358
tarixini yenidən, ideoloji baxımdan öyrənilməsi zəruriyyətini məqalə-
lərində, çıxışlarında, elmi əsərlərində dönə-dönə vurğulayırlar.
Beləliklə, Azərbaycan mətbuat sisteminin yaranma tarixini öy-
rənməklə yanaşı, mətbuatşünaslığın təşəkkül məsələlərini də öyrən-
mək və obyektiv şəkildə elmi ictimaiyyətin ixtiyarına vermiş olarıq.
Bununla biz müstəqillik və azadlıq ideyalarının təbliğatçısı olan milli
mətbuatımızı tədqiq etməklə, eyni zamanda milli müstəqilliyimizin,
azad dövlətçiliyimizin tədqiqi və təbliği ilə məşğul oluruq.
Odur ki, mətbuat və mətbuatşünaslıq tarixinin, keçilmiş yolun
öyrənilməsi bir çox cəhətdən əhəmiyyətlidir, aktualdır. Bu problemin
həllində – çar Rusiyası, Sovet dövrü mətbuatının araşdırılması nə qə-
dər vacibdirsə, müstəqillik dövrünün mətbu orqanlarının tədqiqi də bir
o qədər vacibdir, böyük əhəmiyyət kəsb edir. Azərbaycan müstəqil-
liyini bərpa edəndən 25 ilə yaxın bir vaxt keçir. Bu qısa zaman kə-
siyində mətbuatımız müqayisəolunmaz inkişaf yolu keçmişdir.
Kommunist ideologiyasının buxovlarından xilas olan Azər-
baycan mətbuatı demokratik dəyərlərə sahib olmaqda, milli dövlət
quruculuğunda misilsiz xidmətlər göstərmiş, xalqımızın tarixində, ta-
leyində mühüm rol oynamışdır. Azərbaycan mətbuatının bugünkü
inkişaf səviyyəsi haqqında düşünərkən, sözün həqiqi mənasında ke-
çilmiş uzun, mürəkkəb yol göz önündə canlanır. Bu mənada, me-
diamızın inkişafı ilə bağlı çoxsaylı suallar da meydana çıxır. Necə
oldu ki, Azərbaycan mətbuatı qısa müddət ərzində bu qədər inkişaf
etdi, maddi-texniki vəziyyəti yüksəldi, demokratikləşdi. Məhz səslə-
nən suala cavab axtararkən ilk olaraq, mətbuatın inkişafı istiqamətində
həyata keçirilən reformaların əhəmiyyəti önə çıxır. Elə reallaşdırılan
fəaliyyətin və islahatların nəticəsində ötən zaman ərzində söz, fikir və
özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə funda-
mental nailiyyətlər əldə edilib.
Təbii ki, bu fundamental nailiyyətləri əldə saxlamaq və sayını
artırmaq üçün mütləq klassiklərimizin yaradıcılığı dönə-dönə tədqiqa-
ta cəlb edilməli və onlardan bəhrələnməliyik. Əlbəttə, bu işdə ədəbiy-
yatşünas, mətbuatşünas, mətnşünas alim Əziz Şərifin bizə miras qo-
yub getdiyi zəngin elmi irsi də mühüm rol oynayır. Cavidşünas alim
M.Cəfərin “son dərəcə səliqəli alim” adlandırdığı Ə.Şərifin əsərlə-
rində, məqalələrində, məktublarında mətbuatımızın, ədəbiyyatımızın,
teatrımızın keçdiyi inkişaf yollarını əks etdirən çox dəyərli məlumatlar
var. Hər zaman onlardan bəhrələnmək lazımdır.
359
ƏDƏBİYYAT
1.
Əziz Şərif. Keçən günlərdən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1977.
2.
Həsənova M. Əziz Şərif Naxçıvan ədəbi mühitinin yetirməsi kimi. BDU-
nun “Xəbərləri”, humanitar elmlər seriyası. Bakı, 2008, № 1.
3.
Həmidə xanım Cavanşir (Məmmədquluzadə). Xatirələrim. Bakı, “Apos-
troff”, 2011.
4.
Həbibbəyli İ. Əziz Şərif görkəmli ədəbiyyatşünas və böyük ziyalı. “525-ci
qəzet”, 26 yanvar 2010.
5.
Əhmədov T. Ədəbi-bədii fikir tariximizdən. Bakı, “Elm”, 2000.
6.
Azərbaycan mətbuat tarixi antologiyası. 2 cilddə, I c. Bakı, “Elm və təhsil”,
2010.
7.
Azərbaycan mətbuat tarixi antologiyası. 2 cilddə, II c. Bakı, “Elm və
təhsil”, 2011.
8.
Vəliyev Ş. “Füyuzat” ədəbi məktəbi. Bakı, “Elm və təhsil”, 1999.
Garanfil Guliyeva
ON THE HISTORY OF OUR PRESS STUDIES
(based on research scientist Aziz Sharif)
Summary
In the investigation the life and scientific-literary activity of A.Sharif who
started his literary carrier in Nakhchivan literary environment is considered from a
new point of view. A.Sharif is a scientist who glorified Azerbaijan on the world
stage. The investigation of the scientist is estimated from the highest point of view.
The scientific view on the creativity of such coryphaeus of Azerbaijan
literature as M.A.Sabir, T.Mamedguluzadeh, Akhverdov and others is traced in the
paper. In both works author notes that press played an important role in the
development of events of social, political, cultural, economic happened in
Azerbaijan at the beginning of the XX century.
Гаранфиль Гулиева
ИЗ ИСТОРИИ ПЕЧАТОВЕДЕНИЯ
(на основе исследований ученого
исследователя Азиз Шарифа)
Резюме
Основная цель научной статьи изучение истории печати Азербайджана
на основе творчества выдающегося ее исследователя А.Шарифа. В данном
исследовании с новой призмы рассматривается жизнь и научно-литературная
деятельность А.Шарифа, начавшего свою литературную деятельность в нах-
чыванской литературной среде. А.Шариф является ученым, который просла-
360
вил Азербайджан на мировой арене. Исследования А.Шарифа оцениваются с
высшей точки зрения.
Здесь прослеживается научный взгляд А.Шарифа на творчество таких
корифеев азербайджанской литературы, как М.А.Сабир, Дж.Мамедкулизаде,
А.Хагвердиев и др. Он считается одним из тех ученых, кто вложил большой
труд в исследование азербайджанской литературы и прессы, в трудах которого
современность анализируется как эстетическая категория в драмах, связанных
с историческими личностями.
Dostları ilə paylaş: |