Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   68   69   70   71   72   73   74   75   ...   94

 
 
265
lər ki, biri saj asıf, belə bizim kimi xamralı,  yuxa pişirer. Bu-
lar  da  hamısı  qalyan  çəkən  köhnə  kişilər  oluf.  Bunnar  göröy 
kü, ayə,  yolda uşaxlar oynuur da. Uşağın birni  çağırır ki, qa-
dan
ı
  alım,  başın
ı
a  dönüm,  get  ordan  man
ı
a  bir  dənə  közmü, 
qormu gəti, bəs qalyanıma qoyum. Uşax deey ki, a dayı, yum-
rusunu gətirim, yoxsa yastısını? Deey: 
– Bala, köz közdü, gəti. 
Deey: 
–  Yox,  dayı,  köz  köz  döyül  axı.  Qalyanın
ı
  doludusa, 
yastısını gətirim, üsdə qoy, amma yarımçıxsa, yumrusunu gə-
tirim, içinə sal. 
Bunnar  deey  ki,  ayə,  ağlı  kəsmiyən  bir  uşax  bizə  bu 
sözü  dəənnən  son
ı
ra  Ələsgər  gör  kimdi,  onun  üsdünə  gedirih 
biz.  Deey  ki,  qardaş,  burdan,  obşim,  qayıtmax  lazımdı.  Dü-
barə
208
 də ordan qayıdıllar. 
 
10. AŞIQ ƏLƏSGƏRLƏ BAĞLI  
DAHA BİR ƏHVALAT 
 
Bir  gün  Aşıx  Ələsgər  bir  aşıxnan  –  Aşıx  Ələsgər  kimi 
aşıxnan qavaxlaşer, deyişellər. Deyişəndə Aşıx Ələsgər bunun 
dediyi sözə söz tapa bilmer. Deer kin, icazə verin
ı 
bir az eşiyə 
çıxem.  Fikirrəşer  dana.  Eşiyə  çıxanda  görör  ki,  şeytan
209
  var 
ha, onun biri otun başındadı. Gəler deer ki, 
Səhər vaxdı bir hikmətə uğradım, 
Desəm, inanmazdar sirri-sübhandı. 
Yeddi qat qalada daşı daş üsdə, 
Bir əjdaha o qalada pünhandı. 
Nə qəddərə baxeram, yoxdu zəbanı 
İki buynuzu var, bəhri-şeşpərin. 
                                                             
208
 Dübarə – təzədən, yenidən 
209
 Şeytan – ilbiz 


 
 
266
11-12. NÖVRƏS İMAN  
 
11. 
Göyçə, Gədəbəy həmişə yaxın oluf. Həm münasibətdər, 
səmimiyət oluf, həm də məsafə yaxın oluf. İman evdən-eşihdən, 
hər  şeydən  bezif,  sinir  sisdemi pozuluf.  Ordan üz  tutuf  Gədə-
bəyə.  Gəlif  Əyrəvəngə,  Arıqırana
210
,  şər  vaxdı  Böyüh  Qara-
murada
211
 çatıf. Orəə-burəə, qismət dəə, gəlif Məhəmmət kişi-
nin  öyünə.  Məhəmmət  kişi  Kərim  kişinin  qohumu  oluf.  Çox 
namusdu, qeyrətdi bir kişi oluf. O insana baxanda dəərmişdər: 
“Əə, bu adamnan qırax gəzməh  lazımdı”. Elə bir ciddi adam 
oluf Məhəmmət kişi. Ama açıx deyim, çox qəddar adam oluf. 
İman gələndə görüf ki, ojax yaney. Gözəl saj çörəyi pişi-
riley,  ətri  bunu  vuroy.  O  tərəfdə  alban  kilsəsi  var,  son
ı
ra  onu 
dağıtdılar, gözəl bir xatireydi. Nəsə, bu, möhkəm ajıfbış. Deey, 
ayə, elim-ovamdı, xalqımdı. Gəley, gələndə göröy Salatın qarı 
− Məhəmmət kişinin yoldaşı çörəh pişirey. Gəley, deey: 
– Ana, axşamın
ı
 xeyir. 
Deey: 
– Axşamın
ı
 xeyir, a bala. Kimsin
ı
, nəçisin
ı

Deey: 
– Ana, qəriv adamım, qonağım, ajmışım. 
Deey: 
– Oğul, qonax Allah qonağıdı, xoş gəlifsin
ı

Çörəyin birini isdi-isdi buna verey, şirəli cəmin
212
 birinə 
də  nəhrə  yağını  qoyoy  ki,  oğul,  ala,  bunnan  düymənc
213
  elə 
də,  ye.  Bu  yağ  gəlif  buna  çatana  kimi  bu  çörəyin  birini  yiiy. 
                                                             
210
 Arıqıran – Gədəbəy rayonunda kənd 
211
 Böyük Qaramurad – Gədəbəy rayonunda kənd 
212
 Şirəli cəm – emallı, şirəli qab 
213
 Düymənc – yemək növü. Qaynar çörəyi yağla bir yerdə əzib qarışdırırlar, 
yağ çörəyin canına hopur. 


 
 
267
Nəsə, arvat fikirrəşey ki, İlahi, bu nə gözəl oğlandı. Belə gö-
zəl oğlan, amma məlul-müşkül, məyus. 
Deey: 
– A bala, san
ı
a nooluf? 
Deey: 
– Ana, niynesin
ı
, dərdim-azarım özümə bəsdi. Bolhabol 
eey, belə o qədər doymuşum ki, daa bunun ayrı sözə-söhbətə 
ehtiyacı yoxdu. Mənnən söz soruşma. Ana, bu gejə vaxdı mən 
nağayrem, harəə gedem, bir cır-cındır nəyin
ı
 varsa, ver, burda 
yatem, savah çıxıf gedəjəm. 
Bu arvat da çörəhcil arvat oluf. Deey, əə, indi bu cavan 
uşaxdı, bunu nə töyrü qapıdan qoyluyum, nətəəri deyim buna 
çıx get. 
Ancax Məhəmmət elə gözünün qavağındeymış Salatının 
ki,  indijə  gəlif  çıxajax,  məni  də,  bunu  da  öldürəjəh.  Nəsə, 
mümkün olmoy, oturoy, getmey. Ojağın işığında buna baxey. 
Baxey ki, əə, üzü tüklü, sayıl
214
 sufatında. Di gəl, gözdərinnən 
nur yağey, elə bir nurani oğul. 
– Oğul, kimsin
ı
, nəçisin
ı
, hardansın
ı

Orda  deey  ki,  mən  Ələsgərin  qardaşı  oğluyum.  Mənim 
başıma  belə  bir  əhvalat  gəldi,  belə  oldu,  belə  oldu.  Evdən-
eºihdən  didərgin  çüşməyin  hamısını  buna  nağıl  eliyif.  Arvat 
baxey  ki,  əə,  nə  namusdu,  qeyrətdi  oğuldu,  nə  gözəl  insandı, 
nə gözəl kişinin oğludu bu. Deey, cəhənnəmə olsun, Məhəm-
mət  məni  öldürsə  də.  Çörəyin  birini  də  verey  buna.  Çörəyin 
birini də yiiy. Ona kimi Məhəmmət gəley çatey. Baxey ki, əə, 
bir cavan adam, Salatın çörəh pişirey, bu da oturuf burda. Deey 
ki, yaxşı, ay oğul, kimsin
ı
, nəçisin
ı
? Deey ki, belə-belə. Təfsi-
latınnan olmasa da, az-maz, dərd-azarınnan danışey bu kişiyə. 
Yenə bunu qane eləmey. Deey: 
                                                             
214
 Sayıl – evsiz-eşiksiz, kimsəsiz 


 
 
268
–  Xoş  gəlifsin
ı
,  səfalar  gətirifsin
ı
.  Göyçə  elinə,  Göyçə 
camahatına  bizim  böyüh  hörmətimiz  var.  A  Salatın,  isdi  su 
qoy, o üzqırxanı da gətir, görösün
ı
mü nə gözəl oğlandı, bunun 
üzünü qırxajam. 
İmana  da  Allah-taaladan  hax  vergisi  verilifbiş.  Buna 
agah  olur.  Məhəmmət  munun  bir  üzünü  savınneey.  Başdeey, 
qırxıf  bura  çatanda  (söyləyici  əli  ilə  boğazına  işarə  edir  – 
top.),  göröy  ki,  bir  əlini  saxladı.  (Bunu  o  vaxdı  nənəmgildə 
man
ı
a rəhmətdih Kərim kişi söyləmişdi). Nəsə,  deey,  yönünü 
belə çöyürdü, − bizdə Haça qəya deellər, Qiblə istiqamətində-
di, − neynədi, nağayrdı, Salatın da quruyuf qalıf, tərpənə bil-
mey.  Qayıtdı  gəldi,  isdədi  üzünün  o  biri  tərəfini  də  savınna-
sın, İman tez əəğa qalxdı, dedi: 
– Əmi, özün
ı
ə də qurvan olom, balaların
ı
a da, çörəyin
ı
ə, 
süfrən
ı
ə də. Çörəyin
ı
i yidim, man
ı
a halal elə, bir balaca darıx-
dım, qoy bir külək vursun məni, qayıdaram. 
O  vaxdı  indiki  kimi  döyüldü  ha,  işıx  yoxdu.  Rəhmətdih 
İman  çölə  çıxey.  Məhəmmət  gözdööy  ki,  indi  qonax  gələjəh. 
Sən  demə,  ülgüşnən  bunun  boğazının  altına  çatan  kimi  vura-
jeymış. Bunu son
ı
radan Ələkbər dayım man
ı
a söylədi. Ələkbər 
dayıma özü söylööf ki, fikrim buydu ki, bu cavan uşax mənim 
arvadımın yanında nə gəzey, tanımerım, eləmerim, özü də gejə 
vaxdı.  Deməli,  Allah-taaladan  İmana  çatıf  ki,  bu  adamın  fikri 
belədi.  İman  çıxey.  Çıxannan  son
ı
ra  İsmayıl  deeydi  ki,  onun 
yerinin əəğınnan
215
 sallaney o çaya, çaydan keçey gedey. İman 
da  guya  son
ı
ra  İranda  vəfat  eleey,  amma  dəqiq  döyül.  Dərin 
inamım olmasa da, eşitdihlərimi danışdım sizə. 
 
 
 
                                                             
215
 Yerin əəğı – əkin yerinin aşağı tərəfi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə