354
İlk təhsilini atasından alan Ə.Şərif (dövrünün görkəmli peda-
qoqu olan Məmməd Tağı Səfərovdan) sonra Naxçıvanda Məmmədtağı
Sidqinin “Tərbiyə” məktəbində oxuyub. 1904-1915-ci illər ərzində
Tiflis və İrəvanda xüsusi pansion və gimnaziyalarda mükəmməl təh-
silə yiyələnən Ə.Şərif 1943-cü ildə Moskvada M.Qorki adına Ədə-
biyyat İnstitutunu bitirib.
Sovet hakimiyyəti illərində uzun müddət mətbuat və nəşriyyat
sahəsində çalışan Ə.Şərif mətbuat aləminə 1906-cı ildə ilk dəfə “Mol-
la Nəsrəddin” jurnalının səhifələrindən gəlib. “Naxçıvandan məktub-
lar” sərlövhəli məqaləsi çap ediləndə Əziz Şərifin 11 yaşı olub. İllər
sonra o günləri belə xatırlayan Ə.Şərif yazırdı: “...jurnalın redaktoru
Məmmədquluzadə atamla dostluq edir, məni də yaxşı tanıyırdı. Buna
görə də mənim Naxçıvandan 11 yaşlı uşaq qələmi ilə yazılmış sətir-
lərimin ora-burasını düzəldib, özündən artırıb, əskildib, məni həvəs-
ləndirmək üçün öz jurnalında çap etmişdi. Altından da mənim adımı,
familimi və naxçıvanlı olduğumu göstərmişdi” [1, s. 57].
Xoşbəxtlikdən Mirzə Cəlilin əl gəzdirdiyi yazının taleyi uğurlu
olur və 1910-cu ildən dövri mətbuatda, xüsusən də Tiflisdə çap edilən
rusdilli mətbuatda tez-tez Əziz Şərifin imzası görünməyə başlayır.
“Zakafkazskoye obozreniye”, “Zakafkazye”, “Raboçiy zritel”, “Na
rubeje Vostoka”, “Zarya Vostoka” kimi məşhur qəzet və jurnallarla
sıx əməkdaşlıq edən Ə.Şərif 1918-1920-ci illərdə Tiflisdə çap edilən
“Gələcək” və “Probujdeniye” qəzetlərinə, 1924-cü ildə isə “İşıqlı yol”
qəzetinə redaktorluq edib.
Deməli, ədəbi mühitdə tənqidçi, tərcüməçi, ədəbiyyatşünas və
mətnşünas alim kimi tanınan Ə.Şərif həm də görkəmli mətbuat xadimi
idi. Dövri mətbuatda ədəbi-tənqidi məqalələri, publisistik yazıları ilə
mütəmadi çıxış edən müəllif sonralar mətbuatın tədqiqi ilə də məşğul
olub. Tədqiqat əsərlərinin də əksəriyyəti mətbuat aləmində məşhur
olan jurnalist, publisist və naşirlər haqqındadır. M.Cəlil, M.Ə.Sabir,
İ.Həqqi, Ə.Haqverdiyev, Ə.Qəmküsar və başqalarının mətbu fəaliyyə-
tindən bəhs edən çoxsaylı maraqlı və dəyərli
məqalələr, əsərlər yazıb.
Mollanəsrəddinçilərlə yaxından təmasda olmaq onu mətbuat
aləminə daha sıx bağlayıb. Bu yaxınlıq sonradan onun “elmi axtarışlar
aparmaq arzusunu daha da sürətləndirir və gələcəkdə elmi fəaliyyə-
tində görkəmli alim kimi yetişməsində mühüm rol oynayır” [2, s. 18].
Tədqiqatçı alim Azərbaycan mətbuatının 20-ci yüzilliyin əvvəl-
lərindəki ümumi inkişafını və bu inkişafa təkan verən mühüm amilləri
ardıcıllıqla əsərlərində şərh edib. Ə.Şərifin özü də bu hadisələrin
birbaşa iştirakçısı olduğu üçün əsərlərində dövrün salnaməsini yara-