364
Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev müstə-
qillik dövrü ədəbiyyatının müxtəlif problemlərindən, müstəqilliyi-
mizin 25 ilində ədəbiyyat sahəsində əldə olunan uğurlardan danışıb.
V.Əliyev gələcək nəsillərin müstəqillik dövrü Azərbaycan ədəbiyyatını
öyrənmələrinə bu nəşrin mühüm töhfə olacağını bildirib.
İ.Həbibbəyli Ədəbiyyatşünaslıq elminin tarixində bir neçə dəfə
fundamental tədqiqatların ərsəyə gəldiyini diqqətə çatdırıb, müstə-
qilliyimizin ilk illərindən başlayaraq akademiyada bu sahədə aparılan
elmi işlər haqqında məlumat verib. Hazırda AMEA-nın müxtəlif
institutlarında fundamental elmi tədqiqatların inkişaf etdirilməsi
istiqamətində mühüm addımların atıldığını qeyd edib.
Filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlu “Müstə-
qillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi barədə məlumat verib.
"Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyini, zəngin-
liyini və təkrarsızlığını ortaya çıxarır", – deyən T.Əlişanoğlu akade-
mik İ.Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səhifə)
hazırlanmış kitabın monoqrafik səciyyə daşıdığını vurğulayıb.
Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanda Atatürk Mər-
kəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və digər
çıxış edənlər də müstəqillik dövrünün bədii ədəbiyyat və ədəbiyyat-
şünaslıq qarşısında açdığı geniş imkanlardan və yeni nəşrin əhəmiy-
yətindən danışıblar.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatına həsr edilən sərgi
iştirakçıları tərəfindən maraqla qarşılanıb.
29 dekabr – Görkəmli Azərbaycan ədəbiyyatşünası və peda-
qoqu Əli Sultanlının anadan olmasının 110 illiyinə həsr olunmuş Elmi
sessiya keçirilmişdir. Sessiyanı giriş sözü ilə akademik İsa Həbibbəyli
açmış, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, f.ü.e.d. Za-
man Əsgərli “Əli Sultanlının həyat və yaradıcılığı”,
Azərbaycan-Asiya
ədəbi əlaqələri şöbəsinin əməkdaşı Leyla Ramazanova “Əli Sultan-
lının müqayisəli ədəbiyyatşünaslıqda xidmətləri” adlı məruzələrlə çı-
xış etmişlər.
2017-ci il
14 yanvar – İran İslam Respublikası Təbriz Universitetinin
təşkilatçılığı ilə XVII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Saib
Təbrizinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans ke-
çirilib. Azərbaycan, Türkiyə və Gürcüstan alimlərinin də iştirak etdiyi
365
bu beynəlxalq tədbirdə ölkəmiz AMEA-nın vitse-prezidenti, akademik
İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Tədbiri giriş sözü ilə Təbriz Universitetinin Mərkəzi Asiya və
Qafqaz şöbəsinin müdiri Əhməd Fərşbafiyan açıb. Təbriz Universite-
tinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi keçirilən elmi
tədbirin və qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb. Akademik İsa
Həbibbəylinin “Klassik şeirdə yeniləşmə meyilləri və Saib Təbrizi”
mövzusunda məruzəsi maraqla dinlənilib.
Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, professor
Məhəmməd Mehdipurun, İstanbul Universitetinin professoru Məhəm-
məd Atalayın, akademik Teymur Kərimlinin, gürcü alimi, professor
Helen Ginaşvilinin, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun,
Təbriz Universitetindən İbrahim İqbalinin, Məhəmməd Xakpurun mə-
ruzələri dinlənilib və konfrans iştirakçıları tərəfindən maraqla qarşıla-
nıb. Bundan başqa Saib Təbrizinin Azərbaycan dilində qələmə aldığı
qəzəllərlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra bir sıra Azərbaycan şairlərinin, o cümlədən
Məhəmmədhüseyn Şəhriyarın dəfn olunduğu
Şairlər məqbərəsi ziyarət
edilib.
31 yanvar – AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
Elmi şurasının növbəti iclasında 2 fevral – Gənclər günü münasibətilə
gənc alimləri təbrik edən akademik İsa Həbibbəyli ölkədə gənclərə
göstərilən dövlət qayğısından söz açıb. Azərbaycanda gənclər siyasə-
tinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu
xüsusi vurğulayan akademik İsa Həbibbəyli Ulu Öndərin gənclərə bö-
yük qayğısını real faktlarla xatırladaraq, Azərbaycan rəhbərliyi tərə-
findən bu gün də həmin siyasətin uğurla davam etdirildiyini diqqətə
çatdırıb.
Elmi şuranın iclasında 2 fevral – Gənclər günü münasibətilə və
2016-cı ilin göstəricilərinə əsasən institutun bir neçə əməkdaşı "İlin
gənc alimi" nominasiyası üzrə mükafatlandırılıb. Akademik İsa Hə-
bibbəyli filologiya üzrə fəlsəfə doktorları Lalə Həsənova, Mətanət
Vahid və Elnarə Qaragözovanın 2016-cı ildəki elmi fəaliyyətini yük-
sək qiymətləndirərək, onlara institutun təsis etdiyi "İlin gənc alimi"
diplomunu, döş nişanını və xüsusi hədiyyəni təqdim edib. Təltif olu-
nanlar çıxış edərək institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
15 fevral – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın-
da Nizami adına Ədəbiyyat İnstitutunun, Azad Həmkarlar Təşki-
latının və Alimlər Evinin təşkilatçılığı ilə görkəmli yazıçı-dramaturq,