Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

İb ra h im   A ğ a y e v

olaraq,  demək  istəyirik  ki,  ortaq  əlamətlərin,  birləşdirici 

keyfiyyətlərin,  mənafe  eyniliyinin  sayəsində  Azərbaycanda 

aparıcı  xalqın  etnik  qruplara,  azsaylı  etnoslara  qarşı  ayrı- 

seçkilik, düşmənçilik münasibəti olmayıb və yoxdur.

Keçmiş  İttifaqın  hakim  ruslaşdırma  milli  siyasətinə  qurban 

verilən  azsaylı  xalqlar,  milli  azlıqlar  ilbr  boyu  ciddi  təqibə 

məruz qalmış,  öz keçmişlərini, soyköklərini  itirmək  təhlükəsi  də 

qarşılaşmışlar.  SSRİ-də  ':'0-a  qədər  xalqm  tarix  səhnəsindən 

silinməsi  buna  canlı  sübutdur.  Vahid  “Sovet  xalqı”  ideyasının 

tərənnümü,  bir  çox  xalqların,  i!k  növoədə  tnilli  azlıqların 

varlığına  son  qoyulması  naminə  'ciçik  xı lqları,  ümumiyyətlə, 

xatırlamamaq,  yada  srlmamaq  xətti  yeridilirdi.  Tarix  boyu, 

eləcə də, çarizm  dövründə əhalinin siyahıyaalınması zamanı  hər 

bir  etnik  qrup  öz  soy  adı  ilə  göstərildiyi  ha  da,  Sovet  cəmiyyəti 

buna  da  son  qoydu.  Belə  ki,  958,  1970  və  1978-ci  illərdə 

keçirilən  əhannin  siyahıyaalınmasında  buduqlar,  qrızlar. 

xınalıqlar,  talışlar  bir  etnos  kimi  qeydə  alınmamış,  hamısı 

azərbaycanlı  adlanmışlar  ki,  bu  da  ədalətsizlik  idi.  Guya  bu 

xalqlar  artıq  tarix  səhnəsindən  silinmiş,  yoxa  çıxmış,  tamamilə 

assimilyasiya  olmuşdular.  Bur.un  əsas  səbəbi  SSRİ-də  vahid 

Sovet xalqının təşəkkül tapması ideologiyası idi.

Sovet  dövründə  «sovet  xalqı»  məfhumunu  yeni  tarixi  birlik 

forması kimi əsaslandıran  bir çox kitablar çap olunmuşdur.  Be­

lə  ki,  Moskvada,  nəşr  edilmiş  «Развитие  советского  народа  -  

новой  исторической  общности»  kitabında  bu  problemin 

müxtəlif  tərəfləri  tədqiq  olunmuş  və  əsaslandırılmışdır.  Bu  ki­

tabın  yazılmasında  Azərbaycan  alimi  Ə.Daşdəmirov  da  iştirak 

etmişdir.  Onun  respublikamızda  1977-ci  ildə  buraxılmış  «Со­

ветский  народ»  monoqrafiyasında  yeni  tarixi  birlik  forması



66

M ü ə s ir ş ə ra itd ə  A zo rb a ycan d ə   m illi-e tn ik  p ro s e s lə r

kimi  irəli  sürülən  sovet  xalqının  inkişafı  və  təkmilləşməsi,  for­

malaşması  problemləri,  millət  və  milli  münasibətlər  anlayışları 

təhlil olunur80.

Professor  R.Mehdiyev  keçən  əsrin  70-80  illərində  geniş 

yayılmış  «Sovet xalqı» yeni  birlik  forması  haqqında yazır  ki,  bu 

forma həyata  keçirilən siyasətin  vəzifələrinə uyğun gəlsə də,  real 

milli  maraqlara  cavab  vermirdi.  Buna  görə  də  milli  sahədə  baş 

verən  real  prosesi  bu  forma əks etdirmirdi81.

Say  çoxluğundan  asılı  olmayaraq  hər  bir  etnik  qrupun 

qorunub-saxlanılması,  mühafizəsi  hakim  millətin,  xalqın 

böyüklüyünün  təcəssümüdür.  Haqlı  olaraq  qeyd  edilir  ki, 

dövləti  etnik  azlıqların  çoxluğu  yox,  onların  hüquqlarına 

biganəlik  məhv  edər.  Milli  azlıqlardan  birinə  həsr  olunmuş 

kitabların  birində  oxuyuruq:  “Adı  qırmızı  kitaba  düşən 

quşların  və  heyvanların  ovlanılmasının  dövlət  tərəfindən 

qadağan  olunması  və  bunun  qanunda  əksi  hamımıza  yaxşı 

məlum  olduğu  halda,  kiçik  etnik  qrupların  taleyinə  niyə  biganə 

qalmalıyıq?”  Bəli,  belə  biganəçiliyə  yol  vermək  olmaz  və  bu 

münasibət cəmiyyətə xeyir gətirməz82.

Azərbaycan 

müstəqillik 

qazandıqdan 

sonra 


milli 

münasibətlər  sahəsində  görülən  tədbirlər,  həyata  keçirilən  işlər 

gələcəyə  ümid  gözü  ilə  baxmağa  əsas  verir.  Ləzgi,  talış,  kürd, 

tat  və  s.  mədəniyyət  mərkəzlərinin  fəaliyyətə  başlaması,  milli 

azlıqların  dillərində  məktəblərin  açılması,  mətbuatın  meydana 

gəlməsi,  radio  və  televiziya  verilişlərinin  hazırlanması  və s.  işlər



Дашламиров А.Ф.  Советский  народ.  Баку:  Азсрнешр,  1977, с. 1-156 .

Мехтиев  Р.А.  Межнациональные  отношения  на  исходе  XX  столетия: 

проблемы  теории  и  политики.Баку:  Азернсшр,  1995, 222  с.

Budııqlu  (Piriycv)  V  Buduq  va buduqlular.  Bakı:  Sabah,  1994. s.4-5.

6 7


İb ra h im   A ğ a y e v

bu  sahədəki  inamı  daha  da  artırır.  2002-ci  ilin  ortalarına  qədər 

fəaliyyət  göstərmiş  Milli  Münasibətlər  İnstitunda  “Azərbayca­

nın  azsaylı  xalqlarının  tədqiqi”  şöbəsinin  xəttilə  respublika­

mızda  yaşayan  ayrı-ayrı  etnik  qrupalar,  xalqlar  barədə  elmi 

tədqiqat  işlərinin  aparılmasını 

onların  dillərinin,  adət- 

ənənələrinin  araşdırılmasını  bu  sahədə  mühüm  addım  hesab 

etmək  olar.  Xüsusilə  “Azərbycan  Respublikasında  yaşayan 

milli 


azlıq,  azsaylı  xalq  və  etnik  qrupların  hüquq  və

azadlıqlarının  qorunması,  dil  və  mədəniyyətinin  inkişafı  üçün 

dövlət  yardımı  haqqında”  16  sentyabr  1992-ci  il  tarixli 

Prezident fərmanı  bu  sahədə  görüləcək  işlərin  müvəffəqiyyətinə 

təminat  vermiş,  həmin  xalqların  hüquqlarının  qorunması 

mexanizmini  əks  etdirmişdir.  Fərmanda  Azərbaycanın  ali 

məktəblərində  azsaylı  xalqların  tarixini,  mədəniyyətini  öyrənən 

şöbə 


və 

kafedraların 

açılması, 

azsaylı 


xalqların

nümayəndələrinin  ali  və  orta  ixtisas  məktəblərinə  güzəştli 

qəbulu,  dillərində  radio  verilişlərinin  təşkili,  azsaylı  xalqlara 

milli  təzyiq  göstərilməsinə qarşı  ciddi  mübarizə aparılması  və s. 

kimi məsələlər öz əksini tapmışdır83.

Etnik  qrupların  mühafizəsi  üçün  dövlət  tərəfindən  həyata 

keçiriləsi  tədbirlərlə  yanaşı,  hər  bir  qrupu  təmsil  edənlərin  bu 

sahədəki fəaliyyəti də nəzərdən qaçırılmamalıdır. 

4-

Azərbaycan  cəmiyyəti  çoxmillətli  tərkibə  malikdir.  Burada 



azərbaycan  türkləri  olan  aparıcı  etnosla  yanaşı,  bir  sıra 

subetnik  birliklər  də  yaşayır.  Bunların  içərisində  ruslar  xüsusi



83  «Azərbaycan  Respublikasında  yaşayan  milli  azlıq,  azsaylı  xalq  və  etnik 

qrupların  hüquq  və  azadlıqlarının  qorunması,  dil  və  mədəniyyətlərinin 

inkişafı  üçün  dövlət  yardımı  haqqında»  Azərbaycan  Respublikasının 

Prezidentinin fərmanı.  «Xalq  qəzeti».  Bakı,  1992,  20 sentyabr.

68

yer  tutur.  Öz  birliklərini  yaradan  rus  icması  digər  etnik 

birliklərdən  öz  statusuna  görə  fərqlənirdi.  Bu  birlik  hətta 

müəyyən  mənada  müstəsna  hüquqlara  da  malik  idi.  Çünki 

rəsmi  olmasa  da,  ruslar  keçmiş  SSRİ  ərazisində  “Böyük 

qardaş”  statusunu  daşıyırdılar.  Əslində  bu  ənənə  Çar 

Rusiyasından  süzülüb  gələn  “hakim  millət”  anlayışının  başqa 

formada ifadəsinin  məntiqi  nəticəsi  idi.

Lakin  SSRİ  dağıldıqdan  sonra  Cənubi  Qafqazda  müstəqil 

respublikaların  yaranması,  sonrakı  sosial-siyasi  və  iqtisadi 

proseslər  rus  əhalisinin  tədricən  həmin  regionu  tərk  etməsi  ilə 

müşayiət  olunur.  Bunun  da  nəticəsində  rus  icması  əvvəlki 

nüfuzunu  və  sayını  itirməklə  yanaşı,  mövqelərini  də  tədricən 

əldən  verməkdədir.  İstər  siyasi,  istərsə  də  kulturoloji  sahələrdə 

rus  diasporunun  mövqelərini  təhvil  verməsi  artıq  bir  reallıqdır 

və  bu  etnosiyasi  proses  Rusiyanın  hakim  dairələrini  narahat 

etməyə  bilməz.  Çünki  bu,  Rusiya  üçün  hər  şeydən  əvvəl,  siyasi 

geopolitik  problem  kimi  qarşıya  çıxır.  Ona  görə  də  bugünkü 

Rusiya Qafqaza  münasibətdə ikili siyasət  yeritməyə məcburdur. 

Bir  tərəfdən  o,  müstəqillik  hərəkatı  ilə  barışmağa  çalışır, 

mütərəqqi  bəşəriyyətin  təsiri  altında  dünyada  genişlənməkdə 

olan  demokratikləşməni  qəbul  edir,  ikinci  bir  tərəfdən  isə 

Qafqaza  olan  əvvəlki  imperiya  ambissiyalarından  əl  çəkmək 

istəmir,  həmin  regionun  geopolitik  vəziyyəti  bunu  etməyə 

imkan  vermir.  Ona  görə  də  siyasi  manevrlər  yolu  ilə  əvvəlki 

nüfuzunu  bərpa  etmək  istəyir.  Bu  yolda  ona  kömək  edəcək 

vasitələrdən  ən  başlıcası  respublikalarda  yaşayan  ruslar  və 

;  rusdilli  əhalidir.  Onun  istər  kəmiyyəti,  istərsə  də  keyfiyyəti  bu 

gün  çox  böyük  deformasiyalara  uğrayıb  və  öz  əvvəlki  hakim 

vəziyyətini itirib.



_

________________________



M ü a s ir ş e ra itd ə  A z e rb a y c a n d a   m illi-e tn ik  p ro s e s lə r

6 9


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə