TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
Ç.Qaraşarlı yazır ki, hindavropaşünaslar bəzən bir çox
dil ail
ələrinin qədim qohumluğundan qaynaqlanan nostratik
elementl
əri yanlış olaraq, hind-Avropa dillərinin qohumlu-
ğunu sübut edən leksemlər kimi qəbul etmişlər. Onun
fikrinc
ə, vak, văk, wak (“danışmaq, çağırmaq, söz, səs”) və
q
ədim türk dilindəki ok (“səs”), okı (“çağırmaq”) ümumi
nostratik kökd
ən qaynaqlanan sözlər olub, Avrasiya xalq-
larının daha qədim qohumluğunu – ayrı-ayrı dil ailələrinin
qohum
luğunu əks etdirir (43, 15). Müqayisə edək: urar.
kuqu “yaz
maq” (АСУЯ, 168), qəd.mon. uqa “başa düş-
m
ək” (КП, 158), sansk. uuh “başa düşmək”, ev. xupku “ba-
şa düşmək, oxumaq”, mon. uxa “başa düşmək” (ЭСТув.Я,
I, 34). XII
əsrə aid Ə.Yuknəkinin “Atəbətül həqayiq” əsə-
rind
ə ukuş sözü “ağıl, anlayış” mənasındadır: ukuş huş yiti-
tip sözümni anqa
“Ağıl və diqqətini toplayıb sözümü anla-
mağa çalış” (AH, 42). Müasir başqırd dilində işlənən üqə-
“fikirl
əşmək” sözünün mənşəyi bu köklə bağlıdır.
*Or “yer”: Türk dill
ərində qədim söz yuvalarından
biri d
ə or “yer” köküdür. Müasir türk dillərində bir çox sa-
d
ə hesab edilən sözlərin tərkibində bu qədim kök morfemin
izl
ərini görmək mümkündür.
Monqol dilinin daqur l
əhcəsində həmin söz həm or
for
masını, həm də ilkin “yer” anlamını mühafizə edə bil-
mişdir (235, 89). Türkologiyada ilk dəfə ar // or “yer”
kökünd
ən A.Vamberi bəhs etmişdir. O, türk dillərindəki
ara, orta, aral “göl” sözl
ərinin bu kökdən təşəkkül tapdığı-
nı göstərmişdir (EWTTS, 17). Ancaq aral “göl” sözünün
m
ənşəyi *ar “su” kökü ilə bağlıdır.
Az
ərbaycan dilçiliyində F.Ağasıoğlunun (5, 229-232)
v
ə B.Xəlilovun (32, 54) etimoloji araşdırmalarında proto ar
203
BABA MƏHƏRRƏMLİ
// ur
“yer” morfeminin tarixi inkişafından bəhs edilmişdir.
F.Ağasıoğlu ar morfeminin allomorflarının üç semantika
üzr
ə inkişaf etdiyini göstərir: hərəkət-ayrılma, insan, tanrı,
yer-m
əkan. O, bu kökdən intişar edən yer-məkan anlamlı
kökl
ərə aşağıdakı derivatları aid edir: orta, ara, arxa, or-
man, arx, arıx, arpa, Ağrı // Arğı dağı (5, 229-232). Fik-
rimizc
ə, arx sözü *ar “su” kök morfemi ilə əlaqədardır.
Müasir Az
ərbaycan dilində işlənən aran, ard, ora,
sözl
əri də bu qədim kökün reliktini qoruyub saxlayır. Türk
dill
ərinin mənsub olduğu Ural-Altay dillərinə, həm də digər
dil ail
ələrinə nəzər saldıqda həmin kökün izini onlarla söz-
d
ə görmək mümkündür.
Or
kökünün derivatları: qəd.türk. ornak “yer, mahal”
(64, 402), yak.dial. orqul “yüks
əklik, hündür yer” (DСЯЯ,
188), oruu “yu
xarı” (DСЯЯ, 189), soy. oran “ölkə”
(VEEWT, 365), krım. orın “yer, mənzil” (Kыр.РС, 159),
Sib.tat.dial. oro “çu
xur” (СДСТ, 161), yak. oroy “zirvə”,
(ЭСТЯ, I, 473-474), xak., saq.dial. ora “kartof saxlamaq
üçün qazılmış çuxur, quyu” (VEEWT, 364). Orta əsrlərə
aid cağatay lüğəti “Abuşka”da orun // orn sözü “yer”
anlamında verilmişdir (Abus., 23).
Qeyri-türk dill
ərində derivatları: kor. orom // oram
“dağ” (ОСНЯ, I, IX), qəd.mon. oran “yer” (КП, 154),
manc. oron
“boş yer” (Maн.РС, 132), manc. oron “boş yer”
(Maн.РС, 132). XII əsrə aid Ə.Yəsəvinin “Divani-hikmət”
əsərində orun sözü “yer, məskən” anlamındadır (ƏY, 124):
Yaş ornığa kanın töküp yüzni boyar,
Ham
dın aytıp şeytan ləin kaçar, dostlar (ƏY, 46).
204
TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
Əski türk yazılı abidələrində orun “yer, məskən, mə-
h
əllə, taxt” mənalarında işlənmişdir: orun nağ “yer, taxt”,
yığışlığ orun “qurbangah”, orun töşək “yataq yeri”, yer
orun “ölk
ə, diyar”, kara orun “qara yer, qəbir, məzar”
(QTAS, 79). Çağdaş xakas və çuvaş dillərində or- feili
“qazmaq” anla
mındadır. Həmin fakt da or // ur kökünün
sinkretikliyini göst
ərir. Qədim türk dilində oruk “yol” sözü
işlənmişdir (86, 289). Müqayisə edək: mon. oru- “bir yerə
getm
ək” (MTS, II, 968).
Qıpçaq qrupu türk dillərinin leksikası üçün səciyyəvi
olan orman
“meşə” sözünün kökü də or // ur “yer” kök
morfemi il
ə bağlıdır. G.J.Ramstedt orman sözünün or // ur
“dağ, təpə” kökündən yarandığını ehtimal edir (ЭСТЯ, I,
473). A.T.Kaydarov da
orman, orın sözlərinin * or kökün-
d
ən təşəkkül tapdığını qeyd edir, lakin ilkin mənanın nə ol-
du
ğunu göstərmir (171, 256). Türk dillərində orman sözü
aşağıdakı mənalardadır: çuv. “kənd, tala, meşədə ağacsız
yer”, qu
m., tat., qaz., noq. “meşə” (ЭСТЯ, I, 473). Türk dil-
l
ərində olduğu kimi, monqol dillərində də oron “yer” məna-
sındadır. S.Y.Malov uyğur dilinin Hami ləhcəsində orna-
feilinin “yerini d
əyişmək” mənalarında işləndiyini qeyd edir
(199, 172). Dünya dill
ərində bu söz yuvasından yaranmış
ar // or // ur kökünü özünd
ə ehtiva edən “yer-məkan” an-
lamlı, tarixi baxımdan düzəltmə sözlər kifayət qədərdir. Bu
kök yuva
sından ur // ar // er // ər // ir allomorflarının şaxə-
l
ənməsi nəticəsində yeni semantikalı sözlər yaranmışdır
Ar allomorfu: Bu allomorf öz müst
əqilliyini bəzi dillər-
d
ə mühafizə edə bilmişdir: mon. ar “arxa tərəf, arxa” (MРС,
40), kalm. ar “arxa t
ərəf, şimal tərəf, şimal” (Kaл.РС, 46).
H
əmin kökün türk dillərində derivatları aşağıdakılar-
205
Dostları ilə paylaş: |