353
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
Mətbuat tarixi
Qərənfil QULİYEVA
Filologiya üzrə fəlsəfə doktoru
Bakı Dövlət Universiteti
MƏTBUATŞÜNASLIQ TARİXİMİZDƏN
(Əziz Şərifin tədqiqatları əsasında)
Açar sözlər: sovet dövrü, tənqid, tədqiqatçı, ideoloji münasibət, ədəbi
proses, ədəbi tənqid, ittiham, siyasi mühit, ictimai problem
Key words: soviet period, criticism, researcher, idelogical attitude, literary
process, literary criticism, political
environment, social problem
Ключевые слова: советский период, критика, исследователь, идеологи-
ческое отношение, литературный процесс, литературная критика, обвинение,
политическая среда, социальная
проблема
Sovet dövründə uzun illər Azərbaycan mətbuatının tarixi tədqiqi
ilə məşğul olan Ə.Şərif, Ə.Mirəhmədov, K.Talıbzadə, Q.Məmmədli,
A.Zeynalzadə, İ.Ağayev, N.Axundov, S.Rüstəmova, X.Məmmədov və
N.Zeynalovun da mətbuatşünaslıq elmimizin inkişafında mühüm rolu
olub. Onların bəzilərinin əsərlərinin böyük bir qismi sovet ideolo-
giyasına uyğun yazılıb. Lakin bu o demək deyil ki, onları çıxdaş edək.
Əksinə, onların hər birinə yeni baxışdan yanaşılmalı, diqqətlə araş-
dırılmalı, səhvlər təkrarlanmadan, siyasi-ideoloji yanlışlıqları aradan
qaldırmaqla, obyektivliyə maksimum riayət edilməklə yenidən tədqi-
qata cəlb olunmalıdır.
Sovet dövrü tədqiqatçılarımızdan biri də filologiya elmləri dok-
toru, professor, Əməkdar elm xadimi, keçmiş SSRİ EA-nın Şərqşü-
naslıq İnstitutunda çalışan və Lomonosov adına Moskva Dövlət
Universitetində “SSRİ xalqları ədəbiyyatı” kafedrasının müdiri olan
tədqiqatçı alim Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifov) olub.