Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   2   3   4   5   6   7   8   9   ...   43

məhdud  cəhətlərinə  görə  qarşı  tərəf 

qəbul  etməmişdir. 

Məsələn,  türk  alimi  Ziya  Goyalpın  fikrincə,  millət  qədim  türk 

dövlətinin  yaranması  ilə  əlaqədardır25.  İslam  ideoloqları  milləti 

ümmət  kimi  qələmə  vermiş,  yəni  bir  dinə  inanan  adamların 

məcmusu  kimi  başa  düşmüşlər.  F.Nortrona  görə  “millət  vahid 

bir orqanizm kimi fəaliyyət göstərən insan cəmiyyətidir”26.

Keçən  əsrdə  Avropada  millət  deyiləndə  nə  isə  yeni  bir 

cəmiyyətin,  insan  birliyinin  meydana gəldiyini  başa düşürdülər. 

Millət  latın  dilində  “nationalen”  istilahı  ilə  işlədilmişdir  ki,  bu 

da dağılma, yenidən qurulma kimi başa düşülürdü.

Adam  Smit  və  Con  Stüartın  əsərlərində  millət  bir  iqtisadi 

kateqoriya  kimi  nəzərdən  keçirilirdi27.  Yəni  millət  iqtisadi 

əməkdaşlıq münasibətlərində birləşmiş insan qruplarıdır.

Yaxud  elə  keçən  əsrdə  bəziləri  “millət”  adı  altında  yuxarı 

təbəqəni, hakim elitanı nəzərdə tuturdular.

Əsrin  əvvəllərində  mövcud  olmuş  müxtəli'  sosialist 

nəzəriyyələr,  xüsusən  psixoloji  coğrafi  cərəyan  adlanan 

konsepsiya  tərəfdarları  milləti  eyni  peşəyə  və  eyni  şüurlu 

xüsusiyyətlərə  malik  olan  adamların  toplusu  kimi  nəzərdə 

tuturdu.

Azərbaycan  alimlərindən  Ə.Tağıyevin  və  M.Şükürovun 

yazdığına  görə  millət  eyni  cür  düşünən,  eyni  cür  hərəkət  edən 

fərdlərin  birliyidir28 *

 5

2

.  Onlar  dil  birliyini  əsas  saymırh.r.  Çünki 



onun  tarixi  əsası  vardır.  Yəhudilər  illərlə  müxtəlif  ölkələrə 

dağılmış  və  içərisində  yaşadıqları  adamların  dillərini  qəbul



İb ra h im  A ğayev

__________________________________________________________



25 Göyaip Z.  Türkçülüyün əsaslan.  Bakı:  Maarif,  1991, s.  2S

26 Tağıyev Ə.M.  Etnik siyasət.  Bakı:  İnam  plüralizm  mərkə. i,  1997.  s.  12.

27  Yenə orada, s.  13.

2K Tağıyev Ə.M., Şükürov M.A.  Elnopolitologiya.  Bakı:  E m,  2000, s.  114.

2 2

etmişlər.  Ona  görə də bugünkü  İsrail əhalisinin cəmi  5%-nin dili 

ivrit dilidir29.

Bir  sıra  Qərb  alimləri  coğrafi  amilləri  ön  sıraya  çəkirlər. 

Məsələn,  Ş.Monteskyeyə  və  C.Lokka  görə  vahid  coğrafi  amil 

kimi  bir  ərazidə  yaşayan  adamlar  bir  millət  kimi  qəbul 

edilməlidir30.  Başqa  bir  qrup  alimlər  isə  dil  amilini  əsas 

götürürdülər.

Nortron  belə hesab edirdi ki, millət -  millət olmaq qərarına 

gəldikdən  sonra  meydana  gəlir31.  Makiavelli  və  digərləri 

millətin  yaranması  üçün  birinci  şərt  kimi  dövlətin  yaranmasım 

irəli  sürürdülər.  Yəni  dövlət  milləti  təşkil  edir,  millət  dövləti 

təşkil etmir.  Bu müddəada müəyyən həqiqətlər də var.  Məsələn, 

ougünkü  Amerikan  millətinin  formalaşmasında  Amerika 

dövlətinin  rolu əsas olmuşdur.  Yəni bu ölkədə yaşayan müxtəlif 

millət  və  xalqlar  vahid  dövlət  birliyi  ideyaları  zəmini  üzərində 

birləşmişlər.  Ən  nəhayət,  marksizm  bu  təriflərin  əksəriyyətini 

ümumiləşdirərək  belə  bir  nəticəyə  gəlmişdir  ki,  millət  insanların 

sabit  birliyi  olub,  vahid  dilə  və  iqtisadi  həyat  birliyinə  malik 

olan  coğrafi  ərazi  birliyi  və  mədəni,  psixoloji  ümumilik 

zəminində formalaşmış insan qruplarıdır32.

Qərb 


alimlərinin 

çoxu 


marksizmin 

bu 


sahədəki 

məhdudluğunu  onda  görürlər  ki,  onlar  vahid  coğrafi  ərazini  və 

iqtisadi  həyat  birliyini  əsas  amil  kimi  qəbul  edirdilər.  Yəni

________________________



M üasir şəraitdə Azərbaycanda m illi-etnik proseslər

24Tağıyev Ə.M., Şükürov  M.A.  Elnopolitologiya.  Bakı:  Elm,  2000, s.  115.

111 Demokratiya:  Gediləsi  uzun  bir yol.  Antologiya.  / Tərtib  edən  H.Hacıza­

də.  İctimai  və  siyasi  araşdırmalar  mərkəzi,  Bakı:  «Azərbaycan»,  2001, 

s. 134.

21 Tağıyev Ə.M.  Etnik siyasət.  Bakı:  İnam  plüralizm  mərkəzi,  1997.  s.l 1

52 Yenə orada, s.10.

\



millət  bu əsaslara görə millət  hesab olunur33.

Xalqın  tədricən  millətə  çevrilməsi  prosesi  kapitalizmin 

meydana  gəlməsi,  onun  inkişaf  mərhələsinə  keçilməsi  ilə 

əlaqədardır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  bu  zaman  xalqı 

millət  kimi  formalaşdıran  mühüm  amillərin  hər  birinin 

özünəməxsus  rolu  aydın  nəzərə  çarpır.  Belə  ki,  ümumi  ərazi, 

ümumi dil,  ümumi mədəniyyət,  ümumi iqtisadi  və mənəvi həyat 

birliyi  milləti  birləşdirən,  mahiyyətini  özündə  əks  etdirən 

mühüm əlamətlərdir.

Qeyd etmək  lazımdır ki, ayrı-ayrı  millətlərin  inkişaf yolları, 

meydana  gəlməsi,  siyasi-mənəvi  prosesləri  müxtəlif  forma  və 

mərhələlərdə  özünü  büruzə  verə  bilər.  Şübhəsiz ki,  bu  proseslər 

arasında  müəyyən  fərqlərin  olması  da  təbii  haldır.  Məsələn, 

azərbaycanlıların,  yaxud  ukraynahların  bir  millət  halında  for­

malaşmaları arasında  müəyyən  fərqli cəhətlər vardır.

Mədəni  cəhətlərinin  ümumiliyi  və  şüur  birliyi  baxımdan  öz 

genezisinə  görə  fərqlənən  əhali  birliyi  metaetnik  birlik  hesab 

olunur.  Genetik  cəhətdən,  dil  baxımından  və  yaxud  mədəni  ya­

xınlıq  nəticəsində  oxşarlıq  qazanan  və  seçilən  bu  birliklərin  də 

öz  səciyyəsi  vardır.  Məsələn,  Latın  Amerikası  xalqlarını  dil, 

mədəni  yaxınlıq  və  s.  xüsusiyyətlər  birləşdirir.  Şimali  Qafqaz 

xalqları  uzun  müddət  vahid  etnoqrafik  bölgədə  yaşayan  və  ta­

rixən qarşılıqlı mədəni əlaqələr nəticəsində formalaşan birlikdir1. 

Baltikyanı  respublikaların  əhalisi  dil  baxımından  fərqlənsələr 

də,  ümumi  mədəni  və oxşar cəhətlərə malik olduqlarına görə bu

İbrah im  Ağayev

_______________________________________________________ __



33  Azərbaycan Sovet  Ensiklopediyası:  VI  c.  Bakı:  Azərnəşr,  1982, s.  564.

2 4

birliyə aid edilə bilər.  Dini və mədəni  birlik  əsasında formalaşan 

qruplar da az deyildir34.

Müxtəlif  tipli  etnik  əmələgəlmələr  arasında  tayfa,  xalq  və 

millətdən  savayı  iri  və  inkişaf etmiş  ölkələrdə  çoxdan  məskun­

laşmış  mühacirlər  və  ələlxüsus  onların  törəmələrindən  ibarət 

keçid  etnik  qrupları  da  mövcuddur.  Belə  etnik  əmələgəlmələr 

kütləvi  mühacirət  ölkələri,  ilk  növbədə,  ABŞ,  Kanada,  Avstra­

liya üçün səciyyəvidir35.

Etnosun  mahiyyətində  diqqəti  cəlb  edən  məfhumlar  ara­

sında  etnik  azlıq,  milli  azlıq,  yaxud  azsaylı  xalq  anlayışlarının 

olmasıdır.  Cəmiyyətin  həyatında  onların  hər  birinin  özünəməx­

sus yeri və rolu  var.  Professor V.Arzumanlı yazır ki, milli azlıq­

lar  dedikdə  bu  və  ya  başqa  ölkədə,  dövlətdə,  respublikada  ya­

şayan,  ölkəııin,  dövlətin,  respublikanın  əhalisinin  çoxunu  təşkil 

edən millətdən  sonra azlıqda qalan  hissə nəzərdə tutulur.  Məsə­

lən,  əgər  Rusiyada,  Ukraynada,  Belorusiyada,  Gürcüstanda, 

Qazaxıstanda  yaşayan  azərbaycanlılar  bu  ölkələrdə  milli  azlıq 

hesab  edilirlərsə,  Azərbaycan  Respublikasında  yaşayan  ruslar, 

ukraynalılar,  beloruslar,  gürcülər  Azərbaycanda  yaşayan  milli 

azlıqlar hesab olunurlar36.

Çoxmillətli  respublikamızda  milli  azlıqlarla  yanaşı  azsaylı 

xalqlar  da  yaşayırlar.  Bu  xalqlar  özlərini  daim  haqlı  olaraq  bu 

ölkənin  yerli əhalisi hesab edir, daha sıx yaşamağa üstünlük ve­

rirlər.  Belə  xalqlar  azsaylı  xalq  kimi  tanınır.  Məsələn,  Azərbay­

34 Dünya xalqları.  Tarixi-etnoqrafik ensiklopedik məlumat  kitabı / R.H.Zey- 

nalovanın  redaktəsi  ilə.  Bakı:  «Azərbaycan  ensiklopediyası»  NPB.  1998, 

s.8.

35 Yenə orada, s.10.

36  Cavadov  Q.C.  Azərbaycanın  azsaylı  xalqları  və  milli  azlıqları  (Tarix  və 

Müasirlik),  Bakı:  Elm,  2000, s.9.

________________________



M üasir şəraitdə Azerbaycanda  m illi-etnik proseslər

25



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə