Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   76   77   78   79   80   81   82   83   ...   94

 
 
294
65. 
Toylarda şax bəzəneydi. Şaxı ən çox bajılıx bəzeey. Şa-
xın üsdə köynək, şirniyyat, ətir qoyuloydu. Bir toyda gördüm, 
şaxa göyərçin də bağlamışdılar. 
Şax şirinnih deməhdi. Camaat döyrə vuroydu, şaxı oyna-
deydılar.  Məqsəd  şaxı  qardaşdığa,  yəni  sağdışa,  lələyə  satma-
ğıydı. Əvvəlcə  nəmər  kimi cüzi  pul  çıxardıf  vereydilər,  son
ı
ra 
bir az artıreydılar, son
ı
ra bir az. Şaxı mümkün qədər çox oynat-
mağa çalışeydılar. Əksər yerrərdə qardaşdıx şaxı alannan son
ı
ra 
bəyə hədiyyə eleeydi. Gözəl bir adətiydi. Toyun ən maraxlı ye-
riydi.  Bəzən  şaxın on  kiloya  qədər  çəkisi  oloydu,  bəzən  dörd-
beş kiloya qədər. Baxeydı şaxın üsdə qoyulan əşyaların qədəri-
nə. Şax ağaşdan hazırraneydı. Hər usda bunu düzəltməyi bajar-
meydı. Əşyalar şaxın budaxlarınnan asıleydı. Bu ağırrıxda şax 
əlində  oynamağı  da  hər  adam  bajarmeydı.  Şax  sdolun  üsdünə 
qoyanda rahat dursun deyə dayirəvi oturacağın – taxta parçası-
nın  üzərində  quraşdırıleydı.  Bunnan  yuxarıda  budaxlar  pillə-
pillə müxtəlif istiqamətdərə şaxələneydi. 
 
66-69. YAS ADƏTLƏRİ 
 
66. 
Yasda adət beleydi. Ölünü hər adam yuya bilməz. Adam 
var, ölüyə yaxın gedə bilməz, çəkinər. Suyu qızdırellar. Gərəh 
suyu mis qavda qızdırasan
ı
. Son
ı
ra bu suynan ölüyü yuyasan
ı

Öləni urvatdı
238
 basdırmax lazımdı. 
Bizdərdə  ölünü  öldüyü  günü  basdırellar,  saxlamax  ol-
maz. Ölünü basdıran günnən ta qırxına kimi onun üsdünə get-
məzdər. Səvəvi odu ki, ölünün urfunu narahat eləməh olmaz. 
Ölünün  urfu  rahat  olmalıdı  qırx  gün.  Qavırsannıxda  ağlamağ 
                                                             
238
 Urvat – hörmət 


 
 
295
olmaz bu qırx günü. Ancağ evdə ağlamağ olar. Bu qırx gündə 
kişilər gedəllər, ölünün başdaşını düzəldəllər. İndi də elədi. 
Qırxı oldumu, səhər-səhər gedellər qəbrinin üsdünə,  yi-
məli şeylər – kökə, halva  və başqa şeylər aparellar. Orda ağ-
laşma olur, apardıxlarınnan qavrın üsdünə qoyullar, yan-yörə-
dəkilərə payleellar. Qayıdıf evə gəlif bir də ağlaşma qurollar, 
saat birdən son
ı
ra da ağlaşmadan çıxellar. 
Dörd  adnanın
239
  hər  birində  yığışallar,  ağlaşallar,  ehsan 
verəllər. 
Qavaxlar  ölənin  sinəsinə  axşamnan  güzgü  qoyurdular, 
taa  basdırılana  kimi.  Evdən  ölünü  götürəndə  yerinə  tez  daş 
qoyurdular.  Son
ı
ra  o  daşı  ölünün  dalıycan  aterdılar  ki,  bir  də 
öydən ölü çıxmasın. Ölüsü ölən çox ağlıyanda kürəyinnən vu-
rullardı ki, Allah səvir versin. 
Cavan adam öləndə çox vaysınırdılar. İndi də elədi. Mə-
nim  qardaşım  öləndə  musiqiynən  götürdülər.  Öylənməmişdi, 
inistutda  oxuyurdu.  Vəsiyət  eləmişdi  ki,  həmi  toyum  olsun, 
həmi də vayım. 
Qavaxlar  da  cavan  adam  öləndə  zurna  çalıflar,  şaxını 
bəziyiflər.  Yasda  saz  olmaz  deellər.  Ancax  qara  zurna  olar. 
Cavan adamı basdırmağa aparanda zurnanın səsinə ölünün da-
lıncan tərs oynuyallar. Onun ayrıca oynu var. Gərəh fırrana-fır-
rana oynuyasan. Yaşdı adamnan bağlı o qədər yanmellar, çün-
ki kamın alıfdı. 
Ölü basdırılan gün onun torpağınnan bir oyuc gətirif ölü 
yiyəsinin  arxasınnan  xəvəri  olmuya-olmuya  vurardılar.  Bun-
nan da ölənin yaxınnarı rahatdanardı. 
O vaxdı halveyi çox adam yimirdi. Ölünün üçündə halva 
pişirerdilər, kətdə hər öy başına adam sayıynan göndərerdilər. 
                                                             
239
 Adna – cümə axşamı 


 
 
296
Halvanı  pişirməynən  iy  çıxarellar.  Çünki  halvanın  iyi 
var. Halvanı pişirellər ki, qəbirdə uruf
240
 qoy  şad  olsun. Ölü-
nün qırxında da halva çalellər, aparellar, ölünün üsdündə pay-
leellar.  Yuxanı  saj  boyda  pişirellər,  hamıya  çoxluca  payleel-
lar.  Halva-yuxanın  öylərə  paylanmasının  səbəbi  məzəndəy-
di
241
, göndərirdilər ki, öləni yada salsın. 
Yasa qannıpıçax gələrdisə, ona dəymerdilər. Ölü yiyəsi, 
ağsakqal  tafşırerdı  ki,  bir  adam  ona  dəyməməlidi.  Həmin 
adam barışıx olmasa da, gələrdi. 
 
67. 
Ölü tüşən gün ölü yiyəsi hər öyə bir püküm halva paylı-
yardı. Deməh, ölünün yeddisində kətdə neçə öy varsa, hərə bir 
qav  xörəh  pişirərdi.  Məsələn,  sənin  varın  var,  bozartma  pişir-
misən, mənim  yoxumdu, doyğa pişirmişəm. Biri bir qav qatıx 
gətirer,  biri  borş gətirer,  biri  vermeşil,  makaron gətirer. Bizim 
kət otuz öyüydü. O otuz öydən otuz cür xörəh gətirerdilər. 
Onun hamısını gətirif böyüh surfada düzərdilər. Elə eli-
yirdilər ki, mənim kimi kasıva ət xörəyi tüşördü, borş imkannı 
adama. Məksəd oydu ku, kasıf güjdü yiməh yisin. 
Qırxında  da  genə  halva  verirdilər.  Pul  yığmax  söhbəti 
də yoxuydu. Qırxa qədər hər gün iki adam nööbəynən yas ye-
rinə  gederdi  ki,  ölü  yiyəsi  tək  qalmasın.  Ölü  yiyəsinin  başını 
qaterdılar ki, fikir eləməsin.  
 
68. 
Hər hansı bir kişi, qadın ölümünə yaxın, yəni can verəndə 
kiminsə intizarını çəker. Oğlu, qızı,  yaxud uzax bir  yerdə  yaşı-
yan  yaxın qohumu gəlif bu adama qovuşana kimi can verə bil-
mer,  yəni  canını  tafşıra  bilmer.  Ona  görə  də  yaşdı  adamlar  in-
                                                             
240
 Uruf – ruh 
241
 Məzəndəydi – adət idi 


 
 
297
tizarını çəkdiyi  adamın  şəklini can  verə bilmiyən adamın  sinə-
sinin  üsdünə  qoyullar  və  bir-bir  həmin  adamların  adını  çəkif 
deellər: bax, uşaxların, yaxınnarın hamısı sənin
ı
 yanın
ı
dadı. Can 
verən adam intizardan kutarıf canını rahatca tafşırer. Can verən 
adamı  yerdə  döşəyin  üsdə  qoyullar,  üzünü  qıvlıya  sarı  çevirel-
lər. Bizdə bir Pir dağı var, biz oranı həm də qıvla kimi bilerih. 
Ölən  adamın  çənəsi  başınnan  bağlaner.  İki  əyağının  baş 
barmaxları  cütdəşif  bağlaner  bir-birinə.  Ölən  qojadısa,  üzünü 
göy, yaşıl ipəklə örtüllər. Onu rahatdadıxdan son
ı
ra qohumları, 
dil bilən arvatdar başdeellar ağlamağa, taa yüyət yerinə
242
 götü-
rülənə qədər. Çöldə,  ya damın dalında,  ya da daldey bir  yerdə 
balaja  çadır  quruf  ölünü  orada  yüyüllər.  Yüyət  yerinə  yaxın 
ojax qalaner. Ojağın üsdünə mis qazanda su qoyullar. Su isiner, 
suyu söyuxluyullar. Orda işlənən qavların hamısı mis olmalıdı. 
Ölünü iki nəfər yüyür. İki-üş nəfər də su verer. O üş nəfər suyu 
bir-birinə ötürə-ötürə verer. Molla da orda olur. 
Meyidi  iki  metir  uzunu,  əlli-altmış  santımetir  eni  olan 
taxdıya qoyuf  yüyüllər. Yüyətdən çıxardannan son
ı
ra onu kə-
fənniyillər. Ölünü yüyəndə su tökən adam savab qazanır. Hər 
bir insan yeddi ölü yüməlidi. Bu, savab bir işdi. Ölünü öz qo-
hum-əqrəbası: oğlu, qızı  yüsə, lap  yaxşı olar. Ölən arvatdısa, 
arvatdar, kişidisə, kişilər  yüməlidi. Onu kəfənniyənnən son
ı
ra 
ortalığa  bir  stol  qoyuf  onun  üsdünə  qoyullar,  qohum-əqrəba 
onun  başına  toplaşıf  vidalaşır.  Görüşüf  vidalaşannan  son
ı
ra 
molla orda olan adamlardan ölən adama halallıx isdiyir. Hamı 
bir  nəfər  kimi  nə  eləmişiksə,  halal-hivən  olsun  deer.  Kişilər 
meyidi salacaya
243
 qoyuf, çiyinnərinin üsdünə qaldırıf qəbiris-
tannığa tərəf gedillər. Lap əvvəllər qadınnar da qəbiristanlığa 
tərəf  gedirdilər.  Son
ı
ralar  o  adət  ləğv  edildi.  Ona  görə  ki,  ar-
                                                             
242
 Yüyət yeri – ölünün yuyulduğu yer 
243
 Salaca – ağac budaqlarından düzəldilmiş nərdivan. Laydır da deyirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə