı. 
 
137. Adı qardaş, 
Ağzımın dadı qardaş. 
Sən ki vəfasız çıxdın
ı

Tutaram yadı, qardaş. 
 
138. Quzu yanında, 
Qoyun quzu yanında. 
Anam məni neyləyir? 
Oğlu-qızı yanında. 
 
139. Əzizim, Ərzuruma, 
Dolan gəl, Ərzuruma. 
Dəvəsi ölən canım 
Necə dözüm hər zuluma. 
140. Quşum uşdu tüləhdən, 
Qolum sındı biləhdən. 
Bizimki belə gəldi 
Çarxı dönmüş fələhdən. 
 
141. Vətən mülkümdü mənim, 
Anam börkümdü
250
 mənim. 
Tüşmənim özüm oldum, 
Bəs dosdum kimdi mənim? 
 
142. Bu bağların üzümü, 
Öldüm, basın gözümü. 
Bilsəydim, ayrılıxdı, 
Öldürərdim özümü. 
 
143. İlan olmaz, 
Evimdə ilan olmaz. 
Ağlaram, gülləm özüm
Dərdimi bilən olmaz. 
 
144. Gəlin gəlir, yan verir, 
Açma, yaram qan verir. 
Xəvər verin anama, 
Oğlun
ı
 daha can verir. 
 
145. Bağa dönsün, 
Gül aşsın, bağa dönsün. 
Kağız yazsan
ı
, elə yaz, 
Ürəyim dağa dönsün. 
 
                                                             
250
 Börk – burada: namus 


 
 
314
146. Göydən uçan quş mənəm, 
Yalvarsan
ı
 da, tüşmərəm. 
Gör necə yad olmuşam, 
Heş yadın
ı
a tüşmərəm. 
 
147. Göydə uçan quş qardaş
Qanadı gümüş qardaş. 
Bajın
ı
 qürbət eldədi, 
Gəl yanıma tüş, qardaş. 
 
148. Şalın qara boyandı, 
Ucu yerə dayandı. 
Mənim ahu-naləmnən 
Göydə mələk oyandı. 
 
149. Xırdaca daşdı dağlar, 
Sənnən kim aşdı, dağlar? 
Qəfil ölən qardaşı 
Ah-vayla bajı ağlar. 
 
150. Qara tikan kolları, 
Bürüyüfdü yolları. 
Eşitsəm, sən gəlirsən
ı

Ayırtdaram
251
 yolları. 
 
151. Əzizim, ağ kağızım, 
Dili yox, lal kağızım. 
Gedirsən
ı
 qardaş yanına, 
Dil aç, yalvar, kağızım. 
                                                             
251
 Ayırtdaram – arıtdaram, 
təmizləyərəm 
152. Əzizim, sarı sancax, 
Başımda sarı sancax. 
Nə qız oldum, nə gəlin, 
Oddara yandım ancax. 
= Qaladan endim, ancax 
Başımda qara sancax. 
Nə gəlin oldum, nə qız 
Qara günə dözdüm ancax. 
 
153. Qarabağda talan var, 
Qəmzəylə qan alan var. 
Demirsən
ı
 baş yastıxda, 
Gözü yolda qalan var. 
 
154. Yaza nə qaldı, 
Qış getdi, yaza nə qaldı? 
Qələmdə nə günah var? 
Mürvət yazana qaldı. 
 
155. Qəribəm, yoxdu arxam, 
Qanadım yoxdu, qalxam. 
Çıxam dağlar başına 
Vətənə sarı baxam. 
 
156. Ay doğdu mətinnən
252

Uzaşdı zülmətinnən. 
Ağzı yanmış qara torpax 
Doymur insan ətinnən. 
 
 
                                                             
252
 Mətinnən – üfüqdən 


 
 
315
157. Ay ağa, 
Yetiş dada, ay ağa. 
İllər xəsdəsi canım 
Yar gəldi, qalx əyağa. 
 
158. Əzizim, göyçəh ağlar, 
Geyməyə göyçəh ağlar. 
Məni anam ağlasın, 
O ağlar, gerçəh ağlar. 
 
159. Bağa girdim bağbansız, 
Dəvə gördim sarvansız. 
Aləmə dərman verdim, 
Özüm öldüm dərmansız. 
 
160. Aralı canım, 
Eldən aralı canım. 
Bosdanı dolu döymüş 
Tağdan yaralı canım. 
 
161. Dağlarda dumanam mən, 
Bağlarda dumanam mən. 
Əl vurmayın
ı
 yarama, 
Yarası yamanam mən. 
 
162. Əzizin
ı
əm, nə qaldı? 
Nə qovğadı, nə qaldı. 
Yaxşılıx gözəl şeydi, 
Yaman, sənə nə qaldı? 
 
163. Əzizim, gözdə məni, 
Kabab kimi közdə məni. 
Ölsəm, torpağım ağlar, 
Sağ olsam, gözdə məni. 
 
164. Üş keşdi, 
Göydə ulduz üş keşdi. 
Fələh, gəl görsət görüm
Hası günüm xoş keşdi? 
 
165. Əzizin
ı
əm, lala yalqız, 
Gül yalqız, lala yalqız. 
Qorxuram, qəriv öləm, 
Məzarım qala yalqız. 
 
166. Əzizin
ı
əm, odu keşdi, 
Qalyanın odu keşdi. 
Kor olaydın
ı
, ay ovçu, 
Maralın
ı
 odu, keşdi. 
 
167. Bülbüləm, ovla məni
Sal daşa, qovla məni. 
Gejə qoynun
ı
da saxla, 
Gündüz buxovla məni. 
 
168. Bu yola yolmu deersən
ı

Ceyrana kolmu deersən
ı

Atıf gedirsən
ı
 məni, 
Man
ı
a ölmü deersən
ı

 
169. Əlimdə var barama, 
Əl vurmayın yarama. 
Bacım tutsun çırağı, 
Anam baxsın yarama. 


 
 
316
170. Ağacın bürcü
253
 mənəm, 
Dil bilməz gürcü mənəm. 
Baş qoy dizim üsdünə, 
Anan
ı
am, incimənəm. 
 
171. Ağaşda xəzəl ağlar
Dibində gözəl ağlar. 
Yardan ayrılan canım 
Sərgərdan gəzər, ağlar. 
 
172. Dəryada çırax yanır, 
Baxdıxca irax yanır. 
Sevgi şirin şərbətdi, 
İşdihcə ürəh yanır. 
 
173. Gəmin
ı
 bir yana döndü, 
Sular ümmana döndü. 
Ləbin
ı
nən kam alınca 
Ürəyim qana döndü. 
 
174. Bağda can alması var, 
Kəsif can alması var. 
Gözdərin
ı
 nə oynayır, 
Yoxsa can alması var? 
 
175. Əzizim, yara döndü, 
Məlhəmnən yara döndü. 
İsdədim boynun
ı
 qucam, 
Zülfün
ı
 şahmara döndü. 
 
                                                             
253
 Bürcü – budağı, şaxəsi 
176. Üzüm qara, 
Bağlarda üzüm qara. 
Gedirəm dost yanına, 
Əlim boş, üzüm qara. 
 
177. Sularımış, 
Kükrəyən sularımış. 
Əzrayıl, adın bilmirəm, 
Can alan bularımış. 
 
178. Əzizin
ı
əm, məndə nal, 
Səndə çəkic, məndə nal. 
Sinəm əttar dükanı, 
Nə isdəsən
ı
, mənnən al. 
 
179. Əzizin
ı
əm, qar daşı, 
Qarrı dağdan qar daşı. 
Hərə bir şey isdiyər, 
(=Hər könül bir şey isdiyir), 
Mənim könlüm qardaşı. 
 
180. Təhlədənəm
254

Tək evli Təhlədənəm. 
Ərəstər
255
 tərlanı hanı, 
Mən sona təhlədənəm. 
 
181. Əzizin
ı
əm, bir sinim
Bir siratım
256
, bir sinim. 
Həsrətin
ı
nən əsirəm, 
Qoy qoynun
ı
da bir isinim. 
                                                             
254
 Təhlə – kənd adı 
255
 Ərəstər – yer adı 
256
 Sırat – burada: qab, cam mənasında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə