Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   72   73   74   75   76   77   78   79   ...   94

 
 
279
21-22. QIRX TÖKMƏ 
 
21. 
Uşağın  qırxını  töhməhdən  ötrü  qırx  qaşıx  suyu,  ya  xır-
daja daşı sanıyıf uşağın başına tökörsən
ı
. Deersən
ı
: Qürbətənə 
illallah. Allahın məsəlli əla Muhammədən və ali Muhamməd. 
Nəfəs qüsulu tökörəm. 
Xaşılmı, quymaxmı pişirer,  ya  başqa bir  yiməh  qayırer, 
gələnə yidirdersən
ı

 
22. 
Zahının qırxını tökəndə balaca bir oğlan uşağını göndə-
rəllər  çaydan  qırx  dənə  balaca  daş  gətirsin.  Daşı  tökəllər  bir 
sapılcıya, üsdünnən ağzına qədər də su tökəllər. Zahını çimdi-
rənnən son
ı
ra həmin suyu onun başınnan tökəllər ki, pak olsun.  
 
23-29. BƏDNƏZƏR 
 
23. 
Bismillahrəhmanirəhim tufarımız, 
Əlhəmdüllillah hasarımız. 
İndi girdih hasara, 
Hasar döndü mismara. 
Kilidin verdih Cabbara, 
Həzrət Əli qonağımız, 
Allahdı pənahımız – 
Bunu  deyib  üfürürsən
ı
,  həyət-bacaya  pis  göznən  gələn 
olmur. 
 
24. 
Gözü  pis  olan,  bədnəzər  adamnan  qorunmaxçün  onun 
paltarınnan  bir  qırıx  və  yaxud  onun  əkqavısının  içinnən  bir 
qırıx götürüf  yandırmax lazımdı ki, onun gözü heş kimə dəy-


 
 
280
məsin. Bizim kəntdə Məmətə addı bir kişi  varıydı. Gözdən o 
qədər pisiydi ki, kimin qavağına çıxardısa, həmin gün o ada-
mın  işi  çətinə  tüşərdi.  Və  yaxud  kiminsə  qoyununu,  malını, 
toyuğunu  görüf  nə  qədər  toyux-cücən
ı
  var,  desəydi,  həmin 
gün o mal-qara, toyux-cücə öləjəydi. Onu kimsə görəndə hə-
mişə qavağına üş dəfə tüpürərdi, gözü dəyməsin diyə. 
 
25. 
Bizim bir inəh vardı, ağ,  yekə, buynuzdarı da şiş. Nəsə, 
apardım otardım da, gətirdim. Bir arvat varıdı, Təhməzin ana-
sıydı.  Allaha  and  olsun,  inəyin  də  yelni
229
  yerə  dəyir.  An
ı
arı 
tərəfdən gələndə belə inəyə baxdı da, dedi ki, ayə, bunun yel-
ninin  südü  bunu  yandırmermı?  İnan  Allaha,  inəh  heş  iyirmi 
metrə gəlmədi, bəlkə, daa az. Maşın gəlirdi, o inəh hüyuxma-
dımı
230
,  özünü  atdı  setkadan.  Nətəri  tulladısa  özünü,  tikənni 
məfdil  vardı,  tikənni  məfdilə  keşdi,  onu  gördüm  kün,  məmə-
sinnən qan qarışıx süd fışqırer. Məfdil məməsinin birini təmiz 
yarmışdı, birini az  yaralamışdı. Gətidilər inəyi  burda  yıxdılar 
yerə, Kazım irəhmətdih tihdi, apardıx ətdiyə verdih. Dörd yüz 
kilo ət verdi. Var, gözdəymə var.  
 
