Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   2   3   4   5   6   7   8   9   ...   43

İbrah im  A ğayev

məqsədyönlü  təsir  göstərmək  qeyri-mümkündür.  Bu  cəhətdən 

cəmiyyətdə 

etnosiyasi 

proseslərin 

diqqətlə 

öyrənilməsi, 

demokratik  inkişaf  yolu  tutmuş  Azərbaycan  Respublikasında 

bu  sahədə  mövcud  vəziyyətin  araşdırılması  çox  zəruridir. 

Tədqiqat  işinin  aktuallığı  bir  də  onunla  əlamətdardır  ki, 

çoxmillətli 

respublika 

kimi 

Azərbaycanda 



millətlərarası 

münasibətlər  sahəsində  həyata  keçirilən  siyasətin  diqqətlə 

öyrənilməsi,  habelə  ondan  çıxarılan  nəticələr  ölkədə  etnik 

proseslərin tənzimlənməsində faydalı ola bilər.

Azərbaycan 

qədim 


zamanlardan 

müxtəlif  etnosların 

yaşadığı  ərazilərdən sayılır.  XIX  və XX  əsrlərdə də Azərbaycan 

özünün  polietnik  mənzərəsini  qoruyub  saxlamışdır.  Elmi 

baxımdan  öyrənilməsi,  tədqiq  edilməsi  son  dərəcə  vacib  olan 

Azərbaycanda  milli-etnik  proseslərin  araşdırılmasına  XIX 

əsrdə  ilk  təşəbbüslər  olmuşdur.  Həmin  vaxtdan  başlayaraq  rus 

alimləri  Azərbaycanda  milli-etnik  proseslərə  aid  xeyli  tədqiqat 

aparmışlar.  Bu  dövrdə aparılan  tədqiqatların  böyük əksəriyyəti 

tarixi  aspektdə olmuş,  həmin  vaxt çap  olunmuş əsərlər  təkcə öz 

dövrü  üçün  deyil,  həm  də  bu  gün  Azərbaycanda  etnosiyasi 

proseslərin  öyrənilməsi  baxımından  mühüm  əhəmiyyət  kəsb 

edir.

Azərbaycanın  etnik  tərkibi  haqqında  bəzi  məlumatlara 



M.H.Vəliyevin  (Baharlının)  “Azərbaycan”  əsərində  də  rast 

gəlinir,  lakin  burada  da  həmçinin  yalnız  tarixi  məlumatlar 

verilmişdir1.

1923-cü  ildə  yaradılmış  «Azərbaycanı  Tədqiq  və  Tətəbbö 

cəmiyyəti»nin  təşəbbüsü  ilə  Azərbaycanın  ayrı-ayrı  azsaylı

1 Vəliyev (Baharlı)  M.H.  Azərbaycan.  Bakı:  Azərbaycan,  1993,  192  s.

6

M üasir seraitdə Azərbaycanda m illi-etnik proseslər

etnosları  tarixi-etnoqrafık  baxımdan  öyrənilmiş,  xüsusilə  XX 

əsrin  20-40-cı  illərində  bu  sahədə  xeyli  işlər  görülmüşdür.  Belə 

ki,  B.V.Miller,  Q.F.Çursin,  A.N.Qenko,  N.Q.Volkova  və 

başqalarının  yazdıqları  elmi  əsərlər,  məqalələr  bu  baxımdan öz 

elmi  əhəmiyyətini  bu  gün  də  saxlamaqdadır.  Milli-etnik 

proseslərin  öyrənilməsində  bu  tədqiqatların  özünəməxsus 

əhəmiyyətinin  olmasına  baxmayaraq,  bu  alimlər  də  həmçinin 

öz tədqiqatlarını tarixi aspektdə aparmışlar.2

Son  50  il ərzində Azərbaycanda yaşayan  müxtəlif etnosların 

tarixi,  dili,  məişəti,  təsərrüfat  həyatı  rus  və  Azərbaycan alimləri 

tərəfindən  tədqiq  olunmuşdur.  Onlar  öz  tədqiqatlarında  yeri 

gəldikcə  milli-etnik  proseslərə  də  toxunmuş,  bu  etnoslann 

ictimai  həyatdakı  rollarını  düzgün  və  obyektiv  təsvir  etmişlər 

Belə  ki,  Y.D.Deşeriyev,  Ş.M.Sədiyev,  A.L.Qryunberq,  Ə.Ə.İz- 

mayılova, 

V.Z.Piriyev, 

Q.C.Cavadov, 

R. Ə. Hüseynov,

N.A.İbrahimov  və  başqaları  Azərbaycanda  yaşayan  müxtəlif 

etnoslar  haqqında  maraqlı  tədqiqat  əsərləri  yazıb  çap 

etdirmişlər.3



2  Миллер  Б.В.  Таты,  их  расселение  и  говоры.  Баку,  Издание  Общества  Об­

следования  и  Изучения  Азербайджана,  1929,  44с;  Чурсин  Г.Ф.  Азербай­

джанские  курды  //  Известия  Кавказского  историко-археологического  ин­

ститута  в  Тифлисе.  ТЛИ.  Тифлис:  1925;  Генко  А.Н.  Сообщение  о  резуль­

тате 

поездки 

в 

Хиналуг  // 

Бюллетень 

Кавказского 

историко- 

археологического  института  в  Тифлисе.  Тифлис:  1928  №  1-3,  13  с.;  Вол­

кова  К.Г.  Хиналыг  //  Кавказский  этнографический  сборник.  VII.  М.: 

1980,221с.

3  Дещериев  Ю.Д.  Грамматика  хиналугского  языка.  М.:  Издательство  АН 

СССР,  1959,  223  с.;  Садиев  Ш.М.  Опыт  исследования  крызского  языка 

(Автореферат докторской  диссертации),  Баку:  1972,  32 с.;  Грюнберг А.Г 

Язык  северо-азербайджанских  татов.  Л.:  Издательство  АН  СССР,  1963, 

212  с.;  Измаилова  А.А.  Социалистические  преобразования  хозяйства, 

культуры  и  быта  талышей:  Автореф.  канд.  Диссертации.  М.:  1964,  26  с.;

П


İbrahim  A ğayev

Sovet  dövründə  vaxtilə  milli  münasibətlərlə  bağlı  bir  sıra 

maraqlı  tədqiqat  işləri  aparılmışdır.  Lakin  bu  tədqiqatlar 

şübhəsiz  ki,  sovet  milli siyasətinin  təsiri  altında  yazılmışlar.  Bu 

gün  həmin  tədqiqatlar  cəmiyyətdə  gedən  etnosiyasi  prosesləri, 

millətlərarası münasibətləri obyektiv əks etdirmirlər.

Bununla yanaşı, milli siyasət və milli münasibətlər sahəsində 

aparılan  bu  tədqiqatların  üzərindən  tam  xətt  çəkmək  düzgün 

olmazdı.  Bu  tədqiqatlarda  öyrəniləsi  və  gündəlik  fəaliyyətdə 

nəzərə  alınası  bir  çox  problemlər  bu  gün  də  əhəmiyyətini 

saxlamaqdadır.

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  R.Mehdiyev, 

Ə.Daşdəmirov, 

V.Abdullayev, 

Ə.Tağıyev, 

M.Şükürov,

H.Orucov,  V.Həbiboğlu,  İ.Cəfərzadə,  V.Arzumanlı,  S.Xəlilov 

və  bir  çox  başqaları  milli  siyasət,  milli  münasibətlər  və 

etnosiyasi 

proseslərin  inkişafı  ilə  bağlı 

tədqiqat  işləri 

aparmışlar.4



Buduqlu  (Piriyev)  V.  Buduq  və  buduqlular.  Bakı:  Sabah,  1994,  137s.;  Ca­

vadov  Q.C.,  Hüseynov  R.Ə.  Udilər  (Tarixi-etnoqrafik  tədqiqat).  Bakı: 

Azərbaycan  nəşriyyatı,  1996,  240s.;  Ибрагимов  H.A.  Немецкие  страницы 

истории Азербайджана.  Баку:  Азербайджан,  1995, 200 с.

4  Мехтиев  Р.А.  Межнациональные  отношения  на  исходе  XX  столетия: 

проблемы  теории  и  политики.Баку:  Азернешр,  1995,  222  с.;  Mehdiyev 

R.Ə.  Azərbaycan:  Qloballaşma dövrünün tələbləri.  Bakı:  XXI-Yeni  Nəşr­

lər  Evi,2005,  464  s.;  Дашдамиров  А.Ф.  Национальная  идея  и этничность. 

Баку:  Азернешр,  2001,  154  с.;  Orucov  H.  Heydər Əliyev  və Azərbaycanda 

milli  siyasət.  Bakı:  Şərq-Qərb, 2001,  160 s.; Abdullayev V.İ.  Millət ideyası: 

Siyasi  aspekt.  Bakı:  Təbib,  1998,  43  s.;  Tağıyev  Ə.M.,  Şükürov  M.A.  Et- 

nopolitologiya.  Bakı:  Elm,  2000,  165  s.;  Мехтиев  Р.А.  Межнациональные 

отношения:  Анализ  проблем  и  поиск  решений.  Баку:  Азернешр,  1992, 

260с.;  Həbiboğlu  V.H.  Heydər  Əliyev  və  milli  siyasətimizin  inkişaf istiqa­

mətləri // Dövlət  idarəçiliyi:  Nəzəriyyə və təcrübə,  2003 № 2, s.96-117.; Cə­

fərzadə  İ.  Millətlərin  müqəddərat  hüquqlarının  ekstremist  yozumu.  Azər­

baycan  XXI  əsrin  astanasında  //  elmi  praktik  konfransın  materialları).

8

Azərbaycanda  milli-etnik  proseslərin  öyrənilməsi  istiqa­

mətində  tədqiqat  işinin  aparılması  zamanı,  ölkə  miqyasında 

müstəqil  respublikanın  həyata  keçirdiyi  milli  siyasətin  inkişaf 

xüsusiyyətləri  mütləq  nəzərə  alınmalıdır.  Dünyanın  əksər 

ölkələrində  olduğu  kimi  Azərbaycanda  da  uzun  müddət  milli 

siyasət  lazımi  səviyyədə  aparılmamışdır.  Bəzən  milli  siyasət 

dedikdə  Azərbaycanda  millətlərarası  münasibətlərin  məqsəd­

yönlü şəkildə tənzimlənməsi  başa düşülür.  Halbuki milli siyasət 

millətlərarası  münasibətlərin  tənzimlənməsi  siyasəti  anla­

yışından  çox-çox  genişdir.  Bu  cəhətdən  «Heydər  Əliyev  və 

Azərbaycanda  milli  siyasət»  kitabının  müəllifi,  Azərbaycan 

Respublikasında  Milli  Siyasət  Məsələləri  üzrə  dövlət  müşaviri 

Hidayət  Orucov  ölkəmizdə  müstəqillik  şəraitində  həyata 

keçirilən  milli  siyasətin  mahiyyətini  çox  gözəl  açmış,  bu  sahədə 

dövlətin  düşünülmüş  və  ardıcıl  siyasi  kursunun  həyata 

keçirilməsində  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 

Əliyevin  rolunu 

faktiki 

materiallara 

istinad 

edərək


göstərmişdir5 *

 *

 *



.

Tanınmış 

filosof, 

professor 

Ramiz 

Mehdiyevin 



«Millətlərarası  münasibətlər:  problemin  təhlili  və  həlli  axtarışı» 

monoqrafiyası  da  tədqiq  olunan  mövzu  baxımından  xüsusi 

maraq  doğurur.  Burada  müəllif  Azərbaycanda  keçmiş  sovet

Bakı:  «Şərq-Qərb»,  1997,  842 s.; Арзуманлы  В.M.  Об изучении и  научной

разработке 

проблем 

малочисленных 

народов 

Азербайджанской

Республики  и  ее  национальной  политики  //  Елтуран,  1997,  №  1-2,  с.58-

63.;  Xəlilov  S.  Lider,  dövlət,  cəmiyyət.  Bakı:  «Azərbaycan  universiteti» 

nəşriyyatı:  2000, 358 s.

' Orucov  H.  Heydər  Əliyev  və  Azərbaycanda  milli  siyasət.  Bakı:  Şərq-Qərb. 

2001,  160 s.;  Orucov  H.  Azərbaycanda  millətlərarsı  münasibətlərin  inkişa­

fı  və  möhkəmləndirilməsində  Heydər  Əliyevin  rolu  //  Dövlət  müdriklik 

məktəbi.  DİA.  Bakı,  2000,  s.46-53.

________________________



M üa sir şəraitdə Azerbaycanda m illi-e tn ik  p ro seslər

9


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə