Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   2   3   4   5   6   7   8   9   ...   35

 
14 
M.Təhmasibdir.Görkəmli  alimin  folklorçu  fəaliyyətində 
mərasim  folklorunun  ayrıca  bir  yeri  vardır.Mərasim 
folklorunun  öyrənilməsində  alimin  fəaliyyəti  özünü  üç  əsas 
istiqamətdə göstərir: 
1)Mərasim folklorunun toplanması; 
2)Mərasim folklorunun nəşri; 
3)Mərasim folklorunun tədqiqi. 
M.Təhmasib 
mərasim 
folklorunun 
öyrənilməsinə 
doğulduğu  Naxçıvandan  başlamışdır.Bu  onun  uşaqlıq  və 
məktəb  illərindəki  ilk  müşahidələridir.Burada  gördüyü 
mərasimlər sonralar onun araşdırmalarında təsvir olunmuş  və 
öz  elmi  şərhini  tapmışdır.Ali  məktəbi  bitirdikdən  sonra  ilk 
əmək  fəaliyyətinə  başlayaraq  müəllimlik  etdiyi  Kürdəmir  də 
onun 
mərasim 
folkloru 
ilə 
bağlı 
müşahidələrinin 
genişlənməsində  müəyyən  rol  oynamışdır.Çünki  bu  bölgə 
mərasim 
mədəniyyəti 
və 
mərasim 
folkloru 
ilə 
zəngindir.Şirvan  bölgəsinin  müxtəlif  rayonlarını  gəzən 
M.Təhmasib burada xalq mərasimlərini birbaşa müşahidə edə 
bilmiş və onları yazıya almışdır.  
M.Təhmasib  mərasim  folklorunun  toplanmasına  1930-
cu  illərdən  başlamış  və  onu  pedaqoji  fəaliyyəti  ilə  yanaşı 
davam etdirmiş  və nəhayət bu fəaliyyət öz məntiqi nəticəsini 
alimin  namizədlik  dissertasiyasında  tapmışdır.Belə  ki,  alimin 
“1945-ci  ildə  müdafiə  etdiyi  namizədlik  dissertasiyası 
mərasim  və  mövsüm  nəğmələrinin  öyrənilməsinə  həsr 
edilmişdir (57). Bu işdə əsas kütləsi etibarilə özünün topladığı 
materiallar  əsasında  Azərbaycan  mərasim  folkloru  həm  ailə-
məişət  mərasimləri,  həm  də  təqvim-mövsüm  mərasimləri 
kontekstində 
araşdırılmışdır.O, 
tədqiq 
obyekti 
olaraq 
götürdüyü  mərasimləri  bir  ritual  sistemi  olaraq  təsvir  etmiş, 


 
15 
onların  poetik  xüsusiyyətlərini  öyrənmişdir.Təqdim  etdiyi 
materiallar  və  bir  sıra  ciddi  elmi  təhlilləri  baxımından  həmin 
namizədlik dissertasiyası bu gün belə öz aktuallığını saxlayan 
tərəflərinə  malikdir”(80,91).M.H.Təhmasib  mövsümlə  bağlı 
mərasimləri  araşdırmış,  onların  səciyyəvi  xüsusiyyətlərini 
müəyyənləşdirmişdir: 
1.  Çilə  mərasimi.M.Təhmasib  yazır  ki,  son  ayın  dörd 
yeddigünlük çilləyə bölünməsi isə ümumiyyətlə, təbiətin dörd 
əsas ünsürdən ibarət olması etiqadına əsaslanır.Bu dörd ünsür 
hava, torpaq, su və oddur.Qədim etiqadlara görə, son ayın hər 
həftəsində  guya  ki,  bu  ünsürlərdən  biri  canlanır,  oyanır, 
yaşamağa başlayır.Bunların hamısının dirlməsi, qızması,  yeni 
keyfiyyət kəsb etməsi ilə də, ümumiyyətcə,  təbiət oyanır, qış 
qurtarır,  yaz  başlanır.Qədim  və  orta  sərlər  Azərbaycanda  bu 
dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin 
ünsürün  adı  ilə  bağlı  olan  həftənin  son  çərşənbəsində  xüsusi 
bir şəkildə qeyd edilirmiş.Qurtaran ilin axır çərşənbəsində isə 
bütün  evlərin  həyətində  toqal  qalanır,  hamı  odun  üstündən 
tullanaraq “Ağırlığım, uğurluğum”, yaxud “Azarşım, bezarım 
tökül  bu  odun  üstünə”  deyərmiş.Tək  elə  bu  mərasim  çox 
aydın bir şəkildə sübut edir ki, Novruz nə İslam dini ilə, nə də 
Zərdüştlüklə bağlı olmamışdır(58,74).  
2.  Günəşi  çağırmaq  mərasimi.”Bizdə  qışın  qurtarıb 
yazın başlanması ilə əlaqədar bir sıra mərasimlər də vardır ki, 
bunların  bəziləri  əksər  rayonlarımızda  elə  məhz  Novruz 
günlərində, bəziləri isə ayrı-ayrı yerlərdə bəzən qışın son ayıı, 
bəzən də yazın ilk ayı daxilində icra edilmişdir.Bunlardan biri 
“Günəşi  çağırmaq”  mərasimi  imiş.Bu  mərasimin  indi  də 
ancaq son dərəcə cılızlaşmış müxtəsər təfərrüatı və balaca bir 
nəğməsi  qalmışdır.Cəmisi  bir  neçə  bənddən  ibarət  olan  bu 


 
16 
nəğmədə  günəş  kəhər  atlı  insana  bənzədilir,  onun  hətta  bir 
oğlu, iki qızı olduğundan danışılır(58,74). 
3.  Hodu  mərasimi.  Qədim  mərasimlərdən  biri  də 
“Hodu”  mərasimidir.”Bu  da  keçmişdə  geniş  yayılmış  olan, 
hətta  inqilabdan  bir  az  əvvələ  qədər  də  (1917-ci  ildən  əvvəl 
nəzərdə  tutulur-A.X.)  əksər  rayonlarımızda  icra  edilən 
mərasimlərdən  imiş.İndi  bunun  da  müxtəsər  təfərrüatı  və 
kiçik  bir  nəğməsi  qalmışdır.İstər  inqilabdan  qabaqkı  yerli 
ziyalılarımızın  verdikləri  məlumatlardan,  istərsə  də  sonrakı 
illərdə  aparılmış  araşdırmalardan,  ən  başlıcası  isə  mərasimin 
ünsürlərindən  və  nəğmənin  məzmunundan  aydın  görünür  ki, 
“Hodu”  günəş  ilahəsinin  adı  imiş.Yəqin  birinci  “Günəşi 
çağırmaq”  mərasimi  istənilən  nəticəni  vermədikdə,  yəni 
“duman  qaçmadıqda”,  “günəş  kəhər  atı  minib  qarı  yerdən 
götürmək  üçün  çaxmadıqda”  qədim  azərbaycanlılar  ikinci 
mərasimi  icra  edir,  yəni  “Hodu”nu  qapı-qapı,  zəmi-zəmi, 
kövşən-kövşən gəzdirib oxuyurmuşlar(58,75). 
4.Əcdad  kultu  ilə  bağlı  mərasimlər.Naxçıvanda 
keçirilən  “Ata-baba  günü”,  “Xıdırha  xıdır”  mərasimlərini 
əcdad kultları ilə əlaqəli izah etmişdir(58,67). 
M.Təhmasib  “Adət,  ənənə,  mərasim,  bayram”adlı 
məqaləsində  “Novruz”un  Zərdüştlik  və  İslamla  əlaqəli 
olmadığı mülahizəsindən çıxış etmişdir. 
İlin  axır  çərşənbəsində  od  üstündən  tullanmaq 
mərasiminin  də  Zərdüçtlikdən  çox  qədim  olduğunu  qeyd 
etmişdir(58,73). 
1990-cı  ildə  M.Seyidovun  «Yaz  bayramı»  adlı  kitabı 
çap  olunmuşdur  (72).  Kitabda  yaz  bayramının  tariхi  kökləri 
araşdırılmış,  təqvim  anlayışının  mahiyyəti  хalq  yaradıcılığı, 
folklor  nümunələri  əsasında  tədqiq  edilmişdir.  Əsərdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə