Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

ib ra h im  A ğa yev

rol oynayırdı.

Ə.Daşdəmirov  müstəqillik  ərəfəsində  millətin  yüksək  etno- 

siyasi  coşqunluğunu  vurğulayaraq  qeyd  edir  ki,  artıq  1991- 

1993-cü  illərdə  ölkədə  siyasi  və  sosial-iqtisadi  anarxiya  və  ha- 

kimiyyətsizlik  narahatlıq  yaradan  belə  bir  tendensiyanı  doğur­

muşdu:  milləti  suverenlik  uğrunda  mübarizəyə  qaldıran  ideya­

lar,  rəmzlər və dəyərlər artıq  yeni  tarixi  şəraitdə əvvəlki səfərbə- 

redici  gücə  malik  deyildir.  Qrupbazlıq,  regionçuluq  və  tayfaçı- 

lıq,  hətta  tayfa-sülalə  prinsiplərinə  əsaslanan,  cəmiyyətdə  ayrı- 

seçkilik  yaradan  köhnə  ənənəvi  əlaqələr  və  münasibətlər  həmin 

ideyaları  və  dəyərləri  sıxışdırıb  çıxarmağa  başlamışdı.  Belə  bir 

vəziyyətdə etnik  ideyalar, dəyərlər getdikcə daha  çox rəmzi ma­

hiyyət daşıyır, siyasi mədəniyyət və demokratik dəyərlər əvvəlcə 

oxlokratiya,  sonra  isə  korrupsiya  ilə  məşğul  olub  böyük  miq­

darda pul qazanmaq  ehtirası  ilə yaşayan  hakimiyyətlə əvəz olu­

nur49.

Akademik  Ə.Daşdəmirov yaranmış  bu  böhran  vəziyyətdən 



çıxış yolunu həmin  dövrdə  Heydər Əliyevin  hakimiyyətə gəlmə­

sində  görür.  Tanınmış  filosof qeyd  edir  ki,  digər  keçmiş  müttə­

fiq  respublikalarda  dövlət  və  cəmiyyət  arasında  patriarxal 

münasibətlərin  bərpası  sahəsində  ictimai-siyasi  vəziyyətdə  sa­

bitlik  əldə  edilsə  də,  cəmiyyətin  modernləşdirilməsi,  onun  de­

mokratik  dəyişikliklərə  meyl  göstərməsi  ilə  əlaqədar  olaraq  öl­

kələrin  strateji  perspektivləri  istiqamətində irəliləyişlər bir qədər 

ləngimişdir.

Təcrübə göstərir ki,  milli  siyasətin,  eləcə də milli-etnik  pro­

seslərin düzgün aparılmaması millətlərarası münasibətlərdə gər-



49  Дашдамиров  А.Ф.  Национальная  идея  и  этничность.  Баку:  Аагрнешр, 

2001, с.88-89.

3 4

ginliyin,  hətta  milli  münaqişələrin  meydana  çıxmasına  və  inki­

şafına  səbəb  olur.  Respublikamızda  milli  münasibətləri  və  milli 

siyasət  kursunu  aydınlaşdıran  Azərbaycan  Respublikasında 

Milli  Siyasət  Məsələləri  üzrə  dövlət  müşaviri  Hidayət  Orucov 

qeyd  edir:  «Milli  Siyasət  Konsepsiyası  üçün  mühüm  və  həyati 

əhəmiyyət kəsb edən etnoslararası  münasibətlərin  tənzimlənmə­

si,  pozitiv,  bəhrəli  məcrada  saxlanması  sahəsində  ardıcıl  iş  apa­

rılmayıbdır...  Etnik  tərkibi  müxtəlif  olan  Azərbaycanda  milli 

münasibətlər amilinin  vacibliyi  nəzərə alınmalıdır»50.

Ümummilli  liderimiz  1993-cü  ildə  hakimiyyətə  gəldikdən 

sonra  ölkədə məhz bu amil  xüsusi diqqət  mərkəzində saxlanıldı. 

Hidayət  Orucovun  dediyi  kimi,  Azərbaycanda  «tarazlı  milli 

siyasət  kursu,  milli  azlıqların  ən  kiçik  qayğılarından  tutmuş 

ciddi  sosial  problemlərinə  qədər  bütün  məsələlərinin  həlli 

Kremlin  barmaq  silkələməsiııə  görə  deyil,  Heydər  Əlirza  oğlu­

nun  iradəsi, cəsarəti  ilə həyata  keçirilirdi»51.

Heydər  Əliyevin  hakimiyyətə  yenidən  qayıdışı  zamanı  mil- 

lətlərarası  münasibətlər  nəzarətdən  çıxmışdı,  etnik  qarşıdurma 

düşmənçilik səviyyəsinə qalxmışdı.  Lakin  yüksək təşkilatçılıq  və 

siyasi  təcrübəsi  sayəsində  o,  qısa  vaxt  ərzində  Azərbaycanda 

yaşayan  milli-etnik  qruplar  arasında,  onlara  münasibətdə 

böyük  dönüş  yaratdı.  Milli  azlıqların,  bütün  etnik  qrupların 

ədəbiyyat,  mədəniyyət,  dil,  tarix,  adət  və  ənənələrinin  qorunub 

saxlanması,  inkişaf etdirilməsi  diqqət  mərkəzinə  çıxarıldı.  Milli 

azlıqların  mədəni  mərkəzləri  kommunal  xərclər,  kirayə  haqqı 

ödənilmədən  yerlə  təmin  olundular.  Onların  əlifbaları,  doğma

________________________



M üasir şəraitdə Azərbaycanda  m illi-etnik proseslər

50 Orucov  H.  Heydər  Əliyev  və  Azərbaycanda  milli  siyasət.  Bakı:  Şərq-Qəıb. 

2001, s.76.

51  Yenə orada, s.76.


İbrah im  A ğayev

dillərində  dərslikləri  hazırlandı,  kitablarının,  qəzetlərinin  nəşri 

üçün  dövlət  büdcəsindən  vəsait  ayrıldı,  respublika  radiosunda, 

yerli  özəl  televiziyalarda  və  qəzetlərdə  doğma  dillərində  veııiiş 

və  materiallar  hazırlanmasına  şərait  yaradıldı,  müxtəlif konfes­

siyaların  hamısının  sərbəst  və  azad  fəaliyyət  göstərməsinə  tam 

hüquqi  təminat  verildi.  Elə  həmin  vaxtdan  etibarən  Azərbay­

canda  milli  azlıqların  spesifik  məsələlərinə  respublika  iqtisadi 

çətinliklər  içərisində  yaşamasına  baxmayaraq  dövlət  səviyyə­

sində kompleks qayğı və diqqətlə yanaşılmağa başladı52.

Həmin  dövrdə  Azərbaycanın  müstəqilliyinə  qarşı  çıxan 

müəyyən  qüvvələr  milli-etnik  proseslərin  öyrənilməsini  və  bun­

dan  istifadə  edərək  apardıqları  təbliğat  sayəsində  milli  azlıqlar 

arasında  təxribat  işlərini  gücləndirməyi  qarşılarına  məqsəd 

qoymuşdular.  Moskvadan,  Sankt-Peterburqdan,  Mahaçqala, 

İrəvan  və  Tbilisidən  milli-etnik  proseslərlə  məşğul  olan  mütə­

xəssislər  Azərbaycana  ezam  olunmuş,  burada  yaşayan  azsaylı 

xalqları,  etnik qrupları  məqsədli  şəkildə öyrənməyə  başlamışdı­

lar.  Onların  hər  biri  öz  mənafelərini  təmin  edən əsərlər,  mono­

qrafiyalar  yazıb  çap  etdirmiş,  ictimaiyyətdə  qeyri-obyektiv  rəy 

yaratmışlar.

Çox  təəssüf ki,  bu  məsələlərə  seyrçi  münasibət  bəslənilmiş­

dir.  Azərbaycanın  azsaylı  etnosiarı,  etnik  qrupları  haqqında 

qeyri-elmi,  böhtanla  dolu  «əsərlərin»  çap  olunaraq  yayılması 

prosesi  keçən  əsrin  90-cı  illərinin  ikinci  yarısından  etibarən  da­

ha  da  güclənmişdir.  Professor  Q.Cavadov  yaranmış  bu  prosesi 

tədqiq edərək yazır  ki, «ən qorxulusu  isə ondan  ibarətdir  ki,  bu 

əsərlərdə  bir tərəfdən Azərbaycanın  etnik  azlıqlarının  hər vasitə



52 Orucov  H.  Heydər  Əliyev  və  Azərbaycanda  milli  siyasət.  Bakı:  Şərq-Qərb,

2001, s.78-79.

3 6

M üasir şəraitdə Azerbaycanda m illi-e tn ik prosesler

ilə Azərbaycandan, onun köklü əhalisindən tamamilə ayrılması,



İ

  bu  etnosların  azərbaycanlılarla  genetik  baxımdan  heç  bir 

uyğunluq,  oxşarlığının  olmaması  ideyası  təbliğ  edilir,  üstəlik 

ərazimizə,  onun  bütövlüyünə  göz  dikilir.  Məsələn,  erməni  təd­

qiqatçılarının  əsərlərində  Azərbaycanın  qədim  etnoslarından 

sayılan  udilər  erməni,  onların  məskunlaşdığı  ərazilər  isə  Ermə­

nistan  torpağı  olduğu  iddia  edilirsə,  gürcü  tədqiqatçıları  da  in- 

qiloyları  öz  adı  ilə deyil,  elə gürcü  olduğunu  sübut  etməyə çalı­

şırlar»53.

Azərbaycanda  milli-etnik  proseslərin  mahiyyətini  saxtalaş­

dırmağı  öz qarşısına  məqsəd  qoyan  ayrı-ayrı  təxribatçılar  döv­

lətin  bu  sahədə  fəaliyyətini,  yəni  milli  azlıqların  sosial-iqtisadi, 

milli-mənəvi  tələbatını  ödəməsi  prosesini qeyri-obyektiv  şəkildə 

|   yayır,  Azərbaycan  gerçəkliyi  haqqında,  həyata  keçirilən  milli 

s  siyasət  barədə  yanlış  təsəvvürlər  yaratmağa  səy  göstərirdilər.

Bu.  dövrdə  məqsədli  şəkildə  xalqımıza,  ərazimizə,  suverenliyi- 

mizə  qarşı  təxribatçılıq  işi  gücləndirilirdi.  Hələ  Sovet  dövrün- 

j.  dən  başlayaraq  bu  istiqamətdə  fəaliyyət  göstərən  Dağıstan 

alimləri  sonrakı  illərdə  öz  fəallıqlarını  daha  da  artırmışlar.  Mə­

sələn,  1978-ci  ildə  S.S.Ağaşirinova  Moskvada  çap  etdirdiyi 

«Материальная  культура  лезгин  в  XIX  начале  XX  веков»  əsə­

rində Azərbaycanın Quba, Qusar,  Xaçmaz,  Qonaqkənd,  Xudat

I

  bölgələrinin ərazilərini  ləzgilərin qədim  və əzəli torpaqları  sayır, 



Z.  və  R.Rizvanovlar  isə  ondan  bir  qədər  irəli  gedərək  1990-cı 

ildə  Mahaç-Qalada  buraxdıqları  «История  лезгин»  kitabında 

Dərbənd  şəhəri  mərkəz  olmaqla  Azərbaycan  ərazilərinin  hesa­

bına  «Ləzgi  dövlətinin  bərpa  olunması»  fikrini  irəli  sürürdü-

!

, -----------------------------------



|   53  Cavadov  Q.C.  Azərbaycanın  azsaylı  xalqları  və  milli  azlıqları  (Tarix  və 

Müasirlik), Bakı: Elm, 2000, s. 22-23.

________________________________________________________

I   •  \  

'  


37


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə