Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

ibrahim Ağayev_______________________________________________

mahiyyətindən irəli gələn bəzi məqamlara diqqət yetirək.  .

Məlumdur  ki,  hər  bir  etnosun  özəyi  etnososial  orqanizm 

hesab  olunur.  Tanınmış  etnosşünas  alimlərdən  Y.B.Bromley40, 

M.Kozlov41,  L.Qumilyov42  və  başqaları  etnosun  bu  struktur 

vahidliyi  ilə  bağlı  maraqlı  fikirlər  irəli  sürmüş, etnososial  orqa­

nizmin  çoxcəhətliyini  qeyd  etmişlər.  Y.Bromley  etnososial  or­

qanizmin  ayrı-ayrı  əlamətləri  üzərində  dayanaraq  iqtisadi  bir­

liyi onun ən mühüm əlaməti hesab edir.

V.İ.Kozlov  da  bu  fikirdədir  ki,  etnososial  orqanizmin  həy­

atında iqtisadiyyat böyük rol oynayır.

Elmi  ədəbiyyatda  millət  anlayışını  etnososial  orqanizm  ki­

mi  qəbul  edirlər.  Y.Bromley  də  həmçinin  bu  məsələyə  miisbot 

mövqedən yanaşır.  O hətta qeyd edir ki, əgər millət öz dövlətinə 

malik  deyilsə  də,  onun  müəyyən  hakim  istehsal  münasibətləri 

və müvafiq sosial əlaqələri mövcuddur43.

Etnososial  orqanizm ərazi,  iqtisadi,  sosial,  mədəni  və siyasi 

birlik əlamətlərinə malikdir.  Etnosun  inkişafında bu əlamətlərin 

hər  birinin  əhəmiyyəti  danılmazdır.  Digər  tərəfdən,  etnosu  həm 

də millət kimi  qəbul  edən  tədqiqatçılar aydın  göstərirlər  ki,  mil­

lət,  millətlərarası  münasibətlər  məhz bu  etnosların  fəaliyyətləri­

nin  nəticəsi  kimi  meydana  çıxır.  Bu  haqda  Y.Bromleyin  tədqi­

qatlarında  istənilən  qədər  fikrə  rast  gəlmək  mümkündür.  Bu 

cəhətdən  etnosun  mahiyyəti  ilə  bağlı  millət  və  milli  münasibət­

lər  məfhumlarının  da  araşdırılmasının  vacibdiyini,  cəmiyyətin

40 Бромлей Ю.В.  Этнос  и этнография.  М.:  Наука,  1973, с. 43.

41  Козлов  В.И.  Этнос  и  экономика.  Этническая  и  экономическая  общности 

// Советская этнография,  1979, № б, с.48.

а   Гумилев Л.Н.  О  термине  «этнос»  // Доклады  отделений  и  комиссий  Гео­

графического общества СССР.  Выпуск, 3. Л.:  1967, с .14.

“3 Бромлей Ю.В.  Этнос  и этнография.  М.: Наука,  1973, с. 45.

3 0

həyatında  onların  üzəıinə  düşən  sosial-siyasi  vəzifələri  qeyd  et­

məmək  olmaz.  Y.Bromley  eyni  zamanda  etnik  prosesi  milli 

proses  kimi,  etnoslararası  prosesi,  yaxud  inteqrasiyanı  millətlə- 

raras!  proses və inteqrasiya  kimi götürür44.

Məhz  bu  anlayışlara  istinad  edərək  qeyd  edə bilərik  ki,  et­

nik proseslər həm də milii-etnik  proseslər kimi götürülüb tədqiq 

oluna  bilər.  Etnoslararası  proses  isə  millətlərarası  proses  kimi 

çıxış  edir.  Bu  anlayışların  mahiyyətinə bir qədər də geniş yanaş­

saq,  millətlərarası  münaqişələrin  subyektlərinin  məhz etnik  bir- 

lik.ər  və  etnososial  orqanizmlərin  olduğunu  görərik.  Yuxarıda 

qeyd etdiyimiz kimi, etnososial  orqanizmlər,  başqa sözlə desək, 

nivilət etnik əlamətlə yanaşı,  həm də ərazi,  iqtisadi, sosial  və siy- 

a: i birliyə malikdir.

Qeyd  etdiyimiz  kimi,  müasir  dövrdə  etnik  inkişafın  əsas  tə­

mayülü  etnik  birləşmədir.  Son  nəticədən  asılı  olaraq  etnik  bir­

ləşmə  prosesləri  çərçivəsində  etnoslararası  konsolidasiya,  et- 

nosdaxili  konsolidasiya,  etnik  assimilyasiya,  etnoslararası  inte­

qrasiya  və etnogenetik miksasiya  fərqləndirilir.

Etnoslararası  konsolidasiyanın  müxtəlif prosesləri  bəzən  bir- 

birindən  seçilən  tarixi,  sosial-iqtisadi,  etnik  və  təbii  proseslər 

əsasında  keçir ki,  bunlar da  həmin  proseslərin  sürətinə,  arxitek- 

tonikasına,  miqyasına təsir göstərir45.

Konsolidasiya  prosesinin  sürəti  əhalinin  sosial-iqtisadi  inki­

şafının  səviyyəsindən  və  onun  ayrı-ayrı  hissələri  arasındakı  tə­

sərrüfat  əlaqələrinin  intensivliyindən,  ölkənin  siyasi  statusun-

________________________

M üasir şəraitdə Azərbaycanda  milli-etnik proseslər

44  Бромлей  Ю.В.  Этнос и этнография.  М.:  Наука,  1973, s. 153,  159.

45  Dünya xalqları.  Tarixi-etnoqrafik ensiklopedik  məlumat  kitabı / R.H.Zey- 

nalovanm  redaktəsi  ilə.  Bakı:  «Azərbaycan ensiklopediyası» NPB.  1998,  s. 

10

.



31


İbrahim  A ğayev

dan,  konsolidasiya  prosesində  iştirak  edən  qrupların  yayılma 

səciyyəsindən,  etnik  strukturun  mürəkkəbliyi  səviyyəsindən, 

qovuşan  etnik  birliklərin  dilinin,  mədəniyyətinin, dininin  və  ir­

qinin  yaxınlığı  dərəcəsindən,  ədəbi  dilin  olub-olmamasından  və 

s. asılıdır46.

Etnik  birləşmə  prosesləri  növlərindən  biri  də  etnoslararası 

inteqrasiyadır.  Bunun  mahiyyəti  ondan ibarətdir ki,  bir ölkə və 

ya  hər  hansı  iri  bölgə  daxilində  bir-birindən  dilinə  və  mədə­

niyyətinə görə əhəmiyyətli dərəcədə fərqlənən etnoslar qarşılıqlı 

əlaqələr  nəticəsində  ümumi  xüsusiyyətlərə  malik  olurlar.  Belə 

proses  nəticəsində  yeni  etnoslar  formalaşmır,  yalnız  etnoslara- 

rası  və  ya  metaetnik  birliklər  əmələ  gəlir  ki,  onların  da  vahid 

xalq  kimi  birləşməsi  yalnız  uzaq  perspektivdə  mümkün  ola  bi­

lir.  Etnogenetik  miksasiya  etnoslararası  inteqrasiya  prosesləri­

nin  özünəməxsus  davamıdır.  Bu  prosesin  gedişində  qohum  ol­

mayan xalqlar birləşərək yeni etnos yaradırlar47.

Akademik  Ə.Daşdəmirov  milli  ideya  və  etnikliyi  qarşılıqlı 

şəkildə  tədqiq  edərək  maraqlı  mülahizələr  irəli  sürmüşdür. 

Xüsusilə, Azərbaycan  gerçəkliyini  əsas  götürən  tanınmış  filosof 

respublikamızda  ilk  dəfə  olaraq  etnik  millətlə  siyasi  millət  ara­

sındakı nisbətin tədqiqinə böyük diqqət yetirmişdir.

Keçən  əsrdə  80-ci  illərin  axırlarından  başlayaraq  90-çı  illə­

rin  əvvəllərində  etnik  millət  kimi  qəbul  etdiyimiz  azərbaycanlı­

ların cəmiyyətdə sürətlə gedən ictimai-siyasi proseslərin  təsiri  və 

təzyiqi  altında  necə  bir  mütəşəkkil  siyasi  millətə  çevrildiyi  pro­



46 Dünya xalqları.  Tarixi-etnoqrafik ensiklopedik məlumat kitabı / R.H.Zey- 

nalovanm  redaktəsi  ilə.  Bakı:  «Azərbaycan  ensiklopediyası»  NPB.  1998, 

s.10

47 Yenə orada, s.10.

3 2

M üasir şəraitdə Azərbaycanda m illi-etnik proseslər

sesini  tədqiq  edən  Ə.Daşdəmirov  belə  bir  qənaətə  gəlir  ki,  bu 

illər  millətin  həyatında  tarixi  məktəb  rolunu  oynayıb.  Azərbay­

canın  dövlət  müstəqilliyinin  dirçəlişi  uğrunda  mübarizə  başlıca 

dərs olaraq milləti  formalaşdırıb48.

Həmin  dövrdə cəmiyyətdə gedən  etnosiyasi proseslər millə­

tin  siyasi  səfərbərliyində  qüdrətli  amilə  çevrilmişdi,  cəmiyyətin 

aparıcı  qüvvələrinin,  eləcə  də  bütün  xalq  kütlələrinin  vətənpər­

vərliyinin  coşğun  yüksəlişi  təkcə  Qarabağ  münaqişəsi  ilə  yox, 

həm  də  ümumiyyətlə,  keçmiş  sovet  dövründə  həm  milli  məsələ, 

həm də sosial-iqtisadi və mənəvi  məsələlərin yığılıb qalması, həll 

olunmaması,  səbr  kasasının  aşıb-daşması  ilə  əlaqələndirilməli­

dir.  Məhz  bu  dövrdə milli dövlətçilik  və  respublikanın suveren­

liyi  şiiarı  və  ideyası,  əhalinin  başlıca  stimul  kimi  Dağlıq  Qara­

bağın  müdafiəsi  ideyası  ətrafında  birləşməsi  bütün  millətin  po­

tensial  siyasi  fəallığı  əsasında  baş  verirdi.  Bu  dövrdə etnomədə- 

ni,  yəni  milli  dəyərlər  və  rəmzlər  xüsusi  siyasi  əhəmiyyətə  kəsb 

etdi.  Ölkədə  milli  ənənələrin  dirçəlməsi,  dini  təsisatların  və  is­

lami  dəyərlərin  xalqın  həyat  tərzində  layiqli  yer  tutması,  Azər­

baycan dilinin dövlət statusu qazanması,  tarixi  yaddaşımıza  aid 

bir  çox  səhifələrin,  şəhər  və  qəsəbələrin  tarixi  adlarının  bərpa 

olunması  bütövlükdə  geniş  milli  inkişaf mərhələsinin  başlanğı­

cından  xəbər  verirdi.  Azərbaycan  həyatında  bütünlüklə  özünü 

büruzə  verən  bu  proseslər  millətin  siyasi  yetkinliyinin  qüdrətli 

amili  kimi  çıxış  edirdi.  Milli-etnik  hisslər  siyasi  məqsədlərlə, 

siyasi  məqsədlər  isə  etnomədəni,  etnotarıxi  amillərin  üst-üstə 

düşməsi,  çulğaşması  formasında  təzahür  edirdi  ki,  bu  da  onun 

siyasi proseslərin  başlıca xüsusiyyətlərinə çevrilməsində mühüm



4X  Дашдамиров  А.Ф.  Национальна»  идея  и  этничность.  Баку:  Азернешр.

2001, с.  87.

3 3


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə