Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   74   75   76   77   78   79   80   81   ...   94

 
 
287
   
 
Uxurunc, uxurunc, uxurunc, 
   
 
Dəyirman pərindəsən
ı

   
 
Yol kənarındasan
ı

   
 
Səni and verirəm 
   
 
Yüz iyirmi dörd min 
   
 
Peyğəmbər eşqinə 
   
 
Əldən qoy. 
   
 
Əldən qoymasan
ı
 
   
 
Yüz iyirmi dörd min 
   
 
Peyğəmbərin ruhu səni tutsun 
   
 
Uxurunc, uxurunc, uxurunc. 
 
47-49. KÜLƏK KƏSDİRMƏ 
 
47. 
Yel əsəndə yüyürürdüh, gedirdih. 
Gəlin gedəh, tez taxılımızı yelliyəh, 
Heydər, Heydər, Heydər, Heydər, – deyif kışqırerdıx. 
Guya  Yel  babamızın  adı  Heydardı.  Ona  Yel  baba  da 
deerdih. Belə-belə deef yelliyirdih, son
ı
ra da xəlbirriyirdih.  
 
48.  
Yel çox əsəndə deerdih: 
A damarın
ı
 kəsilsin! 
A qənədin
ı
 qırılsın! 
Allah səni əsdirməsin! 
Allah kəsmiş! 
 
49. 
Möhgəm  yel  əsəndə  hamı  deer  ki,  yel  kəssin,  bəlasın 
bizdən əsirgəsin. Kimi qurvan kəser, əlacı olan kəser, payleer. 
Kimi halvadan payleer, nəzir deer ki, bu xatadan-bəladan ötü-


 
 
288
şəh.  Kimi  deer,  san
ı
a  Quran  oxudajam,  fəqirə-kasıva,  aja  çö-
rəh verəjəm, bizə yazığın
ı
 gəlsin, yel kəssin. 
 
50-54. YAĞIŞ, DOLU KƏSDİRMƏ 
 
50. 
Deerdih ki, Allah, yağış yağdır, qadan
ı
 alım. Godu-godu 
hərriyirdih.  Çırpını  qırmızı  bəliyirdik.  Gərdəyfason  bağlıyır-
dıx ki, yanı qırmızıdı. Gedirdih, gəzdirirdih. Deerdih: 
Godu-goduyu gördün
ı
mü, 
Goduya salam verdin
ı
mi? 
Godu burdan keçəndə 
Qırmızı Günə salam verdin
ı
mi? 
Verənin oğlu olsun
Vermiyənin bir kor qızı olsun. 
Bunu oxuya-oxuya gedeydilər. 
Oxuyana biri alma tulluyurdu, ya bir qaşığ yağ, qaymağ 
verirdilər. Camahat onu verirdi ki, yağış yağsın. 
Yağış kəsmiyəndə də «Godu-godu» deef tüşürdüh qapı-
lara. O sahat da kəsirdi. Yağış kəsmiyəndə camahat qarğış da 
eliyirdi: “Sənin görüm kökün
ı
 kəsilsin!” 
 
51. 
Əgər dolu yağarsa, evin ilk öyladı dolunu götürüf dişdə-
məli və deməlidi: 
Mən anamın ilkiyəm, 
Ağzı qara tülküyəm. 
Mən kəsdim, 
Sən də kəs. 
Dolu kəsərmiş. 
 
 


 
 
289
52. 
Çən  sakqızı
233
  deellər.  O  vaxdı  yağış  yağanda  yağış 
kəssin deyin, onnan yığey da sajda qoyuroydular. 
 
53. 
Dolu  duası  var.  Onu  yazdırıf  hansı  səhrada  basdırsan
ı

oryu,  o  teritoryanı  dolu  tutmaz.  Onu  basdıranda  gərəh  dinif 
danışmıyasan
ı
, yoxsa xeyri olmaz. 
 
54. 
Dolu  yağanda  su  atellar,  deellər  Allah,  suya  dönsün, 
Allah,  suya  dönsün.  Bir  quruşqa  su  atellar  eşiyə  –  dolunun 
qavağına. Həə, bunu ata-bavadan belə eşitmişim. 
 
55-57. YAĞIŞ YAĞDIRMA 
 
55. 
Mən  dağdeydım.  Uşağıydım.  Yağış  yağmeydı.  Dedilər, 
əə,  büyün  yağajax.  Yağmağın  heç  adı-sanı  yoxuydu,  əlaməti 
yoxuydu. Qışdaxdan  dağa  gedənnər  dedilər,  əə, Hasanı  tutdu-
lar,  çaya  saldılar.  Hasan  seyidiydi,  seyid  öylədiydi,  dədəmin 
dayızadələriydi. Başın
ı
a dönöm sənin, yağdı nə yağdı, sel suya 
getdi. Bax, o mənim yadımdadı. Onda Hasan da uşağıydı. 
Yadımdadı, dedilər, quraxlıxda kəndin camaatı pul yığıf, 
qurvan kimi bir dana alıf qavırsannıxda kəsiflər. Axşam yağıf. 
 
56. 
Yağış yağmıyanda, quraxlıx olanda camaat müsəllaha çı-
xer.  Onun  namazı  var,  orucu  var.  Yığılerdılar,  bir-iki  heyvan, 
ya da mal alerdılar. Özü də müsəllaha gedəndə gərəh təmiz ge-
                                                             
233
 Çən sakqızı – çənli, dumanlı havalar uzun çəkəndə dağ torpaqlarında əmə-
lə gələn qara rəngli saqqızabənzər maddə 


 
 
290
dəsən
ı
.  Apardıxları  heyvanı  Allah  yolunda  qurvan  kəserdilər. 
Onun  bir  tikəsin də  evə  gətirməzdilər.  Elə  orda hamısını  pay-
lıyardılar.  Yekə bir  dağın  başına  çıxerdıx. Namazın  qılerdılar, 
niyyət  eliyirdilər  ki,  orucun  tutajıyıx.  Aradan  bircə  sahat  keş-
məzdi gördün
ı
 ki, bir qarayarpax yağış
234
 yağdı, gəl görəsən
ı

 
57. 
Mənim iki dosdum vardı. İkisinin də adı Abbasıydı. Biri 
molluydu deyin, adına Molla Abbas deerdilər. Bir il genə qu-
raxlıx  olur.  Molla  Abbas  bir  dua  yazer  verer  Abbasa,  deer 
apar sal suya, kəlmeyi-şəadətinı oxu, qayıt gəl.  Deer ki, gəlif 
evə çatmamış bir də gördüm ki, bir  yağış  yağdı, gəl görəsən
ı

Yağışın kəsməsi üçün də müsəllaha çıxerdılar. 
 
58-60. VURĞUN VURMA 
 
58. 
Sudan  keçəndə  vurğun  vuror  adamı.  Ona  görə  sudan 
keçəndə  “Bismillah”  deməh  lazımdı.  Qarannıxda  da,  tək  bir 
meşəlihnən gedəndə də vurğun vuror adamı. 
 
59. 
Vurğun  möcüzə  bir  şeydi  ki,  gözə  görünməz.  O,  ən  pis 
qarğışdı.  Birinə  ajığı  tutanda  deellər  ki,  səni  vurğun  vursun. 
Adicə  qapında,  həyətində  hərrənersən
ı
,  başın
ı
nan  da  vuror, 
qolun
ı
nan da vuror. Ən çox şər vaxdı vuror. Şərnən darın ara-
sında
235
 vuror. 
 
60. 
Mənim  bir  rəhmətdih  dayım  varıydı.  Geder  Gədəbəyin 
yanında  bir  bulax  varıymış,  əyilif  bulaxdan  su  içən  kimi  hə-
                                                             
234
 Qarayarpax yağış – aramsız yağış 
235
 Şərnən darın arası – qaranlıq düşən vaxt, şər qarışan vaxt 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə