Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

münaqişələrin yaranması üçün əllərindən gələni əsirgəməmişlər.

Müasir dövrdə xalqların  və millətlərin  milli  oyanışı  ölkədə, 

eləcə 

də 


dünyada 

gedən 


milli-demokratik 

prosesin 

qanunauyğun nəticəsidir.  Milli oyanış,  milli özünüdərketmə hər 

bir  xalqın  və  millətin  ümumi  inkişafında  mütərəqqi  bir 

hadisədir.  Milli  oyanış,  milli  özünüdərketmə  heç  də  milli 

eqoizmə,  milli  fərdiyyətçiliyə  aparmamalıdır.  Bu,  çox  qorxulu 

haldır.  Çünki  milli  eqoizmin  mövcud  olduğu  yerdə  bütün 

mütərəqqi  xüsusiyyətlər  arxa  plana  keçir,  onların  yerini  sırf 

millətçilik  meyllərindən  irəli  gələn,  həm  başqa  millətlərə  və 

xalqlara,  həm  də elə həmin  millətin  özünə xas  olmayan yabançı 

xüsusiyyətlər  tutur  ki,  bu  da  millətlər  və  xalqlar  arasında  milli 

nifaqın yaranmasına səbəb olur.

Bu  haqda  respublikamızda  21-24  aprel  1999-cu  il  tarixində 

«Milli  özünüdərketmə»  mövzusunda  keçirilmiş  beynəlxalq  elmi 

kollokviumda ətraflı danışılmışdır74.

Millilik  və  millətçilik  arasında  bir  addım  məsafə  olsa  da, 

məzmun,  mahiyyət etibarilə  bu  məfhumların  hər  ikisi  bir-birinə 

ziddir.  Öz  milli  xüsusiyyətlərini  saxlayıb,  qoruyub  inkişaf 

etdirmək  hər  bir  xalqın  qanuni  borcudur.  Millilik  olmayan 

yerdə  heç  bir  özünüdərketmə,  kökə  qayıdış,  milli  oyanış  ola 

bilməz.  Lakin  bu  millilik  ifrat  millətçilik  səviyyəsinə  çatdıqda 

cəmiyyətdə 

xoşagəlməz 

bəlalar 


törədə 

bilər, 


xalqları 

yaxınlaşdırmaq  əvəzinə  bir-birindən  daha  da  uzaqlaşdırar, 

aralarında  milli nifaq,  ədavət yarada  bilər.

90-cı  illərin  əvvəllərində  Azərbaycanda  gedən  milli- 

demokratik  prosesin  boğulmasında  xüsusi  marağı  o k n   bəzi

74  Milli  özünüdərketmə.  Beynəlxalq  elmi  kollekviumun  tezisləri.  21  24  aprel 

1999-cu  il.  Bakı:  Azərnnşr,  1999, s. 1-260.

ib ra h im  A ğ a y e v

_________________________________________________________

qüvvələr 

azsaylı 


xalqlar 

barəsində 

antidemokratik, 

antihumanist  siyasət  yeridirdilər.  Respublikamızda  gah  kürd, 

gah  talış,  gah  da  ləzgi  probleminin  ortaya  atılması  bütövlükdə 

Azərbaycan  dövlətini  parçalamaq,  qarşıdurmanı  gücləndirmək, 

müstəqilliyimizi  zəiflətmək  məqsədi  daşıyırdı.  Bu  işdə  xüsusi 

marağı  olan  bədnam  qüvvələr  çox  vaxt  Azərbaycan  ərazisində 

güya  həmin  xalqların,  digər  etnik  azlıqların  hüquqlarının 

tapdanmasını,  hətta  dillərinin,  mədəniyyətlərinin  inkişaf 

etdirilmədiyini,  əksinə  bu  hüquqların  onların  əllərindən 

alındığını, assimilyasiyaya məruz qaldıqlarını iddia edirdilər.

Vətənimizdə  yaşayan  azsaylı  xalqlar  azərbaycanlılar  kimi 

nəinki  öz  milli  mənsubiyyətlərini  qoruyub  saxlamış,  onlar 

Azərbaycan  xalqının  ayrılmaz  tərkib  hissəsi  kimi  bütün 

hüquqlardan  bərabər  səviyyədə  istifadə  etmiş,  həm  də  çox 

mühüm 

əhəmiyyət 



kəsb 

edən 


başqa 

bir 


keyfiyyətə 

yiyələnmişlər.  Hər  bir  xalq  öz  milli  xüsusiyyətlərini  saxlamaqla 

bərabər, ərazimizdə yaşayan digər xalqların  və millətlərin, etnik 

azlığın  həyat  tərzində,  məişətində,  adət  və  ənənəsində, 

mədəniyyətindəki  bir çox mütərəqqi  xüsusiyyətləri əxz etmiş  və 

onları  qarşılıqlı  şəkildə  inkişaf  etdirmişdir.  Ümumi  birgə 

yaşayış  qaydalarına  əməl  olunan  zamanlarda  bu  xalqlar  bir- 

birinə  daha  çox  yaxınlaşmışlar.  Bunun  da  nəticəsində 

Azərbaycanda  yaşayan  etnik  azlıqların  demək  olar  ki,  hamısı 

öz  müstəqil  dillərini,  milli-etnik  xüsusiyyətlərini  saxlamışlar  və 

bu gün  də onları inkişaf etdirirlər.

Demokratik  qüvvələrin  hakimiyyət  başına  gəlməsi  ilk 

vaxtlar  Azərbaycanı  düşdüyü  bu  ağır  böhranlı  vəziyyətdən, 

daha  doğrusu,  parçalanmaqdan  xilas  etdi.  Keçmişdə  milli 

münasibətlər sahəsində buraxılmış  nöqsanların  tədricən  aradan

_______________________



M üasir şeraitdə Azorbəycanda m illi-etnik proseslər

5 5

5 4


İbrah im   A ğayev

qaldırılmasına,  bu  sahədə  müəyyən  məqsədyönlü  işlərin 

aparılmasına,  hər  bir  xalqın,  millətin  milli  inkişaf  meyllərinə 

qayğı  ilə  yanaşılmağa  başlanıldı.  Adi  bir  həqiqət  dərk  edildi  ki, 

respublikanın  düşdüyü  bu  ağır  vəziyyətdə  millətlərarası 

münasibətlərin  yaxşılaşdırılmasında  təkcə  dövlət  deyil,  həm  də  j 

bütün xalq iştirak etməlidir.  Çünki bu sahədə öz sözünü qanun, 

fərman  şəklində  deyən  dövlətin  siyasətini  həyata  keçirən 

xalqdır.  Xalq  özü  insanlar,  millətlər  arasında  tarixən  mənəvi 

körpü  rolunu  oynayır,  münasibətlərin  tənzimləyicisi  kimi  çıxış 

edir.  Bu  baxımdan  Azərbaycan  ərazisində  yaşayan  xalqlar, 

etnoslar  və  etnik  qruplar  əsrlər  boyu  məskunlaşdıqları  bu 

vahid,  ümumi  evi  birgə  qorumalı,  saxlamalı  parçalanmağa 

qoymamalı, 

milli 

əlahiddəliyə 



doğru 

çağırışları 

yekdil 

mövqedən  dəf etməlidirlər.  Xalqları  qarşı-qarş ya  qoymaq, süni 



ziddiyyətlər  yaratmaq  məqsədilə  törədilən  fitnəkarlıq  halları 

qətiyyətlə  ifşa  edilməlidir,  bu  mühüm,  dövlət  əhəmiyyətli  işdə 

mütləq  xalqların öz qüvvəsindən istifadə ol  ırmalıdır.

Fransanın 

Azərbaycandakı 

keçiri' 


fövqəladə 

və 


səlahiyyətli  səfiri  Jan  Perrən  respublikamızda  gedən  milli- 

demokratik 

prossesə  öz  münasibətini 

bildirərkən 

milli 

münasibətləri  zəif  binaya  bənzətmişdir.  Onun  fikrincə,  bu 



binanın  bir daşı götürülərsə tikili  uça  bilər.

Lakin  bir  qədər  sonra  özlərini  demokrat  adlandıran  bu 

qüvvəllər  ölkədə  elə  bir  vəziyyət  yaratd.lar  ki,  Azərbaycanın 

müstəqilliyi, dövlətçiliyimiz yenidən  təhlükə altına düşdü.

Bu  dövrdə  respublikamızda  etnik  p  insiplərə  əsaslanaraq 

yaradılan  və  fəaliyyət  göstərən  siyasi  partiyalar  heç  də  milli 

demokratik  prosesin  üstünlüyü  kimi  qəiəmə  verilməməlidir. 

Çünki  etnik  prinsiplərə  əsaslanan  parliyaların  yaradılması  |



5 6

Mü a s ir şəraitdə Azərbaycanda m illi-etnik proseslər

siyasi  inkişafda  geriyə  baxmağın  nəticəsi  kimi  ortaya  çıxır. 

Dünya  dövlətlərinin  bu  sahədə  siyasi  təcrübəsinə  istinad  etsək, 

aydın  görərik  ki,  heç  bir  sivlizasiyalı  ölkədə  dövlətin 

parçalanmasına zəmin  hazırlayan, etnik  prinsipləri əsas götürən 

siyasi  partiyanın  yaranmasına  imkan  verilmir.  Çünki  belə 

addım  demokratiyaya,  milli-demokratik  prosesin  gedişinə,  de­

mokratiya  ruhuna,  başlıcası  isə  geniş  xalq  kütlələrinin 

hüquqlarına  ziddir.  ABŞ-ın  təcrübəsi  göz  qabağındadır.  Əgər 

burada  yaşayan  milli  etnik  qruplar,  yaxud  xalqlar  siyasi 

partiyaların 

yaradılmasında 

həmin 

prinsipdən 



istifadə 

etsəydilər,  onda  ölkəni  etnik  prinsiplərə  əsaslanan  partiyalar 

bürümüş  olardı.  Lakin  bunun  siyasi  demokratiyaya  zidd  bir 

hərəkət  olduğunu  dərk  edən  Amerika  xalqı  bu  yolla  getməmiş, 

həm  dövlətin  gələcəyi,  həm  də  xalqın  hüquqları  nəzərə 

alınmışdır.

Məsələn,  XX  əsrin  90-cı  illərinin  əvvəllərində  yaradılmış 

Azərbaycan  Talış  Xalq  Partiyasının  bəyanatında  talışçılıq 

ideyasının  təbliğ  olunmayacağı,  Azərbaycanda  yaşayan  bütün 

xalqlar  arasında  həqiqi  dostluğun  təbliğ  ediləcəyi,  vahid, 

bölünməz,  müstəqil  Azərbaycan  uğrunda  mübarizə  aparılacağı 

fikri  irəli  sürülsə də,  etnik  prinsiplərə  əsaslanan  belə  partiyanın 

yaranması istər-istəməz hamını narahat etməyə bilmirdi.

Respublika  ərazisində yaşayan milli azlıqların,  azsaylı xalq 

və  etnik  qrupların  ümummədəni  inkişafına  dövlət  səviyyəsində 

göstərilən  yüksək  diqqət,  aydın  məsələdir  ki,  millətlərarası 

münasibətlərin  yaxşılaşdırılmasını  istəməyən,  xalqlar  arasında 

ayrı-seçkilik,  düşmənçilik  toxumu  səpən  bəzi  üzdəniraq, 

aııtidemokratik  qüvvələr  imperiya  ambisiyası,  habelə  yaranmış 

qarşıdurmadan  öz şəxsi mənafeləri  üçün  istifadə edən müəyyən



5 7


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə