|
Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu
- 94 -
Mən İsa Həbibbəylinin bir «cəlilşünas» kimi hansı ehtiras, şövq, həvəslə,
hansı enerji ilə işləməsinin bilavasitə şahidi olmuşam: 80-ci illərin
sonlarında İsa məhz həmin tədqiqatçı ehtirası və enerjisi sayəsində
«Vətən» Cəmiyyətinin köməyi və iştirakı ilə Mirzə Cəlilin dünyanın bir
çox ölkələrinə səpələnmiş nəvə-nəticələrini tapdı, onlarla əlaqə yaratdı,
görüşdü və bu işi sonralar da böyük bir təşəbbüskarlıqla davam etdirdi. Bu kitab rəhmətlik Əziz
Mirəhmədovun bu sahədəki xidmətlərindən sonra, əlamətdar hadisədir və elə bilirəm ki, həm də
bu, yalnız «cəlilşünas»lığımızın yox, ümumiyyətlə, ədəbiyyatşünaslığımızın nail olduğu bir
hadisədir. İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin 10 yeni məktubunu, Həmidə xanımın və
onların övladları Münəvvər, Midhət və Ənvər Məmmədquluzadələrin bir çox məktublarını tapıb-
toplamış və ilk dəfə olaraq böyük Məmmədquluzadələr ailəsinin məktublarından ibarət kitab
hazırlamışdır.
Elçin Əfəndiyev
Xalq yazıçısı
- 95 -
İsa Həbibbəylinin araşdırmaları yüksək elmi dəyərə malikdir. Böyük demokrat
yazıçının tərcümeyi-halının yenidən öyrənilməsi, ədibin nəsil şəcərəsinin
müəyyən edilməsi, nəvə-nəticələrinin aşkara çıxarılması İsa müəllimin adı ilə
bağlıdır. İsa Həbibbəyli həmçinin Mirzə Cəlilin üç naməlum səhnə əsərini aşkara
çıxarmış, təhlil edib dəyərləndirmişdir. Beləliklə, o, fədakar mirzəcəlilşünas alim olduğunu sübuta
çatdırmışdır.
Anar
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Sədri
- 96 -
Akademik İsa Həbibbəyli hər şeydən əvvəl ölkənin məhsuldar alimlərindən
biri kimi xarakterizə olunur... Azərbaycan ədəbiyyatşünaslıq elminin XIX–
XXI əsrlər üzrə problemlərinin öyrənilməsində və həllində akademik İsa
Həbibbəylinin elmi əsrlərinin xüsusi yeri və əhəmiyyəti vardır. İsa Həbib-
bəyli Azərbaycan mirzəcəlilşünaslıq elminin inkişafında yeni mərhələ
yaratmışdır. O, yeni dövr Azərbaycan mirzəcəlilşünaslıq elminin fədakar yaradıcısıdır. İsa
Həbibbəylinin Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixinə və ədəbiyyat nəzəriyyəsi məsələlərinə
həsr etdiyi əsərlər müstəqillik dövrü Azərbaycan elminin qiymətli səhifələrini təşkil edir.
Geniş elmi dünyagörüşə malik olmaq akademik İsa Həbibbəyli üçün səciyyəvidir. O,
Azərbaycan ədəbiyyatı və ictimai fikri ilə yanaşı Amerika, Avropa, Rusiya və Şərq ədəbiyyatı,
ədəbi-mədəni əlaqələr haqqında da professional səviyyəyə malik elmi əsərlərin müəllifidir. Eyni
zamanda, İsa Həbibbəylinin tarix, siyasət, incəsənət, folklor və mətbuat səhifələrində yazdığı
əsərlər də həmin elmi istiqamətin müəllifləri tərəfindən qəbul olunur. İsa Həbibbəyli ideyalı
adamdır. İsa Həbibbəyli ideyalı alimdir. Tarixilik, millilik, ideyalılıq və müasirlik akademik İsa
Həbibbəylinin elmi fəaliyyətinin əsas səciyyəsini müəyyən edir. Xüsusən onun müstəqillik dövrü
Azərbaycanının gerçəklikləri, ölkəmizdə gedən ictimai-siyasi proseslər barəsində yazdığı əsərlər
İsa Həbibbəylinin ədəbiyyatşünaslıqla yanaşı, siyasətşünaslıq sahəsində də professionallıq
nümayiş etdirdiyini aydın şəkildə göstərir.
Mahmud Kərimov
Akademik
- 97 -
AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı, Naxçıvan Dövlət
Universitetinin rektoru, Əməkdar elm xadimi, ölkəmizdə, yaxın-uzaq xaricdə
yaxşı tanınan və əsərləri təqdir olunan İsa Həbibbəyli görkəmli
ədəbiyyatşünas alim, təcrübəli təhsil təşkilatçısı və yorulmaz ictimai
xadimdir, qeyrətli, cəfakeş Azərbaycan ziyalısıdır. O, müstəqil Azərbaycan
dövlətinin memarı, ulu öndər Heydər Əliyevin yetişdirdiyi, etimad və etibar edib irəli çəkdiyi
peşəkar rəhbər xadimlərdən biridir... İftixar hissilə etiraf edirəm ki, akademiyamız onu vaxtında
«gördü». 2001-ci ildə İsa müəllim müxbir üzv seçildi. 2003-cü ildə isə elmimizi öz sanballı tədqi-
qatları ilə zənginləşdirdiyi üçün biz onu Azərbaycan Milli elmlər Akademiyasının həqiqi üzvü
seçdik. İsa müəllim əvvəlcə Naxçıvan MR Ali Məclisinin, 2005-ci ildə isə Azərbaycan Respublikası
Milli Məclisinin deputatı seçilmişdir. Onun fəxri adlarını, Naxçıvanda, Bakıda, Türkiyədə, Avropa
ölkələrində aldığı təltifləri, fəxri adları saymaqla qurtarmaz. İsa Həbibbəyli akademik Məmməd
Cəfər Cəfərovun məşhur «Ədəbiyyat nəzəriyyəsi» şöbəsinin yetirməsi və hamımızın müəllimi,
mənəvi atamız olmuş Məmməd Cəfərin ən layiqli davamçısıdır.
Bəkir Nəbiyev
Akademik
Dostları ilə paylaş: |
|
|