Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

İbrah im  A ğa yev

edilməyə  səy  göstərilir.  Tez-tez  güya  Azərbaycanda  rusların 

“təqib  olunması”,  ləzgilərin,  kürdlərin,  talışların,!  tatların  və 

digər  azsaylı  xalqların  hüquqlarının  tapdalanması  haqda  əsası 

olmayan iddialar irəli sürülür.

Azərbaycanın 

müstəqilliyinə 

qarşı 


çıxan 

qüvvələr 

Azərbaycanda  siyasi  sabitliyi  pozmaq  və  milli  qarşıdurma 

yaratmaq  üçün  azsaylı  xalqlar  kartından  bəhrələnməyə 

çalışırlar.Bu  qüvvələr  Azərbaycan  ərazisində  yeni  bir  “Lor 

problemi“  meydana  gətirməyə,  bununla  da  Qarabağ  cəb­

həsindən diqqəti yayındırmağa səy göstərirlər79.

Azərbaycan  türklərini milli  azlıqların  problemlərinə  biganə 

münasibət  bəsləməyinə  görə  qınayanlar  unudurlar  ki,  son 

dövrlərədək  bu  millət  respublika  daxilində  böyük  millətin 

istifadə  etməli 

olduqları 

hüquqlardan  əslində  məhrum 

olmuşdur.  Azərbaycan  xalqı  saysız-hesabsız  problemlərini  həll 

etməyə  qadir  olmadığı  bir  vaxtda  ərazisində  yaşayan  hər  hansı 

bir  milli  azlığı,  etnik  qrupu  narahat  edən  bu  və  ya  digər 

problemi  necə  həll  edə  bilərdi.  Yalnız  müstəqil  dövlətçiliyimiz 

möhkəmləndikdən  sonra  ölkə  ərazisində  yaşayan  bütün 

xalqlara  və  millətlərə  qayğı  ilə  yanaşmaq  dövlət  səviyyəsində 

həyata  keçirilə  bilər.  Buna  baxmayaraq,  Azərbaycan  dövləti  ən 

çətin vaxtlarda belə milli azlıqların hüquqlarını müdafiə etməyi, 

onlara  lazımi  yardım  göstərməyi  öz  milli  siyasətinin  tərkib 

hissəsi sayır və öz fəaliyyətini bu istiqamətdə qurur.

Belə  ki,  Azərbaycan  Prezidentinin  16  sentyabr  1992-ci  il 

fərmanı respublikamızda azsaylı xalqların, milli azlıqların  dil və 

mədəniyyətlərinin 

inkişafı 

qarşısında 

real 

perspektivlər



79  Qurbanov  A.  «Saman  altından  su  yeridən».  «Azərbaycan»  qoz.,  Bakı, 

1998,  1  avqust.

6 2

açmışdır.  Bı  fərmanın  əsl  mahiyyətini  təhrif edən  bəzi  bədnam 

dairələr  veriiən  mədəni  muxtariyyət  hüquqlarını,  təəssüf  ki, 

ərazi  muxtariyyət  hüquqları  ilə  qarışıq  salırlar.  Onlar  əslində 

respublikanı  bir  neçə  milli  regiona  parçalamaq  xətti  tuturlar. 

Onlar  respublika  rəhbərliyinin  yeritdiyi  ardıcıl  konstruktiv, 

bütün  xalqların  və  millətlərin  mənafeyinə  cavab  verən  milli 

siyasətdən  başqa  nəticə çıxarmağa çalışırdılar.  Keçən əsrin 90-cı 

illərinin  əvvəllərində  həyata  keçirilən  bu  bədnam  siyasətin 

tərəfdarları  unudurdular  ki,  Azərbaycan  ərazisində  məskun­

laşmış  müxtəbf  xalqlar  və  millətlər  əsrlər  boyu  birgə  yaşamış, 

çətinliklərə  bir  yerdə  sinə  gərmiş,  xoş  günləri  bir  qarşılamışlar. 

Onların  arasmda  düşmənçilik  toxumu  səpmək  istəyənlər 

düşmən dəyirmanına su  tökürlər.

Yeni 

ır.illi 


münaqişə 

ocaqlarının 

yaradılaraq 

genişləndirilməsi  strateji  əhəmiyyəti  olan  bir  sıra  problemin 

həllini  qarşıya  şoyur.  Onlar  müstəqillik  yoluna  qədəm  qoymuş 

gənc  Azərbayc:  n  Respublikasına  qarşı  həyata  keçirilən  erməni 

təcavüzündən  ciqqəti  yayındırmaq,  başqa  xalqların  nəzərində 

azərbaycanlıların  vəhşi  və  barbar  obrazlarını  yaratmağa  nail 

olmaq,  “Qaral ağ  problemi”  deyilən  qondarma  və  süni 

problemi  daha  ı a  dərinləşdirmək  və  yeni-yeni  belə  problemlər 

yaratmaq,  respublikada  gedən  demokratik  proseslərin  qarşısını 

almaq  və  onu  dünya  xalqlarının  gözündən  salmaq  məqsədi 

güdürlər.

Hazırkı  şəraitdə  Azərbaycanda  yaşayan  xalqların  və 

millətlərin  həyat  fəaliyyəti  onların  azsaylı,  yaxud  çoxsaylı 

olmalarından  asılı  olmayaraq,  hamının  hüquq  bərabərliyi 

əsasında  və  vahid  qardaşlıq  prinsipləri  üzərində  qurulmalıdır, 

onların  maddi  və  mənəvi  tələbatı  bərabər  şəkildə  ödənilməli.

_______________________

M üasir şeraitdə Azərbaycanda  m illi-etnik proseslor

6 3



İb ra h im  A ğ a y e v

xalqlar  və  millətlər  arasında  maddi  və  mənəvi  sərvətlər 

mübadiləsini 

artırmalı, 

cəmiyyətdə 

sosial 


yekcinsliyin 

güclənməsinə,  mədəniyyətdə,  əxlaqda  və  məişətdə  ümumi 

cəhətlərin yaranıb inkişaf etməsinə, xalqlar və millətlər arasında 

dostluğun daha da möhkəmlənməsinə əsaslanmalıdır.

Milli  azlıqlar  problemi  ilə  əlaqədar  milli  münasibətlər 

sahəsinə  diqqət  yetirərkən  o  əsas  tutulmalıdır  ki,  yeni  cəmiyyət 

quruculuğunda  əldə  edilən  uğurlar  ictimai  inkişafda  millətə  aid 

ümumi  və  xüsusi  cəhətləri  düzgün  əlaqələndirməklə  bağlıdır. 

Çünki  milli  münasibətlər  daima  inkişaf  edən,  yeni-yeni 

problemlər  və  vəzifələr  irəli  sürən  reallıqdır.  Hazırkı  şəraitdə 

Azərbaycanda  milli  məsələ  bütün  ölkənin  və  ayrılıqda  hər  bir 

xalqın  mənafe  və  marağının  eyni  dərəcədə  gözlənilməsi  şərtilə 

qoyulmalı və həll edilməlidir.

6 4

M ü a s ir ş ə ra itd ə  A zə rb a ycan d a   m illi-e tn ik  p ro s e s lə r

1.3.  Azərbaycanda  milli  azlıqların  və  azsaylı  xalqların 

inkişaflarının sosial dinamikası  və xarakterik  xüsusiyyətləri

Azərbaycanda  tarixən  müxtəlif  millətlər,  azsaylı  xalqlar, 

milli  azlıqlar  və  etnik  qruplar  yaşayıb  yaradıblar.  Onlar  bugün 

də  bu  ərazidə  yaşamaqdadırlar.  Tarixi  təcrübə  göstərir  ki. 

Azərbaycanda  heç  bir  xalqa  vo  millətə  qarşı  ayrıseçkilik 

münasibəti  olmamışdır.  Buna  görə  də  burada  yaşayan 

etnosların  heç  biri  özünü  yad  etnos  hesab  etmir,  özünü 

digərlərinə qarşı qoymur.  Yalnız ermənilərdən başqa.

Azərbaycanda  məskunlaşmış müxtəlif etnik qrupiar arasında 

ortaq  əlamətlər,  birləşdirici  xüsusiyyətlər  formalaşmışdır,  onlar 

etnik 

qruplara  xas 



olan 

fərqləndirici 

əlamətlərlə 

keyfiyyətlərlə  müqayisədə  həmişə  üstünlük  təşkil  etmişdir. 



Ərazi  ümumiliyi,  din  birliyi,  maddi  və  mənəvi  mədəniyyət 

yaxınlığı,  birgə yaşayış tərzi Azərbaycanda etnik qarşıdurmanın 

qarşısını alan, vahid Vətən idealını inama çevirən amillərdəndir. 

Azərbaycan  dili  bu  ərazidə  yaşayan  bütün  etnosların  ünsiyyət 

vasitəsinə çevrilib,  ümumxalq  dili  rolunu  oynamışdır.  Elə  buna 

görə  də  böyük  rus  mütəfəkkirləri  M.Y.Lermontov,  Bestujev 

Marlinski  XIX  əsrdə  Azərbaycan  dilini  Ön  Asiyada  və 

Qafqazda  təsir  dairəsinə  görə  Avropada  fransız  dilinin  rolu  ilə 

müqayisə etmişlər.

Göründüyü  kimi,  etnosu  formalaşdıran  və  mövcudluğunu, 

yaşamasını  təmin  edən  bu  amillər  tarixən  Azərbaycanda 

ixtilafdan,  münaqişədən  daha  çox  birliyə,  həmrəyliyə  real 

obyektiv  zəmin  yaratmışdır.  Biz  bununla  heç  də  etnosun  əsl 

əlamətlərindən 

birinin 

-  


etnik 

özünəməxsusluğun 

mövcudluğunu  arxa  plana  keçirmək  fikrində  deyilik.  Sadəcə

6 5



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə