Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə46/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   42   43   44   45   46   47   48   49   ...   182

 

- 107 - 

 

 

 



 

İsa  Həbibbəyli    əsil  alimdir.  Bütün  ömrü  boyu  yorulmadan  çalışıb  və  

çalışmaqdadır.    Dünya  arxivlərini  gəzməkdən,  axtarmaqdan  yorulmayıb, 

ədəbiyyatşünaslığımızı  böyük  tapıntılarla  zənginləşdirib,  onlarla    kitab 

yazıb və  nəşr etdirib.  Bunlar öz yerində.  Ancaq  mən bugünkü   Naxçıvan 

Dövlət Universitetini də  çəkinmədən İsa Həbibbəylinin əsəri hesab edirəm. 

Nə  yaxşı  ki,    bu  sonuncu  əsərin  yaranmasında  mərhum    Heydər  Əliyevdən  başlayaraq  həm 

Azərbaycan, həm də Naxçıvan rəhbərliyi İsaya hər cür  dəstək verərək dövlətin qayğısı sayəsində  

Naxçıvan Dövlət Universitetinin artıq beynəlxalq aləmdə tanınan bir təhsil mərkəzinə, elm ocağına 

çevrilməsinə  şərait  yaradıblar....  Onunbütün  həyatı    Naxçıvanı  Azərbaycan  ədəbu  fikrinin  və 

təhsilinin  əsas  mərkəzlərindən    birinə  çevirmək  uğrunda  mübarizə  yoludur...  İsa  Həbibbəyli 

Azərbaycanın  o  ədəbiyyatşünas  alimlərindəndir  ki,    onlar  ilkin  mənbələrə  söykənmədən, 

araşdırdığı yazıçının bütün irsini diqqətli  öyrənmədən onun haqqında söz demirlər.  Bu mənada, 

o, həm də ciddi bir mətnşünas  və klassik ədəbiyyatımızın  sirlərinə bələd olan və indi sayı xeyli 

azalmış nadir cəfakeşlərdən biridir.  Onun dahi Nizami Gəncəvidən Şəhriyara qədər – Mirzə Cəlil, 

Mirzə Ələkbər Sabir, Məhəmməd Tağı Sidqi, Məhəmmədağa Şahtaxtlı, Hüseyn Cavid, Mir Cəlal 

və başqa ustadlarımız , eləcə də, Dədə Qorqud şəxsiyyəti və boyları, Sara əfsanəsi, Aşıq Ələsgər 

irsi haqqında yazılarının hamısını birləşdirən  ümumi cəhət də  məhz bundan ibarətdir.  Yəni onun 

üçün elmi dəqiqlik və tədqiqat obyektinə bələdlik, araşdırdığı mövzu ilə bağlı mövcud olan nəzəri 

fikrə  əsaslanmaq həmişə vacib şərt olmuşdur.  

Sabir Rüstəmxanlı 

 

 


 

- 108 - 

 

 

 

 

Bazi kimseler samimiyyetleriyle, insanlara  gösterdikleri temennasız ilgiyle, 

toplumda    sevgi  ve  sayqı  kazanır,    etrafına  güven  telkin  ederler.    Bu  tavır-

larıyla   kolayca yeni dostlsr edinir, insanları  birbirine bağlamakta önemli 

rol oynarlar.  Böylece belli bir zaman geçtikten sonra  guzel münasibetlerden, 

yakın  dostluklardan  oluşmuş  bulağ  ortaya  çıkar.  Bulağın  örülmüsinde, 

genişlenmesinde aslında  bir veya birkaç müstesna insanın  rolü vardır.  İsa 

Hebibbeyli işte böyle nadir şahsiyetlerden biridir;  insanlarla temennasız  dostluklar kurar ve onun 

devamı  için  gerektiginde  fedakarlık  yapmaktan  çekinmez...  Size  yakınlık  gösterirken,  o  kadar 

samimi, o kadar tabiidir ki « niçin, ne istiyor, ne demek istiyor » diye düşünmek aklınızın ucundan 

geçmez. Gözlerindeki dostluk parıltısı, dudaklarındakı semimi gülüş, sesindeki tatlılıq, sizde hemen 

güven duyğusu uyandırır, onun büyüsüne katılıb gidersiniz. Ama, İsa bey, benim için sadece samimi 

bir dist, bir mefkure arkadaşı degildir. O ayni zamanda bilim adamıdır. Azerbaycan edebiyatına, 

genelde  kültür  hayatına  –  yürekten  gelen  bir  sevgiyle,  gerçek    vatandaşlık  anlayışından  kay-

naklanan bir şüurla bağlıdır. Bu büyük sevgi ve milletine karşı bu mesuliyet duyğusu olmasaydı, 

onca degerli araştırmaları yapamaz, o kadar geniş bir sevenler halesiyle kuşatılmazdı... İsa He-

bibeyli dostumuz, sadece ilmi araştırmalarla, ögretim faaliyetiyle yetinmiyor, onun içtimai, siyasi, 

idari işleri de insanı şaşırtacak kadar geniş... 

 

Yavuz Akpınar 



Ege Universitetinin (İzmir) professoru 

 

 


 

- 109 - 

 

 

 

Bir  ziyalı  kimi  İsa  Həbibbəylini  fərqləndirən  ən  başlıca  keyfiyyət  onun 

müəllimlərinə  coşğun  hörmətidir.  İsa  müəllim  öz  mənəvi  müəllimlərindən 

Məmməd Cəfərdən, Kamran Məmmədovdan, Əziz Mirəhmədovdan öyrənməyə 

çalışır.  Müəllim  işlədiyi  illərdə  qədim  Naxçıvan  torpağının  yaddaşlardan 

silinib  getməkdə  olan  əfsanə  və  rəvayətlərini  yazıya  köçürüb  əbədiləşdirmək 

İsanın ikinci əsas işi oldu. Onun dərin həvəslə Sara və Xançobanla bağlı əfsanə 

və  rəvayətləri  yazıya  alınıb,  habelə  bu  əfsanənin  mənşəyi  və  mahiyyəti 

haqqında  «Azərbaycan  gəncləri»,  «Şərq  qapısı»  qəzetlərində  çap  olunmuş  «Gedin  deyin 

Xançobana»  və  «Bir  daha  Sara  əfsanəsi  haqqında»  məqalələri  folklorşünaslıq  elminə  layiqli 

hədiyyədir. Folklor nümunələrinin diqqətlə təhlil edilib öyrənilməsi  İsanı həm də orijinal poetik 

yaradıcılığa  ruhlandırdı.  Onun  əfsanələrdə  əbədiləşən  Arpaçayın  dünəni  və  bu  günü  haqqında 

yazdığı «Arpaçayı daşa bilməz» lirik-epik poeması 1974-cü ildə «Kommunist» qəzetinin «Beş illik 

yollarında»  devizi  altında  keçirdiyi  müsabiqədə  birinci  mükafata  layiq  görüldü.  Sonralar  isə 

«Arazın nəğmələri» almanaxına daxil edildi, ədəbi tənqidin yüksək qiymətini aldı. 

Vilayət Quliyev 

filologiya elmləri doktoru, professor 

 

 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə