Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   2   3   4   5   6   7   8   9   ...   35

 
17 
mifologiya məsələləri təqvim mifi çevrəsində araşdırılmışdır. 
Alim  yaz  bayramının  mərasim  kimi  təqvim  mifi  ilə  bağlılığı 
barəsində  yazmışdır:  «Bəllidir  ki,  yaz  əski  insanın  həyatında 
həmişə  başlıca  rol  oynamışdır.  Buna  görə  də  insan  təfəkkürü 
istər-istəməz  onu  izləmiş  və  beləliklə  də,  bu  durum 
Azərbaycanın  ilk  təqvim  anlayışının  yaranmasına  yardım 
etmiş,  təbiətlə  insanın  dürlü  şəraitdə  (хoş  və  əksinə) 
qaşılaşması  yazla  bağlı  törənləri  –  mərasimləri  də  meydana 
gətirmişdir.  Belə  bir  törənin  yaranmasında  mifik  görüşlərin, 
animist  baхışların,  natur  fəlsəfənin,  təbiətə  təbii  baхışın 
böyük  rolu  olmuşdur...  Mifologiyada  təbiətin  fəsilləri 
arasındakı  olaylarla  –  hadisələrlə  bağlı  törən,  görüş  də 
yaranmışdır.  Dünya  хalqlarında,  onların  ulu  babalarında 
təqvim  хaosla,  kosmosla,  yaradılışla  və  s.  sıх  bağlıdır.  Əski 
azərbaycanlılar  təqvimlə  bağlı  vaхt  anlayışını  hərdən 
animistləşdirmiş,  hərdən  insan  kimi  gözə  çarpdırmış,  hərdən 
isə zoomorfik aləmlə bağlamışlar» (72, 6). 
Kitabda  təqvimlə  bağlı  əski  oğuz  atalar  sözü  təhlil 
edilmiş  və  onun  mifoloji  mənaları  üzə  çıхarılmış,  Хızır  və 
onunla  bağlı  mərasimin  mifoloji  kökləri  öyrənilmiş,  yaz 
mərasimlərindəki  keçi,  qurd,  qoyun  kimi  hevanların  əsatiri 
simvolikası  araşdırılmış,  Qodu-Qodu  yaz  mərasimi  olaraq 
mifik  хüsusiyyətləri  baхımından  tədqiq  edilmiş,  Kosa-Kosa, 
yazla  bağlı  diğər  oyun  və  mərasimlər,  хüsusilə  Novruz 
bayramı  mifoloji  mənaları  baхımından  kompleks  şəkildə 
təhlil  edilmişdir.  Ümumiyyətlə,  bu  kitab  təqvim  miflərinin 
öyrənilməsi,  o  cümlədən  bununla  bağlı  Azərbaycan  mərasim 
folklorunun  tədqiq  edilməsi  cəhətindən  sanballı  əsər  kimi  öz 
əhəmiyyətini bu gün də saхlayan tədqiqatdır. 


 
18 
Oruc  Əliyev  M.Seyidovun  bu  kitabı  haqqında  yazdığı. 
Yaz bayramı adlı  məqalədə ilk növbədə M.Seyidovun zaman 
haqqında  düşüncələrinin  mifoloji  mahiyyətinə  toxunmuşdur 
“Müəllifin  fikirincə,  ilkin  görüşlər  nə  qədər  dürlü  olsalar  da 
onların  özülü,  kökü,  mayası  ana  təbiətdir.  Təbiət,  onun 
qoynunda  baş  verən  hadisələr  az-çox  aydınlaşdıqca  bir  çox 
görüşlər  kimi  yaz  bayramı  və  onunla  sıx  ilişgəli  təqvim 
görüşü də yaranır, sonralar inkişaf edir”(81, 25).  
Məqalədə  daha  sonra  kitabın  ümumi  məzmunu  təsvir 
edilmiş,  zamanla,  o  cümlədən  yaz  bayramı  ilə  bağlı  mifoloji 
obrazlara 
M.Seyidov 
tərəfindən 
verilmiş 
izahlara 
toxunulmuşdur. 
O.Əliyev  kitabın  elmi  –  ictimai  əhəmiyyətini  umumi 
şəkildə belə səciyyələndirmişdir: “Gərgin axtarışların və uzun 
illərin  təcrübəsi  nəticəsində  meydana  çıxan  “Yaz  bayramı” 
əsərində  oxucular  indiyəcən  böyük  el  bayramı  barədə  sirli 
qalan bir çox suallara cavab tapa biləcəkdir”(81, 26). 
 
     
 
 
    


 
19 
“NOVRUZ“UN STRUKTURU 
 
Novruz  Azərbaycan  xalqının  zəngin  maddi  və  mənəvi 
dəyərlərinin  mühüm  bir  hissəsini  özündə  ehtiva  edən 
mədəniyyət  hadisəsidir.  “Novruz”un  tərkibi  quruluşca 
mürəkkəb,  məzmunca  dərin  və  geniş  əhatəlidir.  Müasir 
dövrümüz  üçün  bu  bir  milli  bayramdır.  Bu  bayrama  tarixi 
inkişaf  boyunca  baxdığımız  zaman  onun  qədim  mədəni 
köklərə  və  mənəvi  qaynaqlara  bağlı  olduğunu  görürük. 
Keçmişdə  olduğu  kimi  bu  gün  də  Azərbaycanda,  Türkiyədə 
və  Orta  Asiya  türk  dövlətlərində  Novruz  mart  ayında  bahar 
bayramı kimi qeyd olunmaqdadır.  
Novruzun  əsasında  əski  xalq  mərasimləri  dayanır. 
Dünya  xalqalrının  bir  çox  mərasimləri  də  belədir.  Onlardan 
bəzilərinə  zamanla  dini  mahiyyət  qazandırılır  və  beləliklə  də 
əski  mərasim  mədəniyyəti  ilə  dini  adətlər  birləşmiş  olur. 
Məsələn, 
qurban 
bayramında 
olduğu 
kimi, 
Bunun 
başlanğıcdan  arxaik  bir  ritual  olduğu  və  sonradan  dini 
əfsanələrlə dini bir mahiyyət qazandığı məlumdur.  
Xristianlar  və  Musəvilər  xristian  din  adamlarının  yüz 
illərlə  bir  müşrik  bayram  sayarak  mücadilə  etdikləri  günəşin 
dönüşü  olan  20-25  dekabr  tarixli  Romalıların  əski  “saturna-
lia”  bayramı,  milad  təqviminin  dördüncü  əsrində  “Mövludi-
İsa”  bayramı  kimi  xristianlar  tərəfindən  qeyd  olunmağa 
başladı.  Yəhudilərin  “Pesah”  dedikləri,  Xristianların  “paska” 
bayramı da mənşəyi baxımından insanların təbiətə inandıqları 
dövrün  dünyəvi  yaz  bayramının  davamından  ibarətdir.  Nov-
ruz,  yeni  il  və  mehirqan  bayramları  üçün  də  eyni  metod  ke-
çərlidir.  Yəni  zaman  keçdikcə  insanlar  imtina  edə  bilmə-
dikləri  ibtidai  dönəmin  ənənələrini  bir  növ  uyduraraq  dini 


 
20 
bayramlar  olaraq  qəbul  etmişlər.  Novruzun  da  rəsmi  bayram 
kimi  keçirildiyi  qədim  və  orta  əsrlərdə  o  dini  əfsanələrlə 
əlaqələndirilmiş  və ona dini bir mahiyyət qazandırmağa cəhd 
göstərilmişdir.  
(Novruz Həzrət Əlinin doğulduğu gündür; Həzrət Əlinin 
taxta  çıxdığı  gündür;  Həzrət  Əlinin  Fatimeyi  Zəhra  ilə 
evləndiyi  gündür;  Nuhun  yerə  ayaq  basdığı  gündür;  Yunus 
peyqəmbərin balığın qarnından çıxdığı gündür və s.). 
Novruz 
yazılı 
qaynaqlarda. 
Novruz 
haqqında 
məlumatlara  Biruni  Əbu  Reyhanın  “Asarul  Baqiye” 
(Pamyatniki  minuvşix  pokoleniy)  ,  Kaşgarlı  Mahmudun 
“Divanü  Lugat-it  Türk”,  Balasaqunlu  Yusif  Has  Hacibin 
“Kutadqu 
biliq”, 
Ömər 
Xəyyamın 
“Novruznamə”, 
Nizamülmülkün 
“Siyasətnamə”, 
Nizami 
Gəncəvinin 
“İsgəndərnamə” və b. əsərlərdə rast gəlirik. 
Biruninin  müasiri  olan  mütəfəkkirlər  Mahmud  Kaşqarlı 
və  Ömər  Xəyyam  Novruz  haqqında  müəyyən  məlumatlar 
vermişdir.  Onların  əsərlərində  təkcə  bu  bayramın  təbiətlə  və 
onun  qanunauyğunluqları  ilə  əlaqəsindən  deyil,  həm  də 
onunla bağlı mərasimlər, sınamalar və rituallar haqqında bəhs 
edilir.  Məsələn,  Biruni  belə  bir  sınama  haqqında  məlumat 
verir:  “əgər  Novruzun  ilk  günü  gün  doğan  vaxt  hələ  heç  bir 
söz  demədən  üç  qaşıq  bal  yesən  və  üç  parça  mum  yandırsan 
bütün  xəstəliklərdən  xilas  olarsan.  Digər  bir  sınama  isə 
belədir:  “ Hər kim səhər  ibadətdən öncə bir az  şəkər  yesə  və 
özünü  zeytun  yağı  ilə  yağlasa  bütün  il  ərzində  ona  heç  bir 
xəstəlik dəyməz”. 
Bu  bayramdan  bəhs  edərək  Biruni  yazır:”İranlılarda 
belə  bir  adət  var  idi  ki,  Novruz  günü  bir-birinə  şəkər  verir-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə