Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə32/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
99
4.2. Azərbaycan Respublikasında fond bazarının
xüsusiyyətləri və inkişaf meyilləri
Azərbaycan Respublikasının iqtisadi inkişafında son on ildə
əldə edilən müsbət nəticələr iqtisadiyyatın digər sahələri kimi, ma-
liyyə-fond bazarıın inkişafında da nəzərə çarpacaq irəliləyişlərlə
müşahidə edilməkdədir. Ölkənin fond bazarını inkişafını xarakte-
rizə edən əsas göstəricilərin dəyişiklik meylləri də bunu göstər-
məkdədir. Ölkənin fond bazarında ümumilikdə qiymətli kağızlar
üzrə aparılan əməliyyatların həcmi 2010-cu illə müqayisədə 2014-
cü ildə 3,8 dəfə olmaqla kifayət qədər artım meyli nümayiş etdir-
miş, bu göstərici 8,9 milyard manat təşkil etmişdir [12].
Diaqram №1
Azərbaycanın fond bazarında qiymətli kağızların inkişaf
səviyysi
(milyon manat)


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
100
Bazarın formalaşdığı ilk dövrlərdə dövlət qiymətli kağızlarının
mövqeyi xüsusi üstünlüklə yadda qalsada, lakin son illərdə qeyri-
dövlət qiymətli kağızlarının bazardakı mövqeyində  əsaslı müsbət
dəyişiklik özünü göstərməkdədir. Belə ki, bazarda qiymətli kağız-
lar üzrə aparılan əməliyyatların 47%-i dövlət qiymətli kağızlarının,
53%-i isə korporativ qiymətli kağızlarının payına düşür. Lakin,
2010-cu ildə isə bu mövqe dəyişikliyi 65% - dövlət qiymətli kağız-
larının, 35% - korporativ qiymətli kağızlarının nisbəti üzrə fərq-
lənmişdi (diaqram №1).
Dövlət qiymətli kağızları üzrə aparılan əməliyyatların struktur
tərkibini bir mənalı və ya eyni artım meylliyi üzrə qiymətləndir-
mək qeyri-mümkündür. Bazarda bu növ kağızlar və onlar üzrə
əməliyyatlar: dövlət istiqrazları, mərkəzi bankın notları və re-
po/əks-repo baxımından fərqləndirilir. Xüsusilə, bazarın öz inkişaf
dövrünü yaşadığı son beş ildə dövlət qiymətli kağızları üzrə
əməliyyatların inkişaf meyli aşağıdakı kimi baş vermişdir. Fond
bazarında 2010-cu illə müqayisədə 2014-cü ildə dövlət istiqrazla-
rının həcmi 4,2 dəfə azalmaqla - 108 milyon manat, mərkəzi ban-
kın notlarının həcmi 2,2 dəfə artmaqla 508 milyon manat, re-
po/əks-repo əməliyyatlarının həcmi 4,2 dəfə artmaqla - 3541 mil-
yon manat səviyyəsində olmuşdur. Bazarda bu növ kağızlar üzrə
əməliyyatlarda inkişaf meyli daha çox repo/əks-repo əməliyyatla-
rında nəzərə çarpsada, mərkəzi bankın notlarının həcmindədə ar-
tım özünü göstərmişdir [12]. Ümumilikdə, dövlət qiymətli kağızlar
üzrə  əməliyyatların 85%-i repo/əks-repo, 12%-i mərkəzi bankın
notları, yalnız 3%-i isə dövlət istiqrazları üzrə əməliyyatların payı-
na düşür (diaqram №2).
Ölkənin fond bazarında bu növ qiymətli kağızlar üzrə  əməliy-
yatların böyük əksəriyyəti, yəni 97%-i repo/əks-repo və mərkəzi
bankın notları hesabına baş verməsi ilə diqqəti cəlb edir. Müvafiq
əməliyyatalrın əsasını mərkəzi bankın və digər bankların qiymətli
kağızlarının xüsusi şərtlər və qaydalar üzrə  əməliyyatları təşkli
edir. Həmçinin, bu əməliyyatlar isə daha çox bank-kredit sistemi-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
101
nin məqsədlərinə, əsasən də onların kapitallaşma səviyəsinin yük-
səlməsinə xidmət edir.
Diaqram № 2
Fond bazarında dövlət qiymətli kağızlarının inkişaf
səviyysəi (milyon manat)
456
281
168
135
108
229
655
1070
344
508
838
5782
6857
6609
3541
1523
6718
8094
7088
4157
0
2000
4000
6000
8000
10000
2010
2011
2012
2013
2014
Dovl?t istiqrazlar?
M?rk?zi bank?n notlr?
Repo/?ks-repo
Dovl?t qiym?tli kagizlar? (c?mi)
Dölət istiqrazlarının satışının kəskin azalması bu kağızların
əvvəlki dövrlərdə olduğu kimi yüksək tələb reytinqinin olmadığını
göstərməklə, onların fiziki və hüquqi şəxslər üçün kifayət qədər
maraq kəsb etmədiyini də fikrini də  əsaslandırır. Digər ölkələrlə
müqayisədə Azərbaycan fond bazarı dövlətin ehtiyac hiss etdiyi
zəruri maliyyə resurslarının formalaşdırdığı bir mənbəə-bazar kimi
də özünü göstərmir.
Ölkənin fond bazarında son illər ərzində korporativ qiymətli
kağızların mövqeyi möhkəmlənsədə, lakin bu növ kağızlar üzrə
aparılan əməliyyatların struktur tərkibində fərqli artım meylləri
özünü göstərmişdir. Korporativ qiymətli kağızların iki növü:
səhmlər və korporariv istiqrazlar üzrə bazarda əməliyyatlar həyata
keçirilmişdir. Bazarda 2010-cu illə müqayisədə 2014-cü ildə kor-
porativ istiqrazların həcmi 11,4 dəfə artmış, onların həcmi 3458
milyon manat təşkil etmişdir. Müvafiq dövr ərzində müəssisə və
Dövlət istiqrazlar
Repo/əks-repo
Mərkəzi bankın notları
Dövlət giymətli kağızları (cəmi)


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
102
təsərrüfat subyektlərinin səhmləri üzrə aparılan əməliyyatların həc-
mi isə 2,6 dəfə artım nümayiş etdirməklə, 1279 milyon manat ol-
muşdur (diaqram №3) [12].
Diaqram №3
Korporativ qiymətli kağizlar bazarının inkişaf səviyyəsi
(milyon manat)
502
1 029
599
573
1 279
304
1 115
730
1 164
3 458
806
2 144
1 329
1 737
4 738
0
500
1000
1500
2000
2500
3000
3500
4000
4500
5000
2010
2011
2012
2013
2014
Səhmlər
Korporativ istiqrazlar
Korporativ qiymətli kağizlar (cəmi)
Müəssisə və təsərrüfat subyektlərinin zəruri kapital-investisiya
resursları cəlbi mənbəələrindən biri hesab edilən səhm bazarında
artım meylinin baş verməsinə baxmayaraq, bu bazar kifayətqədər
formamalaşmaması ilə özünü göstərir. Xüsusilə, beynəlxalq təcrü-
bədə səhm bazarı daha fəallığı ilə diqqəti cəlb etməklə, makro və
mikro inkişafa əsaslı  şəkildə təsir göstərməkdədir. Ölkəninin isə
səhm bazarında 2010-cu illə müqyisədə 2014-cü ildə azalma baş
vermiş, bu dövrdə korporativ qiymətli kağızlar bazarında səhm
bazarının xüsusi çəkisi 7% azalmaqla, həmin bazarın 15%-ni təşkil
etmişdir (sxem №10)


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə