|
Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu
- 117 -
Bu gün biz İsa Həbibbəylidən yalnız filologiya elmləri doktoru, professor,
Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü kimi yox, həm də neçə
illərdən bəri mötəbər universitetlərimizdən birinə başçılıq edən təşkilatçı
– pedaqoq, Milli Məclisdə ziyalıları yüksək səviyyədə təmsil edən bir
millət vəkili kimi danışırıq. Başqa sözlə desək, bu gün biz İ.Həbib-
bəylidən alim-vətəndaş kimi söhbət açırıq. Alim İsa Həbibbəylinin yolu,
söz yox ki, çağdaş ədəbiyyatşünaslıq elmimizin səviyyə və simasının
göstəricisinə çevrilən qiymətli əsərlərin yazılması ilə müəyyənləşir. Alim-vətəndaş İsa
Həbibbəylinin həyat tərzi isə dörd divar arasında qapanıb yazı masası arxasında gərgin zehni
əmək və istedad sərf etməklə bitmir. Alim-vətəndaş İsa Həbibbəylinin yolu elm və mədəniyyət
problemlərinin, eləcə də ictimai-siyasi məsələlərin qızğın müzakirə edildiyi auditoriyalardan,
həmin problem və məsələlərin praktik olaraq həll edildiyi rəsmi dairələrdən keçir. Əlbəttə, bu çətin
yoldur. Amma sələflərin başladığı bu yolu davam etdirmək çətin olduğu qədər də şərəflidir.... Öz
sələflərinin ənənələrini davam etdirib, görkəmli pedaqoq və ictimai xadim kimi tanınan
İ.Həbibbəylinin sırf ədəbiyyatşünaslıq fəaliyyətindən danışsaq, hər şeydən əvvəl, qeyd etməliyik
ki, bu ədəbiyyatşünaslıq hərtərəfli və çoxşaxəli olması ilə seçilir... Dövrdən dövrə, şəxsiyyətdən
şəxsiyyətə, ədəbiyyatın bir sahəsindən o biri sahəsinə keçərkən mövzunu dəyişməyə, yeni mövzu
ətrafında yeni mövzu yaratmağa nail olur. Ona görə ki, o, ilk növbədə nəzəriyyəçi alimdir, ədəbi
faktın nəzəri mahiyyətini görə, göstərə və nəzəri mübahisələr aça bilir...
* * *
Tarixi şəxsiyyət, ziyalı nə deməkdir? Ətrafa təsir göstərən, fikri hərəkətə gətirən deməkdir. Isa
müəllim yerişində də, duruşunda da, danışıq tərzində də, yazı manerasında da, təşkilatçılığında da
və bütün digər ictimai fəaliyyətlərində də fərqli insan, fərqli şəxsiyyətdir. Mən bu fərqlilikdə bir
romantika da görürəm. Bəlkə də siz mənimlə razılaşmazsız. Çünki İsa müəllim istər təşkilat-
çılığında, istər ictimai fəaliyyətində, istər ədəbiyyatşünaslığında son dərəcə ayıq-sayıq, realist
düşünən bir insandır. Bunun müqabilində mənim romantika sözünü işlətməyim bəlkə də yersizdir.
Amma mən fikrimi izah etmək istəyirəm. İsa müəllimin ustadı, mənim elmi rəhbərim Məmməd Cəfər
müəllimin romantikaya, romantizmə verdiyi bir tərif var. Neçə-neçə təriflərin içində mən tək onu
yadımda saxlamışam. Məmməd Cəfər müəllim yazırdı, «romantika, romantizm idealı ön plana
çəkməkdir, idealı qabartmaqdır». Mən belə başa düşürəm ki, İsa müəllimin bayaq saydığım
davranışında, danışıq tərzində, fəaliyyətində mənim gördüyüm və sizin də çoxlarınızıin müşahidə
etdiyiniz o romantika məhz idealdan gələn romantikadır. Onun kökü yalnız dağ kəndində
böyüməklə, o gözəl Arpaçayı sahilində doğulub boya-başa çatmaqla, şeir yazmaqla bağlı deyil.
Məncə ideallardan gələn romantikadır. O vətən idealıdır, xalq idealıdır, dövlətçilik idealıdır, elm
idealıdır, elm təşnəsidir, eşqidir.
Muxtar İmanov
filologiya elmləri doktoru, professor
- 118 -
Mən İsa müəllimi təbrik edirəm! O qədər gözəl sözlər deyildi ki, mən
bilmədiyim məqamları da eşitdim. Mən Vəli müəllimin çıxışından da bir
çox şeylər əxz etdim. Şübhəsiz ki, İsa müəllimlə burada oturanların
əksəriyyətinin yaxınlığı, dostluğu ilə müqayisədə mən daha gəncəm. Mən
də bir heyətlə Naxçıvan Dövlət Universitetinə getmişdim. İsa müəllim
bizə universiteti tanıdırdı və çox həvəslə universitet haqqında danışırdı. İsa müəllimin yazılarını
həmişə böyük həvəslə çap etmişik. Çünki bu gün burada ən çox səslənən sözlərdən biri «fərqli»
sözü idi. O, özü fərqli bir insan olduğu kimi yazılarında da həmişə fərqli məqamlar olub. Onun
içərisində olan enerjini, orijinal baxışı, şövqü və coşqunu yazılarında həmişə hiss etmişik. Mən İsa
müəllimin necə mərd insan olduğunu görmüşəm. 525-ci qəzetə əvvəl münasibətini görmüşəm.
Baxmayaraq ki, bir neçə baş redaktoru olub. Redaktorlar, mətbuat işçilərinin içərisində fikrini,
sözünü birbaşa söyləyib. Qəzetin üstünlükləri və fərqlilikləri barədə danışıb. Mən düzü
heyrətlənmişəm ki, o auditoriyanı, başqa bizim redaktor dostlarımızı nəzərə almadan sözü necə
düz deyir. Bu yaxınlarda elə bir hadisə oldu ki, mən özümü ömrüm boyu ona borclu sayacam. Hələ
mənim 50 yaşımın tamam olmasından bir iyirmi gün öncə mənə zəng edərək yaxınlarda yubileyim
olacağını xatırlatdı və kitablarımı aldı. Düzü mən kiçik bir məqalə gozləyirdim. Amma «Ədəbiyyat»
qəzetində iki səhifəlik bir yazı çap olundu və ondan da iki-üç dəfə artıq həcmdə başqa bir yazı
hazırlayıb. Demək olar ki, İsa müəllim məzuniyyətini mənim kitablarıma, şeirlərimə, publisistik
yazılarıma sərf etmişdir. Bu mənim çiynimdə çox böyük bir yük oldu. İsa müəllim, mən sizə minnət-
daram. Məqalədə şeirlərim, yazılarım barədə o qədər dəqiq detallar var ki, hiss edirdim ki, mənim
o şeirləri yazdığım vaxtlarda keçirdiyim hissləri və enerjini İsa müəllim də şeirlər haqqında
yazanda keçirmişdir. Mən hiss edirdim ki, bizim uzaqdan gördüyümüz təmkinli, sanballı, öz soyuq-
qanlılığını qoruyan İsa müəllimin daxilində çox böyük şövq, çox böyük coşqu və enerji var. Və mən
belə hesab edirəm ki, burada sadalanan bütün bu keyfiyyətlər hamısı daxildə olan o ruhun,
tükənməz enerjinin sayəsindədir. Və bir insanda nə qədər ki, o ruh, o enerji var o, 65-də də, 75-də
də, 90-da da gənc qalacaq. Ona görə mən arzu edirəm ki, bu enerji sizdən heç vaxt əskik olmasın.
Sizi təbrik edirəm! Allah sizi qorusun!
Rəşad Məcid
Yazıçı, jurnalist
Dostları ilə paylaş: |
|
|