Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə30/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
92
ya sənayesi, maşın və avadanlıqların quraşdırılması və təmiri, ele-
ktrik avadanlıqlarının istehsalı, hazır metal məmulatların istehsalı
və s.) artım templərinin yüksəlməsi təsir etmişdir.
Sxem №6
Qeyri-neft emal sənayesinin ümumi buraxılışının strukturu
Belə ki, məhsul istehsalı qeyri-neft emal sənayesinin əksər böl-
mələrində, o cümlədən qida məhsulları istehsalında (1,4%), tikinti
materiallarının istehsalında (22,2%), metallurgiya sənayesində
(11,0%), kimya sənayesində (32,0%), maşın və avadanlıqların qu-
raşdırılması və təmiri sahəsində (41,0%), içki istehsalında (8,1%),
elektrik avadanlıqları istehsalında (12,1%), hazır metal məmulatları-
nın istehsalında (6,2%), geyim istehsalında (59,9%), sair nəqliyyat
vasitələrinin istehsalında (3,4 dəfə), mebel istehsalında (8,3%), av-
tomobil və qoşquların istehsalında (58,2%) və s. bölmələrdə artmış-
dır. Müvafiq dövrdə iqtisadiyyatda əsas kapitala qoyulmuş cəmi in-
vestisiyaların 66,1%-i və ya 11,7 milyard manatı qeyri-neft sektoru-
na yönləndirilmişdir. Əsas kapitala qoyulmuş investisiyaların 7,5%-
i, qeyri-neft sektoruna yönləndirilən investisiyaların isə 11,4%-i və
ya 1325,7 milyon manatı qeyri-neft sənayesi bölməsinin inkişafında
istifadə edilmişdir [25; 26].


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
93
Sxem №7
ÜDM-də özəl sektorun xüsusi çəkisi
Azərbaycan Respublikasında sahibkarlıq sektorunun inkişaf
göstəriciləri dinamikasında da müsbət artım meylləri baş vermiş-
dir. Ölkə iqtisadiyyatında olduğu kimi onun əsasını təşkil edən sa-
hibkarlığın inkişafı sahəsində də inkişaf daha qabarıq şəkildə özü-
nü göstərmişdir. Belə ki, həyata keçirilən məqsədyönlü tədbirlər
nəticəsində Ümumi Daxili Məhsulun həcmində özəl sektorun payı
81,9 faiz təşkil etmişdir (sxem №7).
Ölkənin aqrar sektorunda, sənaye, ticarət, mehmanxana və iaşə
xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət
sahələrində qeyri-dövlət bölməsinin payı 70-99,8 % arasında
dəyişməsi ilə müşahidə olunmuşdur. Həmçinin, özəl bölmədə is-
tehsalın həcmi sənaye məhsulunun 79,5 faizini təşkil etmiş, səna-
yenin ümumi istehsalının 92,4 faizi malların (əmtəələrin) istehsalı,
7,6 faizi isə xidmətlərin göstərilməsi hesabına formalaşmışdır. Sa-
hibkarlıq subyektlərinin sayı  əvvəlki illərlə müqayisədə artaraq
614423 vahid olmuşdur. Sahibkarlıq sektoruna aid olan müəs-
sisələrin 37,2 faizi Bakı  şəhərində, 62,8 faizi isə regionlarda qey-
diyyatdan keçməklə, fəaliyyət göstərmiş və sahibkarların ümumi


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
94
bölgüsünə görə onların 15,4 faizini hüquqi şəxslər, 84,6 faizini isə
fiziki şəxslər təşkil etmişdir (sxem №8) [25; 26].
Sxem №8
Sahibkarlıq subyektlərinin bölgüsü
Ölkədə ümumilikdə son ildə qeydiyyata alınmış 94563 hüquqi
şəxsin 10540-ı dövlət mülkiyyətinə, 82370-i xüsusi mülkiyyətə, (o
cümlədən xüsusi mülkiyyətli müəssisələrin 5429-u tam xarici in-
vestisiyalı, 1754-ü isə birgə müəssisələrə aiddir), 1653-ü bələdiyyə
mülkiyyətinə mənsub olmuşdur. Həmçinin, dövlət reyestrində
qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr
əsasən Türkiyə (30,4 faiz), Böyük Britaniya (8,6 faiz), Rusiya (6,5
faiz), İran  (5,1 faiz),  ABŞ  (3,7  faiz),  Almaniya  (1,9 faiz)  və  digər
ölkələrin (43,7 faiz) sahibkarları tərəfindən yaradılmışdır (sxem
№9) [25; 26].
Ölkədə fəaliyyət göstərən müəssisələrin 79,4%-i kiçik müəs-
sisələrdən ibarət olmuş və onların əsas hissəsi ticarət (31,8 %), ti-
kinti (12,7%), digər sahələrdə xidmətlərin göstərilməsi (12,2%) və
kənd təsərrüfatı (11,8%) bölmələrində təşkil edilmişdir. Kiçik
müəssisələrin 56,6 faizi Bakıda, 13,2 faizi Aran, 6,8 faizi Abşeron,
6,1 faizi Gəncə-Qazax, 5,8 faizi Lənkəran, qalanları isə digər iqti-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
95
sadi rayonlarda yaradılmışdır. Son 2014-cü ildə əvvəlki illə müqa-
yisədə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliy-
yət göstərən fiziki şəxslərin sayı 12,5 faiz artaraq 519860 vahidə
çatmışdır. Fiziki şəxs kimi fəaliyyət göstərənlərin əsas hissəsi Ba-
kıda (34,3%), o cümlədən Aran (19,7%), Gəncə-Qazax (12,7%) və
Lənkəran (7,5%) iqtisadi rayonlarında qeydiyyata alınmışdır.
Sxem № 9
Tam xarici investisiyalı və birgə müəssisələrin ölkələr üzrə
bölgü səviyyəsi (%)
Azərbaycan Respublikasında sosial-iqtisadi sahələrin inkişafına
son 2014-cü ildə bütün maliyyə mənbələri üzrə  əsas kapitala
17615,8 milyon manat vəsait yönəldilmiş və bu vəsaitlərin isə 75,4
faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə istifadə
olunmuşdur. Və keçən dövrlə müqayisədə tikinti-quraşdırma işləri-
nə sərf edilmiş vəsaitin həcmi 11,8 faiz artmı ilə nəzərə çarpmış-
dır. Digər tərəfdən, kapital qoyluşlarının xüsusi çəkisində qeyri-
dövlət sektorunun payı artaraq 52%-ə çatmış, həm də daxili mən-
bələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi bu qoy-
luşların 72,3 faizini təşkil etmişdir. Azərbaycanda xarici ölkələr və
beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlə-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə