Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   2   3   4   5   6   7   8   9   ...   43

İbrah im   A ğayev

yanaşılmışdır;

-  milli-etnik  proseslərdə  münaqişəli  vəziyyətlər  və  onların 

aradan  qaldırılması  yolları,  bu  proseslərin  nizamlanmasının 

siyasi-hüquqi aspektləri tədqiqata cəlb edilmişdir;

-  monoqrafiyada  milli  azlıqların,  azsaylı  xalqların  sosial

inkişafı 

dinamikada 

öyrənilmiş, 

onların 


hüquq 

azadlıqlarının  təmin  olunması  məsələləri  kompleks  şəkildə 



araşdırılmış,  Azərbaycan  dövlətinin  bu  sahədəki  siyasi 

kursunun əsas istiqamətləri göstərilmişdir;

-  monoqrafiyanın  elmi  yeniliyi  həmçinin  onun  yerli 

materiallara  əsaslanmasından  və  bu  materialların  ümumi 

nəzəri,  sosial-siyasi  problemlərə  söykənməsi  əsasında  təhlil 

edilməsindən ibarətdir;

-  milli-etnik  problemlərin  həllində  milli  maraqların  təminatı 

kimi çıxış edən milli dövlətçilik ideyası təhlil olunmuşdur.

Kitabın  praktik  əhəmiyyəti  ondan  ibarətdir  ki,  onun 

materiallarından 

milli-etnik 

proseslərin, 

millətlərarası 

münasibətlərin  öyrənilməsinə  həsr  olunmuş  tədqiqat  işlərində, 

həmin  mövzularda  ali  məktəblərdə  keçirilən  mühazirələrdə,  bu 

istiqamətdə  əhali  arasında  ideya-siyasi  işin  aparılmasında, 

nəhayət,  Azərbaycanın  bu  gün  də  polietnik  respublika 

olmasının  dünyaya  tanıdılmasında  mühüm  vəsait  kimi  istifadə

edilə bilər.

I  FƏSİL.

AZƏRBAYCANDA ETNOSİYASİ  PROSESLƏR  VƏ 

ONLARIN SƏCİYYƏVİ  XÜSUSİYYƏTLƏRİ

1.1.  Etnosiyasi proseslərin mahiyyəti

Müasir  mərhələdə  etnosiyasi  proseslərin  mahiyyətinin  öy­

rənilməsi  millətlər,  milli  azlıqlar  və  etnik  qruplar  arasında  ya­

ranmış və davam etməkdə olan ziddiyyətlərin səbəblərini, qarşı­

lıqlı  münasibətlərin  araşdırılmasını  tələb  edir.  Çoxmillətli  döv­

lətlərin  həyatından  toplanmış  təcrübə  aydın  göstərir  ki,  milli- 

etnik  münaqişələr  çox  vaxt  müstəqil  milli  dövlətlərin  yaradıl­

ması.  milli  həyatın  və  milli  hərəkatların  oyanması,  canlanması 

zamanı  meydana  gəlir.  Bu  zanıan  ölkə  daxilindəki  millətlər,  et­

nik  qruplar arasında  mövcud  olan  milli  birlik  müvəqqəti  də  ol­

sa  tənəzzülə  uğrayır,  millətlərarası  münasibətlərin  pozulması 

baş  verir,  milli-etnik  sərhədlərin  müəyyənləşdirilməsi  qarşıya 

bır çox  mürəkkəb  vəzifələr  qoyur.  Bu  vəzifələrin  yerinə  yetiril­

məsi  sahəsində  aparılan  gərgin  iş  yaranmış  mövcud  vəziyyətin 

aradan  qaldırılması  istiqamətində  həm  ölkənin  sakinləri  kimi 

millətlərdən,  etnik  qruplardan,  həm  də  onların  etnosiyasi  lide­

rindən,  dövlət  başçısından  çox  böyük,  məqsədyönlü  fəaliyyət 

tələb edir.

Etnosiyasi  proseslərin  mahiyyətini  düzgün  dərk  etmək 

üçün etnos məfhumuna diqqət yetirməyi zəruri  hesab edirik.

Məlum olduğu  kimi,  bu gün Yer kürəsində yaşayan xalqla­

rın sayı  mövcud dövlətlərin sayından dəfələrlə çoxdur.  Müxtəlif 

mənbələrdə  Yer  kürəsində  2000-dən  4000-dək  xalqın,  millətin 

və etnik  qrupun  yaşadığı  göstərilir  ki,  onlar  da  200-dən  bir  qə-

_______________________

M üasir şəra itdə Azərbaycanda  m illi-e tn ik pro seslər

1 5

14



İbrahim   Ağayev

dər çox dövlətdə məskunlaşıblar.

XX  əsrin  axırlarına  yaxın  toplanan  məlumata  görə  bəşə­

riyyətin  yarısından  çoxunu  sayı  50  milyon  nəfərdən  artıq  olan 

on  səkkiz  xalq  təşkil  edir.  Hazırda  Yer  kürəsində  hər  birinin 

sayı  10  milyon  nəfəri  keçmiş  təxminən  70  millət  yaşayır.  Sayı  1 

milyon  nəfərdən  yuxarı  olan  260  millət  isə Yer  kürəsi əhalisinin 

96  faizdən  çoxunu  əhatə  edir.  Dünya  əhalisinin  3,2  faizi  sayı  1 

milyon  nəfərə qədər  olan  minlərlə  etnik  birlikdən  ibarətdir.  Elə 

etnoslar  var  ki,  onların  sayı  100  milyondan  artıqdır  (Çinlilər, 

ruslar və s.)13.

Qeyd  etmək  lazımdır  ki,  sayı  minə  qədər  olan  müxtəlif et­

nik  qruplar  da  var.  Bu  etnik  qrup  əhalisinin  əksəriyyətini  bir 

etnos  təşkil  edən  müxtəlif  ölkələrdə  yaşayırlar.  Həmçinin  sayı 

bir  neçə  yüzdən,  mindən  artıq  olan  etnik  qruplar  da  mövcud­

dur.


Müasir  elmi  ədəbiyyatda  «etnos»  anlayışının  mahiyyətinə 

müxtəlif aspektlərdən  yanaşılır.  Məsələn,  akademik  Y.V.Broın- 

leyə  görə  etnos  sosiokultur  hadisə  olub  etnik  şüura  və  özünü- 

dərkə  malik  olan  insanların  ümumi  və  sabit  xüsusiyyətlərini 

özündə  birləşdirir,  o,  psixoloji  xassələrə  və  müəyyən  ərazi  daxi­

lində formalaşma xarakterinə malikdir14.

Tanınmış  alim  L.N.Qumilyov  isə  etnosa  bır  hadisə  kimi 

yanaşır,  ona  biosfer,  deməli,  təbiət  hadisəsi  kimi  baxırdı.  Век 

yanaşma  metodu,  təbii  ki,  etnosun  sosial  mahiyyətini  kölgə  al­

tına  alır  və etnoslararası  münasibətlərdə insan amilini  ön sırayı



o   Orucov  H.  Heydər  Əliyev və Azərbaycanda  milli siyasət.  Bakı:  Şərq-Qərb 

Бромлей  Ю.В.  Этнос  и этнография.  М.:  Наука,  1973, с.27.

1 6

Mua ş ir şəraitdə Azərbaycanda  m illi-etnik proseslar

çıxarır15.

Etnos  sözün  dar  mənasında,  nisbətən  sabit  xüsusiyyətləri 

olan  mədəniyyət  və psixikaya  malik,  habelə  öz vəhdətini  insan­

ların  başqa  qruplarından  fərqləndirən,  bir  dildə  danışan  insan­

ların  tarixən  yaranmış məcmusudur.

Etnos  termini  XX  əsrin  əvvəlində  yaranmış  və  rus  alimi 

S.M.Şirokoqorovun adı ilə bağlıdır16.

ASE-nin  etnos  məqaləsində  qeyd  olunur  ki,  etnosun  sabit­

liyi  bir  sıra  amillərlə,  ilk  növbədə  eııdoqamiya  ilə  bağlıdır.  Et­

nos  üçün  varislik,  fasiləsiz  inkişaf,  habelə  zaman  çərçivəsində 

dəyişmə  səciyyəvidir.  Bütün  bunlarda  etnik,  yaxud  etnogenetik 

nəticəsində yeni etnik hala keçid baş verə bilər17.

Rus  alimlərinin  bəziləri  etnos  anlayışına  daha  geniş  yana­

şaraq,  qeyd edirlər ki, etnos tarixi  birlik  forması  olan  insanların 

-  tayfa,  xalq  və  millətin  sabit  birliyi  nəticəsində  təşəkkül  tap­

mışdır.  Ərazi  və  dil  birliyi  etnosun  başlıca  əlamətləri  kimi 

götürülür.  Etnos  müxtəlif dil  qrupundan  əmələ  gəlir.  Məsələn, 

Amerikada  yaşayan  bir  çox  millətləri  göstərmək  olar.  Təsərrü­

fat  əlaqələrinin  inkişafı  gedişində,  təbii  mühitin  xüsusiyyətləri­

nin  təsiri,  başqa  xalqlarla  münasibətlərin  saxlanması  ilə  etnos 

daxilində maddi  və mənəvi  mədəniyyətin xarakterik xüsusiyyət­

ləri yaranır, etnik özünüdərketmə prosesi güclənir ki,  burada da 

hər hansı  bır etnik  qrupun  yaranması  və  tarixi  taleyi  haqqında­

kı  təsəvvürlər  mühüm  rol  oynayır.  Məhz  bu  proses  zamanı  et­

b  Гумилев  ЛИ.  О  термине  «этнос»  // Доклады  отделений  и  комиссий  Гео­

графического общества  СССР.  Выпуск, 3. Л.:  1967, с. 14-15.

16  Широкогоров  С.М.  Этнос.  Исследование  основных  принципов  измене­

ния этнических  и  этнографических  явлений.  Шанхай:  1923.  13  с

17 Azərbaycan  Sovei  Ensiklopediyası:  VI  с.  Bakı:  Azərnosr  1982  s  113

/7



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə