Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə47/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   43   44   45   46   47   48   49   50   ...   182

 

- 110 - 

 

 

            

 

Ustad ədəbiyyatşünas və tanınmış ictimai xadim, millət vəkili, akademik İsa 

Həbibbəylinin  adı  təkcə  Azərbaycanda  deyil,  yaxın  və  uzaq  ellərdə  böyük 

hörmət  və  ehtiramla  çəkilir.  Onun  səsi  tez-tez  Bakı,  Peterburq,  Moskva, 

Yasnaya  Polyana,  Ufa,  Bağdad,  Kərbəla,  Tehran,  Təbriz,  Kazan,  Ankara, 

İstanbul,  Tbilisi,  Fransa,  İngiltərə  torpaqlarında  keçirilən  simpozium, 

konqres və başqa elmi toplantılardan, Azərbaycan həqiqətlərini dünyaya car edən beynəlxalq təd-

birlərdən  gəlir.  Akademik  İsa  Həbibbəyli  bütün  bu  nüfuzlu  tribunalarda  öz  xalqının  zəngin 

mədəniyyəti, ədəbiyyatı, tarixi, mədəni və maddi  irsindən, Qarabağda tapdalanmış hüquqlarımız-

dan  böyük  cəsarət  və  təmkinlə  söz  açır,  Azərbaycan  xalqını  ləyaqətlə  təmsil  edir...  Geniş 

erudisiyaya, zəngin dünyagörüşə və elmi-nəzəri biliyə malik olan İsa Həbibbəyli sonrakı illərdəki 

tədqiqatlarında  müasirlik  ənənlərini  əsas  tutaraq  bir-birinin  ardınca  yazdığı  əsərlərlə 

ədəbiyyatşünaslığa gətirdiyi yeni nəzəri mülahizələr, baxışlar və fərqli yanaşmaları ilə özünə böyük 

nüfuz qazandı. 

Azad Nəbiyev 

AMEA-nın müxbir üzvü 

 

 



 

- 111 - 

 

 

 



 

İsa Əkbər oğlu Həbibbəyli. Bu ad çox şey deyir,  əslində hər şey deyir.  Bu ad 

və onun sahibi hər bir tituldan yuxarıda  durur.  Ad mənasında, tarix bizə çox 

nümunələr  göstərir.  Cəmiyyətdəki,  insanlar  arasındakı  şəxsi  mövqelərinə 

görə  vəzifəsindən, dərəcəsindən,  elmi adından  yüksəkdə duran  insanların 

adlarının qabağında  heç bir təyin işlədilmir... İsa Həbibbəyli  Azərbaycan 

elminə, Azərbaycan filologiyasına yeni nəfəs gətirən  böyük alimdir; bugünkü 

ədəbiyyatşünaslıq  elmimizə    istiqamət  verən  tədqiqatçıdır...  Azərbaycan  xalqının    dahi  oğlu, 

Ümummilli liderimiz  Heydər Əliyev İsa Həbibbəyliyə  böyük  etimad  göstərirdi.  İsa Həbibbəyli 

də  bu etimada  layiq hərəkət edir, o böyük  insanın  tövsiyələrini yerinə yetirməkdə  davam edir. 

Heydər  Əliyevin  siyasi  xəttini    uğurla  davam  etdirən    hörmətli  Prezidentimiz  İlham  Əliyevin  

rəhbərliyi ilə  ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan  Naxçıvanda  bərqərar olan böyük 

quruculuq, yüksək mənəvi həyat ab-havasında yaşayıb-yaradanlar arasında İsa Həbibbəylinin də 

yeri vardır...  

İsa Həbibbəylinin  elmi-ədəbi yaradıcılığında  ədəbiyyat tarixi problemləri  xüsusi yer tutur;  

qədim folklor nümunələri, klassik və çağdaş ədəbiyyat, onun yaradıcıları haqqında əsərləri ədəbi 

prosesə yeni elmi-nəzəri baxış kimi əhəmiyyət daşıyır... Bir çox əsərləri geniş əks-səda doğurur. 

ANS  Televiziyasının  «Dahilərin  divanı»  verilişində    böyük  demokrat  ədib  Cəlil 

Məmmədquluzadəyə olan haqsız münasibətə  verdiyi tutarlı elmi cavab dalğa-dalğa Azərbaycana 

yayıldı. Yaxud, Məhəmmədağa Şahtaxtlı haqqında aşkar etdiyi yeni sənədlər və məlumatlar, onun 

onlarla əsərinin üzə çıxarılması və nəşri bu az qala unudulmuş böyük ədəbi şəxsiyyətə ikinci həyat 

bəxş etmişdir...  

İsa Həbibbəyli ya  yeni söz deyir,  ya da yeni fakt və sənədi təqdim edib açıqlayır. Məsələnin 

hər  iki  qütbü  faydalıdır.    Maraqlı  cəhət  bundan  ibarətdir  ki,    İsa  Həbibbəyli  bu  qütblərin  üzvü 

sintezinə nail olmağı bacarır. Ona görə də sadəcə oxunan əsərlər yox,  həm də qalan , yaşayan 

əsərlər yarada bilir.

 

Yusif Seyidov 

filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi 

 

 


 

- 112 - 

 

 

 

 

İndiyədək  Azərbaycan  ədəbiyyatşünaslığında    əsasən  konkret  ədəbi 



şəxsiyyətlərin  həyat  və  yaradıcılığı,  ayrı-ayrı  əsərləri  tədqiqat  obyekti 

seçilmiş  və  araşdırılmışdır.    Lakin  ədəbiyyatın  müəyyən  bir  mərhələsinin 

meyl  və  qanunauyğunluqlarının,  ideya-sənətkarlıq  xüsusiyyətlərinin,  ədəbi 

hərəkatın  axtarış  və  ziddiyyətlərinin  öyrənilməsinə  təsadüfdən-təsadüfə 

diqqət  yetirilmişdir.  İsa  Əkbər  oğlu  Həbibovun  «XX  əsr    Azərbaycan 

romantik lirikası» adlı namizədlik dissertasiyası ayrı-ayrı ədəbi şəxsiyyətlərə 

və  ya    bədii  əsərlərə  deyil,  əsrin  əvvəllərində  meydana  çıxan  romantik 

lirikanın bütöv mənzərəsinə, şeirin bu qolunun mövzu və ideyalar aləminə, poetik formalarına, dil 

və  slub  xüsusiyyətlərinə  həsr  olunmuş  ilk    müstəqil  tədqiqat  əsəridir…  İsa  Əkbər  oğlu  Həbibov 

romantizmə  dair  axtarışlar  aparan  müəlliflər    içərisində  birinci  dəfə  olaraq  romantik  lirikanın 

janrlarını  və  üslublarını  tədqiqata  cəlb  etmişdir.  O,  janr  baxımından  romantik  şeirin  mövcud 

mənzərəsinin  tutarlı  elmi  təhlilini  vermiş,  xalq-aşıq  şeirindən  və  klassik  lirikadan  gələn  şeir 

şəkillərinin  keçirdiyi  təkmilləşmə  prosesini  düzgün  izah  etmişdir.  Disertantın  romantik  şeirdəki 

sonet,  marş  və  şərqi  janrları  barədəki  araşdırmaları  isə    həmin  poetik  formaların  öyrənilməsi 

sahəsində ilk ciddi elmi təşəbbüsüdür... İ.H.Həbibov sərbəst mühakiməyə, mükəmməl hazırlığa və 

geniş elmi dünyagörüşə malik istedadlı tədqiqatçıdır. 

Kamran Məmmədov 

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor 

 

 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə