Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   79   80   81   82   83   84   85   86   ...   94

 
 
305
Mən sənnən ayrılmazdım, 
Azreil zalım oldu. 
 
46. Qızılgül əsdi, neynim? 
Səbrimi kəsdi, neynim? 
Mən sənnən əl üzməzdim, 
Ata, qannı Azreil üzdü, neynim? 
 
47. Ay doğdu, bizə tüşdü, 
Kölgöyü sizə tüşdü.  
Mən sənnən ayrıla bilməzdim, 
Ata, ayrılıx dəmi sizə tüşdü. 
 
48. Ağ dəvə düzdədimi, 
Yükü Təbrizdədimi? 
Atamı soruşuram bibimnən, 
De görüm, sizdədimi?  
49. Bağça könlüm, bar könlüm, 
Heyva könlüm, nar könlüm
Atam ölənnən son
ı
ra 
Ağlamağa var könlüm. 
 
50. Hər yerdə gedərəm qırax-
nan,  
Otdarını piçərəm oraxnan.  
Ata, səni həmməşə gəzərəm, 
Gözdərimin yaşınnan, sorağ-
nan.  
 
51. Qoyunu qoyun
ı
 gəlsin, 
Dərisin soyun
ı
, gəlsin. 
Atamın özünü isdiyirəm, 
Atamın özü gəlsin 
= Ay yığılan camahat, 
Balamı qoyun
ı
 gəlsin. 
 
52. Gəlmişəm görəm sənibala
Açmışam, hörəm səni, 
Nə qapın
ı
 var, nə aynan
ı

Bə hardan görəm səni?  
 
53. Səni ağlaram ağlar kimi, 
Dərdim oldu dağlar kimi.  
Sən ölənnən son
ı
ra, ata,  
Tökülürəm verana qalmış 
bağlar kimi. 
 
54.  Gedirəm  (=  Gəl  gedəh) 
daş bulağa, 
Suyu sərxoş bulağa. 
Birin sən de, birin mən, 
Qoy tökülsün qan-yaş bulağa 
(= Yaş tökəh daş bulağa). 
Yaralı analar, gedəh daş 
bulağa, 
Suyu sərin, xoş bulağa. 
Birini sən de, birini mən, 
Tökəh qanlı yaş bulağa.  
 
55. Dərdim çoxdu, yaram az, 
Dərdə dərman yaramaz. 
Atasına dərd verən 
Öyladınnan yarımaz.  


 
 
306
56. Mən aşıx, ovundura, 
Qarşın
ı
da ovun dura.  
Dərd əlinnən sızlaram, 
Kimsəm yox ovundura.  
 
57. Eləmi, gil ələndi, 
Uçkunda gil ələndi. 
Tan
ı
rıdan pay umduxca, 
Göz yaşım gilələndi.  
 
58. Eləmi, dama-dama, 
Köynəyim dama-dama.  
Qaşdım ruzi dalınca, 
Göz yaşım dama-dama.  
 
59. Yağan yağış tez kəsə, 
O yolu gedəm kəsə. 
Fələh sitam vermiyif, 
Mənim kimi heş kəsə. 
 
60. Eləmi, nədələli, 
Saxladın
ı
 nədən əli.  
San
ı
a qıyan fələyə, 
Nə yalvar, nə də ləli.  
 
61. Eləmi, dolur dünya, 
Boşalır, dolur dünya. 
Sənnən kam almadıxca  
Gözdərim dolur, dünya.  
 
62. Eləmi, ağlı dünya, 
Qaralı-ağlı dünya.  
Güldürüf ağladandı 
Çaşdırıf ağlı dünya.  
63. Eləmi, atdım daşı, 
Götürüf atdım daşı.  
Öcəşən fələh məni
Büdrədir addımbaşı.  
 
64. Pəncərəni bağladım, 
İçin-için ağladım. 
Taleyimnən küsmüşəm, 
Dərdə könül bağladım.  
 
65. Bajı dərdi, 
Bajının ajı dərdi.  
Getsə şirin söhbəti, 
Qalar ajı dərdi. 
= Bajının bajı dərdi, 
Yoxdu əlacı, dərdi. 
Getdi o şirin günnər, 
Qalıfdı ajı dərdi. 
 
66. Qar qamışa, 
Yol gedər Qarqamışa. 
Fələh məni elə dərdə saldı,  
Bəndə neylər Allah qarğamışa.  
 
67. Əziziyəm, ay bajı,  
Qaşı-gözü yay bajı. 
Ölsə, bajılar ölsün, ay bajı, 
Heş deməsin, vay, bajı. 
= Ələmi, ay qardaş, 
Qaşı-gözü yay qardaş, 
Ölsə, bajılar ölsün, 
Heş deməsin, vay, qardaş.  
 


 
 
307
68. Pərişanam, pərişan, 
Halım yoxdu danışam.  
Görən
ı
 varmı məni kimi  
Dərdi dərdə qarışan.  
 
69. İti belnən, 
Qəbrimi qazın
ı
 iti belnən. 
Gəlib məni sizdən soruşsalar
Deyərsiz, itiv eldən. 
 
70. Dağların başı yansın, 
Divində daşı yansın. 
Ananı baladan ayıran, 
Ürəyin
ı
in başı yansın.
 
 
71. Əzizin
ı
əm, ağla qandı, 
Qaş-gözə bağla, qandı. 
Dərd gəlif, qəm ağladır, 
Görən deer, ağlağandı. 
 
72. Əziziyəm, dərd əkərəm, 
Dərmənsiz dərd əkərəm. 
Qoşaram qəm yükünü,  
Öz-özümə dərd əkərəm. 
 
73. Mən getməsəm, yar ağlar, 
Səs verər, yara dağlar. 
Yarım məni görməsə, 
Ağlıyanda qan ağlar. 
 
74. Dağlar dağımdı mənim,  
Qəm oylağımdı mənim. 
Dindirmə, qan ağlıyıram 
(= Əl vurmayın, dərddiyəm), 
Yaman çağımdı mənim.  
 
75. Həşəm oldu, 
Qızılgül həşəm oldu. 
Mən ayrılıx bilməzdim, 
Ayrılıx peşəm oldu. 
= Qızılgül həşəm oldu, 
Dərmədim, kəşən oldu.  
Mən sənnən ayrılmazdım, 
Ayrılıx peşəm oldu. 
= Qızılgül həşəm oldu, 
Yığmadım, köşən oldu. 
Sənnən son
ı
ra ağlamax 
Həmişə peşəm oldu. 
= Qızılgül həşəm oldu, 
Yığmadım, xəzəl oldu
Ayilə dağılannan son
ı
ra 
= Sən ölüf gedənnən son
ı
ra 
Ağlamax peşəm oldu. 
= Qızılgül dən-dən oldu, 
Dərmədim, dən-dən oldu. 
Mən ayrılıx bilməzdim, 
Ayrılıx sənnən oldu. 
 
76. Dağa gedəh, 
Dumanlı dağa gedəh. 
Sən bulud ol, mən dolu, 
Gəl, yağa-yağa gedəh. 
 


 
 
308
77. Daşdan mən
Ağaşdan mən, daşdan mən. 
Nə atam var, nə anam, 
Yaranmışam daşdan mən. 
 
78. Baxdı kəm, 
Taleyi kəm, baxdı kəm. 
Mən fələyə neynədim, 
Fələh mənə baxdı kəm. 
 
79. Dağlara dolu tüşər, 
At gələr, nalı tüşər. 
Qəbrimi yol üsdə qazın, 
Bəlkə, balam yolu tüşər. 
 
80. Oyan, dağlar, 
Al qana boyan, dağlar. 
Bu yan zülmətxanadı, 
Necədi o yan, dağlar? 
 
81. Ələmi, bir-bir tüşər, 
Atdanar, bir-bir tüşər. 
Bala, sənnən elədiyim söhbətdər  
Yadıma bir-bir tüşər.   
 
82. Ələmi, keşmə mənnən, 
Ay mənnən, keşmə mənnən. 
Baxma yaddar (= ellər) 
sözünə, bala, 
Yazığam, keşmə mənnən. 
= Çeşmə mənnən, 
Ay mənnən, çeşmə mənnən. 
Tüşmə yaddar evinə, 
Yazığam, keşmə mənnən. 
 
83. Dağları gəzdim, gəldim,  
Daşdarnı düzdüm, gəldim. 
Səni bevəfa gördüm 
= Dünyanı etivarsız gördüm, 
Əlimi üzdüm, gəldim.  
 
84. Bu yerdə
Boynun burduğu yerdə, 
Ovçu, qolun
ı
 qurusun, 
Maral vurduğun
ı
 yerdə. 
 
85. Daşa dağlar, 
Verif baş-başa dağlar. 
Gəlirdim səni görməyə, 
Dönmüyəsiz daşa, dağlar. 
 
86. Dağdan olar, 
El köçüf dağdan olar. 
Nə atam var, nə anam, nə 
qardaşım, nə bajım, 
De görüm, dağda nə var?  
= Dağda nə var, 
El köçüf, dağda nə var? 
Nə  atam  var,  nə  anam,  nə 
qardaşım, nə bajım, 
De görüm dağda nə var? 
 
87. Ay doğar peşman-peşman, 
Gün olar ona tüşman. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə