Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   2   3   4   5   6   7   8   9   ...   43

İbrahim Ağayev

rejimi  şəraitində  millətlərarası  münasibətlər  sahəsində  real 

vəziyyəti, 

buraxılmış 

qüsurları 

təhlil 


etmiş, 

xüsusilə 

müstəqilliyimizin  əldə  olunması  ərəfəsində  ölkəmizdə  bu 

istiqamətdə  görülən  işlərdən  bəhs  etmişdir.  Müəllif  bu 

problemin  təhlilində  maraqlı  və  respublikamızda  həyata 

keçirilməsi vacib olan nəticələrə gəlmişdir6.

Professor  R.Mehdiyevin 

«XX 


yüzilliyin 

sonlarında

millətlərarası  münasibətlər:  nəzəriyyə  və  siyasət  problemləri» 

monoqrafiyası  da  mövzunun  işlənməsi  baxımından  böyük 

maraq  doğurur.  Kitabda  postsovet məkanında  milii  sahədə  baş 

verən  hadisələrlə  əlaqədar  olaraq  millətlərarası  münasibətlərin 

nəzəriyyə və siyasət məsələləri nəzərdən keçirilmişdir7

Akademik  Ə.Daşdəmirovun  2001-ci  ildə  nəşr  etdirdiyi 

«Milli  ideya və etniklik»  monoqrafiyası da  həmçinin  mövzunun 

tədqiqi  baxımından  böyük  maraq  doğurur.  Bu  t)dqiqatın 

əhəmiyyəti  ondadır  ki,  müəllif 80-ci  illərin  sonu  və  90  cı  illərin 

əvvəllərində  Azərbaycanda  baş  verən  ictimai-siyasi  h  disələri 

məhz etnosiyasi  mövqedən  təhlil etmişdir.  Burada  milli  ideya  və 

milli-etnik  proseslərin  qarşılıqlı  təsiri  məsələsinə  geniş  yer 

verilmişdir8.

Milli  siyasət,  millətlərarası  münasibətlər,  eləcə  də etnosiyasi 

proseslərin  tədqiqində  fəlsəfə  elmləri  doktoru,  processor 

Əlikram  Tağıyevin  də  əsərləri  maraq  doğurur.  Onun  «Etnik 

siyasət»  adlı  kitabında  etnoslar  və  millətlər,  etnonilli

<>  Мехтиев  P.A.  Межнациональные  отношения:  Анализ  проблем  и  по  ск 

решений.  Баку:  Азернешр,  1992,  260с.

7  Мехтиев  Р.А.  Межнациональные отношения  на  исходе  XX  столетия:  пр >• 

блемы теории  и  политики.Баку:  Азернешр,  1995,222 с.

*  Дашдамиров  А.Ф.  Национальная  идея  и  этничность.  Баку:  Азернеиц 

2001,  154 с.

1 0

I

problemlər,  etnik  konfliktlər  və  onların  aradan  qaldırılması 



yolları  haqqında  söhbət  açılır.  Təəssüf  ki,  müəllif  bu 

problemləri  ümumi  nəzəri  şəkildə  təhlil  edir,  Azərbaycan 

gerçəkliyi  şəraitində  etnik  proseslərin  araşdırılmasını  qarşısına 

məqsəd qoymur9.

Professor  Ə.M.Tağıyevin  «Milli  ideya  və  milli  ideologiya: 

problemlər  və  onların  şərhi»  adlı  monoqrafiyasında  isə 

ideologiya  anlayışı,  milli  ideya  problemi,  milli  hərəkatlar  və 

onların  genezisi,  milli  ideya  və  onun  aprobasiyası  və  s. 

məsələlərlə  yanaşı  etnoslararası  münasibətlərin  xarakterinin 

təhlilinə də müəyyən yer ayrılmışdır10.

Mövzunun  tədqiqi  baxımından  prof. 

Ə.M.Tağıyevin 

M.A.Şükürovla  birgə  yazdıqları  «İki  əsrin  qovşağında 

Azərbaycan: 

milli 

və 


millətlərarası 

problemlərin 

həlli

yollarında»  monoqrafiyasını  da  qeyd  etməliyik.  Burada  milli- 



etnik  ziddiyyətlərin  qlobal  və  regional  aspektləri  və  s. 

problemlər  nəzərdən  keçirilmiş,  etnik  millətin  siyasi  millətə 

doğru inkişafı  xüsusiyyətləri tədqiq olunmuşdur11.

Təqdim 


olunan 

monoqrafiyanın 

tədqiqat 

obyekti 


baxımından  N.F.Şirinovanın  yazdığı  «Etnik  birliklər və onların 

sosial  fəlsəfi  təhlili»  adlı  namizədlik  dissertasiyası  da  az  maraq 

doğurmur.  Burada müəllif milli-etnik birliklərin hüquqi dövlətə 

və  vətəndaş  cəmiyyətinə  keçid  mərhələsində  sosial  inkişaf 

problemlərindən, 

polietnik 

cəmiyyətdə 

və 


cümlədən


________________________

M üasir şəraitdə Azerbaycanda m illi-e tn ik  pro sesi ar

7Tağıyev Ə.M.  Etnik  siyasət.  Bakı:  İnam  plüralizm mərkəzi,  1997,  28 s.

'“Tağıyev Ə.M.  Milli  ideya  və  milli ideologiya.  Bakı: Təbib, 2000.

11  Tağıyev  Ə.M..Şükürov  M.A.  İki  əsrin  qovşağında  Azərbaycan:  milli  və 

millətlərarası  problemlərin  həlli  yollarında.  Bakı:  «Adiloğlu»  nəşriyvaiı. 

2004,  194 s.

11


Azərbaycan  gerçəkliyi  şəraitində  onların  yeri  və  rolu  haqqında 

söhbət açır13.

Göründüyü 

kimi, 


tədqiqat 

problemi 

qeyd 

olunan 


aspektlərdən 

öyrənilsə 

də, 

bütövlükdə 



bu 

mövzu 


respublikamızda 

xüsusi 


qaydada 

tədqiq 


olunmamışdır. 

Azərbaycan  alimləri  tərəfindən  bu  mövzu  tam  halında 

işlənilməmiş, onun  bəzi  tərəfləri  tədqiq olunmuşdur.

Şübhəsiz  ki,  bütövlükdə  belə  bir  problemin  kompleks 

şəkildə  tədqiqi,  elmi-nəzəri  baxımdan  araşdırılması  bir 

monoqrafiyanın  imkanı  xaricindədir.  Ölkəmizin  müstəqil 

dövlət  kimi  formalaşması,  demokratik  hüquqi  dövlət  və 

vətəndaş  cəmiyyətinin  yaradılması  sahəsində  qazandığımız 

mühüm  nailiyyətlər  bir  daha  Azərbaycan  tədqiqatçılarından 

tələb  edir  ki,  müasir  şəraitdə  respublikamızda  milli-etnik 

proseslərin öyrənilməsinə öz diqqətlərini daha da artırsınlar.

Monoqrafiyada  qarşıya  qoyulan  əsas  məqsəd  müasir 

Azərbaycan  cəmiyyətində  milli-etnik  proseslərin  xüsusiy­

yətlərinin,  milli  azlıqların  və  azsaylı  xalqların  inkişafının  sosial 

dinamikasının,  bu  proseslərin  tənzimlənməsinin  siyasi-hüquqi 

aspektlərinin  tədqiq  edilməsindən  ibarətdir.  Bunun  üçün

aşağıdakı  vəzifələr  irəli sürülmüşdür:

- etnosiyasi proseslərin  mahiyyətinin öyrənilməsi;

-  müasir  Azərbaycan  cəmiyyətində  baş  verən  etnosiyasi 

proseslərin əsas mahiyyətinin  və məzmununun  təhlili;

-  Azərbaycan  Respublikasında  yaşayan  azsaylı  xalqların, 

milli  azlıqların  və  etnik  qrupların  sosial-siyasi  inkişaf 

dinamikasının öyrənilməsi;

İb ra h im  A ğayev

__________________________________________________________



12 Şirinova  N .F.  Etnik  birliklər  və onıııı sosial-fəlsəfi  təhlili.  Namizədlik  dis­

sertasiyasının  avtoreferatı.  Bakı, 2002, 32 s.

1 2

Müa s ir şeraltda AzərbaycanHa m illi-e tn ik  n m « * * ı* r

-

  müasir etnosiyasi proseslərin  əsas xüsusiyyətləri və inkişaf 

meyllərinin aşkara çıxarılması;

-  milli-etnik  proseslərin  tənzimlənməsinin  siyasi-hüquqi  as­

pektlərinin  tədqiqi və bu sahədə aparılan dövlət siyasətinin əsas 

istiqamətlərinin araşdırılması;

-  milli-etnik proseslərdə münaqişəli  vəziyyətlərin  və  onların 

aradan qaldırılması yollarının müəyyən edilməsi;

-  milli-etnik  problemlərin  həllində  milli  dövlətçilik  ide­

yasının rolunun öyrənilməsi.

Mövzunun  işlənməsi  prosesində  Azərbaycan  Respub­

likasının  Konstitusiyası,  xalqımızın  ümummilli  lideri  Heydər 

Əliyevin 

çıxış 


və 

nitqləri, 

Azərbaycan 

Respublikası 

Prezidentinin  apardığı  danışıqların  materialları,  sərəncam  və 

fərmanları,  Azərbaycan  hökumətinin  və  Milli  Məclisin 

qərarları,  Respublika  və  beynəlxalq  elmi  konfransların 

materialları,  görkəmli  alimlərin  tədqiqat  problemi  ilə  bağlı 

əsərləri elmi-nəzəri mənbə rolunu oynamışdır.

Məlum  olduğu  kimi,  respublikamızda  elmi  ədəbiyyatda  bu 

mövzu  kompleks  şəkildə  işlənməmiş,  yaxud  tədqiqat  obyekti 

olmamışdır.  Bu  baxımdan  monoqrafiyanın  elmi  yeniliyi 

aşağıdakılardan ibarətdir:

-  ilk  dəfə  olaraq  bu  mövzu  elmi-nəzəri  mənbəşünaslıq 

əsasında təhlil edilmişdir;

-  tədqiqat  problemi  respublikada  baş  verən  etnosiyasi 

proseslərin  fonunda  öyrənilərək,  dünya  miqyasında  gedən 

demokratikləşmə  və  qloballaşma  prosesləri  ilə  birlikdə 

tədqiqata cəlb olunmuşdur;

-  Azərbaycanda  milli-etnik  proseslərin  inkişafına  təsir 

göstərən  mühüm  amillərin  öyrənilməsinə  kompleks  şəkildə

13



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə