Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə59/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   55   56   57   58   59   60   61   62   ...   135

Özin alçaq dutan, axır olur sultanı dünyanun.

Qol atma, sərkeş olma, fəxr qılma təxti-Cəmşidə,

Hanı, viran olub bayqunişin mülki Süleymanun.

Həzər qıl, bərqi-aləmsuzdür məzlumlər ahi,

Deyüb başdan-əyağə, baxgilə, ayatı Qur`anun.

Yüzüvə sili kim ursa, yüzün dut bir də kim, vursun,

Qəbul etməz, nə çarə eyləmək, qoy, Məsihanun.

Fəğan çək, Saqiba, qəflət yuxusi bəsdür İslamə,

Ayılmaz xabi-qəflətdən, budur təklifi nadanun.

* * *


 

Nə oldı bəs mənilə etdün əhdi-peymanun,

Tökülməsün yüzüvə zülfi-ənbərəfşanun.

Dedün ki, şanə dəxi vırmaram bu giysuyə,

Vıranda tab eləməz ol dili-pərişanun.

Dağıtmasun yüzüvə telbətel, pərişandur,

Odur ki, yatmayur heç fitnəsi bu dövranun.

Deyürlə xəlq, həmağuşəm hər nəfəs sənlə,

Nəsibdür mana tə`ni-rəqib, hicranun.

Sana bir künci-qəfəs bəsdür, bağrıqan bülbül,

Solub nə ahü fəğandur, güli gülistanun.

Əmanətün yükinə tab etmədi əflak,

Qəbul eyləmədi, tabı vardur insanun.

Sorardı Leylini Məcnun əlində can nəqdi,

Başında quşlərə lanə, əsiri Leylanun.

Təməllüq etməgilən çərxi-duni-bədmehrə,

Ye, xuni-dil sana bəsdür, yox onda dərmanun.

Çəkərdi kim bu yüki olmaseydi gər Məcnun,

Necə mən olmaram, ey sərvnaz, qurbanun.

Sınıq piyaləyə bir qətrə badə almam,

274



Əgər verülsə mana kişvəri Süleymanun.

Əlün yetişməyəcək heç daməni-vəslə,

Fəraq bəs sana, Saqib, çıxınca bu canun.

* * *


O gündən kəşfi-rüxsar eylədün, mən oldum heyranun,

Vəli, etmiş pərişan könlümi zülfi-pərişanun.

Məlamət etməsün heç kim sana mən dinü dil verdüm,

Məni biixtiyar etmiş sənün bu çeşmi-fəttanun.

Nigara, girmə bağə, etməsün qan qönçələr bağrın,

Dəxi qan eyləmiş bağrım mənim ol lə`li-xəndanun.

Şəbi-hicranara bu əşkim damənim dutmış,

Qiyamət göstərür, ey səngdil, bu leyli-hicranun.

Qəmi-hicranun ilə başə gəldi ruzigarım kim,

Gözümdə məskən etmiş, çarə yoxdur, qanlu peykanun.

Dedim, ey dil, nigarun navəkilə rubəru durma,

Qan olmış, parə-parə olmısan axır itər qanun.

Mənə təklif qılma, zahid, ol Kə`bə mehrabın,

İbadətgah lazım ola, var əbrusi cananun.

Cigər qanilə, ey dil, qıl qənaət, şahə baş əgmə,

Əyağə düşmişəm, neylüm, qararsun yüzi dövranun.

Əman, Saqib, inanma heç kimə, izhari-dərd etmə,

Fəqirə rəhm qıl, göz yağı ver, ya vergilə canun.

* * *

 

Bükdi qədimi Qaf tək əbruyi-kəmanun,



Düşdim oda, yandırdı rüxi-laləfəşanun.

Qiymət verülüb Yusifə gər Misr bəhasi,

Quldur sana Yusif gözəlisən bu cəhanun.

Sən eylə gözəlsən, sana dil verməmək olmaz,

275



Aramisən, ey mahliqa, pirü cəvanun.

Yox güldə təravət, əzilüb xar əyağında,

Bülbül, dəxi bifaidədür ahü fəğanun.

Oxlanmısan, ey dil, o məhün qəmzə oxından.

Çox ahü fəğan etməgilən, çıxdı zəbanun.

Çox etmə şikayət şəbi-hicran ələmindən,

Azad olursan o zəman kim, çıxa canun.

Məscid yolunı vəqf elədim zahidə, Saqib,

Dut guşeyi-meyxanə, odur darül-əmanun.

* * *


 

Firqətündə tökərəm göz yaşı Ceyhun-Ceyhun,

Yanar əhvalıma Fərhad ilə Məcnun, Məcnun.

Bisütun dağı gətürməz qəmə taqət-taqət,

Tökülüb üstümə möhnət yüki hamun-hamun.

İstəyüm çarəni mən dərdimə kimdən-kimdən,

Vırar hər ləhzə mana qəm oxı şəbxun-şəbxun.

Vay əlündən sənün, ey atəşi-hicran-hicran,

Şəm`tək yandı, dutuşdı oda kanun-kanun.

Daği Fərhad yıxub eylədi viran-viran,

Zərrəsin yıxmadı dövləti-Qarun-Qarun.

Qəmi-hicranə əlac etmədi badə-badə,

Sənsiz içdim dəri-meyxanədə peymun-peymun.

Şəm`vəş hicrdə yandı oda könlüm, könlüm,

Olmayeydi sana hərgiz belə məftun-məftun.

Sorar əğyar ləbündən genə şirin-şirin,

Yandı həsrət odına bu dili-məhzun, məhzun.

İnqilabun odı şiddətlənür hər gün, hər gün,

Olmasa birlik ilə, ədl ilə qanun, qanun.

Eşqi-mə`şuqəyə meyl eyləmə, Saqib-Saqib,

276



Qorx o gündən sana zahid deyə məl`un-məl`un.

* * *


Təxmir olundı qənd ilə, cana, məgər ləbün,

Sındırdı qiyməti-şəkkəri bu şəkkər ləbün.

Dövrü bəründə həlqələnüb zülfi-pürxəmün,

Əfsunsuz, təəccübəm, əf`i dutar ləbün.

Sormaq mana məhaldür, əğyar görməsün,

Ta hər nəfəs içirdməsə xuni-cigər ləbün.

Abi-həyat çeşməsinə meyl eyləməz,

Xızrun həyatıni tapar, hər kim əmər ləbün.

Tə`lim etdi mö`cizi İsabni Məryəmə(ə),

Göftar edəndə mö`cizə izhar edər ləbün.

Heyrətdə qoydı bülbüli şirin təkəllümün,

Lal etdi tuti nitqini, ey simbər, ləbün.

Qarun xəzinəsinə təfaxür çox etməsün,

Gövhərfəşanlıq etmədədür bəxtəvər ləbün.

Sağər öpəndə ləblərüvi qan olur könül,

Qoyma şərabi meyl edə şamü səhər ləbün.

Künci-səbudə bəhsin edir bu dodağuvun,

Gülçöhrə saqilə genə mey içər ləbün.

Yadi-ləbünlə meyi salmış əyağinə,

Meyxanəyə məni o səbəbdən çəkər ləbün.

Saqib bu bəhsdən elədi badə tövbəsin,

Bağrın odur ki, qan eləyür lə`li-tər ləbün.

* * *

Haci gedür ziyarəti-Beytül-həram içün,



Meyxanəni təvaf edərəm mən də cam içün.

Zahid, qulaq verən degüləm vəsfi-cənnətə,

277



Gəl, bu duanı, get oxı, napüxtə xam içün.

Meyxanə pirinə eləsəm sərfiru, nola,

Tə`zim edərlər xəlq gələndə imam içün.

Verrəm girov kim istəsə mehrabü minbəri,

Səccadəni, əziz meyi-lə`lfam içün.

Hər niknamlıq mana eşqün yolundadur,

Çoxlar verüb özin ölümə nik nam içün.

Bazari-hüsn içində düşər xəlq heyrətə,

Ey mahvəş, sən əzm eləyəndə xuram içün.

Nəzzarəsinə qaşlarınun xəlq cəm` olub,

El, rəsmdür, baxar məhi-eydi-siyam içün.

Qan tökməgi bu navəki-müjganlarun sənün,

Rumın sipahi tək düzülübdür nizam içün.

Dil saxlamadı həq sözi, Saqib, sən hər zəman,

Bəslənməyüb qılınc otursun niyam içün.

* * *


   

Zahid durar qiyamə rüku`i-qiyam içün,

Durram qiyamə mən bu qədi xoşxuram içün.

Durmuş nizamə navəki-müjganlarun sənün,

Bir-bir gözün fərib verüb qətli-am içün.

Xalü xətündən aslıdur, ey məh, gözəlligün,

Gör, var nə rütbə bircə bu qarə qulam içün.

Barmaqla əgri qaşlaruvı xəlq göstərür,

Mahi-siyamə gəlməyə bir də siyam içün.

Sərraf görməyüb bu gümüş tək biləklərün,

Görseydi gəzməz idi dəxi simi-xam içün.

Gər xəlq versə daneyi-əngurdən zəkat,

Mən vəqf elədim bu meyi-lə`lfam içün.

Saqib ölincə tərk eləməz ahü naləni,

278



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə