- 114 -
Çəkinmədən deyə bilərik ki, tədqiqatçının səyi və fədakarlığı
sayəsində ədibin həyat və yaradıcılığında qaranlıq nöqtələr qalmamışdır.
Onu da deyək ki, İsa müəllim qazanılan uğurlarla kifayətlənməmişdir.
Akademikin yaradıcılığını izləyənlər yaxşı bilirlər ki, alim dövr və problem
çərçivəsinin sərhədlərini çoxdan aşmışdır. Son on illikdə ədəbiyyatşünaslıq
elmimizdə, bu elmin görkəmli nümayəndələrindən söz düşəndə göz önünə ilk
gələnlərdən biri də akademik İsa Həbibbəyli olur. Bir qayda olaraq onun adı
ədəbiyyatşünaslıq elmimizin patriarxı, akademik Bəkir Nəbiyevlə qoşa çəkilir. Həqiqətən də, İsa
müəllimin əsərləri istər kəmiyyət, istərsə də keyfiyyətcə fərqlənir.
Qəzənfər Paşayev
filologiya elmləri doktoru, professor
- 115 -
İsa Həbibbəyli universitetin bütün sahələrinin inkişafına ayrıca diqqət yetirir.
O, geniş dünyagörüşü, hərtərəfli hazırlığı, təşkilatçılıq qabiliyyəti, özünün
istedadı ilə yoldaşları və əməkdaşları arasında, əlbəttə, Naxçıvanda, həm də
Bakıda olduğu kimi, xarici ölkələrdə də diqqəti çəkir. Cəlbedici həyati
baxışlara, müasir düşüncə tərzinə və səfərbərlik bacarığına malik olan
professor İsa Həbibbəyli öz azərbaycanlı əməkdaşlarını olduğu kimi, eyni za-
manda yaxın və hətta Amerika, Fransa, Türkiyə, Rusiya, Polşa kimi uzaq ölkələrdə də dostlarını
və həmkarlarını bir yerə toplaya bilir. Bu beynəlxalq əlaqələr öz növbəsində əməli nəticəsini tapır.
Bu həmin əlaqələrin təcəssümüdür ki, Parisdə türk şairi Nazim Hikmətlə bağlı cildin azərbaycanlı
yazıçı dostlarının şəkilləri ilə nəşr etdirilməsində biz onun yaxından köməyindən istifadə etdik.
Akademik İsa Həbibbəylinin görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə haqqında
Parisdə çap etdirdiyi irihəcmli və məzmunlu məqaləsi fransız alimlərinin böyük marağına səbəb
oldu. Bir çox fransız alimləri belə bənzərsiz bir Azərbaycan yazıçısını indiyədək tanımadıqlarına
təəssüf etdiklərini mənə bildirirlər.
Mişel Bozdemir
Fransa Şərq Dilləri və Mədəniyyəti İnstitutunun Türk dili və mədəniyyəti üzrə professoru (Paris)
- 116 -
İsa Həbibbəyli dünyagörüş etibarilə Azərbaycançıdır. Onun «Azərbaycançı-
lıq məfkurəsi yollarında» adlı məqaləsi həm yeni axtarışlar və tapıntılar
baxımından, həm də müəllifin mövqeyini əks etdirmək baxımından olduqca
əhəmiyyətlidir. Böyük Mirzə Cəlilin ədəbiyyatda Azərbaycançılığın möhkəm
bünövrəsini təşkil edən əsərləri İsa Həbibbəyli üçün bütün üstün keyfiyyətləri
ilə bir sırada həm də Azərbaycançılıq ruhunun manifesti olduğu üçün
qiymətli və doğmadır. İsa Həbibbəyli elmdə və ictimai fəaliyyətdə Azərbay-
cançılıq düşüncəsinin daha da dərinləşdirilməsinə və inkişaf etdirilməsinə xidmət etmək yollarında
çalışmaqda davam edir. Ümumiyyətlə, akademik İsa Həbibbəyli ədəbiyyat-şünaslıq elminin məlum
şöbələri, hətta özünün müəyyən etdiyi iki yeni şöbələr də daxil olmaqla bütün istiqamətlərdə ciddi
elmi söz deməyi bacarır. Bu, Əməkdar elm xadimi və akademik İsa Həbibbəylinin böyük uğuru və
özünə-məxsusluğunun konkret elmi ifadəsidir. O, ədəbiyyat tarixçiləri sırasında da, ədəbiyyat
nəzəriyyəçiləri arasında da ön cəbhəni təmsil edir. Ədəbi tənqid, folklorşünaslıq, ədəbi əlaqələr
kimi istiqamətlərdə də onun qələmindən qiymətli elmi əsərlər çıxmışdır. İnanırıq ki, İsa Həbibbəyli
bundan sonra da həmin ənənəyə sadiq qalacaq, ədəbiyyatşünaslığın bütün şöbələri üzrə elmimizin
zənginləşdirilməsinə öz töhfələrini verəcəkdir.
Yavuz Axundlu
filologiya elmləri doktoru, professor