|
Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu
- 105 -
İsa müəllim mənim haqqımda nə yazıbsa yaxşı yazıb. Həmişə ondan ləzzət
almışam. Bir məqalə yazıb 6-7 yerdə çap etdirmişəm, yəqin hələ də
dünyanın müxtəlif dillərində çap etdirəcəm. Mən ən azı 6, ən çox da 7 İsa
Həbibbəyli tanıyıram... Deməli bu gün İsa müəllimin və bizim indiki
səviyyəmizdə ən azı altı yarım İsa Həbibbəyli var. Onun birincisi Allahın
yetişdirdiyi istedaddır. Yəni bu nə oxumaqla, nə ora-bura qaçmaqla, nə daş daşımaqla mümkün
olan bir şey deyil. Onu Allah adama verir və ondan sonra ged kef elə. Əgər qabiliyyətin olarsa
daha yaxşı olar. .. İkinci bir İsa Həbibbəyli var ki, heç nədən yorulmayan, daim çalışan. Mən bilən
o da Allahın işidir... Yəni o enerji, o fiziki olaraq çalışmaq onda var. Səhv etmirəmsə rəhmətlik
Əziz Mirəhmədov getdiyi arxivlərdə də İsa Həbibbəylinin adına rast gəldiyini deyirdi. O, arxivlərə
çox gedirdi. Arxivlərdə bir qayda olaraq adını və oxuduğun əlyazmanın adını yazırsan....
Həbibbəylinin ikinci cəhəti onun işgüzarlığıdır. O, bütün sahələrlə məşğul ola bilərdi. Fərq etməz
fəsəfə, tarix, coğrafiya və ya riyaziyyat. Bu insanda o zəhmətkeşlik, o bacarıq var. O, istedaddır.
Üçüncü cəhəti odur ki, İsa müəllim yaxşı şagirddir, yaxşı tələbədir. Yəni onun şagirdliyi,
tələbəliyi çox yüksək səviyyədə olub... İsa müəllimdə o cəhət var ki, o, müəllimlərinə qarşı ata-
anasına bəslədiyi məhəbbət qədər məhəbbət bəsləyib və bunu hətta yazıb. İsa müəllimə istənilən
müəllimi haqqında söylənsə ki, sənin müəllimin filan ədəbiyyat məsələsini, filan metodoloji
məsələni və sairəni düzgün etməmişdir o, sübut edəcək ki, sən səhv başa düşmüsən o, çox dəqiq
həll etmişdir. Yaxşı şagird olduqda isə, bu artıq dördüncü cəhətdir, İsa müəllim çox yaxşı
müəllimdir. Mən hələ görməmişəm ki, İsa müəllim tələbələri haqqında mənfi söz söyləsin.
Tanıyırsa, qəbul edirsə, sevirsə zəif cəhətlərini də bağışlayır. Amma bilir ki, o, onun tələbəsidir.
Yəni tələbələrinə məhəbbət çox mühüm şeydir.
İsa müəllim bizim hər birimiz haqda məqalə yazıb. Bu günlərdə bizim çox istedadlı yazıçımız,
jurnalistimiz Rəşad haqqında uzun bir yazı yazmışdır. O yazıda bir dənə o tərəf bu tərəf yoxdur.
Çox gözəl, çox məhəbbətlə yazılmışdır. Mənim haqqımda da çox gözəl bir yazı yazıb... Biz hamımız
onu müəllim kimi qəbul edirik. Çünki müəllim o deyil ki, ancaq dərs desin. Kitab yazırsa,
oxuyuruqsa, öyrəniriksə və bizi müdafiə edirsə bizim də müəllimimizdir. Çünki indiki zamanda
insan insanı çox az hallarda müdafiə edir. İsa müəllimdə təmənna yoxdur. Mənim yadımdadır mən
akademiyanın müxbir üzvü keçəndə o, gecə saat 12-də mənə zəng edərək keçdiyimi bildirdi. Çünki
mənim ümüdüm yox idi. Başqa kimlərin keçdiyini soruşsamda söyləmədi. Onu demək olmazdı.
Və İsa müəllimin beşinci cəhəti. İsa müəllim ailə adamıdır. Elmira xanım onun
təvazökarlığını və sairəni söylədi. İsa müəllim ailə, nəsil, şəcərə məsələsinə çox həssas adamdır.
O, dədə-babalarına da çox həssasdır. İsa müəllim bizim ədəbiyyatçılar içərisində öz nəslini,
şəcərəsini çox yaxşı bilən 5-6 adamdan biridir. İlk vaxtlar öz kitablarında, əsərlərində buna çox
yer verirdi. Bu da belə bir məsələdir ki, nəslinə, kökünə bağlı olmayan insanın, onların qarşısında
məsuliyyət daşımayan insanın gələcək nəslin qarşısında məsuliyyəti yoxdur. Bu mənada kökə,
nəslə, əcdadlara bağlılıq cox ciddi və böyük məsələdir.
İsa müəllimin altıncı cəhəti onun bütün intellekti, səviyyəsi ilə milli, dövlət və bunları
birləşdirmək istəyidir. Bizim taleyimiz, tariximiz belə olubdur ki, ədəbiyyatımızın tarixi də belədir.
Kim milli olubsa onun dövlətçilik təfəkkürü olmayıb, kim dövlət adamı olubsa onun milli təfəkkürü
olmayıb. Yəni tarix belə gəlib, bizim belə ağrılarımız var. Və bir az bunu belə yönəldiblər ki,
ədəbiyyat adamı dövlət əleyhinə danışmalıdır. O qədər danışmışıq ki, dövlət təfəkkürü yadımızdan
çıxıb. Heydər Əliyevin böyüklüyü ədəbiyyat adamlarını başına yığmasıdır... Ədəbiyyat, tarix, milli
yaddaş dövlətin enerjisi olmasa o dövləti yaşatmaq olmaz. Və bu mənada İsa müəllim həqiqətən o
- 106 -
xüsusiyyətləri özündə cəmləşdirir, özü də üzvü şəkildə. Yəni ədəbiyyata, elmə bu qədər sədaqətli
olasan və bu qədər dövlətçilik təfəkkürün ola. Bu İsa müəllimin altıncı cəhətidir. O ki, qaldı altı
yarım orda da çox şeylər var. O da İsa müəllimin insanlığıdır. İsa müəllimin dostluğudur. Mən
hələ İsa müəllimin ağzından kimə qarşısa ağır bir söz eşitməmişəm. Deyə də bilər. Buna hüququ
da çatır, səviyyəsi də çatır və deyilməli adamlar da var. Deyə bilər, amma demir. Demir və bu da
onun hövsələsidir. Allah sizin bu hövsələnizi möhkəm etsin! Sag olun!
.
Nizami Cəfərov
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor
Dostları ilə paylaş: |
|
|