Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   2   3   4   5   6   7   8   9   10   ...   43

canda  belə xalqlardan  talışları,  ləzgiləri  və s.  hesab etmək olar.

Müasir  cəmiyyətdə  etnik  qruplar  müxtəlif  situasiyalarda 

qarşılıqlı  münasibətlərdə  olurlar.  Tədqiqatçılar  tərəfindən  daha 

tipik belə situasiyalara aşağıdakılar aid edilir:

-  özünün  polietnik,  yaxud  çoxmillətli  olduğunu  etiraf edən 

dövlətdəki  etnik  qruplar.  Belə  qruplar  özlərinin  eyniliyini  dil, 

din,  milliyyəti  yaxud  irqi əsasında müəyyən edə  bilir.  Bu  hallar­

da  üstünlük  təşkil  edən,  yaxud  daha  çoxsaylı  olan  millətdən 

fərqlənən  etnik  qruplar  xüsusi  hüquqi  statusa  malik  ola  bilər, 

yaxud  olmaz.  Adətən  onlar azlığı  təsmil  edir və hakim  vəziyyəti 

tutmurlar.

- özünün  rəsmi  olaraq  polietnik  hesab etməyən dövlətlərdəki 

etnik  qruplar,  məsələn,  Fransa,  Yaponiya,  İndoneziya, 

Türkiyə,  Portuqaliya,  bir  sıra  Afrika  ölkələrində  olduğu  kimi. 

Burada  etnik  azlıqların  regional  (məs.,  Fransada -  korsikanlar. 

Böyük  Britaniyada  -  şotlandlar),  irqi  (ABŞ-da  qara  afrikalılar 

kimi), dini  (İraqda şiyələr) əsasları  ola  bilər

-  qonşu  dövlətdə  yaşayan  və  əhalinin  əksəriyyətini  təşkil 

edən  qohum  etnik  birliklə  özlərini  idensifıkasiya  edən  etnik  az­

lıqlar (məs., türklər Bolqariyada, albanlar Yuqoslaviyada),

- heç biri xüsusi  üstünlük vəziyyətini  tutmayan  dövlətdə çox­

saylı etnik qruplar (bəzi Asiya ölkələrində, Afrikada);

-  dövlətlərarası  sərhədin  hər  iki  tərəfində  yaşayan,  həmsər­

həd  dövlətin  hər  birində  azlıq  statusu  olan  etnik  azlıqlar  (Cə­

nubi  Şərqi  Asiyadan  bəzi  regionlarında,  Orta  Şərqdə  kürdlər, 

İspaniya  və  Fransada  basklar,  Azərbaycan  və Rusiyada  ləzgilər 

olduğu kimi);

-  bir  ölkədən  digərlərinə,  xüsusilə  də zəif inkişaflı  ölkələrdən 

inkişaf  etmiş  dövlətlərə  kütləvi  miqrasiyanın  nəticəsində  mey­

İbrah im  A ğayev

__________________________________________________________



2 6

M üa sir şəraitdə Azerbaycanda m illi-etnik p ro seslər

dana gəlmiş etnik immiqrantlar və qaçqınlar (İngiltərə və Fran­

sada afrikalılar, AFR-da kürdlər və s.).

F.tnik  qruplar,  yaxud  etnik  azlıqlar  kimi  tanıdığımız  xalq­

lar  cəmiyyətdə  gedən  milli-etnik  proseslərdə  fəal  iştirak  edirlər. 

Hər  bir  etnik  azlığın  öz dili,  öz adət və  ənənəsi,  mənəvi  birliyi, 

milli xüsusiyyətləri qorunub saxlanır,  ümumi inkişaf prosesində 

özünəməxsusluq  qazanır.  Respublikamızın  timsalında  deyə  bi­

lərik  ki,  etnik  azlıq  üçün  səciyyəvi  olan  bu  xüsusiyyətlər  onun 

başqa  xalq  və  millətlərlə  qaynayıb-qarışmasına  heç  də  mane 

olmur,  əksinə  vahid  dövlət  daxilində  yaşamaları  onların  eyni 

problemin  həlli  üçün  birgə  məsuliyyət  daşıma  hisslərini  artırır, 

etnomədəni  proseslər zamanı  onların  mədəniyyət və məişətində 

nəzərə  çarpan  mühüm  dəyişikliklər  yaranır.  Etnik  azlıqlar  tari­

xən  baş  verən  milli-etnik  proseslər  nəticəsində  öz  milli  etnik 

əlamətlərini qoruyub saxlayır, eyni zamanda qonşu xalq və mil­

lətlərdən  də  müəyyən  əlamətlər  və  xüsusiyyətləri  əxz  edir.  Bu 

mənada  respublikamızda  yaşayan  etnik  azlıqlar arasında  da  bu 

mütərəqqi  proses  gedir.  Azərbaycanda  etnik  azlıqlara,  yaxud 

etnik  qruplara  buduqlar,  qrızlar,  hapıtlar,  ceklər,  xınalıqlar, 

ingiloylar,  krım  tatarları,  gürcü  yəhudiləri,  tabasaranlar  və  s. 

aiddir.


Respublikamızda  başqa  etnik  qrupların  nümayəndələri  də 

yaşayırlar.  Onu  qeyd  etməyi  vacib  sayırıq  ki,  sayının  azlığın­

dan-çoxluğundan  asılı  olmayaraq,  respublikamızda  yaşayan 

milli  azlıq,  azsaylı  xalq  və etnik  azlıqlar  arasında  ümumi  məna­

fe  birliyi hökm sürür.  Onların  öz milli  varlıqlarını  qoruyub sax­

lamaq,  mədəniyyətlərini,  adət  və ənənələrini,  milli  xüsusiyyətlə­

rini  inkişaf etdirmək  üçün  hər  cür  şərait  yaradılmışdır.  Təəssüf 

ki,  müstəqilliyimizin  ilk  illərində  bu  etnik  azlıqlardan,  azsaylı



2 7


İbrah im  A ğayev

xalqlardan  və milli  azlıqlardan  dövlətçiliyimizə qarşı düşmənçi­

lik  məqsədilə  istifadə  edənlər  tapıldı.  Elə  bu  günün  özündə  də 

bəzi  şəxslər  bu  istiqamətdə  fəaliyyətlərini davam  etdirir,  öz po- 

lietnikliyi  ilə  fərqlənən  respublikamızın  əhalisi  arasında  təxri­

batçılıq  təbliğatlarını  artırmağa  çalışırlar.  Xüsusilə  keçən  əsrin 

90-cı  illərində milli  siyasət sahəsində  buraxılmış səhvlərdən isti­

fadə  edən  bəzi  bədxah  qüvvələr  öz siyasi  maraqlarını  təmin  et­

mək  məqsədilə ayrı-ayrı etnik  qrupların,  milli azlıqların, azsaylı 

xalqların  nümayəndələrini  qızışdırıb  ortaya  salır,  onlardan  öz 

məqsədləri  üçün  istifadə  edirdilər.  Həmin  dövrün  etnosiyasi 

proseslərini  tədqiq  edən  fəlsəfə  elmləri  doktoru,  professor  Vəli 

Həbiboğlu  bu  haqda  «Azərbaycan  XXI  əsrin  astanasında»  res­

publika  elmi-praktik  konfransında  «XXI  əsrin  astanasında 

Azərbaycanda  etnosiyasi  proseslər»  adlı  çıxışında  məhz  bu  mə­

sələyə  toxunaraq  demişdir:  «Millətlərarası  münasibətlər  sahə­

sində buraxılmış səhvlər tezliklə ölkənin  ümumi  inkişafına, hət­

ta  milli  istiqlaliyyətimizin  təhlükə  altına  düşməsinə  gətirib  çı­

xardı.  Əlbəttə,  burada  milli suverenliyimizin möhkəmlənməsinə 

mane olan  xarici  amilləri  də yaddan  çıxarmaq  olmaz.  Lakin  bu 

amillərin  fəallaşmasına  meydan  verən  öz  səhv  milli  siyasətimiz 

olmuşdur.  Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  öz  əra­

zisində yaşayan  bütün xalqların  və millətlərin  ümdə mənafeyinə 

cavab  verən  elə  milli  siyasət  yeritməli  idi  ki,  mövcud  fəaliyyət­

dən  bədxahlarımız,  düşmənlərimiz  öz mənafeləri  naminə  istifa­

də edə bilməsinlər.  Bütün xalqların və millətlərin monolit birliy­

ini  təmin etmək  üçün onların bütün iqtisadi, siyasi, mədəni və s. 

tədbirlərdə  yaxından  iştirakı  nəinki  təmin  edilməli,  habelə  bu 

mühüm prosesdə onların  milli mənafeləri də mütləq  nəzərə alın­

malı idi.



2 8

M üa sir şəraitdə Azərbaycanda m illi-etnik proseslər

Azərbaycanı  bir  dövlət  kimi  parçalamağa  can  atan  əleyh­

darlarınız məhz bu sahədə buraxılmış səhvlərdən  bacarıqla isti­

fadə etməyə çalışırdılar.  Azərbaycan  eyni  zamanda  milli  müna­

sibətlər  sahəsində  keçmiş  SSRİ  dövründən  yığılıb  qalmış  pro­

blemlərin,  həm  də  etnosiyasi  problemlərin  məngənəsində  sıxıl­

mağa  başladı.  Daxildən,  həm  də  xaricdən  müxtəlif  təzyiqlərə 

məruz qaklı»37.

V.Həb  boğlu  haqlı  olaraq  qeyd  edir  ki,  yalnız  xalqın 

müdrik  oğlu,  uzaqgörən  siyasətçi  Heydər  Əliyevin  apardığı 

məqsədyönlü  siyasət  gənc  müstəqil  respublikamızı  bu  parça­

lanmadan,  Unosiyasi  proseslər  sahəsində  qeyri-düzgün  siyasə­

tin həyata keçirilməsindən azad etdi38.

H.Əliyev  azsaylı  xalqların  və milli azlıqların  nümayəndələri 

ilə  görüşlərində  dəfələrlə  bildirmişdir:  «Mənim  sizlərlə  görüşlə­

rimi  milli  azln darın  nümayəndələri  ilə  görüş  adlandırmaq  istə­

məzdim.  Bu,  Azərbaycanın,  Azərbaycan  xalqının  nümayəndə­

ləri ilə görüşü'ndür»39.

Göründüyü  kimi,  xalqımızın  ümummilli  lideri  respublika­

mızda  yaşayan  milli  azlıqlara,  azsaylı  xalqlara  ölkənin  bərabər­

hüquqlu  vətəndaşları  kimi  baxır  və  hamıdan  bu  mövqedə  ol­

mağı  tələb edirdi.

Tədqiq  etdiyimiz  problemin  bu  tərəflərinə  monoqrafiyanın 

başqa  paraqrafında  daha geniş yer ayırmağı nəzərdə tutmuşuq. 

Odur ki,  təkrara  yol  verməmək  məqsədilə etnosiyasi  proseslərin

37  Həbiboğlu  V. XXI əsrin astanasında Azərbaycanda etno-siyasi proseslər II 

Azərbaycan  XXI  əsrin  astanasında.  Elmi-praktik  konfransın  materialları 

Bakı,  1997, s.814-815.

111 Yenə orada,  s.  815.



w  Əliyev  H.  Azsaylı  xalqların  nümayəndələri  ilə  görüş.  «Bakı»,  qoz.,  Bakı. 

1993, 7  oktyabr.

r \


2 9


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə