Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   84   85   86   87   88   89   90   91   ...   94

 
 
326
87. Lələ köçüf yurd ağlıyıf, 
    Dönüf-dönüf bir də ağlıyıf. 
88. Nəəzerdin
ı
 qapılarda kı, niyə də yarmaça
271
 səni alerdı? 
89. Nə taxda arxalan, nə baxta. 
90. Nə umursan
ı
 bajınnan, bajın ölür ajınnan. 
91. O iti Allah vursun ki, döyülə-döyülə qoyuna gedir. 
92. Oğlan evi qız gələnətən, 
    Qız evi ölənətən (əziyyət çəkməlidir). 
93. Olmuyaydın qazı, ağrımıyeydı başın
ı

94. Ölüm köhnə borşdu. Gej, ya tez hamı onu ödəməlidi. 
95. Özgəyə buzov güdənin çatısı əlində qalar. 
96. Özün basdırdığın
ı 
ağaca söykən. 
97. Pambıx deyiləm ki, alışıf yanam. 
98. Parıya dəymə, pütünə dəymə, dorğa, doyuncax yi. 
99. Pisin
ı
i  özgüyə  vermə,  ayıfdı,  yaxşın
ı
ı  özgüyə  vermə, 
hayıfdı. 
100.  Sadağa saraydan çıxmaz. 
101.  Salam verdih, borşdu çıxdıx zəvzəyə. 
102.  Saman tüşdü, Zaman öldü. 
103.  Sarı yağla yağlıyır, 
 
Qaynar  şişlə  dağlıyır.  (Bir  yandan  əzizləyir,  o  biri 
yandan döyüb incidir). 
104.  Sarımsax işdi-daşdı, 
   
Soğan yalqız başdı. 
105.  Səbir eliyəjən, qavra edəjən, səbir eləmiyəjən, harya 
edəjən? Yəni səbirsiz olsan, harda ölüb-itdiyin bilinməyəcək. 
106.  Səhsən, doxsan, bir gün yoxsan
ı

107.  Səninçün qış sabaha qədərdi. 
108.  Sən almalı taladan gəlifsən
ı
, mən p...lu küllühdən?! 
109.  Siçan olmamış dağarcıx divi deşir. 
 
 
                                                             
271
 Yarmaça – yarılmış odun parçası 


 
 
327
110.  Soruşa-soruşa Haja da gedəllər. 
111.  Sürüngən  salamdan  yüyrək  köpəyoğlu  yaxşıdı.  (Kö-
nülsüz salamdan, könüllü köpəyoğlu demək yaxşıdı). 
112.  Sürünün çovanı özünnən olanda quzular ekiz olur. 
113.  Torvasına bax, duzunu al, anasına bax, qızını al. 
114.  Tülküyə dedilər, get yumşax tühlü bala gəti, getdi öz 
bazlasını ətdi. 
115.  Vələsin közü, varrının sözü. 
116.  Yağlı g...ə quyrux bağlıyıllar. 
117.  Yalanın mənzili olmaz. 
118.  Yaxşı qızı yaxşı yerə verəllər. 
119.  Yavaş eşşəyi cüt-cüt minəllər. 
120.  Yi daddını, 
   
Gətir atdını. (Yaxşıca ye ki, oğul doğasan
ı
). 
121.  Yiməh adamı iki eləmir, yekə eliyir. 
122.  Yoxsulu  çəkəllər  dar  əyağına,  varrını  çəkəllər  xan 
əyağına. 
123.  Yol kəsənin yolunu nə vaxsa Allah kəsir. 
124.  Yuxudan oyatdılar, başımın üsdə dağ boyda dərd gör-
düm. 
125.  Zərgərin  yüz  zərbəsi  dəmirçinin  bir  zərbəsinə  bara-
vardı. 


 
 
328
DEYİMLƏR 
 
1.  Ağ  ayranı  itə  tökəllər,  qara  kişmişi  civə.  Qaraşın  qız-
lara təsəlli vermək üçün işlədilən ifadədir. 
2. 
Ajam,  ajam,  öfkə  ajı  döyləm  =  Ajam,  quyrux  ajıyam, 
bağır-öfkə  ajı  döyləm.  İnsanın  özünə  hörmət  qoyması 
anlamında işlədilir.
 
3.  Atdanan güllü bağa. Adamın rahatlıq və gözəllik axta-
rışı ilə bağlı deyilən ifadədir. 
4.  Ayran  tapbır  işməyə,  çadralı  gedir  gəzməyə.  Kasıb, 
amma özündən razı, ədabaz  adamlar haqqında  işlədi-
lən ifadədir. 
5.  Bajıdı,  özü  də  soğannan  ajıdı.  Bacıdan  narazı  qaldıq-
da işlədilən ifadədir.  
6.  Balağı batdax, davanı çatdax. Pinti adam haqqında iş-
lədilən ifadədir. 
7.  Belimə  qara  un  bağlıyıf.  Nə  eləsəm,  hörmətim  yoxdu. 
Gəlinin  qayınanadan  narazılığını  bildirmək  üçün  işlə-
dilən ifadədir. 
8.  Bəzəndi  qaz,  etdi  naz. Ədabaz,  özündən  razı  insanlar 
haqqında deyilən ifadədir. 
9.  Bizimki  bazara  qədər  deyil,  məzara  qədərdi.  Sevgidə, 
dostluqda etibarı, sədaqəti bildirmək üçün işlədilir. 
10. Döyər,  söyər ərim  yox,  yel aparası da öyüm  yox. Qa-
dının  heç  nədən  qorxub  çəkinmədiyini  bildirmək  üçün 
işlədilən ifadədir. 
11. Elə  elə  qapına  bir  də  soğana  gəlsinnər.  Münasibətləri 
korlamamaq mənasında işlədilən ifadədir. 
12. Elə gözəldi  yasdıx kimi. Qadının  ətli-qanlı və yaraşıqlı 
olmasını vurğulamaq üçün istifadə olunan ifadədir. 
13. Eləjə ölmüş eşşəh gəzellər nalını sökməyə. Öz mənfəə-
tini  güdən,  başqalarından  sui-istifadə  etməyə  çalışan 
adamlar üçün  işlədilən ifadədir. 


 
 
329
14. Filankəs  yer qılışdıyır. Bərk  əsəbiləşən adam haqqın-
da deyilir. 
15. Genə  buludun  g..ü  (dalı)  cırılıf.  Yağış  çox  yağanda 
işlədilən ifadədir
16. Haramın  başı  dağca  olsa  da,  divi  qılcadı.  Yəni  haram 
mal  yığılar,  ancaq  bir  anda  əldən  çıxar.  =  Yad  oğlu-
nun başı dağcağ olsa da, divi heş qılcax da döyül. Yad 
adama etibar etmək olmaz mənasında işlədilir.   
17. Xoruzunu qoltuğuna vermək. 
  Köhnə  vaxtı  elçi  gedəndə  oğlanı  da  apararmışlar.  Oğlanın 
qoltuğuna  bir  xoruz  verərmişlər.  Oğlan  xoruzu  qoltuğuna  alıb 
aparır, qıza verir, qız da aparıb bir küncə qoyurmuş. Əgər danı-
şıq  tutsa,  qız  evindən  razılıq  alınsa,  xoruzu  kəsirmişlər,  hamısı 
yeyirmiş,  danışıq  tutmasa,  qaytarıb  xoruzu  oğlanın  qoltuğuna 
verirmişlər, aparıb gedirmiş. 
18. Koroğlu  Koroğludu,  onu  da  Giziroğlu  suya  basdı.  Heç 
kim məğlubedilməz deyil. 
19. Qoy  qazan  örtülü  qaynasın.  Yəni  söhbəti  cox  açıb- 
ağartmayaq. 
20. Nək
272
  gələ,  keçi  qapıya  tək  gələ.  Yoldaşlı  gedib  tək 
qayıdan adamlara deyilir. 
21. Taylı  dooşan  kimi  gəzer.  Həmişə  bir  yerdə  gəzən  iki 
nəfərə deyilir. 
22. Üzü  qara  qız  kimi  qayıtdı  üsdümə.  Kimsə  bir  işi  ba-
carmadıqda işlədilən ifadədir.  
23. Yanında  tişini  qurtdalıyası  döy.  Sirr  saxlamağı  bacar-
mayan,  boşboğaz  adamlar haqqında işlədilən ifadədir. 
24. Yenə çərşənbə tonqalına dönmüsən
ı
Bir insanla az-az 
görüşəndə işlənən ifadədir. 
                                                             
272
 Nək – “tək” sözünə qafiyə yaratmaq üçün işlədilən sözdür. Ən çox uşaq 
oyunlarında işlədilir.   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə