- 102 -
Akademik İsa Həbibbəylinin çox dərindən araşdırdığı XIX əsrin sonu, XX əsrin
əvvəlləri Azərbaycan ədəbi-ictimai-fəlsəfi fikrində belə bir gözəl anlayış var:
«vətəndust». Vətəndaşlığın ana özəyi sayılan bu keyfiyyət istisnasız olaraq o
dövrün ən böyük patriot ziyalılarının ayrılmaz sifətlərindən birini təşkil
etmişdir. Vətəndustluq mərtəbəsinə yüksələn azərbaycanlılar arasında xro-
noloji ardıcıllıqla götürsək, Nizami, Nəsimi, Xətai, Füzuli, Vaqif,
M.F.Axundzadə, H.B.Zərdabi, Mirzə Cəlil, M.Ə.Sabir, Ə.B.Hüseynzadə, H.Cavid, M.H.Şəhriyar,
M.Rəsulzadə, S.Vurğun, R.Rza.... kimi böyük ziyalıların, fenomenal şəxsiyyətlərin adları qızıl hərf-
lərlə vətən tariximizə əbədi həkk olunub. Vətəndust titulunu şərəflə daşıyanların sırasında
ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham
Əliyevin, Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbovun adları zirvədə dayanır və qürurla səslənir.
Bu böyük şəxsiyyətlərin mühitində yaşayıb-çalışan İsa Həbibbəyli də , hər şeydən öncə vətən-
dustdur. Və bu baxımdan onun da hər bir böyük azərbaycanlı kimi üzünü ana vətənə tutub
Füzulinin ölməz beytini deməyə haqqı var:
Dustum, aləm səninçün gər olur düşman mana,
Qəm degil, zira yetərsən dust ancaq sən mana!
Teymur Kərimli
Akademik
- 103 -
Yaşımızdakı böyük fərqə baxmayaraq, professor İsa Həbibbəylini təkcə həm-
karım yox, dünənki və bugünkü ağsaqqal nəsillərin fəal və layiqli davamçısı
sayır, onu ürəkdən, candan salamlayıb alqışlayıram... Professor İsa
Həbibbəylinin tədqiqatlarının əsas məziyyəti o vaxta qədərki ədəbiyyatşü-
naslıqda az öyrənilmiş və demək olar ki, diqqəti cəlb etməmiş elmi-nəzəri
məsələlər, hadisələr, şəxsiyyətlər, əsərlər haqqında təhlil və qiymətlərdədir,
bunlardan bir çoxunun yeniliyindədir. O, ədəbiyyat nəzəriyyəsi ilə ədəbiyyat tarixçiliyinin im-
kanlarından birgə, sintez halında istifadə etməyi bacarır. Namizədlik əsərində İsa Həbibbəyli
görkəmli sənətkarlardan H.Cavid, Ə.Hüseynzadə, M.Hadi, A.Səhhət, A.Şaiq və başqalarının
romantizm üslubunda olan əsərlərinin spesifikasını, müştərək və fərqləndirici cəhətlərini açmışdır.
Disseratsiyasında müəllif romantizm üçün səciyyəli ideya-mövzularla bərabər bədii ifadə,
məcazlar sistemi haqqında da elmimiz üçün yeni, əhəmiyyətli fikirlər ortaya atır... «Cəlil Məm-
mədquluzadə: mühiti və müasirləri» kimi sanballı monoqrafik tədqiqatında müəllifin problemlər,
məsələlər, mövzular dairəsi daha da genişdir.... Onun monoqrafiyası həmin mövzudakı əvvəlki
kitablardan ən yaxşılarının cərgəsinə daxildir.
İsa Həbibbəyli dövrün ən fədakar məmmədquluzadəşünasıdır... İsa müəllim bizim bir çox
namizəd və doktorlardan fərqlənərək, öz axırıncı işini nəzərə alıb dayanmır və zəhmətkeş
«rejimini» dəyişib sakitləşmir... Arxivlərə, əlyazmalara, mənbələrə, dövrü mətbuat materiallarına
bələdçilik onun əsərlərinin sanbalını və səviyyəsini daha da artırır... Hiss olunur ki, artıq İsa
Həbibbəyli dövr və problem çərçivəsinin sədlərini aşmaqdadaır...
Əziz Mirəhmədov
Azərbaycan MEA-nın müxbir üzvü
- 104 -
Həm tənqid, həm də ədəbiyyatşünaslıqla paralel məşğul olmaq yetmişinci
illərin gəncliyi üçün sanki fəaliyyət prinsipinə çevrilib. Bu qoşalığı, vəhdəti biz
Vilayət Quliyevin, İsa Həbibbəylinin də nümunəsində görürük. Belə qoşalıq
ünsiyyətə və vəhdətə köklə zirvənin, keçmişlə indinin, ənənə ilə novatorluğun
arasında nail olmağa imkan yaradır... İsa Həbibbəylinin Azərbaycan romantik
şerinin, realist ədəbi hərəkatının, müasir ədəbi prosesin müxtəlif problemlərindən bəhs edən
əsərləri onun səmərəli axtarışlarının nəticəsi kimi nəzərə çarpır... İsa Həbibbəyli milli romantik
şerin ideya-məzmun, poetik forma və üslub keyfiyyətlərini araşdırarkən ənənə və novatorluq möv-
qeyindən çıxış edir. Onun «XX əsrin əvvəlləri Azərbaycan şerində Füzuli ənənləri», «Poetik
formalarla novatorluq», «Cavid dramlarında lirik ünsürlər», «Peyzaj lirikası» məqalələri ədəbiy-
yatımızın zəngin bir mərhələsinin meyllərini çoxəsrlik bədii irsimizin davamlı ənənələri və
müasirlik meyarları işığında qiymətləndirilməsi ilə seçilir.
Yaşar Qarayev
filologiya elmləri doktoru, professor
Dostları ilə paylaş: |