Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

ib ra h im   A ğayev

siyasət,  onun  prinsipləri,  milli  məsələnin  həlli  yollan,  rnilli 

azlıqlar  və  s.  xüsusi  diqqət  tələb  edən  problemlərdəndir  Sosial 

münasibətlərin 

spesifik 

formalarından 

biri 

olan 


milli 

münasibətlər  mürəkkəb  sosial,  siyasi  və  mənəvi  münasibətlərin 

bir cəhəti kimi təzahür edir.

Milli  münasibətlərin  spesifikliyi  isə  milli  xüsusiyyətlərdən 

irəli  gəlir.  Milli  münasibətlər  sistemində  həlledici  rol  siyasi 

amillərə 

məxsusdur. 

Bu 


hər 

şeydən 


əvvəl, 

millətin 

formalaşması  və  onun  inkişafının  mühüm  amili  olan  dövlətin 

əhəmiyyəti,  milli  və  sosial-siyasi  proseslərin  daxili  əlaqəsi  ilə 

şərtlənir.  Milli  münasibətləıin  milli  özünüdərketmə,  milli  və 

ümumbəşəri  mənafelərin  əlaqələndirilməsi,  millətlərin  hüquq 

bərabərliyi,  milli  dillərin  və  mənafelərin  inkişafı  üçün  şərait 

yaradılması,  milli  kadrların  hazırlanması  və  hakimiyyət 

stukturlarında  onların  təmsil  edilməsi  və  s.  kimi  məsələlər 

bilavasitə  siyasət  sahəsinə  daxildir.  Real  həyatda  millətlərin  və 

xalqların  qarşılıqlı  münasibətlərinin  bütün  cəhətləri  siyasi 

səciyyə daşıyır.

Bəşəriyyət  tarixində  millətlərarası  münasibətlərin  təkmil­

ləşdirilməsi  problemi  heç  bir  dövrdə  bugünkü  qədər  aktual 

əhəmiyyət  kəsb  etməyib.  Əvvəla,  bu  ilk  növbədə  zəmanəmizdə 

gedən  ictimai-siyasi  proseslərlə  sıx  bağlıdır,  yəni  r,eal  həyat  özü 

bu  problemin  öyrənilməsi,  yaxşılaşdırılması  və  təkmilləşdiril­

məsi yollarını irəli sürüb.  Digər tərəfdən,  keçmiş Sovetlər Birliyi 

dövründə  yığılıb  qalmış,  obyektiv,  həm  də  subyektiv  mülahi­

zələr  səbəbindən  həll  olunmayan,  elə  buna  görə  də  getdikcə 

artan  və  milli  münaqişələrə,  millətlərarası  müharibələrə  gətirib 

çıxaran  bəzi  məsələlər  diqqətlə,  həssaslıqla  araşdırılmalı, 

xalqların  və  millətlərin  bərabər  hüquq  əsasında  yaşamalarını

5 0

M üasir şəraitdə Azerbaycanda  m illi-etnik proseslər

təmin edən sosial-iqtisadi, sosial-mədəni zəmin hazırlanmalıdır.

Təcrübə  göstərir  ki,  millətlərarası  münasibətlərin  xarakteri 

onların  mövcud  olduğu  siyasi  sistemdən  asılıdır.  Məsələn, 

keçmiş SSRİ-də formalaşmış inzibati-amirlik sistemi cəmiyyətin 

həyatının  bütün  tərəflərinə mənfi təsir göstərmiş, ictimai  tərəqqi 

siyasi  institutların  geriliyi  və  bürokratlaşması  ilə  getdikcə  daha 

da 


sıx işdirildi. 

Millətlərin 

həyatının 

qurulması 

barədə 

demokratik 



ideyaların 

köməyi 


ilə 

hakimiyyətə 

gələn 

bolşeviklərin  qurduqları  siyasi  sistemdə  bu  ideyalar  inkar 



edilmişdir.  Mövcud  siyasi  sistem  digər  sahələrdə  olduğu  kimi, 

milli-etnik  münasibətlər sahəsində də  böhranın  qarşısını  almaq, 

yaxud  aradan  qaldırmaq  imkanında  olmamışdır.  Məhz  bütün 

bunlara  görə  də  həyal  özü  Sovet  cəmiyyətinin  sosial-siyasi 

təşkilində  milli  respublikaların  və  onlarda  yaşayan  xalqların 

müstəqil  inkişafını,  onların  potensialının  tam  açılmasına  imkan 

verən  fundamental  keyfiyyət  dəyişikliklər  barədə  məsələni 

ortaya  qoymuşdur.  Bu  baxımdan  əsas  vəzifələrdən  biri 

millətləri  siyasi  proseslərin  mərkəzinə  keçirmək,  hakimiyyət  və 

idarəetmə  sistemində  onların  rolunu  bərpa  etmək,  qarşılıqlı 

etimad 

və  milli  dəyərlərə  hörmət  prinsipləri  əsasında 



bərahüquqlu  əməkdaşlığın  möhkəmlənməsi  üçün  şəraitin  təmin 

edilməsidir.

R.Mehdiyevin  fikrincə,  milli  münasibətlər  sahəsində  siyasi 

sistemin islahatı aşağıdakı problemləri əhatə etməlidir:

-  bütün  milli  azlıqların  hamısına  eyni  hüquqların  təmin 

edilməsi, 

hər  bir  millətin,  milli-etnik  qrupun  spesifik 

maraqlarının ödənilməsi;

••  milli  dil  və  mədəniyyətlərinin  azad  inkişafı  üçün  şəraitin 

yaradılması;



51


ib ra h im   Ağayev

M üasir şaraitdə Azərbaycanda  m illi-etnik

vətəndaşların 

milli 

əlamətə 


görə 

hüquqlarının 

pozulmasını istisna edən təminatların möhkəmləndirilməsi;

-  millətlərarası  ünsiyyətdə  hər  bir  xalqın  tarixi  ənənələrinə 

və  milli  spesifikasına  qarşılıqlı  hörmət  və  ehtiramlarının, 

iqtisadi  və  mənəvi  maraqlarının  nəzərə  alınmasının  təsdiq 

edilməsi73.

Xalqların  və  millətlərin  sosial-iqtisadi,  sosial-mədəni 

həyatında  yığılıb  qalmış  problemləri  öyrənmədən,  milli 

xüsusiyyətləri  nəzərə  almadan,  millətlərarası  münasibətləri 

doğuran  səbəbləri  dərindən  araşdırmadan,  ümumiləşdirib 

obyektiv 

nəticə 

çıxarmadan 



milli 

münasibətlərin 

tənzimlənməsini, sabit qaydada inkişafını təmin etmək çətindir.

XX  əsr  öz  ömrünü  milli  münaqişələrin  toqquşmasından 

irəli 

gələn 


amansız 

müharibələrlə 

başa 

vurdu. 


İstər 

respublikamızda,  istərsə  də  dünyanın  bir  sıra  regionlarında 

milli  münaqişələrin  artması  nəticəsində  minlərlə  insan  tələfatı, 

nəsillərin,  millətlərin  soyqırımı,  iqtisadiyyatın,  şəhərlərin, 

kəndlərin,  yaşayış  məskənlərinin  dağıdılması,  məhv  olması  baş 

verdi.  Dünyanın  mütərəqqi  fikirli  adamları,  humanizm  və 

demokratiya  mövqeyində  duran  bir  sıra  təşkilatlar  bütün 

qüvvələrini,  bacarıq  və  səylərini  milli  zəmində  baş  verən 

müharibə 

ocaqlarının 

söndürülməsinə, 

oqları 


doğuran 

səbəblərin  araşdırılmasına  sərf  edirlər.  Bu,  çox  mütərəqqi, 

xalqlara  və  millətlərə  dərin  inam  və  ümid  hissi  aşılayan  bir

missiyadır.

İkinci  Dünya  müharibəsindən  sonra  dinc,  əmin-amanlıq 

şəraitində  yaşayan  xalqlar  və  millətlər  bu  gün  qarşıdurma.



73  Мехтиев  P.A.  Межнациональные  отношения  на  исходе  XX  столетия: 

проблемы  теории  и политики.Баку:  Азернешр.  1995, с.98.

proseslər

səfalət,  sabaha  inamsızlıq, çox  vaxt  alçaldılmış,  təhqir olunmuş 

bir  vəziyyətdə  həyat  sürürlər.  İqtisadi  əlaqələrin  pozulması, 

siyasi  sabitsizlik,  yaranmış  infilyasiya  və  böhran,  işsizliyin  adi 

normaya  çevrilməsi,  mövcud  qıtlıq,  qiymətlərin  durmadan 

artması  bütövlükdə  həyata  keçirilən  sosial-iqtisadi,  sosial- 

mədəni  siyasətin  ümumi  keyfiyyətinə,  həm  də  millətlərarası 

I  münasibətlərin  təkmilləşdirilməsi sahəsində qarşıya çıxan,  daha 

doğrusu,  məqsədyönlü  şəkildə  qoyulan,  nəzərdə  tutulan  ümdə 

|  proqramın yerinə yetirilməsinə mənfi təsir edir.

Təcrübə  göstərir  ki,  əleyhdarlarımız  belə  vəziyyətdən 

:  bacarıqla  istifadə  etməyə  çalışırlar.  Onlar  öz  məqsədlərinə 

çatmaq  naminə  xalqları  və  millətləri  qızışdırır,  bir-birinə  qarşı 

  qoyur,  çox  vaxt  milli-demokratik  prosesin  genişlənməsindən 



sui-istifadə  edərək  ərazi,  dil,  milli  muxtariyyət  məsələlərini  ön 

plana  çəkir,  eyni  ərazidə  uzun  illər  boyu  qardaş  kimi  yaşayan 

xalqların  və  millətlərin  sadəlövh,  dünyagörüşcə  məhdud, 

I  təcrübəsiz,  burnunun  ucundan  uzağı  görə  bilməyən  ayrı-ayrı

(

nümayəndələrinin  məsuliyyətsiz  və  düşünülməmiş  hərəkətləri 



üzündən  onların  mənəviyyatını  zəhərləyir,  aralarına  nifaq 

toxumu 


səpirlər.  Sonra 

isə  kənarda 

dayanıb 

onları


istiqamətləndirir,  hətta  lazım  gələrsə,  maddi  vəsaitlə  təmin 

11  edirlər  ki,  qarışıqlıq  yaratsınlar,  cəmiyyətin  ümumi  ahəngini 

pozsunlar və bununla da öz mənfur məqsədlərinə nail olsunlar.

Milli  istiqlaliyyətimizin  getdikcə daha  da  möhkəmlənməsi, 

dünya ölkələri ilə bərabərhüquqlu bir dövlət kimi bütün sahələr

I

üzrə  müstəqil  danışıqların  aparılması  yaxın  gələcəkdə  keçmiş 



ittifaq  ərazisində,  habelə  Şərqdə  yeni,  qüdrətli  bir  dövlətin 

meydana çıxacağını  duyan  həm  keçmiş ittifaqın  rəhbərliyi,  həm

I  də 

onların 


bəzi  tərəfdarları 

Azərbaycanda 

yeni  milli

.

5 2




Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə