Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə31/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   27   28   29   30   31   32   33   34   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
96
rin 4484,2 milyon manatı (91,9 faizi) - Böyük Britaniya, Norveç,
Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına
məxsus olmuşdur [25; 26].
Azərbaycan Respublikasının son ildə strateji valyuta ehtiyatları
1,2 mlrd. dollar və ya 2,4% artım mümayiş etdirmiş, bu göstərici
54 mlrd. dollara yaxınlaşmışdır. Tədqiqatlar göstərir ki, ölkənin
strateji valyuta ehtiyatları təxminən 3 illik mal və xidmətlərin
idxalına kifayət edir və xarici dövlət borcunu 8 dəfə üstələyir.
Azərbaycanın 2014-cü ildə xarici ticarət dövriyyəsi 31 mlrd. dollar
təşkil edib ki, bunun da 21,8 mlrd. dolları ixracın, 9,2 mlrd. dolları
isə idxalın payına düşüb. Dövr üzrə xarici ticarət balansının profi-
siti 12,6 mlrd. dollar olub, ixrac idxalı 2,4 dəfə üstələyir [25; 26].
Azərbaycan Respublikasının xarici dövlət borcu 6,478,2 milyon
ABŞ dolları olmuşdur ki, xarici dövlət borcun Ümumi Daxili Məh-
sula (ÜDM) olan nisbəti 8,6% təşkil etmişdir. Borc vəsaitlərinin
7,3%-i 10 ilə qədər, 60,2%-i 10 ildən 20 ilə qədər, 32,5%-i isə 20
ildən artıq olan müddətə cəlb olunmuşdur.
Cəlb edilmiş bu vəsaitlər sosial-iqtisadi inkişafın sürətlənməsi
məqsədilə, əsasən də iqtisadi islahatlar proqramlarının dəstəklən-
məsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol ti-
kintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu
nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə
istifadə edilmişdir.
Təcürbə göstərir ki, dünya dövlətləri əvvəllər, sadəcə, müxtəlif
layihələri həyata keçirmək üçün məcburən xarici borclanmaya ge-
dirdilərsə, müasir dövrdə belə vəsaitlər iqtisadi inkişafın maliyyələş-
dirilməsində  əsas mənbələrdən biri sayılır. Lakin, sırf büdcə kəsi-
rinin örtülməsi məqsədilə xarici mənbələrdən müntəzəm şəkildə
kreditlərin cəlb edilməsi, həmçinin xarici borcların müəyyən limiti
keçməsi təhlükəli hal kimi qarşılanır. Beynəlxalq maliyyə qurumla-
rının hesabatları göstərir ki, indi nəinki inkişaf etməkdə olan, hətta
inkişaf etmiş bir çox dövlətlərin də xarici borcu idarəolunmaz həddə
çatıb. “Bloomberg” agentliyinin qiymətləndirmələrinə görə, 2012-ci
ilin əvvəlində dünyanın inkişaf etmiş ölkələrinin ümumi borcu 7,6


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
97
trilyon ABŞ dolları təşkil edib. Gürcüstanda xarici dövlət borcunun
ümumi daxili məhsula nisbəti 77,7%, İspaniyada 68,5%, Yunanıs-
tanda 160%, İtaliyada 120%, ABŞ-da 100% həddindədir.
Azərbaycan hökumət xarici mənbələrdən cəlb olunan maliyyə
vəsaitlərini büdcə kəsirini örtməyə deyil, müasir infrastrukturun
formalaşdırılması yolu ilə investisiya mühitini yaxşılaşdırmağa yö-
nəldir. Bu amil Azərbaycan üçün müsbət hal kimi qiymətləndi-
rilməlidir. Qlobal iqtisadi böhranla bağlı bir sıra ölkələrin xarici
borclarının pik həddinə çatması onları sosial və investisiya yönüm-
lü layihələri qeyri-müəyyən müddətə təxirə salmaq məcbu-
riyyətində qoymuşdur. Xüsusən də Avropa ölkələrində dövlətin
xarici borcunun ödənilməsinin ağırlığı vətəndaşların çiyninə düşür.
Müəssisələr bağlanır, işsizlər ordusu yaranır, vergilər artır, sosial
ödənişlər azalır. Azərbaycan isə bunun əksinə olaraq, həmin sahə-
lərə dövlət əsaslı kapital qoyuluşlarının həcmini, sosialyönümlü
xərcləri ildən-ilə artırır. Bütün bu kimi amillər, iqtisadi inkişaf ten-
densiyaları ölkənin inkişafı baxımından müsbət meyli kimi qəbul
edilsə də, lakin mövcud durum həmçinin maliyyə-fond bazarının
əsaslı inkişafı üçün geniş potensialın geniş olduğunu göstər-
məkdədir. Belə ki, maliyyə-kredit resurslarına olan tələbatın dur-
madan yüksəlməsi, cəlbedici və ucuz maliyyə vəsaitlərinə tələbatın
artması artıq maliyyə-fond bazarının fəaliyyətinin genişlənməsini,
bu bazarın təşkili və tənzimlənməsi mexanizminin daha da tək-
milləşdirilməsini zərurətə çevirməkdədir. Bazar iştirakçılarının və-
saitlərinin risksiz maliyyə alətlərinə yönəldilməsi və onların aktiv-
lərinin diversifikasiyası imkanları məhdudlaşdırılmamalıdır.
Azərbaycan Respublikasında sosial sahədə əldə edilən nai-
liyyətlər nəticəsində iqtisadi fəal əhalinin sayı 4840,7 min nəfər
olmuş, onlardan 4602,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə
məşğul olan əhali təşkil etmişdir. 2014-cü ildə muzdla işləyənlərin
sayı 1507,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsin-
də 883,7 min nəfər, qeyri-dövlət bölməsində isə 624 min nəfər təş-
kil etmişdir. İqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-
neft sektorunda isə 1471,3 min nəfər çalışmışdır. Muzdla


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
98
işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində  əmək fə-
aliyyəti ilə məşğul olanlar 1463,4 min nəfər təşkil etmişdir. Müəs-
sisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1 faizi məhsul is-
tehsalı sahələrində, onlardan 6,8 faizi tikintidə, 6,2 faizi emal səna-
yesində, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
sahəsində, 2,4 faizi mədənçıxarma sənayesində, 2 faizi elektrik
enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı
sahəsində, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı
sahəsində məşğul olmuşlar.
Son, 2014-cü ildə  əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4,8
faiz artaraq 39,4 milyard manata çatmış, hər nəfərə düşən belə
gəlirlərin həcmi orta hesabla 4180,5 manat təşkil etmişdir. Ümumilk-
də, bu dövrdə  əhalinin sərən-camında qalan 35,9 milyard manatlıq
gəlir əvvəlki ildəki ilə müqayisədə 5,1 faiz çox olmuşdur. Həmin
dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək
haqqı  əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artaraq 442,1
manat təşkil etmişdir [25; 26]. Digər fəaliyyət növləri ilə müqayisədə
mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, infor-
masiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə
orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
Ölkə iqtisadiyyatının son on ildəki inkişafı həmçinin maliyyə-
fond bazarının da paralel yüksəlişini xüsusi zərurətə çe-
virməkdədir. Təcrübə göstərir ki, inkişaf etmiş bazar münasibətləri
modeli üçün şaxələnmiş maliyyə sektoru və xüsusən də, yüksək
səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının mövcud-
luğu zəruridir. Qiymətli kağızlar, əsasən də fond bazarının key-
fiyyətcə yeni səviyyəyə qaldırılması iqtisadiyyatın tənzimlənməsi
imkanlarını genişləndirir, maliyyə resurslarının real sektora cəlb
edilməsini və sahələrarası sərmayə axınlarını asanlaşdırır, həmçi-
nin, korporativ idarəetmə, təsərrüfat fəaliyyətində  şəffaflığın artı-
rılması kimi zəruri tələblər irəli sürməklə bütövlükdə iqtisadi sis-
temin daha səmərəli fəaliyyətini təmin edir.


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə