|
Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu
- 110 -
Ustad ədəbiyyatşünas və tanınmış ictimai xadim, millət vəkili, akademik İsa
Həbibbəylinin adı təkcə Azərbaycanda deyil, yaxın və uzaq ellərdə böyük
hörmət və ehtiramla çəkilir. Onun səsi tez-tez Bakı, Peterburq, Moskva,
Yasnaya Polyana, Ufa, Bağdad, Kərbəla, Tehran, Təbriz, Kazan, Ankara,
İstanbul, Tbilisi, Fransa, İngiltərə torpaqlarında keçirilən simpozium,
konqres və başqa elmi toplantılardan, Azərbaycan həqiqətlərini dünyaya car edən beynəlxalq təd-
birlərdən gəlir. Akademik İsa Həbibbəyli bütün bu nüfuzlu tribunalarda öz xalqının zəngin
mədəniyyəti, ədəbiyyatı, tarixi, mədəni və maddi irsindən, Qarabağda tapdalanmış hüquqlarımız-
dan böyük cəsarət və təmkinlə söz açır, Azərbaycan xalqını ləyaqətlə təmsil edir... Geniş
erudisiyaya, zəngin dünyagörüşə və elmi-nəzəri biliyə malik olan İsa Həbibbəyli sonrakı illərdəki
tədqiqatlarında müasirlik ənənlərini əsas tutaraq bir-birinin ardınca yazdığı əsərlərlə
ədəbiyyatşünaslığa gətirdiyi yeni nəzəri mülahizələr, baxışlar və fərqli yanaşmaları ilə özünə böyük
nüfuz qazandı.
Azad Nəbiyev
AMEA-nın müxbir üzvü
- 111 -
İsa Əkbər oğlu Həbibbəyli. Bu ad çox şey deyir, əslində hər şey deyir. Bu ad
və onun sahibi hər bir tituldan yuxarıda durur. Ad mənasında, tarix bizə çox
nümunələr göstərir. Cəmiyyətdəki, insanlar arasındakı şəxsi mövqelərinə
görə vəzifəsindən, dərəcəsindən, elmi adından yüksəkdə duran insanların
adlarının qabağında heç bir təyin işlədilmir... İsa Həbibbəyli Azərbaycan
elminə, Azərbaycan filologiyasına yeni nəfəs gətirən böyük alimdir; bugünkü
ədəbiyyatşünaslıq elmimizə istiqamət verən tədqiqatçıdır... Azərbaycan xalqının dahi oğlu,
Ümummilli liderimiz Heydər Əliyev İsa Həbibbəyliyə böyük etimad göstərirdi. İsa Həbibbəyli
də bu etimada layiq hərəkət edir, o böyük insanın tövsiyələrini yerinə yetirməkdə davam edir.
Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən hörmətli Prezidentimiz İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan Naxçıvanda bərqərar olan böyük
quruculuq, yüksək mənəvi həyat ab-havasında yaşayıb-yaradanlar arasında İsa Həbibbəylinin də
yeri vardır...
İsa Həbibbəylinin elmi-ədəbi yaradıcılığında ədəbiyyat tarixi problemləri xüsusi yer tutur;
qədim folklor nümunələri, klassik və çağdaş ədəbiyyat, onun yaradıcıları haqqında əsərləri ədəbi
prosesə yeni elmi-nəzəri baxış kimi əhəmiyyət daşıyır... Bir çox əsərləri geniş əks-səda doğurur.
ANS Televiziyasının «Dahilərin divanı» verilişində böyük demokrat ədib Cəlil
Məmmədquluzadəyə olan haqsız münasibətə verdiyi tutarlı elmi cavab dalğa-dalğa Azərbaycana
yayıldı. Yaxud, Məhəmmədağa Şahtaxtlı haqqında aşkar etdiyi yeni sənədlər və məlumatlar, onun
onlarla əsərinin üzə çıxarılması və nəşri bu az qala unudulmuş böyük ədəbi şəxsiyyətə ikinci həyat
bəxş etmişdir...
İsa Həbibbəyli ya yeni söz deyir, ya da yeni fakt və sənədi təqdim edib açıqlayır. Məsələnin
hər iki qütbü faydalıdır. Maraqlı cəhət bundan ibarətdir ki, İsa Həbibbəyli bu qütblərin üzvü
sintezinə nail olmağı bacarır. Ona görə də sadəcə oxunan əsərlər yox, həm də qalan , yaşayan
əsərlər yarada bilir.
Yusif Seyidov
filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi
- 112 -
İndiyədək Azərbaycan ədəbiyyatşünaslığında əsasən konkret ədəbi
şəxsiyyətlərin həyat və yaradıcılığı, ayrı-ayrı əsərləri tədqiqat obyekti
seçilmiş və araşdırılmışdır. Lakin ədəbiyyatın müəyyən bir mərhələsinin
meyl və qanunauyğunluqlarının, ideya-sənətkarlıq xüsusiyyətlərinin, ədəbi
hərəkatın axtarış və ziddiyyətlərinin öyrənilməsinə təsadüfdən-təsadüfə
diqqət yetirilmişdir. İsa Əkbər oğlu Həbibovun «XX əsr Azərbaycan
romantik lirikası» adlı namizədlik dissertasiyası ayrı-ayrı ədəbi şəxsiyyətlərə
və ya bədii əsərlərə deyil, əsrin əvvəllərində meydana çıxan romantik
lirikanın bütöv mənzərəsinə, şeirin bu qolunun mövzu və ideyalar aləminə, poetik formalarına, dil
və slub xüsusiyyətlərinə həsr olunmuş ilk müstəqil tədqiqat əsəridir… İsa Əkbər oğlu Həbibov
romantizmə dair axtarışlar aparan müəlliflər içərisində birinci dəfə olaraq romantik lirikanın
janrlarını və üslublarını tədqiqata cəlb etmişdir. O, janr baxımından romantik şeirin mövcud
mənzərəsinin tutarlı elmi təhlilini vermiş, xalq-aşıq şeirindən və klassik lirikadan gələn şeir
şəkillərinin keçirdiyi təkmilləşmə prosesini düzgün izah etmişdir. Disertantın romantik şeirdəki
sonet, marş və şərqi janrları barədəki araşdırmaları isə həmin poetik formaların öyrənilməsi
sahəsində ilk ciddi elmi təşəbbüsüdür... İ.H.Həbibov sərbəst mühakiməyə, mükəmməl hazırlığa və
geniş elmi dünyagörüşə malik istedadlı tədqiqatçıdır.
Kamran Məmmədov
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor
Dostları ilə paylaş: |
|
|