_________Milli Kitabxana_________
141
Sənə kömək olsun qadiri-sultan,
Dörd yerdən qurşanıb beli Məscidin.
3
Əziz Məzrəli Göyçə mahalının Bala Məzrə kəndindəndir
[152-160,149,350]. XIX yüzilliyin əvvəllərində doğulduğu gü-
man edilir. Çünki yetkin yaşa çatdıqda o, aşıqlıqla yanaşı, həm də
çar məmurları əleyhinə satirik və bəzən də üsyankar şeirlər qoşub,
el məclislərində ifa etdiyinə görə dəfələrlə dustaq edilmiş, sür-
günə göndərilmişdir. Hətta məhkəmənin qərarı ilə Əzizə aşıqlıq
etmək də qadağan olunmuşdu. Lakin aşıq inadından dönməmiş,
yenə də zorakılığı və haqsızlığı ifşa edən şeirlər söyləmişdi:
Ay ağalar, gəlin sizə söyləyim,
Gecə-gündüz işim ahu-zar olub.
Bərəkət kəsilib, urza gödəlib,
Müxtəsəri, dünya çox bekar olub.
Heç igidin əli düşməsin dara,
Dara düşən olar işdən avara.
Işləməklə versə, verər Cabbara,
Çalışmaqdan qulaqları kar olub.
Doğrudurmu gör Əzizin dediyi?
Allah qırmaz yaratdığı bəndiyi.
Hacı Bədəl qoyub bu məzəndiyi,
Onca arpa pulnan barabar olub.
Əziz yaşadığı dövrün haqsızlıqlarına qarşı mərdi-mərdanə mü-
barizə aparmaqda şeirin tənqidi imkanlarına daha çox önəm verir.
Aşıq Rza Məzrəli (1895-1968) də
Aşıq Əzizlə eyni kənd-
dəndir. Rzanın uşaqlıq illəri Göyçənin qanlı-qadalı dövrünə dü-
şüb. O, doğma mahalı Göyçənin pərən-pərən düşən, müxtəlif əra-
zilərində didərgin ömrü yaşayan sənətkarlarından saz çalıb, söz
qoşmaq öyrənib. Axırda Tovuz rayonunda məskunlaşıb və burada
3
Şeiri Vedibasarın Kotuz kəndinin sabiq sakini Əliyev Türman anasın-
dan öyrənmiş və Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri
Abbas Səfərov isə
yazıya köçürərək redaksiyaya təqdim etmişdir.
_________Milli Kitabxana_________
142
da tanınmış aşıqlarla el şənliklərində saz və sözün yaradıcısı kimi
özünü tanıdıb, yaratdığı ustadnamələrlə, oxuduğu mahnılarla
məclis iştirakçılarının rəğbətini qazanıb.
XIX əsrin axırları və XX əsrin əvvəllərində Göyçədə özünün
sazı və sözü ilə elin məhəbbətini qazanan, özündən sonrakı aşıqlı-
ğın sənət həyatına, xüsusən də ifaçılıq mədəniyyətinə güclü təsir
göstərən istedadlı sənətkarlardan biri, əslən Daşkənddən olan,
Aşıq Ələsgərin şəyirdi
Aşıq Nəcəf Məmmədqulu oğlu Məhərrə-
movdur (1866-1918). Aşıq Nəcəf (Daşkəndli Aşıq Nəcəflə Ələs-
gərin qardaşı oğlu Aşıq Nəcəfi qarışdırmamalı) Dədə Ələsgərdən
sənətin sirlərini öyrənəndən sonra sazını götürüb el-el gəzər, şən-
lik məclisləri keçirərmiş. Yay-yaz aylarında
isə əkinçiliklə məş-
ğul olarmış. Aşıq Nəcəfdə olan səs Göyçə aşıqlarının, deyilənlərə
görə, çoxunda yox imiş. Onun zənguləsi lampanı söndürərmiş.
Ermənilərin törətdiyi qırğınlara qarşı mübarizədə iştirak
edənlərdən biri də Aşıq Nəcəf olmuş, məhz bu hadisənin iştirak-
çısı kimi də qansız ermənilər tərəfindən əvvəlcə iki oğlu – Aslan
və Şiraslan, sonra da özü qaynar samovar belində faciəli surətdə
qətlə yetirilmişdir.
Aşıq Nəcəfin əldə edilən şeirləri onun poetik yaradıcılığının
mükəmməlliyi barədə fikir söyləməyə imkan verir. Onun faciəli
taleyi ilə bağlı el arasında gəzən xatirə-söhbətlər
və rəvayətlər
“Aşıq Nəcəf və Gülüstan” [172-348, 371] dastanının ortaya çıx-
masına zəmin yaratmışdır.
Aşıq Nəcəfin oxu və çalğı biçimi, məclis aparma tərzinin in-
cəlikləri 20-50-ci illər Göyçə aşıq mühitində dərindən mənimsə-
nilmiş və ustad-şagird ənənəsi yolu ilə sənət aləminə gələn son-
rakı nəsillərə də ötürülmüşdür.
Göyçə aşıq mühiti XIX-XX əsrlər mərhələsində peşəkar ifaçı
və yaradıcı aşıqlarla yanaşı, istedadlı el şairlərinin poetik irsi ilə
də şöhrətlənmişdir. El şairləri bir tərəfdən Göyçə aşıqlarının re-
pertuar zənginliyinə, ikinci bir tərəfdən də şairlik ənənəsinin ma-
halda geniş yayılmasına əvəzsiz xidmət göstərmişdir.
_________Milli Kitabxana_________
143
Adı dillər əzbəri olan Zod kəndi
sinəsi üstündə ərsəyə çatan
şair övladları ilə tanınmışdır. XIX əsrin el şairlərindən
Məhəm-
məd Molla Tağı oğlu (1830-1910), Mirzə Bəylər (1837-1919),
Usta Abdulla (1865-1943), Hacı Əliş Ağa (1872-1922) öz dövr-
lərinin savadlı adamlarından olmuş, saza-sözə maraq göstərmiş,
düzüb-qoşduqları şeirlərlə Göyçə aşıq mühitinə məxsus poetik
irsi daha da zənginləşdirmişlər.
Məhəmməd Molla Tağı oğlu Göyçə mahalının Zod kəndin-
də yaşamış, el şairi kimi tanınmışdır. O, təhsil almış, savadlı, ta-
nınmış, aşıqlıq etməsə də, aşıq şeiri şəkillərində dəyərli qoşmalar
yazmış, sözləri aşıq məclislərində oxunan el şairlərindən olmuşdir.
Qərbi
Azərbaycan ədəbi mühitində, söz-saz məclislərində
yaxından iştirak edən Məhəmmədin saz havaları üstə yazdığı qoş-
maların bəzisi unudulmuşdur. Şair Məhəmməd Dədə Ələsgərin
mollalara yazdığı həcvdən incimiş və ona aşağıdakı cavabı yazıb
göndərmişdir:
Yaxşı sözlər deyib nəzmə çəkibsən,
Onu görüm bu dünyada var olsun.
Heyifdi, salmasın özün avaza ,
Qorxum budu, axırında xar olsun.
Axunda əl çatıb çox da laf etmə,
Kəlamım zülfüqar, dini unutma.
Hər çuğul sözünün dalınca getmə,
Arif olan kəsdə gərək kar olsun.
Kamal dərk et, özün çəkmə əlaya,
Bica qilu-qalı salma araya.
Cavansan, başını salma bəlaya,
Adın bədnam olub, iş dişvar olsun.
Doqquz bəndlik şeirin burada verdiyimiz üç bəndindən aydın
görünür ki, Aşıq Ələsgər cavan vaxtlarında çuğul sözünə inanıb
mollaları həcv etmiş, bu da din xadimlərinə toxunmuş, Məhəm-
məd Molla Tağı oğlu gənc Ələsgərə dəyərli məsləhətlər vermiş,
həm də Ələsgərin təbini yüksək qiymətləndirmişdir.