Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

İb ra h im  A ğ a y e v

nəticəsində  bu  dialekti  özlərinə  dil  seçmişlər.  Onların 

əksəriyyəti  İslam  dininə  mənsubdur.  İngiloy  Azərbaycan 

dilində  “yengi  yol”  deməkdir  ki,  bu  da  onların  İslam  dinini 

qəbul etmələri ilə əlaqədardır.

Çarizmin  Qafqazı  işğal  etməsi  ilə  əlaqədar  olaraq  rus 

hakimiyyəti  Qafqazda  xristianlığın  yayılmasına  çalışır  vo 

xristianlığı  qəbul  edənlərə  müəyyən  güzəştlər  tətbiq  edir,  onları 

vergilərdən  azad  edir,  onların  təhsil  almaları  üçün  şərait 

yaradırdı.  Ona  gör?  də  əhalinin  bir  qismi  həmin  dövrd? 

xristianlığı qəbul etmişdir.

Lakin  sonradan  İslam  dininə  yenidən  qayıdanlar  olurdu  və 

onları  “İngiloy”  (yengiloy)  adlandırırdılar.  Onların  İslam 

dininə  itaət  edənləri  özlərini  azərbaycanlı,  xristianlığı  qəbul 

edənlər isə özlərini gürcü adlandırırdılar.

Azərbaycanlı  hesab  olunan  ingiloylar  respublika  əhalisinin 

istifadə  etdiyi  bütün  hüquqlardan 

bəhrələnirlər.  Təhsil 

sahəsində  onlara  hətta  müəyyən  güzəştlər  də  olunur,  onların 

sosial-iqtisadi inkişaflarına şərait yaradılır.

Bu  regionda  yaşayan  digər  xırda  xalqlar  kimi  ingiloylar  da 

özünün  təsərrüfat və  məişət  həyatına  görə  azərbaycanlılara  çox 

yaxındır və  onlarla  qaynayıb-qarışmağa  meyllidir.  Ona  görə  də 

onların  əksəriyyəti  əhalinin  1989-cu  il  siyahıyaalınmasında 

özlərini azərbaycanlı kimi qeyd etdirmişlər.

İngiloy 


amili 

Azərbaycan-Gürcüstan 

münasibətlərində 

müəyyən  əhəmiyyət  kəsb  edir,  daha  doğrusu,  bu  xalqı  öz 

tərəfinə  çəkmək  uğrunda  müəyyən  mübahisəli  məsələlər  ortaya 

qoyur.  Məsələn,  Gürcüstanda  Qamsaxurdiyanın  prezident 

olduğu  dövrdə  ingiloylardan  Azərbaycana  qarşı  bir  kart  kimi 

istifadə  etmək  cəhdləri  olmuşdur.  Hazırda  bu  problem  aradan



8 6

M ü a s ir ş ə ra itd ə   A ze rbaycanda  m illi-e tn ik  pro se slə r

qalxmış,  Gürcüstan-Azərbaycan  münasibətləri  öz  normal 

məcrasına düşmüşdür.

Şahdağ qrupu  xalqlarının nümayəndələri  əsasən  Azərbaycan 

Respublikasının  Qııba,  Xaçmaz,  qismən  İsmayıllı  rayonlarında 

yaşayırlar.  Bu  etnik  qruplara  bəzən  biraullu  xalqlar  da  deyilir. 

Onlara  buduqlar,  xınalıqlar,  qırızlar,  hapıtlar,  ceklər,  əliklər 

daxildir.  Göründüyü  kimi,  onlar  sakinləri  olduqları  Buduq. 

Qırız,  Xınalıq,  Hapıt,  Cek  və  Əlik  adlı  kəndlərinin  adları  ilə 

adlanırlar.  Bu  kiçik  etnik  qruplar  tarixi  ədəbiyyatda  “Şahdağ 

cinik  qrupları”  adlandırılır.  Onların  dili  Qafqaz  dil  ailəsinin 

ləzgi  dil  qrupuna  daxildir.  Qədim  Alban  tayfalarından 

sayılırlar109.  Buduq, Qırız,  Hapıt, Cek  dilləri  həm də ləzgi dili  ilə 

yaxınlıq  təşkil  edir.  Xınalıq  dili  isə  bu  cəhətdən  müstəsna  yer 

tutur.  Bu  dillərin  daşıyıcıları  üçün  Azərbaycan  dili  də  ana  dili 

sayılır.  Başqa sözlə, Şahdağ etnik qrupları  ikidillidirlər.

Xınalıq  dilinin  şivə  və  dialektləri  yoxdur,  Onlar  Azərbaycan 

dilindən  geniş  şəkildə  istifadə  edirlər.  ,  Qırız  etnik  qrupu 

haqqında  Sovet  hakimiyyətinə  qədər  məlumat  verilməmişdir. 

Eyni  sözləri  buduqlar  haqqında  da  demək  olar.  Tarixçi 

V.Piriyevin  buduqlar  haqqında  yazdığı  monoqrafiya  onların 

dili,  məişəti,  mədəniyyəti,  təsərrüfat  həyatı  haqqında  müfəssəl 

məlumat  verir.  Son  vaxtlar  bu  kiçik  etnik  qruplar  geniş 

tədqiqatlara  cəlb  olunur,  onların  dilləri,  mənşəyi  və  mədəniyyət 

nümunələri öyrənilir.

Professor  V.Piriyev  yazır:  “Doğma  Azərbaycanımızın

müasir  etnik  mənzərəsinə  diqqət  yetirsək,  rəngarəng  naxışları 

ilə  dünya  şöhrəti  qazanmış  xalçalarımızı,  min  bir  ətir  saçan  tər



■°* Cavadov  Q.C.  Etnik  tariximizin  açılmamış  səhifələri.  “Təkamül" jurnalı. 

1999, №3,  s.  58-68.

\

8 7




çiçəklərlə  bəzənmiş  gülzarlarımızı  xatırladar.  Onun  hər  bır 

guşəsində,  hər bir səmtində məskunlaşmış etnik  qruplar, xalqlar 

"Azərbaycan”  adlı  xalçamızın  naxışları,  gülzarın  çiçəkləridir. 

İlər  hansı  bir  naxışı  pozulmuş  xalça,  çiçəyi  solmuş  gülzar  öz 

təravətini  itirdiyi  kimi,  bir  etnik  qrupun  da  yoxa  çıxması 

Azərbaycan  adının  ululuğuna  xələl  gətirmiş  olar.  Azərbaycanın 

hüdudları  çərçivəsində  yaşayan  müxtəlif  xalqlar,  qruplar  -  

lalışlar,  kürdlər,  ləzgilər, avarlar,  yengiloylar,  rutuliar, saxurlar, 

tumuqlar,  darginlər,  laklar,  tabasaranlar,  tatlar,  tatarlar, 

udılər,  yəhudilər,  Şahdağ  qrupu  xalqları  əsrlər  boyu  türklərlə 

çiyin-çiyinə  yaşamış  və  indi  də  yaşamaqdadırlar.  Onların 

bəziləri  sayca  yüz  minlərlə  adan.ı  birləşdirsə  də,  digərlərinin 

sayı  bir  neçə  mindən  artıq  deyildir.  Azərbaycanın  şimal- 

şərqində  məskunlaşmış  Şahdağ  qr.'puna  daxil  olan  xalqların  -  

xınalıqların,  buduqiarın,  qrızların,  naputların,  ccklərin  hər  biri 

də təxminən  10-20 min nəfəri  birləşdirir”110.

Yuxarıda  deyilənləri  nəzərə alsaq  və respublika əhalisinin etnik 

tərkibi  haqqında  verilmiş  cədvəlləri  təhlil  etsək,  görərik  ki, 

Azərbaycan  Respublikasında  yaşayan  azsaylı  xalqların  və  milli 

azlıqların  özünəməxsus  yeri  vardır.  Kəm  də  onların  azərbaycanlı 

etnosu  ilə  münasibətlərində  ümumi  və  xüsusi  -   spesifik 

xüsusiyyətlər  mövcuddur.  Bunlar  respublika  daxilində  пиЩ  etnik 

proseslərin bir neçə xarakterik xüsusiyyətlərini aşkara çıxarır: 

Birincisi, 

Azərbaycan 

ərazisində 

yaşayan 

etnosların 

əksəriyyəti  dini  inam  baxımından  yekdildirlər,  yəni  onların 

çoxusu islam dininə etiqad edənlərdiı

İkincisi,  dil  amili  baxımından  bu  etnosların  əksəriyyəti

ib ra h im  

A ğa yev

_____________

hu

 

Buduqlu (Piriyev)  V.  Buduq  vo buduqlular.  Bakı: fabah,  1994, s.3.



8 8

Azərbaycan  dilindən  ünsiyyət  vasitəsi  kimi  istifadə  edir,  türk 

dili  onların  dillərini  zənginləşdirən  və  inkişaf  etdirən  mənbə 

rolunu oynayır;

Üçüncüsü,  təsərrüfat  -   məişət  nöqteyi-nəzərindən  bu  xalq­

ların həyatında ümumi cəhətlər yaranıb inkişaf etmişdir;

Dördüncü,  tarixi  tale  ümumiliyi  bu  xalqları  əsrlərlə  bir- 

birinə  yaxınlaşdırmış,  onlara  vahid  Vətəni  birlikdə  müdafiə 

etmək kimi müqəddəs bir vəzifə həvalə etmişdir;

Beşinci,  mədəni-psixoloji  sahələrdə  bu  xalqlarda  yaranmış 

ümumi  dəyərlər  onları  birlikdə  inkişaf  etdirib  qorumaq 

zərurətini yaratmışdır;

Altıncı,  siyasi-geopolitik  vəziyyət,  yeni  dünya  qaydalarının 

yaranması  bu  xalqların  maraq  və  mənafelərinin  bir  nöqtədə 

birləşdirilməsi zərurətini yaratmışdır.

________________________



M ü a s ir şara itd ə  Azerbaycanda  m illi-e tn ik  p ro s e s lə r


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə