361
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
Əlyar SƏFƏRLİ
Tanınmış ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, Ni-
zami adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri, Əlyar Səfərli 4 yanvar 2017-ci ildə 79 yaşında vəfat
edib.
Əlyar Səfərli 28 dekabr 1937-ci ildə Naxçıvan Muxtar Respub-
likası Ordubad rayonunun Anabat kəndində anadan olmuşdur. 1955-ci
ildə Ordubad orta məktəbini, 1960-cı ildə Azərbaycan Dövlət Uni-
versitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsini bitir-
mişdir. 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Ni-
zami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olmuşdur. Uzun müddət
BDU-nun Filologiya fakültəsində tədrislə məşğul olmuş, 1986-1994-
cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləmişdir.
AMEA-nın müxbir üzvü Əlyar Səfərli orta əsrlər Azərbaycan
ədəbiyyatının tanınmış tədqiqatçılarından biri olmuşdur. O, Məsihinin
(17-ci əsr) həyat və yaradıcılığına, 17-18-ci əsrlər Azərbaycan epik
şeirinə dair tədqiqatların müəllifi idi. Alim mətnşünaslıq sahəsində də
mühüm nəticələr əldə etmişdir. Bir sıra unudulmuş ədəbi abidələri
aşkara çıxarmış, ilk anadilli poema olan “Dastani Əhməd Hərami”ni,
Qazi Bürhanəddinin “Divan”ını, Məhəmməd Füzulinin “Hədiqətüs-
süəda” əsərini (şərikli), Məsihinin “Vərqa və Gülşa” poemasını, “Şəh-
riyar” dastanını,
habelə Nəsimi, Əmani və başqalarının əsərlərini
tərtib
və nəşr etdirmişdir.
Uzun illər Azərbaycan Təhsil Nazirliyində Ədəbiyyatşünaslıq
bölməsinin rəhbəri olmuş, orta və ali məktəblər üçün dərslik, dərs
vəsaiti və proqramların hazırlanmasında bilavasitə yaxından iştirak
etmişdir. Əsərləri xarici ölkələrdə nəşr edilmişdir.
Alim 1966-cı ildə namizədlik, 1983-cü ildə doktorluq disserta-
siyaları müdafiə etmiş, 1989-cu ildə Azərbaycan Milli Elmlər Akade-
miyasının müxbir üzvü seçilmişdir.
O, 1971-1973-cü illərdə Əfqanıstanda tərcüməçi işləmişdir.
Əlyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərmişdir. 1994-
363
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
ƏDƏBİ-ELMİ MÜHİTİN XRONOLOGİYASI
2016-cı il
7 dekabr – M.F.Axundov adına Milli Kitabxananın nəşr etdiyi
yüzdən çox biblioqrafiyanın Ədəbiyyat İnstitutuna hədiyyə edilməsi
mərasimi keçirilmişdir. Mərasimdə akademik İsa Həbibbəyli, Milli
Kitabxananın direktoru Kərim Tahirov, f.ü.e.d., prof. Şirindil Alışanlı
və başqaları çıxış etmiş, bu iki müəssisənin arasındakı əməkdaşlığın
davamlı olmasını vacib saymışlar.
15 dekabr – Akademik Çingiz Qacarın “Naxçıvan – dünyanın
ən qədim şəhərlərindən biri” kitabının təqdimat mərasimi keçirilmiş-
dir. Mərasimi giriş sözü ilə akademik İsa Həbibbəyli açmış, Naxçıvan
Muxtar Respublikasının Bakı Şəhərində Daimi
Nümayəndəliyinin rəh-
bəri Bəxtiyar Əsgərov, Memarlıq və İncəsənət İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Fizika İnstitutunun
direktor müavini, akademik Cavad Abdinov, Memarlıq və İncəsənət
İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq ü.f.d. Gülrəna Mirzə və
akademik Çingiz Qacar tədbirdə çıxış etmişlər.
27 dekabr – M.F.Axundov adına Milli Kitabxanada “Müstə-
qillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyinin təqdimatı keçiril-
mişdir. Təqdimatdan sonra Nizami adına Ədəbiyyat İnstitutu ilə Milli
Kitabxana arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmış-
dır.
K.Tahirov akademik İ.Həbibbəylinin rəhbərliyi ilə iki cilddə
hazırlanmış kitabın əhəmiyyətindən danışıb, müqavilənin hər iki qu-
rum arasında gələcəkdə Azərbaycan elminin, ədəbiyyatının inkişafına
mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Akademik İ.Həbibbəyli müstəqillik dövrü ədəbiyyatının təşək-
külü, formalaşması, müasir inkişaf tendensiyaları haqqında danışıb.
Qeyd edib ki, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı
Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyə-
sidir. Bu ikicildlik AMEA-da son illərdə başlanılan və ardıcıl davam
etdirilən islahatların nəticəsidir.