26. 
Yol  üsdündə  bir  yekə  daş  varmış.  Qoymurmuş  bu  yol-
dan keşməyə. Deellər, bir arvat var, ona deyin
ı
 gəlsin,  yaman 
pis gözü var. Qarını gətirillər. Baxıf deer: 
– Pah atonnan, nə yekə daşdı. 
Bu vax daş üş yerə bölünür. Son
ı
ra bir ayrısı gəlir, baxır deer: 
– Pah atonnan, göz yiyəsi, belə göz olar? 
Bu deəndə də o daşı üş yerə bölən bədnəzər qarının göz-
dəri tutulur. 
                                                             
229
 İnəyin yelni – inəyin süd vəzisi 
230
 Hüyuxmaq – ürkmək 


 
 
281
27. 
Bədnəzərdən  qorunmaxçün  üzərrih,  it  tükü,  pişih  tükü, 
soğan-sarımsax  qavığı  yandırıllar.  Adama  iylədillər.  Bədnə-
zər, paxıllıx çıxıf geder. 
 
28. 
Nəhrəə  göz  dəyməsin  deyin  nəhrənin  altda  balta,  pıçax 
tulloyrux.  Pis  baxan  gözdərə  batsın,  nəvlem,  kəssin  deerih. 
Pis gözü an
ı
arı aparsın, ötüşdürsün. 
 
29. 
Yeddi  qapıdan  çöp  yığıllar  ağrıyana.  Kim  ağrısa,  molla 
buyuroy ki, yeddi qapıdan yeddi çöp götür gətir, yandır da, iylət. 
 
30-32. ÜZƏRLİK 
 
30. 
 
Uşağı gözdən qorumaxçün itin p...nu, pişiyin tükünü 
bir parçıya bağlıyıf uşağın balıncının altına qoyursan. Uşağa 
üzərrih salırsan
ı
 və deersən
ı
:
   
  
   
 
Üzərrihsən
ı
, havasan
ı

         
 
Azar-dərdə davasan
ı

         
 
Balama dəyən gözdəri 
         
 
Bircə-bircə ovasan
ı

 
31. 
Üzərrih ən  müqəddəs bitgidi. Onu hər hansı bir adamın 
başına  fırrıyıf  odda  yandırırsan
ı
,  həmin  adamı  bədnəzərdən 
qoruyur.  Həm  də  onun  tüsdüsü  baş  ağrısını  kəsir.  Üzərriyi 
adamın başına fırrıyıf deersən
ı

Üzərrihsən
ı
, havasan
ı

         
 
Hər bir dərdə davasan
ı



 
 
282
         
 
Balama dəyən gözdəri 
         
 
Bircə-bircə ovasan
ı

Həmin adamın adını çəkif bu sözləri deməlisən
ı
. Üzərriyin 
meyvəsini üsdün
ı
də gəzdirsən
ı
, o da səni bədnəzərdən qoruyar. 
 
32. 
Üzərrih fırrıyanda bu sözdəri deersən
ı

Üzərrihsən
ı
, havasan
ı

Min bir dərdə davasan
ı

Sən ki bu evdə varsan
ı

Qada-bala sovarsan
ı

 
*** 
Çıxdım Savalan dağına. 
Dedim: “Ya Məhəmmət, ya Əli”. 
Dedi: “Nədi, biçarə?” 
Dedim: Dərdimə eylə çarə. 
Üzərriyim partdasın, 
Yaman gözdər çatdasın. 
Qohum olsun, yad olsun, 
Pis gözdər odda yansın. 
 
33-39. QORXULUĞU GÖTÜRMƏ 
 
33. 
Öyün yanında hündür bir yer varmı? Helə bil o qazılır ki, 
adam ordan rahatca girif, o başdan çıxsın. Elə bir çətinniyi yox-
du.  “Ağırrığım-uğurruğum  hamısı  torpaxda  qalsın”  –  deersən
ı

Bir nəfər çəkif çıxardır,  o birisi oxuyur o  sözdəri. O qədir  elə-
mişəm ki. Kömürün  də  üsdünü cızellar,  yumurta, çörəh  də  qo-
yullar ora. Helə bil adamı ordan üş dəfə belə keçirif, son
ı
ra çəkif 
çıxardıllar  dana.  Ancax  sözdəri  danışa-danışa  deməy  olmaz, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə