Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   2   3   4   5   6   7   8   9   ...   35

 
21 
dilər.  Ona  görə  də  Bağdad  sakinin  dediyinə  görə  Cəmşidin 
vətəni Azarbadda Novruz günlərində şəkər qamışı çıxır”.  
Qədim  dövrlərdə  Orta  Asiya  və  İranda  Novruz  təkcə 
xalq  bayramı  kimi  deyil,  eyni  zamanda  dövlət  bayramı  kimi 
qeyd  olunmuşdur.  Tarixi  məlumatlara  görə  insanları  sosial 
qruplara görə bölürdülər, Novruz bayramı bir ay davam edirdi 
və hər qrupa beş gün ayrılırdı. Yəni hər bir sosial qrup bayra-
mı  onun  üçün  ayrılmış  beş  gündə  qeyd  edirdi.  Məsələn,  qə-
dim  İranda  ilk  beş  gün  padişaha,  ikinci  beş  gün  saray  əyan-
larına,  üçüncü  beş  gün  saray  xidmətçilərinə  və  ali  ruhanilərə 
aid  olurdu.  Padşah  bayramın  ilk  beş  gününü  başlar,  təbbə-
lərini bir-birinə hörmət etməyə və xeyirxah olmağa çağırardı. 
İkinci  gün  padşah  kəndlilərin  və  kübarların  nümayəndələrini 
qəbul  edərdi.  Üçüncü  gün  süvariləri  və  möbidləri,  dördüncü 
gün  öz  övladlarını,  varislərini,  beşinci  gün  isə  sıravi  təbbələ-
rini  qəbul  edərdi.  Altınıcı  gün  əsas  bayram  sayılırdı  və  ona 
“Böyük  Novruz”  deyilirdi.  Xarəzmlilər  və  soğdlarda  Sasani-
lərin  hakimiyyəti  dövründə  rəsmi  Novruz  bayramı  ilə  yanaşı 
digər  bayramların  keçirilməsi  də  elan  edilərdi.  Biruninin 
əsərində,  Ömər  Xəyyamın  “Novruznamə”sində  və  digər 
qaynaqlardan  aldığımız  məlumatlara  görə,  Novruzda  yerə  su 
səpərlərmiş,  yaxınlara  hədiyyə  verərmişlər,  yelləncəkdə 
yellənərmişlər,  şirniyyat  paylayarmışlar,  yeddi  illik  məhsulu 
müəyyənləşdiərmişlər,  ritual  yuyunması,  çimməsi  və  digər 
mərasimlər  icra  edilərmiş.  Novruz  günündə  padşahın 
süfrəsində  (dəstərxan)  buğda,  arpa,  darı,  qarğıdalı,  noxud, 
mərcimək,  düyü,  küncüt  və  ya  lobya  unundan  hazırlanmış 
çeşidli  çörəklər  düzərmişlər.  Süfrənin  ortasına  yeddi  cür 
ağacın  (söyüd,  zeytun,  heyva,  nar  və  s.)  zoğunu,  yeddi  ağ 
piyalə, ağ dirhəm  və  ya  yeni dinar qoyarmışlar. Padşah üçün 


 
22 
ağ  şəkərdən  və  təzə  süd  və  xurma  əlavə  edilmiş  kakos 
qozundan  xüsusi  yemək  hazırlayarmışlar.  Müasir  dövrdə  də 
İranda  Novruz  bayramı  süfrəsinə  ərəb  hərfilə  s-ilə  başlayan 
yeddi  cür  yemək  qoyulur.  Süfrədə  turş  və  təzə  süd,  süzmə, 
boyanmış  yumurta,  müxtəlif  meyvələr,  qoz,  fındıq  və  s. 
mütləq  olmalıdır.  Bu  günə  qədər  gəlib  çatmış  əsas  bayram 
yeməyi  ritual  “sumalak”ıdır.  Qeydə  edək  ki,  qədim  dövrdə 
Novruzdan  bir  gün  əvvəl  bölgədə  hava  soyuyurdu  ki,  bu  da 
qocalıb əldən düşmüş qarının son günləri kimi xatırlanır. Orta 
Asiyada yeni il ritualının sumalakdan başqa yeməyi “quja”dır. 
“Sumalak”ın  mövcud  çörəyin  (rizqi-ruz)  və  rifahın 
simvolu  kimi  hazırlanması  böyük  məharət  tələb  edirdi.  O 
təxminən  bütün  bir  sutka  boyunca  nəğmələrlə,  rəqslərlə, 
əyləncə  və  oyunlarla  müşayiət  edilərək  hazırlanırdı.  Adətən 
sumalakın  hazırlanması  üçün  işlədilən  xammalı  hamı 
hazırlayırdı.  Ümumi  şəkildə  hazırlanan  yemək  bütün  icma 
üzvlərinə paylanırdı. 
Novruz  bayramı  şənliklərində  kütləvi  gəzintilər,  xalq 
oyunları,  yarışlar,  rəqs  və  nəğmələr  oxunması,  təlxəklərin  və 
kəndirbazların  çıxışları  olurdu.  Ömər  Xəyyamın  məlumatına 
görə, qeyd etmək lazımdır ki, Novruzun 2600 ildən artıq  yaşı 
vardır.  Yenə  də  həmin  müəllifin  məlumatına  görə,  Novruz 
bayramında  müharibələr  və qarşılıqlı çəkişmələr dayandırılır, 
sülh  müqavilələri  bağlanır,  hətta  dəfn  belə  növbəti  günlərə 
təxirə  salınırdı.  Bu  bayram  o  qədər  şad  və  şən  bir  bayram 
olmuşdur ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni 
zamnda  xəstələrə  müstəsna  diqqət  və  qayğı  göstərilmiş,  qo-
hum və dostlara baş çəkilmiş, qohum və  yaxınların məzarları 
ziyarət  edilmiş,  bir-birinə  qarşılıqlı  inam  və  simpatiya  ifadə 
edilərək ümumbəşəri dəyərlər üstün tutulmuşdur.  


 
23 
NOVRUZ TƏQVİM MƏRASİMİ KİMİ 
 
 Novruzun  həm  də  təqvim  bayramı  olması,  ilin 
başlanğıcı  olması  onun  möhtəşəmliyini  və  təntənəsini  artırır
Novruz  mövcud  olduğu  tarixi  boyu  bir  neçə  təqvim 
mərasimindən  keçmişdir.  Bunların  icərisində  əski  türk 
təqvimi, zərdüştliklə bağlı təqvim, Səlcuqlu Məlikşahın Cəlali 
təqvimi, Elxanilərin Elxani təqvimi və s. 
Bizim  türk  təqvimi  kimi  bildiyimiz  təqvim  M. 
Kaşqarlının  “Divan”ında  əfsanəsi  ilə  birlikdə  təsvir 
olunmuşdur.  Kaşqarlının  məlumatına  görə,  “türklər  on  iki 
çeşid  heyvanın  adını  götürüb  on  iki  ilə  vermişlər.  Uşaqların 
yaşlarını,  savaş tarixlərini  və başqa şeyləri bu illərin keçməsi 
ilə  hesablayırlar.  Bu  on  iki  heyvandan  birincisinin  adı 
siçandır.  İlin  başına  da  bu  ada  “siçan  ili”  deyilmişdir.  Digər 
heyvanların  sırası  belədir:  öküz  (ud),  bars,  dovşan(tavışqan), 
timsah(nək), 
ilan 
(yılan), 
at(yund), 
qoyun(koy), 
meymun(biçin),  toyuq(yakaqu),  it(it),  donuz(tonquz).  Türklər 
bu illərin hər birində bir qismət olduğunu sanaraq fal açarlar, 
uğur sınayarlar.Məsələn, öküz ili girəndə savaş çoxalar, çünki 
öküzlər  bir-biriyləvuruşarlar,  toz  qaldırarlar.  Toyuq  ilində 
ərzaq  bol  olur,  amma  insanlar  arasında  qarışıqlıq  çıxarmış, 
çünki  toyuğun  yemi  dəndir.  Dəni  tapmaq  üçün  isə  çöpləri, 
qırıntıları  bir-birnə  qarışdırır.  Timsah  ili  girəndə  yağış  çox 
yağar,  bolluq  olurmuş,  çünki  timsah  suda  yaşayır.  Donuz  ili 
girəndə  qar  və  soyuq  çox  olar,  qarğaçalıq  çıxarmış.  Beləcə, 
türklər  hər  il  bir  şey  olacağına  inanırlar.  Türklərdə  həftənin 
yeddi gününün adı  yoxdur. Çünki həftə deyilən şey  islamdan 
sonra  başlamışdır.  Ayların  adlarına  gəlincə  bunlar  şəhərlərdə 
ərəbcə  deyilir.  Köçəbə  olan  və  müstəqil  olmayan  türklər  ili 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə