Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   2   3   4   5   6   7   8   9   ...   43

İbrah im  A ğayev

nik qrupun adı dəqiqləşdirilir.

Etnosun  formalaşmasında  bəzən  bu  qrupa  daxil  olan  in­

sanların  ümumi  dinə  malik  olmalarının  da  rolu  var.  Formalaş­

mış etnoslar artıq  bir sosial  orqanizm  kimi  çıxış edir, yəni etnik 

baxımdan  eyni  nikahların  bağlanması,  yem  nəslə  dilin,  mədə­

niyyətin, ənənələrin, etnik oriyentasiyanın  və s.  verilməsi  prose­

si baş  verir.  Etnos daha  möhkəm mövcud olması  üçün öz ərazi­

sinin  yaradılması  qayğısına  qalır.  Lakin  elə  hal  yaranar  ki,  hər 

hansı  kiçik etnos daha  böyük etnosla  təmasda olub öz mövcud­

luğunu  itirə,  yaxud  başqa  bir  etnosun  başlanmasına  səbəb  ola 

bilər.


«Etnos»  termini  mürəkkəb  xarakterli  anlayışdır.  Bu  həm  də 

onunla  əlaqədardır  ki,  dünyada  etnik  əmələgəlmələrin  özü 

mürəkkəb  bir  sistem  təşkil  edir.  Etnos  dedikdə  ərazicə  yayıl­

maqlarından  asılı  olmayaraq  eyni  etnik  mənsubiyyətli  insanla­

rın  birliyi  nəzərdə  tutulur.  Lakin  bir  ölkə  daxilində  yaşayan, 

mənşəcə  eyni  bir  dövlətə  bağlı  insanlar  da  etnos  (həm  də  etni- 

kos  deyilir)  adlanır.  Məsələn,  Macarıstanda  yaşayan  macarlar 

etnos-etnikosdur.  Digər  tərəfdən,  bütün  macarlar,  o  cümlədən 

Rumıniyada,  ABŞ-da  və  başqa  ölkələrdə  yaşayan  macarlar  da 

vardır.  Bunların  hər  ikisi  müəyyən  cəhətlərinə  görə  fərqləndiri­

lirlər.  Belə  halda,  məsələn,  Macarıstanda  yaşayan  macarlar  et- 

nososial  orqanizm,  etnosun  bu  etnososial  orqanizmə  daxil  ol­

mayan hissələri isə etnik qruplar adlanır18.

Son  yüz  ilin  dünya  təcrübəsi  göstərir  ki,  etnikos  inkişaf et­

dikcə onda öz müqəddəratını  təyin etmək, dövlət müstəqilliyinə

18  Dünya  xalqları.  Tarixi-etnoqrafik  ensiklopedik  məlıunaı  kitabı  / 

R.H.Zeynalovanın  redaktəsi  ilə.  Bakı:  «Azərbaycan  ensiklopediyası»

NPB.  1998, s. 9.



1 8

M üa sir şeraitdə Azərbaycanda m illi-e tn ik proseslər

nail  olmaq,  siyasi  muxtariyyətini  yaratmaq  təmayülü  yaranır. 

Bu  da etnikosla etnososial orqanizmin  yaxınlaşmasını gücləndi­

rir.  Lakin  tədqiqatçılar onu  da  müşahidə edirlər ki,  bəzi hallar­

da  dünyadakı  regional  iqtisadi  inkişafla  əlaqədar əhalinin etni- 

kosdan  ayrılıb  başqa  yerlərə  köçən  hissələri  öz coğrafi  məkanı, 

yəni  vətəni  ilə  əlaqəsini  kəsir,  beləliklə,  etnosla  etnik  qrup  ara­

sında  fərq çoxalır,  ondakı  bəzi ənənəvi etnik  xüsusiyyətlər yoxa 

çıxmağa  başlayır.  Belə  proseslər  daha  çox  ötən  əsrin  son  onil­

likləri  üçün  səciyyəvidir.  İkinci  dünya  müharibəsindən  sonra 

etnososial  orqanizmin  miqrasiyası səviyyəsinin daha  da güclən­

diyi  müşahidə olunur ki,  bu da istehsal sahələri və istehsal vasi­

tələrinin yer üzündə bərabər paylanmaması ilə izah olunur.  Mə­

sələnin  tənzimlənməsi  ilə  əlaqədar  beynəlxalq  səviyyəli  pro­

qramlar işlənib hazırlansa da bu, ciddi problem olaraq qalmaq­

dadır.  Çünki  dünyada  xammal  ehtiyatı,  işçi  qüvvəsinin  daha 

çox  olduğu  bölgələr,  sənaye sahələrinin yerləşdirilməsi,  xammal 

və  məhsulun  transfer  edilməsi  ilə  bağlı  problemlərin  mövcud­

luğu etnik qrupların  müxtəlif ərazilərə qeyri-bərabər paylanma­

sına şərait yaradır19 1

0

.

Cəmiyyətdə  milli-etnik  proseslər  iki  qismə  bölünür.  Birin­



cisi,  etnik  bölgü  prosesidir  ki,  bu  zaman  vahid  etnos  bir  neçə 

etnosa  bölünür və onların  hər biri  müstəqil şəkildə fəaliyyət gö­

stərir, əvvəlki vahid etnos isə öz mövcudluğunu dayandırır.

İkincisi, etnik  birləşmə prosesdir ki,  belə olan  halda  müxtə­

lif etnik mənsubiyyətə malik olan  insan qruplarının daha böyük 

etnik  birliklərdə  birləşməsi  nəzərdə tutulur.  Etnik birləşmə pro­



10  Dünya  xalqları.  Tarixi-etnoqrafik  ensiklopedik  məlumat  kitabı  i 

R.H.Zeynalovanın  redaktəsi  ilə.  Bakı:  «Azərbaycan  ensiklopediyası» 

NPB.  1998, s.  9.

19


ib ra h im  A ğa yev

sesinin inkişafında sosial dəyişikliklərin, iqtisadi  inteqrasiyanın, 

qarışıq  nikahların  geniş  yayılması  və  s.  amillər  mühüm  rol  oy­

nayır.


Rus  alimi  Y.V.Bromley  etnosu  dinamik  sistem  adlandır­

maqda  səhv  etmir.  Onun  fikrincə,  insan  birliyi  sistemində  hər 

bir etnosun öz yeri var.

Müxtəlif  insan  birlikləri,  onların  əsasında  duran  ayrı-ayrı 

fəaliyyət növləri daim  qarşılıqlı  əlaqədə  olub bu  və ya digər də­

rəcədə  bir-birilərini  əvəz edirlər.  Bu  son  dərəcə  mürəkkəb olan 

insan  birlikləri  ierarxiyasında  etnoslar  xüsusi  yer  tutur.  Xüsusi 

elmi  ədəbiyyatda  bu  birlik  etnos  adlanır.  S.M.Şirokoqorcva 

görə,  etnos  eyni  dildə  danışan,  özünün  vahid  mənşəyə,  eyni 

adət  və  ənənələrə,  həyat  tərzinə  malik  olduğunu  qəbul  edən  in­

san  qruplarıdır.  Etnosun  bu  cür  dərk  olunması  bu  birliyin  bio­

loji  proses  olduğunu  nəzərə çarpdırır20.  L.N.Qumilyov da  həm­

çinin etnosu  bioloji vahid  hesab edir21.

Y.V.Bromley etnosun  mahiyyətini  tədqiq  edərək  bu qənaə­

tə  gəlmişdir  ki,  etnos  termini  müxtəlif tarixi  birlikləri,  yəni  tay­

fa,  xalq,  millət anlayışlarını  bir ad  altında özündə birləşdirir22.

Hər  bir  etnosun  özünəməxsus,  fərqləndirici  xüsusiyyətləri 

mövcuddur.  Bu  xüsusiyyətlər  etnosların  mədəniyyəti,  adət  və 

ənənələri, həyat tərzi ilə tanış olduqda dərhal nəzərə çarpır.  Mə­

sələn,  respublikamızda  yaşayan  müxtəlif etnosları  bir-birindən 

fərqləndirən  spesifik  xüsusiyyətlər  bu  etnosların  özünəməxsus­

20  Широкогоров  C.M.  Этнос.  Исследование  основных  принципов  нч  мене- 

ния этнических  и этнографических явлений.  Шанхай:  1923, с.  13.

21  Гумилев  Л.Н.  Этногенез  и  биосфера  земли.  Издательство  ЛГУ.  1989,  с.

49.

22 Бромлей  Ю.В.  Этнос  и  этнография.  М.:  Наука,  1973, с.  27.

2 0

M üasir şəraitdə Azərbaycanda  m illi-etnik proseslər

luğunu göstərir.  Eyni zamanda bu etnosların  fərqləndirici xüsu­

siyyətlərinin  mövcudluğu  ölkə  daxilində  onlara  qarşı  obyektiv 

yanaşmanı,  hər  bir  etnosun  öz  milli  varlığını  saxlamaq  və  inki­

şaf  etdirmək  üçün  dövlət  səviyyəsində  onların  mənafelərinə, 

maraqlarına  cavab  verən  siyasətin  düzgün  aparıldığını  təsdiq 

edir.

Siyasi  ədəbiyyatda  xalq  insan  birliyinin  tarixi  formaların­



dan  biri  kimi  qəbul  edilib.  Məlumdur  ki,  xalq  quldarlıq  və  feo­

dalizm dövrünün  meydana  gətirdiyi  ictimai qurumdur.  Bu  pro­

sesin başlanıb sona çatmasında ictimai əmək bölgüsünün, xüsu­

si  mülkiyyətin,  ticarətin  meydana  gəlməsi  və  genişlənməsinin 

mühüm  rolu  olub.  Məhz  bu  inkişaf bir-birinə  qohum  olan  tay­

faların  birləşərək  vahid  xalq  halında  formalaşmasına  əsas  zə­

min yaradıb23.

Tarixi-siyasi  kateqoriya  olan  millət  də  həmçinin  insanların 

birliyi  forması  kimi  götürülür.  Bir  ərazidə  yaşayıb,  ümumi  mə­

dəniyyətə,  dilə,  şüura  malik  olan  sabit  insan  birliyini  özündə 

əks etdirən  millət iqtisadi birlik və vahid, çoxcəhətli siyasi həyat 

sistemi,  mürəkkəb  etnopsixoloji  xarakteri  ilə  fərqlənir.  Millət 

xüsusi  düşüncə  tərzinə,  mentalitetə,  şəxsi  ləyaqət  hissinə  malik­

dir24.


Onu da qeyd edək ki,  müasir dünyada  vahid millət anlayışı 

yoxdur.  Millət  anlayışını  tərifi  mübahisəlidir.  Deməli,  bu 

sahədə  hələ  də  yekdil  fikir  yoxdur.  Daha  doğrusu,  indiyədək 

millətə  300-dən  artıq  tərif  verilmiş,  lakin  onu  bu  və  ya  digər



25  Azərbaycan Sovet Ensiklopediyası:  X c.  Bakı:  Azərnoşr,  1987. s.  23 

24  Человек  и  общество.  Краткий  энциклопедический  словарь.  Справочник 

(Политология)  /  Под  ред.  О.М.Штомпель.  Ростов-на-Дону:  Издательство 

«Феникс».  1997. с.  3 14.

21


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə